Salam hacı. Bir şexs vesiyyet ede bilerimi ki, öldükden sonra onun orqanları verilsin müvafiq yerlere ki, orqana ehtiyacı olan xesteler sağala bilsin. Din bu meselede ne buyurur?
Ответ / Cavab
Aleykumussalam.
Bu suala bir iki gün bundan əvvəl cavab vermişdik. Bu həmişə və hər halda icazəli sayılmaz.
Müsəlman cəsədinə ehtiramsızlıq sayılmamaq və bir müsəlmanın həyatının xilası ona bağlı olduqda bəzi hallarda icazəli sayılar.
CAmaat namazı odur ki, insanlar bir nəfərə bağlanaraq namazlarını qılacaqlar.
Camaat namazında nacaq birinci v ikinci rkətlərdə olan həmd və surə deyilməyəcək, ya sakit duracaqsız, ya zikr deyəcəksiz. Qalan bütün hissəlr deyiləcək, lakin ondə duran pişnamazı qabaqlamamaq şərtiylə.
Salam Aleykum.1.kimise ezizlerinin canına and vermek günahdır?2.kimise ezizinin canına and verdikdeki hansısa işi etsin eger hemin insan o işi etmese onda and verdiyi insanlara nese ziyan olar?
Ответ / Cavab
Aleykumussalam.
Günah deyil, amma belə işlər görülməsin, çünki həmin şəxsi iradəsindən kənar iş görməyə məcbur etmiş oluruq.
Salam.Xaiş edirəm Zəhmət olmasa bizim ayla deyə bilərsiz nə vaxtdır?Hicri-qəməri təqvimindən anlayışım yoxdur...Xanım Zəhra ilə İmam Əlinin və birdə şəhadəti deyirdim.Bağışlayın narahat edirəm
Ответ / Cavab
Aleykumussalam.
Təzə ayın hilalı görsənməlidir ki. tam dəqiq bilinsin.
31 avqust Ziqədənin 27 sidir. Buna əsasən sayın, ziqədə 29 olarsa bu 2 sentyabr, 30 olarsa 3 sentyabr olacaq.
Salam. İmam Əli ilə Xanım Zəhranın izdivac günü nə vaxtdır? Neçəsindən neçəsinə keçən gecədi? İmam Təqi (ə)-ın şəhadət günü nə vaxtdır? İzdivac günü Şəhadət günüə düşürmü?
Ответ / Cavab
Aleykumussalam.
İmam Əli ilə xanım Zəhranın evlilik günü zilhiccənin biri, İmam Təqinin şəhadəti isə Zilqədə ayının 30 dur.
Salam Aleyküm qardaş bir şey soruşmaq isteyirdim. Men başqa ölkedeyem ve burda yaxınlarımın evinde qalıram ilk növbede ne qeder qalacağımı ve başqa qohumların yanına ne vaxt gedeceyimi bilmediyime göre namazları tam qıldım ondan sonra 8 gün keçdi ve qohumum gile getdik (teqribi 240 kö) orada namazı qesr niyeti ile qıldım. İndi yeniden eve qayıdanda qesr ile qıldım namazım düzgündürmü? Çox başım qarışdı bu mövzüda. Onuda qeyd edim buranı özüme mesken seçmemişem müveqqeti qonağam Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam.
Əgər getdiyiniz ilk yerdə 10 gün ya artıq qalmaq qəsdiniz var idisə, orada namazlar tam qlınmalı idi.
Əgər bu qəsdi sındırıb oradan başqa yerə səfər etmisizsə, o zaman orada 10 gündən az qalmısızsa, namazlarınız qəsr olmalı idi.
Əgər oradan əvvəlki qaldığınız yerə qayıdandan sonra orada 10 gündən az qalacaqsızsa, o zaman orada da namazlarınız qəsr olacaq.
Salam Haci.Qurani Kerimde o biri dunyada cennete layiq kisilere huriler verilecek yazilib dyzdurmu?yeni Allah bagislasin basa dusmeye calisiram sadece bir yox bir nece qadin?bu dunyada normal baxmadigimiz bir ismi ya nece.hec kim sevdiyi yoldasiynan bir olmayacagmj
Ответ / Cavab
Aleykumussalam.
Dünyada kiminsə nəyəsə normal baxmamağı, o şeyin səhf olması demək deyil.
Salam Aleykum.1 qızla normal münasibətdə idim.Ancaq qız nəsə ürəyimə tam yatmırdı.Səbəbini özüm də bilmirdim.3 ay münasibətdən sonra yuxumda bir rəsmi geyimli qadın gördüm .Mənə yaxınlaşıb dedi ki, o qızla əlaqəni kəs.O sənə layiq deyil.Sənə zərər verəcək.yuxudur deyə boş verdim ancaq 10 gün sonra səbəbini özüm də bilmədən ürəyim tamamilə soyudu ona qarşı.Danışmaq belə istəmirəm(qızda mənfi heçnə görməmişəm)mən necə hərəkət etməliyəm?
Ответ / Cavab
Aleykumussalam.
Hörmətli oxucu, bura dini suallarınız varsa yazın, sevgi məsələlərini yox.
Salam bizim evde bele veziyyet yarnib yoldasim deyir evde namaz qilma icaze vermirem,bawqa yerde namaz qilmaga qoyur, amma qaynanam icaze verir deyir ki, menim evimdi,ev qaynanamin adindadir.men gizlince evde namaz qila bileremmi?her defe mescide gede bilmirem.umumiyyetle qadin bu hlda kimin sozune baxmalidi ?Xamenei aga
Salam müəllim. Şiələr haqqında cürbəcür məlumatlar verilir və mən də sizinlə dəqiqiləşdirmək istədim. Düzdür ki, şiələr daim yerli-yersiz təqiyyə edir və heç vaxt ixlasla, düzgün bir suala cavab vermirlər? Hətta siz də suallara cavab verərkən ancaq təqiyyə edirsiz? Şiə alimləri müqəddəs Quranın təhrif olunmasına iman gətiriblər və şiələr Mehdinin "əsl" Quran gətirməsini gözləyirlər? Guya səhabələr imam Əli haqqındakı surə və ayələri gizlədiblər? And içirlər ki, bütün şiələr buna inanırlar, amma müsəlmanlar arasında camaatı "yola verirlər"?
Ответ / Cavab
Aleykumussalam.
Boş sözlərdir, biz cavab verdikdə heç bir təqiyyə etmirik, sadəcə bəzən lazım olmayan məəsələlərə fikir bildirmirik. Təqiyyə ayrı bir şeydir. Bu iradları vəhhabilər edir? Onların nəzərində təqiyyə nədir, döyüş meydanından qadın şəklinə düşüb canını qurtarçmaq?
Quran barədə də Şiələrin barəsində deyilən ağıllı söz deyil. Getsinlər Əsası şiə olan ölkələrə, orada fərqli Quran tapacaqlar? Şiə təfsirçiləri məgər əlimizdə olan Qurana təfsir yazmayıblar? Bunu hətta sünni alimləri belə deyirlər ki, şiədən xoşun gəlmirsə, heç olmasa yalan iftira atma.