Страница 1129 из 5746 << < 1125 1126 1127 1128 1129 1130 1131 1132 1133 > >>
Rovshen |

SALAM ALEYKUM RUSIYA ISTEHSALI OLAN EKSER SIRNIYYATLARDA TERKIBINDE SPIRT OLUNMASI QEYD OLUNUR,ONU YEMEYIN HOKMU NEDIR.

Ответ / Cavab

Aleykumussalam.

Əgər tərkibində spirt olması qeyd edilibsə, o zaman onları yeməkdən çəkinin.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Sübhan |

Salam. Parodiyaya baxıb gülmək dinimizdə haramdır.(Bilirsiniz,nəyi deyirəm,"Bu Şəhərdə","Planet parni iz Baku" kimi konsertləri.) Dinimizdə baxılması haram olan idman növü var? Namaza başlamaq istəyirəm.Səcdədə hansı zikr edilir? "Əccill fərəcəhum şərif" nə deməkdir? İstixarə namazı 2 rikətdir? Qırxayaq,ilan kimi həşəratlardan qorunmaq üçün dua varmı? Səhvim varsa,bağışlayın,eşitmişəm ki,Uca Peyğəmbərimiz yatmazdan əvvəl ixlas,fələk və nas dualarını oxuyub mübarək əlinə üfləyərmiş və sonra bədəninə çəkərmiş.Mən də bunu edirəm.Amma hərdə bədənimə çəkmirəm.Duanı əlimlə bədənimə çəkməsəm olar? Allah sizdən razı olsun,qardaş.Sağ ol!

Ответ / Cavab

Aleykumussalam.

Dinimiz haram olan şeyləri qadağan edir, əgər dediklərinizin tərkibində haram olmazsa ya harama çəkmək olmazsa, o zaman baxmaq olar.

Səcdəd 3 dəfə Subhanəllah demək kifayətdir.

Onun şərafətli fərəcini tezləşdir.

Bəli iki rükətdir.

Bəli, olar, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
.... |

salam.men dunen qasimi aldirmisdim ve qasi alan qiz alannan sonra kraskada vurdu qasima bele cox deyil amma nazik var kraska.bu destemaza manie deyilki?

Ответ / Cavab

Aleykumussalam.

Əgər suyun toxunmasına mane olan , lak kimi pərə yaratmırsa, o zaman dəstəmaza mane də deyil.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Səhra gəmisi |

Salam. Sual Cəməl döyüşü barəsindədir. Möminlərin anası Aişə, Talha, Zubeyr Bəsrəyə gəlirlər. İmam Əli isə Mədinədə idi. Yəni imam Əliyə qarşı çıxmaq istəyən Mədinəyə gələrdi. Sizin deməyiniz ki, Aişə Əliyə qarşı çıxıb heç bir tənqidə dözmür. 2-ci əmirəlmöminin Osmanı qətlə yetirən Misirli zındıqlr, təkfiçi-xəvariclər imam Əlinin ordusuna qatılmışdılar. İmam Əlidən qatilləri tələb edirdilər. Çünki gələcək hadisələr göstərdi ki, həmən qatillər Siffeyndə onun ordusundan ayrılırlar, onu da, balası imam Hüseyni də qətlə yetirirlər.

Ответ / Cavab

Aleykumussalam.

Sizin bu məntiqinizdən belə çıxır ki, ermənilər də Bakıya gəlməyib ki, Qarabağa gəlib və Azərbaycan hokuməti ilə düşmənçilik deyil bu, hə? Bir az heç olmasa öz dediyinizi düşünürsüz? Xəlifəyə qarşı qiyam qaldırıb usyan etmək  Çəhərləri zəbt edib, hakimiyyətin numayəndələrini zəbt etmək dostluq nişanəsidir?

Osmanı qətlə yetirən kəs bir nəfər idi, ya elə İmam Əlidən uzaqlaşıb Xanım Aişənin başına toplananlar idi.? Tarixə təhrif verməklə tarix dəyişmir.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
VUQAR |

Salam aleykum. Üz masinka ilə uzu temiz qirxmaq haramdi? Bərbər üzü qirxir masinka ilə onun pulu haramdi? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgər üzün tükünü lezva kimi dibindən qırxan maşındırsa, onunla qırxmaq elə lezva ilə dibindən qırxmaq deməkdir. və haramdır.

Bərbər də bu işi görərsə, haram iş görüb. Baş qırxan maşın ilə qırxmağın maniəsi yoxdur, amma o qədər olmalıdır ki, kənardan baxdıqda üzündə tük var deyilmiş kimi olsun.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
sebuhi88 |

menim atam icki icir evde soz sohbet yaradir anami yoldawimi meni soyur tehqir edir.illerdi bu hal tekrar olur ve buna birteher dozurdum ve bir gun atam icmekden bawqa cekmiwdi evde geldi yene soz sohhbet saldi hamini tehqir etdi qab stekani qirdi.men artiq buna doze bilmedim bu hereketine reaksiya verdim atamla elbeyaxa oldum dalawdiq artiq sebrimin son heddi idi.bilmek isterdim bu haldada mene gunah varmi valideyn haqqina girmiw olurammi gunah ne derecede boyukdu?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, günah etmisiz, qarşısında  bu halda dayanıb ailənin zəif üzvlərini qoruya bilərsiz, lakin əl qaldırmaq, qətiyyən olmaz.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Gerib xanim |

SalamAleykum.Allah sizden razi olsun.Men internetden Axiret alemine kitabini yuklemiwem.Subh namazindan sonrs onu oxudum ve orda bir insanin yuxusu barede yazilib.Gebirden tutmuw ta Giyamete kimi teferuati ile yazilib.Savab,gunah,yol azugesi,emel defterleri,uzun dehwetli yollar ve saire.Vahime icindeyem yata bilmedim,bunlar hami dogrudurmu??

Ответ / Cavab

Aleykumussalam.

Vahimə lazım deyil, lakin qorxu lazımdır. Allahdan qorxun dedikdə də bu nəzərdə tutular ki, bu dünyadakı kimi deyil ora, orada  insan ALlahın rəhmətindən, lütf və yardımından kənarda qalmadan qorxmalıdır.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Gerib xanim |

SalamAleykum.Dinimizde her mahniya gulag asmag beyenilmir,burda bir taniw giz var mahnlara gulag asir ve deyirki,mahni vasitesi ile idman edirem ve ariglayiram,bele etmek olarmi??

Ответ / Cavab

Aleykumussalam.

Dində insanı ALlahın zikrindən saxlayan, onu  normal  halından çıxaran və haram məclislərər aid olan mahnılar qadağandır.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Aaaaa |

Salam eger men heyzim qutarandan sora qusl alsam tutalimki sam namazina qeder qusl alib temizlendim onda isadan baslayib qikiyim namazlari?? 2)birde ehtiyat meqsedile quslu gecikdirmek olar cunki bezi vaxtlar 4 bezi vaxtlar 5 gun olur ona hore? Cox uzr isteyirem bagislayin

Ответ / Cavab

Aleykumussalam.

Nə zaman təmiz olmusuzsa, həmin zamana aid olan namazları qılınmalıdır, qılınmayıbsa, qəza ediləcək.

Əgər bu namazın qəzaya qalmasına səbəb olarsa, gecikdirilməsin.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Mələk |

Salam.Səssiz və səsli qılınmalı namazlar hansılardır? Səssiz qılınmalı namazı səsli qılsam namaz batil olar? Çox sağ olun!

Ответ / Cavab

Aleykumussalam.

Qdınlar bütün namazlarını səssiz qılsalar yaxşıdır.

İnsan bilərəkdən səslini səssiz, səssizi səsli qılarsa, namaz batil olar.

Sübh, şam və xiftən  namazlarının ilk iki rükətlərinin qiraətləri səsssli, qalan bütün namazlar və bunların qalan rükətlərinin qiraətləri səssiz qılınacaq.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
salam |

salam/eger bir sexs elin qurana qoyub tovbe namazi tovbe edib defelerle tovbesini pozubsa ne etmelidi. Yeniden tovbe ede bilermi. Nece etsinki AllAh onu bagiwlasin.

Ответ / Cavab

Aleykumussalam.

Yenidən tovbə etsin və özünə diqqət etsin.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Şəms |

Salam.1)Qəza namazını qılanda namazda səhv etsəm,Onda səhv səcdəsində 1 dəfə salam verilir,3 dəfə? 2)Namaz qılanda qolçağım tez-tez düşür.Onu düzəldirəm.Bu namazı pozmaz ki? 3)Namazda, səcdədə gözləri bağlamaq namazı batil edir? Mən gözümü bağlamayanda fikrimi cəmləşdirə bilmirəm. 4)Duanı sidq qəlblə ürəyində etmək olar?Onda dua qəbul olunar? 5)Şeytan fikirərimə tez-tez pis şeylər salır.Bu şeytanın vəsvəsəsidir? Bundan necə qurtulmaq olar? Allah razı olsun.Çox sağ olun!

Ответ / Cavab

Aleykumussalam.

1.Bir dəfə son salamı deyin.

2.Pozmaz.

3.BAtil etməz, lakin çalışın bağlamayın.

4.Bəli, mümkündür.

5.Allahın adlarını zikr etməklə.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Müsəlman |

Salam. Menim 15 yaşım var. İllerdir namaz qılıram. Ancaq günah olduğunu bilmeden özüm öz üzerimde iş görmüşem. Meni xaric olub. Amma tam yox. İndi de az-az gelir. Ne ede bilerem? Deyesen bu namaza manedir. Ancaq chixiş yolu tapa bilmirem. Amma yene de namaZlarimi qilmaga davam edirem

Ответ / Cavab

Aleykumussalam.

Cənabət qüslü verin və bir daha belə çirkin işlərə qoşulmayın.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Zeka |

salam aleykum corekden hazirlanan kvas icmek olarmi?

Ответ / Cavab

Aleykumussalam.

Tərkibində zərrə qədər də olsa spirt varsa, olmaz.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Abdullah |

Salam aleykum, Allah razi olsun sizden,Semiellahu lil men hemide yoxsa vel hemide,cume namazindan sonra zohr namazini qilsam sehf olmaz Sistani agaa teqlid edirem onu fetvasi nedir ,birde 13 yawimda bawladim,namaza qeza duwur,15 yawindan olmalidi namaz.

Ответ / Cavab

Aleykumussalam.

Səmiəllahu li mən həmidəh.

Cümə qılınıbsa zöhr qılınma.

Olmayan şeyin qəzası olmaz.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Salam |

Hacı Salam. Men sizden bir sey sorusmaq isteyırem. 1 aydan sonra toyum olacaq. Amma men pis hadıseler haqqında dusunurem. Herden ele bilirem nese olacaq ve toy olmayacaq. Bedbinliye qapılıram. İşlerin yolunda dızgun getmesi ucun men hansı sureleri oxumalıyam.??? Coox sagolunn Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Belə şeyləri ümumən düşünməyin, beyninizə belə fikirlr gəlmək istədikdə başqa şeylər barədə düşünün.

Qurnın sonunda olan və Qul ilə başlayan 4 surələri oxuyun.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
salam |

Salam qardaş 1 mən məsəddən uzuy gətirmisəm onla ayaqyoluna girmək olar? 2 anam hec basa dusmur qiybətdən əl çəkmir mən hər gün ondan qeybət eşidirəm mənə günahdır? Axi basa dusmur. 3 yanan ocaga komurə su tökmək günahdı?  Cix sağolun Haci

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər üzərində yazı yoxdursa, olar.

2.Qeybət olduqda uzaqlaşın kənara.

3.Günah deyil.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Gülnar |

Salam.Allah razı olsun bu xoş əməlinizə görə.Üzr istəyirəm sualıma görə həyacanlanma( söhbət ,kinoya baxan zaman və s.)nəticəsində gələn sürüşkən maye qüslu batil edirmi?Bir də mən daim his edirəm ki,ciklənirəm(hamamda,ayaqyolunda),qüslum pozulur yuxuda da əzab cəkirəm bu haldan.

Ответ / Cavab

Aleykumussalam.

Qüslü pozan ancaq o mayedir ki, onunla şəhvət tamamlansın və bədəndə ondan sonra süstlük əmələ gəlsin, belə deyilsə, gələn yaşlıq qüslə səbəb olmaz, daxildən gələn çirk də qüsl gətirməz.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Gerib xanim |

SalamAleykum.Guranin Inwigag suresinin 9-ayesinde yazilibki,O,yaxinlarinin Cennetdeki dostlarinin yanina hurilerin,gilmanlarin yanina sevinc ve wadligla gayidar.Gilman kimlerdir??zehmet olmasa bawa salardiz??

Ответ / Cavab

Aleykumussalam.

Huri-qadın, qılmanlar isə kişi şəklində olan mələklərdir.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Arzu |

Birde dini sohbetlere qulaq asanda kime qulaq asmaqi meslehet bilirsiz?coxsaqolun birdaha

Ответ / Cavab

Aleykumussalam.

Kiminsə adını desək, digərlərinin haqına girmiş olarıq, siz baxdıqlarınızın adını qeyd etsək, biz qulaq asıb asmamaq barədə məsləhət edə bilərik.

Allah sizə yar olsun

Задан: 20 Август, 2016 , Опубликовано: 20 Август, 2016
Страница 1129 из 5746 << < 1125 1126 1127 1128 1129 1130 1131 1132 1133 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com