Abdullah ibn Zubeyr Ehli beyt duwmani olub,bes niye yezide.len.beyet etmek istemirmish? Cox sag olun
Ответ / Cavab
Aleykumussalam.
Özü hakim olmaq istəyirdi və İmam Huseynin qanın almaq bəhanəsi edib qiyam etdi insanlar ona bu işdə yardım etdilər, lakin taxta oturan kimi İmam Huseyn qanı yaddan çıxdı, bəlkə də İmam Huseynin qardaı Muhəmməd Hənəfiyyəyə olmazın əziyyətlər etməyə başladı.
Salam Aleykum Haci. Bir sualim var size vermeyede utaniram suali. Demek men 2 ildi bir oglan sevirem. Bunu hec kim bilmir hec oglanda bilmir. Bir Allah birde men bilirem. Ilk defedi birine deyirem ve cox utaniram(((. 17 yasim var. Namaz qilan ve hicabliyam. Oglani mektebde gorub sevmisem eyni yasdayiq texmini 6 ay boyukdu menden. Cox unutmaq istedim olmadi. Qismet.. Men gunah edirem??? Namehremdi axi mene. Hec Allahdan onu isteyenmirem utaniram Allahdan. Ne edim? Ne meslehet gorerdic? Aciz insana. (teqlid Sistani aga) Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Bu fikirlər sizi harama aparacaq, belə fikirlərdən uzaq durun.
Salam aleykum,men sizin cavablariniza guvenirem,odur ki bunun duz olub olmadigin bilmek isteyirem:"Ayətullah Şübeyri Zəncənin fətvasına əsasən, zina etmiş evli qadın tövbə edərək, ərindən boşandıqdan sonra zina etdiyi kişi ilə evlənə bilər. Yəni onun fətvasına əsasən, evli qadın zina etdiyi kişi ilə əbədi olaraq haram olmur. Bu məsələdə Ayətullah Şübeyri Zəncaniyə keçə bilərsiniz.."
Ответ / Cavab
Aleykumussalam.
Ağa Şubeyrin belə bir fətvası qarşımıza çıxmayıb və risaləsində də belə fətva yoxdur. Əgər kimsə sual edib cavab alıbsa, olduğu kimi cavabı və sualı göndərsələr, baxıb söz deyə bilərik.
Salam . Bir qadın ərinin onu doyduyunə gorə qəsdən intihar məqsədi ilə dərman atib ozunə hecnə olmadi ama 1 ayliq uşağı düşdü indi gunah kimdədir əri çox qəzəbləndi usaga görə. Bunu kəffarəsi nədir! Xamnei aga. Cox sagol hacı
Ответ / Cavab
Aleykumussalam.
Ər cinayət edib qadına qarşı, onun günahı budur. Qadın iki cinayət edib, biri özünə qarşı, ikincisi körpəsini məhf edib.
Bunun kəffarəsi körpənin hansı şəkildə olması ilə bağlıdır.
әmr bе mәruf vә nәhy әz münkәr vәzifәsini etmek ucun kimese nese deyirsen,deyir:"Ozum bilerem,din her kesin wexsi ishidir,hech kim qarishmasin..." Bu halda ne etmek lazimdir? Xamanei aga.Allah razi olsun.
Salam..menim 2 suailim var?..1)bedeni wiwirtmek yani trenajora gedib mewq eliyib wiwirtmek gunahdi?ve ya idman yemekleri yeyib ezeleni wiwmesine sebeb olan?..2)rusm vermek iwle bagli ruwvet kimi sayilir?ruwvetde ewitdiye gore duzgun deyil..
Ответ / Cavab
Aleykumussalam.
Günahı yoxdur, lakin ziyanı olarsa, belə şeylərdən uzaq durulsun.
SalamAleykum.Men 1-lden cox olarki,size yaziram ve hiss etmiwemki,her il siz Kerbela ziyaretine gedirsiz.Men sizi Allaha and verirem,Inwallah bu ilde gedsez menim gusurlu ogluma dua ederdiz?Men ewitmiwemki,Imam Huseynin Hereminin icinde edilen dualar gebuldur,menim imkanim yoxdu gedim ve balama dua edim,ona gore sizden bunu etmeyinizi istiyirem,eyer bu il getmirsizse tanidiginiz kimse gedirse ona deyin,Allah bunun evezini Insallah size xeyirli eder.Oglum 9- yawdadi,adi Alidir,daniwmir,biryerde durmur nece deyim ozunu idare ede bilmir,biliremki ondan asli deyil,hekim deyir Autizmdir.Daniwmasina elede narahat deyilem,tekce sakit olsun,boyuyur mene cetindir.Sizden coox xahiw edirem Imamdan Ali oglumun Allahdan sefa tapmasi ve sakit olmasini istiyesiz?men bunlari size goz yawimla yaziram,men Allahdan hemiwe sefa istiyirem,imtahanim uzun cekir,istiyiremki,siz duani edesiz,Imam Allah arasinda vasiteci olsun arzum tezlewsin.Allah sizin balanizi saxlasin, belalardan gorusun Amin.
Ответ / Cavab
Aleykumussalam.
İnşaLAlah Açuranı Kərbəlada olmağı planlaşdırırıq, İnşaALlah. Əgər Allah nəsib edərsə, sizi və balanızı dua edəcəyik.
Salam. 1. Rukuda iken rukunun sozlerinin yerine secdenin sozleri deyil ve namazdan sonra bilse ne etmelidir? 2. Yaxud da namaz esnasinda bilse ne etmeli? 3. Eksine olsa nece yeni secdenin sozunun evezinde secde halinda olanda rukunun sozlerini dese ne etmelidir sonra?
Salam Aleykum.Menim toyum olacaq men hicabliyam namaz ehliyem aile qurdugum oglanda namaz qilandi ama atasi ona toyu ickili eliyir mecburen.Toy heyetde palatkada olacaq men evin icinde oturacam icki olmuyan yerde menim sualim odurki menim o evde oturmagim gunah olmaz ki?ya orada getmemeliyem?
Ответ / Cavab
Aleykumussalam.
Sizə günah deyil, amma bunu edən çox çox böyük günah edir.
salam aleykum va rahmatullah,Allah qorusun sizi 1)salavat cekende Allahumasalli ela Muhammadin va ali Muhammad yoxsa Allahumasalli ela Muhammad va ali Muhammad demek duzdur ? 2)birde eger insani oldururlerse ,ev yanirsa ,yada kimise oldururerse namazi yaridan buraxib problemi hell etmek olar?Ayatollah Sistani
Ответ / Cavab
Aleykumussalam.
Əgər bir nəfəsə deyiləcəksə, o zaman birinci halda deyiləcək, əgər arada nəfəs alınıb dayanılacaqsa, o zaman ikinci şəkildə.
Birinin canı təhlükəyə düşərsə, onu xilas etmək üçün namazı poza bilərsiz.
Salam Hacı .sizdəndə soruşmaq istərdim deyilənə görə bu gün yəni 3-ü Xanım Fatimə.ə.və imam Əli. ə.izdivac günüdür.bu doğrudur?cavabınıza görə təşəkkürlər.