Страница 1058 из 5746 << < 1054 1055 1056 1057 1058 1059 1060 1061 1062 > >>
Nuren |

Salamun aleyk.Cavabçün əvvəlcədən minnətdarlığımı bildirirəm. Çərəkədəki xətm duasının "mərhuminəl məğfurinəl mə'lumin" bu hissəsində yasin hədiyyə edəcəyimiz şəxsin adını məlumin kəlməsinin əvəzinə qeyd etməliyik ya necə? Daha dəqiq bu barədə səhifədə məlumat varsa zəhmət olmasa linki qeyd edərsiz.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, buna ehtiyac yoxdur, Məlum  olan kəs nəzərdə tutulur.

Allah sizə yar olsun

Задан: 6 Октябрь, 2016 , Опубликовано: 6 Октябрь, 2016
Uzeyir |

Salam əleyküm.Sizə 2 sualım var.1)Biz market işlədirik icarədir.Atam saat 5ə 6a kimi işləyir sonra mən gəlirəm.Mən həm müştəriləri yola saliram, şifarişləri yaziram,lazım olanda silib təmizləyirəm.Əmmək haqqi almıram başqa yerdə də işləmirəm.Mən öz smenimdə mağazadan su və yaxud yeməyə nəsə götürürəmsə atamdan icazə almaliyam? Həmin vaxt atam evdə olur.2)Hell deyilən enerji ickisi var.Tərkibində spirt yoxdur. Qabın üzərində şeytan şəkli var,deyilənə görə hell sözünün mənası cəhənnəm deməkdir.Həmin enerjini icmək nə dərəcədə doğrudur?

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, icazə alın.

2.Tərkibində haram ya nəcis qatqı yoxdursa, haram sayılmaz, amma onların bədənə ziyanı çoxdur, bunlardan çəkinin.

Allah sizə yar olsun

Задан: 6 Октябрь, 2016 , Опубликовано: 6 Октябрь, 2016
1111 |

Haci,bagislayin.ImamHuseyn adina nrse bisirende 72 shehidi de qeyd etmeliyem? Yeni bele deyek,bunu Imam Huseyn ve 72 kerbela shedinin ehsani olaraq bisirirem.bele? 2.bu sozlerden qabaq salavat demek lazomdir? Cox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Bunlar dini əmrlərə bağlı deyil.  İstədiyiniz kimi davrana bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
gulnar |

salam sualimi cavab almadim qaynanam agli basinda olanda mene dedi ki, kitablarimi sat pulunu dememiwdi ozuve goturersen .o vaxti hamisini sata bilmedim deye indi satdim,qaynanamin gah agli gelir gedir, qaynanamdan soruwdum ki kitablrin pulunu verim sene dedi ki halal xowun ozun xercle,pulu goture bileremmi?Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Ağlı üzərində olduqda soruşun.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
salam |

salam/Zehmet olmasa bu videoya baxin ve aydinliq getirerdiz/Burda haci qizlarla sekil cekdiirib ve soyledikleri dogrudurmu? https://www.youtube.com/watch?v=vYUb6mrh2xc

Ответ / Cavab

Aleykumussalam.

Kim kimlə şekil çəkdirib məsələsi düz ifadə olunmayıb. İkincisi bunu hazırlayan dost deyil, düşməndir, düşmənin isə salamı da yandırıcıdır.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
1111 |

Salam/Haci.Imam adina nese bishirilse bunu mutleq paylamaq lazimdir,yoxsa ozumuze gore bishire bilerik? Tesekkur.

Ответ / Cavab

Aleykumussalam.

Mütləq deyil.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
səbr |

Cavab olaraq qeyd etmisiz duayla istək yaranmağa dair.Dua Allahadır necə edəcəyini isə öz iradəsi ilə müəyyən edir.Yəni istəsə Allah ola da bilər istəməsə də yox?Düz başa düşdüm?Aşura ziyarətini örtüsüz dəstəmazsız üzü qibləyə oturub oxumaq olar?Orda səcdədə oxunulası hissə var onu elə oturaq halda səcdəyə getmədən oxumaq olar?Çoxsağolun.

Ответ / Cavab

Aleykumussalam.

Düz başa düşmüsüz.

Olar, lakin daxilində Allahın adına toxunma təhlükəsi olduğundan yazıya toxunmayın.

Səcdədə oxunmalı olanı da  səcdədə də oxuyun.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
fiiidd |

Salam.menim burnumda et var nefes almagim cetinlesib.burnumu emeliyyat edib eti ve ceperi duzelddirmek isteyirem amma deyirlerki indi olmaaz Imamin 7sinin cixmagini gozle.mende bilmirem ne edim? bu hansisa senlendiyim gulduyum bir hadise deyil sizce gozlemeliyem ?

Ответ / Cavab

Aleykumussalam.

Qadağası yoxdur.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
Leyla |

Basa dusmurem cunki xais edirem mene etrafli yazin bilmek istediyim odur ki yoldasi ile barismasi gunah olmazki cunki o biri adam deyib menle sigenin vaxti bitmeyib ki yoldasinla barissan gunah edersen

Ответ / Cavab

Aleykumussalam.

Siz başa düşmürsüzsə, onları da səhf başa salacaqsız. Yaxşısı o olar ki, qadın axundun yanına getsin, onun özünə dillə başa salsınlar.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
1111 |

Salam,Haci.1.Bilmirem bu suali size vermeliyem yoxsa yox.Yene de verirem. Imam Huseyn adina nese bishirende duzu atanda ne demek lazimdir?2.O yemeyi bir gun qabaqdan Tasua gunu axsham bishirmek olar? Teshekkur.

Ответ / Cavab

Aleykumussalam.

1.Bunu İmam Ehsanı olaraq  bişirirəm.

2.Bəli, olar.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
Salam aleykum |

Men butun gunu Allahi zikr etmek isteyirem amma alinmir,mushahide etmishem ki,chox yeyende Allahi daha chox unuduram,ele de chox yemirem amma bunu hiss edirem.Bashga ne ede bilerem

Ответ / Cavab

Aleykumussalam.

Boynunuzda olan qəzaları yerinə yetirin.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
salam |

Salam aleykum,eger ashura yurushu edenler ve s...mane olmag polisin ishidirse polis gunah edir? sag oluN

Ответ / Cavab

Aleykumussalam.

Onlar asaişi pozmurlar, asaişi pozmayana isə polis mane ola bilməz.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
Ali |

Salam aleykum. Bu duzdurki xanımlar namaz qilarken ag rengden bawqa hec bir rengde cadra ile namaz qila bilmezler? Meselen qara cadra ile evde namaz qılmaq olmaz? Birdeki, bir cox aciq rengli cadralar ince materiyaldan olduqlari ucun eyinde geyinilen paltarlar gorunur. Ve altdan qisa qol koyney geyinilibse qollarin aciq hissesi gorunur cadradan. Bu namazi batil eder? Ümumiyyətlə ince materiyalli cadradan namaz qilarken istifadə etmek olar? Ve başla, ayaqlara nece defe mesh cekmek icazelidir? (sistani ağa) Teşekkürler

Ответ / Cavab

Aleykumussalam.

Belə qadağa yoxdur.

Bədənin istənilən hissəsi görünərsə, namaz batil olar.

Məsh bir dəfə çəkilir.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
Tural |

Salam gəlirdən və əmlakdan zəkat nece hesablanır və kimlərə verilir?

Ответ / Cavab

Aleykumussalam.

Gəlirdən xums verilər. Xums il başına qazancdan artıq qalana düşər və bu beşdə biri edir.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
Tural |

Salam gəlirdən və əmlakdan zəkat nece hesablanır və kimlərə verilir?

Ответ / Cavab

Aleykumussalam.

Gəlirdən xums verilər. Xums il başına qazancdan artıq qalana düşər və bu beşdə biri edir.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
səbr |

Salam Aleykum.Sualım belədiki hər ikisi subaydı danışmaq görüşmək haram münasibət yoxdu.Oğlan da qızı sevmədiyni deyir ama kəsib atmır da qismət deyir...Qız dua etsə duayla oğlanın istəyi yarana bilər qıza qarşı bir birlərindən xəbərsiz görmədiyi halda?Dində belə bişey var duayla soradan sevgi yaransın?Yoxsa duadan vaz keçməlimi?

Ответ / Cavab

Aleykumussalam.

Dua Allahadır, necə  edəcəyini isə öz iradəsi ilə müəyyən edir.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
Nicat Manafov YouTube |

Salam.Mənim balaca qardaşım namaz qılır surələrin salamların sözlərini düzgün tələffüz edə bilmir .Nə qədər öyrədsək də yenə həmin ki kimi deyil.10 yaşı var.Onun namazları qəbuldurmu

Ответ / Cavab

Aleykumussalam.

İnşaALlah qəbul olar, yenədə onu öyrətmədən dayanmayın.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
bändä |

Salam. Men yawadigim olkede turk magazalari var- toyuq vä ya kalbasa halaldirsa ala bilerem? Satici deyirse halaldir olarmi?

Ответ / Cavab

Aleykumussalam.

Əgər türklər kəsiblərsə, alıb yeyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
bändä |

Salam, Män aile qurub Almaniyada yasayiram. yasadigim weherde namaz vaxtlarini internetden tapmiwam. ama her ehtimala qarsi 15-20 deqden sonra qiliram. bunun bir gunahi varmi? 2,Xums ciarmisam. ama borcu olan var mene. bawqa olkede yawadigim ucun yaxinlarim cixaracaq, kime meslehetdi versinler?

Ответ / Cavab

Aleykumussalam.

1.Düz edirsiz.

2.haradadırlar, hansı şəhərdədirlər, onu bildirsəz, yardım edərdik.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
salam |

salam,awura gunu mescidin heyetine girmey olar heyizli halda ,saqolun,bilirem mescidin icine girmey olmaz,bes heyetine?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, həyətinə daxil ola bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2016 , Опубликовано: 5 Октябрь, 2016
Страница 1058 из 5746 << < 1054 1055 1056 1057 1058 1059 1060 1061 1062 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com