Страница 1054 из 5746 << < 1050 1051 1052 1053 1054 1055 1056 1057 1058 > >>
Miki |

Sige Etmek gunahdir ?

Ответ / Cavab

Aleykumussalam.

Bu evlənmənin bir növudur.

Allah sizə yar olsun

Задан: 8 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
I...... |

Salam zehmet olmasa deyin, men namaz qildigim otagda qible terefde piano var. Bunun namaza manechiliyi var ya yoxdur. Onceden teshekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Yaxşı olar ki, başqa otaqda qılasız.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Vefa |

Salam.Eger menim heyat yoldashim oz ushagina el qaldirirsa buna nene babanin qarishmasi ne derecede duzgundu?Duzdu bu yaxshi ish deyil ushagi vurmaq ama yenede o atadi.Men oz valideyinlerime bu iradimi bildirdim ve bir daha ona qarishmamagi tapshirdim cunki o insan ona ne deseler bashini ashagi salib susur cavab vermir mene xatir.sizce men yalnish elemishem?

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla uşağın varisi atasıdır, ikincisi uşağı vurmaq olmaz, üçüncüsü irad edənlər də valideynlərdir, yad deyillər. Bu ailə münasibətləridir, ailədə anlaşıqlı münasibətlər olmalıdır.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
anar |

salam aleykum qardaw.burda men ibn teymiyye ve bu kimi "alimlerin"yezide (L)lenet oxumagi icazesiz oldugu kimi faktlari qeyd etmisiz axi biz wieyik ibn teymiyye kimidir ki onun fetvalarini nese bir subut kimi yazaq.

Ответ / Cavab

Aleykumussalam.

İbn Teymiyyə vəhhabi zehniyyətinin banilərindəndir və onun sözünün yanımızda zərrə qədər dəyəri yoxdur.

Zalimlərə lənət oxumaq azad insanın ruhundan gələn hissdir. Yəzid əbədi lənətə duçar olmuş şəxsdir və ona lənət deyilməlidir.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Ira |

Salam Aleykum.1) Bir qabda haram olan bir shey pishirilerse mes.sasiska qaynadilsa sonra onu tek yumaqla pak etmek olur ya o artiq paklanmaz? 2)Namazda oldugumuz vaxt qefil ayaqyoluna getme gelse onda namazi dayandirib sonra yeniden qilmaq olar?3)Namazdayken ushaq toka gedirse ona goz agartmaq ,ona baxmaq namazi pozur?

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, krantın altında yumaqla paklanar.

2.Xeyr, namazı bitirə bilərsizsə, bitirin. bilmirsizsə, onun niyyətini iki rükətli qəzaya chevirib  iki rükətdə bitirin sonra özünüzü rahatlayın. Bu səbəbdən  dəstəmazdan əvvəl rahatlanmanın yaxşı olduğu bildirilir.

3.Qiblədən dönmə olmursa, namaz pozulmaz.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Gunel |

Salam qiz yoldawindan ayrilib indi yeniden barismaq ucun kebin kesdirmek ucun de icaze almalidir ?

Ответ / Cavab

Aleykumussalam.

Qadın ərindən yrılıbsa, yenidən  birgə olmaq üçün icazə lazım deyil

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Anar |

salam haci...haci men internet vasitesi ile Tam Quran MP3 dinlemek istayirem amma bilmirem hansiya qulaq asim???evvel Tam Quranin Ceferiler versiyasi var idi tercumesi Vasim Məmmədəliyev və Ziya Bünyadov amma indi hemin versiya yoxdur..

Ответ / Cavab

Aleykumussalam.

Gooqle axtarın, taparsız.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
... |

Salam Aga. Men bir yaxinimin ruzi bereketinin din imaninin daim olmasi ucun namaz qilib dualar oxumaq isteyirem. Eger men bunu onun ucun Allahdan istesem yeni onun daima dini imanli ve ruzi bereketinin olmasi ucun istesem qebulu mumkundurmu? Ozum ucun yox onun ucun isteyirem bu Allah terefinden qebul edilermi? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Bəndənin işi dua etməkdir. İstəməkdir. Əgər vrərsə rəhmətdir, verməzsə hikmət.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Anar |

Salam Alekum. men bir şey marağlıdı.Oğlanla qızın arasında dostuq, günaxtımı?

Ответ / Cavab

Aleykumussalam.

Bu yoxdur, yalan və uydurmadır.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Mehri |

Salam menim yadimnan cixib qusul almamis namaz qilmisam nece saatdan sonra yadima dusubki qusul almamisam menim namazim batildir yeniden qilinmalidi

Ответ / Cavab

Aleykumussalam.

Bəli, qüsl alıb həmin namazı təzələyəcəksiz.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Fikirlerim |

Salam,narahatam,mene ele gelir ki,eza merasimlerine qoyulan qadagalar hele bashlangicdir,umumiyyetle shieliye qarwi sanki bir quvve mubarize aparir,televiziyada kanallar aparicilar qerezli danisir,bir aparici deyir Ashurada sielerin bashgalarini narahat etmeye haqqi yoxdur,ona gore bu qadagalar olmalidir...Sanki kimse qesden bunlari efire chixarir,bu iwler ne ile bitecek

Ответ / Cavab

Aleykumussalam.

1400 ildir İmam Huseynlə vuruşurlar, hamısı da məğlub olubar. Onu qanını tökməklə belə məğlub edə bilmədilər.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
leyla |

Salam. Asura gununun emellerin deye bilersiz? Ve hemen gun oruc tutmaq lazimdi?

Ответ / Cavab

Aleykumussalam.

Saytın ana səhifəsində bu veriləcək.

Aşura günü oruc tutulmasın.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Arzu |

Salam haci...men xeyirli qismet isteyirem tezlikle gabagima cixmasini isteyirem bunun uchn ne dua meslehet gorursuz?

Ответ / Cavab

Aleykumussalam.

Namazların arasında elə öz dilinizdə dua edin.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Salam |

1)Mehriyyesi hecc miqdarina chatan qadin erinden oz mehriyyesini teleb ede bilermi?,2)temettu umresi mufrede umresinden ne ile ferqlenir?3)temettu heccinin emelleri?

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, tələb edə bilər.

2. Mufrədədə adi ümrədən əlavə nisa təvaı və namazı qılınır.

3.Ehram bağlama, ərəfatda qalma, muzdəlifəyə köçmə və orada qalma, minaya köçmə və orada böyük şeytanı daşlama, qurban kəsmə, həlq etmə, iki gecə minada qalma, hər  gecə minada qaldıqdan sonra səhərlər hər 3 şeytanı daşlama, Məkkəyə gedib həccin tavafını etmə, tavafın namazını qılma, səy etmə, nisa tavafı etmə və onun namazını qılma.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Arzu |

Salam.Menim otagimda melek fil suvenirleri var.Bu otaqda namaz qila bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Qiblə tərəfdə olmasın.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
..... |

Salam aleykum...bir videoda gormusdumki bir nefer olur ve basini baglayanda alnina mohur qoyub baglayirlar...sie biri olende bele etmek vacibdir.?sagolun

Ответ / Cavab

Aleykumussalam.

Müstəhəbdir ki, ölünün yerə oturan üzü tərəfə torpaq qoyulsun.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
salam |

salam,(uzur isteyirem)adet gunlerim 7-8gun olur ,ama 3-4gun olannan sonra ele olur ki bir gun gelmir ,seheri yene gelir ,o bir gun gelmeyende qusul verib mescide gedmey olar?saqolun

Ответ / Cavab

Aleykumussalam.

Tam təmizlənəndən sonra qüsl verib  gedə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Böyükağa |

Salam Həci! Mənim Sizə bir sualım var. Qızıl Diş ilə Namaz qılmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Əgər zinət qəsdiylə vurulmayıbsa, eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Rufat |

Salam, men telebe olanda bir xanimla bir-birimizi sevirdik ve 4 il munasibetimiz olub. Daha sonra o aile gurdu ve biz ayrildig. Bir neche ilden sonra yeniden onunla elagem yarandi. Heyat yoldashi diger gadinla yashadigina gore ayrilmishdilar, amma kebinleri talag olunmamishdi. Biz onunla elagede oldug ( zina etdik). Dahs sonra o mene dedi ki, kebinleri talag olunub. Biz mute edib gorushurduk. Bildiyin geder eger eri olarken onunla gorushmushemse erinden ayrilandan sonra o gadin mene haram olur. Indi hemen gadin tekdir cinsi elageye ehtiyyaci var, hetta hekimi israrla detib ki, mutleg partnyor un olmalidir. Indi men onunla mute esasinda gorushe.bilerem? hemen gadin diger kishinun heyatinda olmasini istemir. Yalniz meninle elagede olmag isteyir, chunki biz choxdan tanishig mene etibar edir, hem de bizim bir birimize garshi telebelikden xususi isteyimiz var.

Ответ / Cavab

Aleykumussalam.

Ərli qadınla zina etmisizsə, bir birinizə əbədi olaraq haram olmusuz.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Gunel |

Salam aleykum men bilmek isteyirem eger qadin ile kisi kebin kesdirmek ucun atadan icaze alirsa ve ata razi olmasa neynemelidirler ?

Ответ / Cavab

Aleykumussalam.

Bakirə qız atasından icazəsiz əqdə daxil ola bilməz.

Allah sizə yar olsun

Задан: 7 Октябрь, 2016 , Опубликовано: 7 Октябрь, 2016
Страница 1054 из 5746 << < 1050 1051 1052 1053 1054 1055 1056 1057 1058 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com