Страница 111 из 5746 << < 107 108 109 110 111 112 113 114 115 > >>
Leyla |

Salam, atam fitr pulunu ayirib, amma vermeye adam tapmiyib heleki, o pulu ne vexta qeder vermek lazimdir? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Onu imkan edib yubatmamaq sərtiylə fəqirə catdirin.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
... |

Salam. Dəstəmaz üzvündə ruçqa ləkəsi olduğda su keçirdir?

Ответ / Cavab

Aleykumussalam

Əgər qalın yazidirsa yəqin ki su keçirməz.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Ayna |

Salam.dunən yoldaşım dedi ki,gedək gəzməyə ordanda məscidə gedərsən,məndə fikirləşdim ki məsciddə ziyarət namazı qılıram,həm də şam namazını qilaram.taksi zakaz etdik gəlib çıxmadı uje axşam düşürdü,namazı evdə qıldım.mənə və yoldaşıma gunah yazılır mı?evdən çıxanda məscidə getməyi dedik amma getmədik.Xamenei ağa

Ответ / Cavab

Aleykumussalam

Xeyr qeyd edilən halda günah yoxdur.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Leyla |

Salam Ramazan bayramınin qüslu varmı? Ve nece alınır.? Sağolun

Ответ / Cavab

Aleykumussalam

Bu artıq keçib, bayram bitib.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Leyla |

Salam aleykum, men orucluqda bir gun damagimi yaraladim qan az gelirdi amma dayanmirdi. Pambiq copuyle o yere vuranda qan izi var idi, amma qan axmirdi. Ve gun erzinde davam eledi. Men mecbur qani udurdum. Bu halda orucu pozulmusdu? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Bilərəkdən qanı udmusuzsa kəffarə də gələr.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Admınka |

Salam heci men bayram namazınının qunutunda rebbana atina tid dunya heseneten ve fil axiterti heseneh vaqina azab ennar dedim. Qebul olar?

Ответ / Cavab

Aleykumussalam

insha'Allah qəbul olar.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Q... |

Salam.Qusulu hansi istiqametde vermek lazimdir.Uzu qibleye durulmalidir yoxsa nece?

Ответ / Cavab

Aleykumussalam

Qibləyə tərəf olmasın,basqa hansı tərəfə istəsə dura bilər.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Cümə 313 |

Salam Aleykum, haci dostum vəvəsədən azad olmaq üçün belə bir yola əl atıb deyir hər dəfə namazda dəstəmazın pozulduğuna şəkk edəndə özünə sual verir ki and içəcək qədər əminsən dəstəmazın pozulub ya yox? Deyir nə qədər ehtimal böyük olsa ki pozulub amma and içəcək qədər yəqinlik yoxdursa namaza davam edirəm bu düzdür?

Ответ / Cavab

Aleykumussalam

Səkkak xəstəliyindən azad olmaq üçün səkkəlrini kənara qoysun

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
...... |

Salam haci. Men qizam. Sualima gore uzr isteyirem. Dunen ishde oturanda ayaqlarimi bir birine cox yaxin sixdim ve ele bil cinsi organimda impuls hiss etdim, ele bil cinsi organim dartilib ve buraxib tez. Hardasa iki defe bele olub. shehvet hissine oxshayirdi. Amma bundan sonra sustluk yox idi. Ishime davam etdim, fikri ozumden uzaqlashdirdim. Bilmirem bu ne idi. Tam eminliyim yoxdur ki, bu orqazm idi. Hec deyesen bu haqda dushunmurdum. Herden ayaqlari sixanda bir birine bele hiss gelir. Sizce bu quslu pozur? Yeni qesten bunu etmeye ozumu mecbur etmedim cunki dunen oruc idim. Tebii ki, orucun ve quslun pozulmasini istemirdim. Bu hissin ne oldugunu bilmedim amma o saniye buraxdi. Mene ele gelir ki, bu hecneyi pozmur. Amma yenede size danishdim siz yaxshi bilersiz. Yeginliyim yoxdu pozulmasina. Teshekkur edirem.

Ответ / Cavab

Aleykumussalam

Bu qeyd edilən quslə səbəb olmaz.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Vasif |

Salam kiçik ehtiyatdan( sidiyə getdikdən) sonra yuyunmaq vacibdi yoxsa yuyunmamaqda olar??bəzən olur ki çöl şəraitində su olmur ona görə Sağ olun

Ответ / Cavab

Aleykumussalam

Sidikdən sonra mütləq yuyunmaq lazımdır. Su olmadıqda bir şeylə qurulanin ki nəcis paltariniza dəyməsin. Suya yetişdikdə yuyunarsiz

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
SubhanAllah 313 |

Salam Aleykum, hacı paltarım nəcisə bulaşmışdı amma qurumuşdu təkcə rəngi və quru izi qalmışdı namazdan sonra fikir vermişəm Namaz düzdür? Onu necə paklayım?

Ответ / Cavab

Aleykumussalam

Əgər namazdan əvvəl nəcis olmasini  bilirdinizsə namaz batildir, təzələnməlidir.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
...... |

Salam haci. Bayraminiz mubarek. Yeniden bu suali size verirem, tam anlamadim. Demeli saat 20.19 sizin saytda bayram elan edildikden sonra tam eminlikle fitre pulunu feqire catdirmaq olardi he? Yeni men sizin yazdiqlariniza emel edirem. Sadece ondan bundan eshitdim ki, ay hele cixmayib, biraz gec ayin cixmasini deyibler. Sizin vaxtinizla 20.19 da eger ay gorunubse men rahat olacam. Cox sagolun. Haqqinizi halal edin.

Ответ / Cavab

Aleykumussalam

Biz elan etdiyimizə əsasən ay gorsənmisdi ki elan verdik. Narahat olmayın.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
... |

Salam. Bayramınız mübarək! Müstəhəb namazda səhvlərə görə səhv səcdəsi yaxud ehtiyat namazı qılmaq olar?

Ответ / Cavab

Aleykumussalam

Bəli olar,

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
000 |

Salam. Bayraminiz mubarek. Men Rusiyada yasayiram. Fitreni bu gun menim adimdan azerb.da verdiler. Men de fitre ucun ayirdiqim mebleqi 2-3 hefte sonra ona qaytaracam. Biz duzgun etdik?

Ответ / Cavab

Aleykumussalam

Eybi yoxdur düzgün sayılır.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Allah bendesi |

Salam bayraminizda mubarak... Men Bayram namazin qilanda niyyetin de dedim ramazanin bayram namazin qiliram duz demiwem? Ve kitabda ki duani salavatla evez eledim qunutda olarda onu demek?

Ответ / Cavab

Aleykumussalam

Düz etmisiniz. Allah qəbul eləsin.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Muselman |

Allahin salami uzerinize olsun suallarimizi cavablandirib bizi mariflendiren gozel insanlar Ramazan Bayraminiz mubarek olsun sevdiklerinizle birlikde sevgi dolu iman dolu huzurlu omur dileyirem inwaalah . Dunyaniz gozel Axiretiniz daha gozel olsun inwaalah ???????? Aldiginiz bu gozel istiqametde uzun yollar qett etmeniz dileyi ile Allaha emanet olun ???????? Allah size Yar olsun????????

Ответ / Cavab

Aleykumussalam

Təşəkkürlər bizə arzu etduklərinizin daha artiqini sizə diləyirik.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Sevinc |

Salam Haci,bele sualim var size.Men evde kvas hazirliyiram,bunu icmek haramdirmi.Mene yoldasim dedi ki,pive kimidi o,qicqirdilir.Tesekkurler

Ответ / Cavab

Aleykumussalam

Tərkibində spirt əmələ gəlibsə haramdır.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Iiii |

Salam evde bayram namazi qilanda fatihe suresi ile ixlas suresin oxuyum?yoxsa elave her hansi sure oxumaliyam?

Ответ / Cavab

Aleykumussalam

Elə bu surələrlə də qila bilərsiniz

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
... |

Salam. 1. Dünən əhya saxlanmalı idi? 2. Bayram namazı saat neçədən neçəyə qədər qılmaq olar?

Ответ / Cavab

Aleykumussalam

Vacib deyildi.

Gün çıxandan, zöhrə qədər qilmaq olar.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Cicek |

salam haci bayraminiz mubarek.bayram namazini mutleq cammaatla qilinmalidir?yoxsa evde tek qilmag olar?

Ответ / Cavab

Aleykumussalam

Xeyr tək olaraq evdə də qila bilərsiniz.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Страница 111 из 5746 << < 107 108 109 110 111 112 113 114 115 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com