Страница 107 из 5746 << < 103 104 105 106 107 108 109 110 111 > >>
Ayan2 |

Salam.əsəblə bağlı dərmanın tərkibində sığır jelatini var. Amma dərman Türkiyə istehsalıdır.Müsəlman ölkəsi olduğu üçün ata bilərəmmi? Bildiyim qədəriylə Türkiyə halal jelatin istehsal edir.Birdə ayaqlarım güclü yaradır. Qüsl edən vaxtı sağ tərəfi yuduqdan sonra , bədənimə yayılmasın deyə əlimi dabunlayıb yuyub sonra sol tərəfi yuya bilərəm?əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.

Ответ / Cavab

Aleykumussalam

Həmin dərmanın əvəzedicisi yoxdursa istifadə edə bilərsiniz.

Bəli əlinizi sabunlayib sonra o biri tərəfi yuya bilərsiniz.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Fərid |

Salam əleykum Hacı məsələn sabah xüms günüdü və sabahda məsələn 50 manatlıq alış-veriş etməliyəm bu halda 50 azn çıxıb sonra xümsü hesablamalıyam yoxsa xümsdən sonra qalan pulla almalıyam ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam

Əgər ərzaq alinacaqsa, onsuzda onlar xumsda hesablanacaq. Paltardirsa gərək alinib geyilsin. Evə lazım olan ləvazimatlar olarsa, xalça palaz kimi,o zaman ona xums gəlməz.

 

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
.... |

Salam Aleykum Hacı səfərdə olarkən Namazda niyyət necə edilməlidir? zəhmət olmasa yazardınızda əvəllcədən təşəkkürlər

Ответ / Cavab

Aleykumussalam

Niyyəti elə adi qaydada edin. Sadəcə dörd rükətli namazları iki rükət şəklində qilin.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Senan |

Salam Aleykum Ickili biri ile uz uze gorusdukde qusl almag ya destemaz almag lazimdi?

Ответ / Cavab

Aleykumussalam

Xeyr bu nə qüsl nə də dəstəmaz tələb etmir. Əgər içki sizə dəyərsə həmin yeri yuyub paklanmaq lazımdır

İçkili səxslərlə belə isti münasibət düzgün deyil.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
...... |

Salam haci. Axir vaxtlar oruca cixanda burnumda qan olur. Az da olsa, bir iki noqte salfetde gorsenir. Yusamda yene cixir salfete. Artiq yumuram bele cixiram oruca. Qan axmir, ola bilsin ki, balaca yara var burnumda. Gun erzinde burun qurudur, agiz suyunu tupurende temizdir. Qan gorsenmir. Ancaq iftari acanda isti yemek yedim ve belgem cixib, onu burnumdan dartib agzimdan tupurdum, belgem ile qarışıq biraz qan cixib. Gun erzinde yox idi. Sualim beledir eger gun erzinde belgem bogazdan aşağı gedirdise orada qanin olub olmamasi menim ucun belli deyil, bu oruca manedir? Yeni men bile bile qani udmamişam, çunki bilirem olmaz, heç qanin olmasi menim ucun deqiq deyil. Yeni bogaza belgem nece gedirse onu gore bilmerem axi. Qanin dadinida hiss etmirem. Bu halda oruc duzdur? Anam deyir her şey duzdur, çox fikir elesen xestelenersen.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən halda orucunuz düzdür.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
... |

Salam. 4 ruketli namazin 2 ruketinde unutqanliq uzunden hemd-surenin yerine 3 defe tesbihati erbee deyilse Namazin hokmu nedir?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən halda gərək dayanıla və həmd və surə oxunub davam edilə. Əgər bu səhf gec anlaşıla və rukuya gedilərsə, o zaman artıq namaza davam edəcək və namaz da düzdür.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Sevinc |

Salam. Bir xanımın qaynatası toyuq kəsəndə üzü qibləyə kəsib deyir Bismillah dediyini eşitmədim. Bəlkə ürəyində deyib ya asta səslə deyib xanım eşitməyib bəlkə də deməyib. Qaynatasının elə xasiyyəti var ki soruşa da bilmir. İndi xanım o toyuqdan yeyə bilər yoxsa yox? Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Bunu xanımın eşitməsi şərt deyil, yəqin ki, deyib.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
...... |

Salam haci. Xalam istedi ki, biz hemishe aldigimiz yerden onun ucun de ət alaq. Atam 7 kilo alib xalam ucun. Ozumuz ucun bundan qabaq almishiq. Indi atam alib hele xalama vermemishik. Atam deyir ki, xalamin etinden yaxshi tikeleri secib ozumuze saxlayaq, oz kulokumuzdan bezi tikeleri onun kulokuna qoyub 7 kilo edek verek. Onsuzda deyir bilmeyecek. Anam sorushub niye? Atam deyir o hamisini et ceken ile cekib farsh edecek onsuzda. Biz ise bezi yemeklerde əti tike bishiririk ona gore atam yaxshilari deyishir. Anam evvel istemeyib deyishmek, amma atam sesini qaldirib. Atam bele xalamin etinin bezi tikelerini bizim ət ile deyishse men o ətdən yesem mene gunah sayilmaz? Sadece men qarishmaq istemirem, qorxuram menimde ustume qişqirar. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Atanıza başa salmaq lazımdır ki, ona kimsə etibar edibsə, onu əmin adam bilib. Xəyanət etdiyini bilsəydi etibar etməzdi. Bir iki kilo ətə görə insan nə xirətini korlayr, nə də təmiz adına xainlik adı gətirər. Xalanız o ətdən necə istifadə edəcək, bu onun öz işidir. Onun ətinə toxunmaq olmaz.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Nizami |

Salam Hacı vəsiyyət bağlı təkrar sualimdi.1 gün iş yoldaşım dedi ki.mən öləndə filan yerdəki xalçaya məni bilərlər.sonra illər keçdi bu iş yoldaşım işdən pensiyaya getdi.sonra esitdikki rəhmətə gedib 3 mərasimində olub.mənim boynumda nə isə vəzifə qalırmı ki onun adamlarına deyim, çox narahatam.ozum də namaz qılan, Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Gərək bunu əvəlcədən varislərinə deyəydiz. Bu artıq keçib, daha nəsə axtarmaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
kenan |

haci narahat edirem uzr istiyirem hec olmasa heresi ne mena verir onu deyerdiz subhanəkə əbsarihim rahimin sozu xahis eliyirem

Ответ / Cavab

Aleykumusalam.

Subhanəkə-Sən butun eyb və nöqsanlardan paksan, əbsarihim-onların gözləri, rahimin- rəhm edənlər.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
username |

Salam. Uzr istirem sualima gore. Shie eqidesinde oral intim elaqe nece qarsilanir? Eger haramligi yoxdursa bir sualim da var.O elaqede olarken kisiden meni gelmese de qadin ve kisi cunub sayilir?

Ответ / Cavab

Aleykumussalam

Bu haram olmasa da islam ədəbi və əxlaqina uyqun deyil.

Əgər bu halda sununclanma olmasa cunub olmurlar.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
kenan |

subhanəkə əbsarihim rahimin bes ne demekdi onu deyerdizde

Ответ / Cavab

Aleykumussalam

Bunu haradan göturmusuz. Bu düzgün məna vermir.

Allah sizə yar olsun

 

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Ceyhun |

Salam.Papuqay ve baliq saxlamaq olar ? Papuqayi qefes , baliglari ise akvarium seraitinde evde saxlamaq isteyirem. Sistani aga

Ответ / Cavab

Aleykumussalam

Yeməklərinə və tamizliklərinə baxacaqsizsa olar.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
kenan |

salam haci necersiniz haci yuxu gormusem seher deniz qiraqinda gedirem denizde oqlanlar uzurdu 2 tanidiqim namaq qilan oqlanlar da gules nedi eliyirdiler neyse o anda subhanəkə əbsarihim rahimin kəlməsini deyesen bele idi eüitdim menasi varmi bunun yoxdusa heresini bir bir izahin yazardinizda zehmetdi.teüekkurler

Ответ / Cavab

Aleykumusalam.

Sadəcə bir yuxudur, çox yuxulara önəm verməyin.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Salam |

Salam,kipriy qoydurmaq destemaza qusula maneciliyi var,kleynen yapiwdirirlar kipriyleri bir dene birdene.saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu dəstəmaz və qüslə mane olacaq.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Pak biri |

Salam Aleykum. Yere mundar suyun sicramasi malum olsa ve bu veziyyetde otagda gezilse, daha sonra o mundar suya toxunulub ya toxunulmadan gezildiyi suali yaranarsa pak goturek ya mundar ? 2) Bir basqa sualim budur ki, ayagyolunda yer mundar hokmunde olsa ve el yuyularken ayaga su sicrasa, eyilib baxdigimizda yer ve ayag yasdir, suyun mundar hokumlu yerden deyib qalxaraq ayagimizi mundarlama qerari ile yoxsa suyun elden ayaga tokulduyu neticesinimi nezere almaliyiq ? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Həmin yerə nəcisin düşməsini yəqin bilən yaş ayaqla orada gəzərsə, nəcis olacaq.

Əgər nəcis suyun toxunmasına yəqin olmasa pak su biləcəksiz.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Mirhüseyn |

Salam aleýkum hacı sizə bir sualım var zəhməť olmasa geniş izah verin.bu gün bir nəfərlə həmsöhbət oldum .adam şiə namazı qılır amma deyir imam zuhur edib ... bunlar (şiə ) olsalarda imamlařı türkiyədə verilişi var isgəndər ali mihr deyir zəmanənin imamı odur (əstəgfirullah) deyirəm sən bilirsənmi onun təriqəti məzhəbi haqda nəyə itaət edir .? Susur.xaış edirəm mümkünsə onun hansı təriqətdən oldugun birdə mpl verilişdəķi abdulcabbar boran haqda bilgi verərdiz.bu cavañlar yazıgdı kömək edək inşəallah

Ответ / Cavab

Aleykumusalam.

Bu cavanlar doğurdan da yazıqdır. İnsan nə qədər düşüncəsiz olmalıdır ki, hər belə boş şeylərə inana.

İmamın zuhuru gərək nəyəsə əsaslana.  İnsanın əlində bir dəlil olmalıdır. Ümmət hər gələnə imam dediyi üçün bu günə qalıb. Türkiyədə şiə yoxdur? Onlar necə olur Turkiyədə ola ola belə şexslərə inanmır, bizimkilər Bakıdan ora "iman "gətiriblər. Türkiyədə kifayət qədər təriqətçilər var. Bunlar da onlardan biri. Cavanlara yardımımız bu olar ki, əvvəlcə imam nədir bunu öyrənsinlər, immın sifətini tanısınlar, ondan sonra kimin imam olub olmamasını ayırd edə biləcəklər.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Nizami |

Salam vəsiyyət kimi dedi də yəqin,amma dinə zidd deyil, amma uşaqları qalib mənim yanımda dedi,mən də heç nə demədim,bir neçə belə hadisə ilə rastlaşmışam,1 çi iş yoldaşım idi yanında tək mən idim,o rəhmətə gedəndən sonra xəbər tutdum,3 mərasimi olmuşdur.2ci,qohum xəstə idi o demişdi,yanında çox adam var idi.3 də qaynanam idi,oğluna dedim anan belə dedi mənə əhəmiyyət vermədi.bu işdə mənim boynumda günah qalır

Ответ / Cavab

Aleykumussalam

Bunun nə olduğunu bilmirik. Mühüm seylər deyilsə problem yoxdur. Amma mühüm məsələlər barədə deyibsə icra edilməsi lazımdır. Ən azından  varislərinə catdirmaq lazımdır

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 10 Июнь, 2019
...... |

Salam haci. Men qizam. Gunduz yatanda pis yuxu gormushem. Nese hiss etmeyimde eminliyim yoxdu. Orgazm yadima gelmir. Orucam. Qulsum salamatdi? Sabah yene oruc tuta bilerem qusl almadan? Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam

Əgər sonunclanma,orqazm olmayibsa və məni xaric olmayıbsa qüsl almaq lazım deyil. Orucunuz da düzdür.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 10 Июнь, 2019
... |

Suallar deyil gic gic seylerdi men evveler menim Allaha ne subhem ola biler ki Sukur ama bu fikirlerin hatadan aglima gelmeyinde bilmirem yeni bu fikirler aglima geldikde baw qowmasam kecib gedermi fikir verdikce dahada artir mes namaz qiliram birden bow bow seyler ele bele oturmusam bow bow seyler bullarin menim fikrim yox seytanin vesvesi oldugun bilirem ona gore deqiqlesdirmek ucin sizden soruwdum yeni bu fikirler mene gunah qazandirmas ki cox sagolub

Ответ / Cavab

Aleykumussalam

Fikirlərə görə günah olmaz qeyd etdik ki bu vəsvəsələr sonradan problem yaradacaq. Bu səbəbə məsləhət etdik.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2019 , Опубликовано: 10 Июнь, 2019
Страница 107 из 5746 << < 103 104 105 106 107 108 109 110 111 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com