Страница 1111 из 5746 << < 1107 1108 1109 1110 1111 1112 1113 1114 1115 > >>
Bəndə |

Salam.Miladi təqvimi ilə Məhərrəm ayı nə vaxt daxil olur?

Ответ / Cavab

Aleykumussalam.

Ojktyabrın 3 ü.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
roma |

her hansi bir yerde ya olkede qanun qoyulur filan mala bu qeder rusm verilmelidi gomrukde ya filan mali ancaq xususi adamlar getire biler bu halda biz gizli yol ile ya necese kecire bilerik? yeniki qardawim ilahi hokmlere zidd olan ya ona uygun olmuyan edaletsiz ve haqqskz yersiz qanuna biz riyaet etmiye bilerikde

Ответ / Cavab

Aleykumussalam.

İslamın qanunlarına zidd deyilsə, tabe olunmalıdır.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
Rauf |

Salam..menim 2 sualim var..1)Namazda secdeden qalxanda ayaqlarin veziyeti nece olmalidi..sol ayagin alt hissesi ve sag ayagin ustu?kisiler ucun..2)muselmanlara cimerliye getmek gunahdirmi?yani hem kisi hem qadin..ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1.Xeyr, əksinə, solun üst hissəsi, sağın alt hissəsinin üzərinə.

2.Naməhrəm kişi və qadınların bir birlərinin yanında çılpaq, yarıçılpak  şəkildə olduğu yerlərə getmək olmaz.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
bir Allah bendesi |

Salam aleykum,ola biler bu sual menasiz gorunsun amma ele deyil,cinlerinde muselman olani var,onlarla nece dost olmag olar? muselman cinle muselman insanin evlenmesi ve ya dost olmasi,onlarin evine qonag gedib gelmek ve s...mumkundur? Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Onların öz həyatları var və bizim ora müdaxiləmiz yoxdur.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
Böyükağa |

5-ci imamın adı olan, Baqir adı, nə deməkdir?

Ответ / Cavab

Aleykumussalam.

Baqir sözünün mənası yarmaq, açmaqdır. Əsli baqirul ulumin-nəbəviyyə-dir. Peyğəmbərlər elmini açan, açıqlayan eməkdir.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
Abdullah |

salam aleykum,veliehdlik gebul edir imam Rza (e) ,o ne demektir? 2)birde insan olenden sonra nece, saat sonra qebre qoyurlar?bir gun meyyitin evde olmagi lazimdi?

Ответ / Cavab

Aleykumussalam.

1.İmama bunu zorla qəbul etdirirlər və İmam sona qədər bu vəzifənin adı üzərində olsa da bu vəzifəni icra etməyəcəyini bildirir və etmir. Vəli əhd , yəni xəlifə öldükdə onun yerinə namizəd.

2.Bunun saatı yoxdur, hədislərdə buyurulur ki, insan dünyadan getdi, onun dəfn işlərində tələssinlər.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
bir iki üç |

Salam bir qız nişanlısı ilə parkda gedərkən bir qızı bir oğlanla görürlər qız bu oğlanın yanında olan qızı tanıdığını deyir nişanlısıda deyir kimdi kimdi qızda deyir ama dəfələrlə dəqiq bilmədiyinidə bildirir deyir bəlkə oxşatdım o yaxşı qız idi.1.bu zaman nişanlısına dediyi üçün qız günah etmiş olurmu bəlkədə həmin qız deyilmiş? Təzdən nə etməlidir?3.əgər həmin qız deyilsədə onun haqqına girmiş olurmu?Nə etmək olar çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

Bundan belə dəqiq bilmədiyini danışmasın.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
bəndə |

Salam ALeykum. 1.İş yerindən desələr ki üzündə tük olmamalıdır bu halda üzün qırxılmasının qəbahəti varmı yəni lezvaynan ? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgər məcbur edilirsizsə və bunun əksinə getmək imkanı mümkünsüzdürsə, üzrlü sayılarsz.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
Nahid |

Hacı Salam Aleykum..bunun açıqlamasın verərdiz zəhmət olmasa..Müslim öz səhihində nəql etmişdir ki, Ömər ibn-Xəttab Əbu-Hüreyrəni, Rəsulullahdan (s) «hər kim «La ilahə illəllah» kəlməsini desə, Cənnətə daxil olar» hədisini rəvayət etdiyinə görə döymüşdür.

Ответ / Cavab

Aleykumussalam.

Bunun nəyini şərh etməyimizi istəyirsiz? Niyə döydüyünü? Onun belə hərəkətləri çox olub və şərhə də ehtiyac yoxdur.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
Bir prablem haqda |

Salam aleykum.Bir adam eri olan qadinla zina edib,usag dunyaya gelib,sonra qadin erinden ayrilib,onlar ebedi haram olublar amma ortada ushag var,ne etsinler? elbette,bu chox chirkin iwdir,amma bunu cahil vaxtlarinda edib,tovbe edib amma bununla her wey hell olmur,usag var o ne olsun.sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Onlar bir birlərinə əbədi olaraq haramdırlar. Başqa məsələləri yoxdur.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
Yusif |

Salam aleykum Qurbanliq heyvanlarin bolgusu nece aparilmalidi?nece nefer serik olmalidir? xirda buynuzlu (meselen keci qoyun) heyvana serik omaq olarmi?

Ответ / Cavab

Aleykumussalam.

Burada insanın özünün müəyyən ölçüsü əsas olar və yaxşı olar ki, o qədər pay edilsin ki, payı alan adam heç olmasa ailə üzvlərinə çatan qədərində bir xorək işirə bilsin. 10 nəfərə az az verməkdənsə, 5 nəfərə fərli pay verilsin, digəri də başqa beş nəfərə.

Kiçik heyvana şəriklik məsələsi bizə rast gəlinməyib

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
İbrahim |

Salam Aleykum səssiz qılınan namazlarda həmd-surə səssiz qılınıb, səcdələr, təşəhhüd,salamlar səsli qılınır? yoxsa bütün bunlar səssiz qılınır? yəni pıçıltı ilə

Ответ / Cavab

Aleykumussalam.

Onları səsli ya səssiz deməsində ixtiyar sahibisiz.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
.... |

Salam qurbanliq kesdirerken molanin oxumagi mutləqdi?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, mütləq deyil.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
bende |

Salam aleykum. 1)Bir coxlari oturanda ya Eli qalxanda ya Eli diyirler. Eli(e)-ma canimiz qurban amma ya Allah demek duzgun olmazdimi. Yadaki deyirler ya Abalfazl Abbas sen mene komek ol, Ebelfezl Abbas agamizdi amma o komek ede bilermi ? bu ne qeder duzgundur?

Ответ / Cavab

Aleykumussalam.

Allahdan kənar onları müstəqill qüvvə bilərək çağırmaq olmaz, Allahın əziz kəsləri olaraq, Allahən izniylə onların köməyə gücü çatacaq etiqadı ilə olarsa, icazəlidir.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
SAMIRA |

Salam Aleykum.Deyirler heqiqi Kerbela torpagi ashura gunu qirmizi olur bu ne derecede duzdu? Umumiyyetle o torpagi suya qatib icmek olar?az miqdarda

Ответ / Cavab

Aleykumussalam.

Həqiqi torpaq  dedikdə nə nəzərdə tutulur.? Kərbəlada olan bütün torpaqlar kərbəla torpağı sayılır. Sırf İmamın qəbrinin yanından götürülmüş torpağa gəldikdə isə bərəkətli torpaqdır və yeganə torpaqdır ki, onu xəstəlik əleyhinə suya qatıb içmək icazəlidir, bəlkə xeyirlidir.

Qızarmasına gəldikdə isə bizə rast gələn bir xüsusi şüşə qabda azca bir torpaq var ki, o Aşura günü qızarır.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
Dıqqet |

Salam Aleykum. Xahis edirem diqqetli olun. Indiden uzr isteyirem. Duzgun istibra edilse, sonra sidiye gedilse ve sidik qutarmasinin 1 2 saniyesi sonra sire gelse, daha sonra istibra edilse, cinsi organ yaxsica yuyulsa amma sire getmese ve paltara yaxilsa mundar sayilacaq?? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgər yaxşı yuyulars orda şirə qalmamalıdır. Əgər qalırsa, deməli yaxşı yuyulmayıb. İstibradan sonra gələn yaşlıq isə nəcis sayılmır.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 1 Сентябрь, 2016
aliya |

салам.У меня такой вопрос.Чтобы развестись тоесть получить талак,достаточно ли просто услышать мужа слово талак. или все таки надо идти в мечеть

Ответ / Cavab

Aleykumussalam.

V meçeç idti obyazatelno. S razreşeniya  muja poluçayete talaq , potom axund çitayet etot  talaq.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 31 Август, 2016
......... |

Salam Aleykum.(Texelli ve diger vaxtlarda insana vacibdir ki oz ovretini yetkinlik yasina catmis adamlardam,ona mehrem olan ana ve bacisindan,her hansi divaneden,yaxsini pisden secen usaqdan gizletsin.Lakin er ve arvada oz ovretlerini bir birinden gizletmek vacib deyil)bu Sistani Aganinrisale kitabindandir.Sizde cavablarin birinde demisdizki erle arvad elaqede olarken bir birinin cinsi orqanina baxarsa usaq kor ola biler.xais ediremaydinlasdirin.Erle arvadin bir birinin cinsi orqanina baxmasi olar yoxsa yaxsi is deyil?cox sagolun onceden cavaba gore

Ответ / Cavab

Aleykumussalam.

BAxmasının qadağası yoxdur, lakin övlad dünyaya gətirmək istəyirlərsə, o halda bunu etməsinlər.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 31 Август, 2016
Ira |

Salam.Burda suallarin icinde gordum ki,kishi sige elese xanimindan o halda icaze alirki o qadin qeyri muselman olsun muselman olduqda niye alinmamalidi?

Ответ / Cavab

Aleykumussalam.

Bu irad bizədir ya şəriət sahibi olan ALlaha?

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 31 Август, 2016
Bende |

Salam. Tapsaydim daha niye sorusurdum ki bir daha. Zehmet olmasa bir daha yazardiz?

Ответ / Cavab

Aleykumussalam.

Dəstəmazda ancaq üz  və qollar yuyulur, başa və ayaqların üzünə məsh edilir. Qalan işlər müstəhəbdir və dəstəmaza aid deyil, etməsəniz də olar.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2016 , Опубликовано: 31 Август, 2016
Страница 1111 из 5746 << < 1107 1108 1109 1110 1111 1112 1113 1114 1115 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com