Bir daha salam.Bağışlayın sizidə bezdirdim..Siz lap ürəyimə narahatçılıq saldız.. əgər bətnimdəki körpənin ürək döyüntüsü dayanıbsa o ölmüş sayılmır?.. Həkim dedi hələ Allaha şükür eləki tez bilmisən buna görə bədəninə zəhərlənmə olmayıb.. birazda gecikdirsən təmizlənməyi uşaq zəhərlənmə verəcək sənə..belə halda olar uşağı bətnimdən təmizlətmək?..çox sağolun
Ответ / Cavab
Aleykumussalam.
Bunu mütəxəssis həkim bilər. biz onun indi hansı halda olmasını bilmirik. Biz hökmü çatdırırıq.
Salam eleykum. Xais edirem bunu sade sozlerle izah edin. Üçüncü şərt: İki cümə namazı arasındakı məsafə bir fərsəxdən az olmamalıdır Məsələ 1794. Əgər bir cümə namazının qılındığı yerə bir fərsəxdən yaxın məsafədə başqa bir cümə namazı da təşkil olunarsa, eyni anda başladığı təqdirdə hər ikisi batil olur. Əgər biri digərindən daha tez başlayarsa hərçənd təkbirət əl- ehramın daha öncə deyilməsi ilə olsa belə, birincisi doğru, ikincisi isə batil olacaqdır. Lakin əgər cümə namazı qılındıqdan sonra onunla eyni zamanda, yaxud ondan öncə bir fərsəxdən yaxın məsafədə başqa bir cümə namazının da qılındığı məlum olarsa, zöhr namazının qılınması vacib olmur.
Ответ / Cavab
Aleykumussalam.
Burada anlaşılmayan məsələ nədir, onu bilmədik. Cümə namaı başqa namazlardan fərqli namazdır. Bu namazların qılınmasında mütləq şəkildə ara fasiləsi olmalıdır. Bu camatın bir yerə cəmlənməsi və parçalanmaması üçün zəruri olan hökmlərdəndir. Bu səbəbdən cümə namazını təşkil edənlər bilməlidirlər ki, əgər bir yerdə cümə namazı qılınırsa, yaxınlıqda ikinci cümə namazı təşkil edilməməlidir və yaxın ətraf hamı ora cəmlənməlidir. Allah sizə yar olsun
Salam. Menim size 2 sualim olacax. Cox sagolun size yazdigim butun suallari cavablandirirsiz ALLAH sizden razi olsun. 1.Ele vaxtlar olurki harasa getmeli oluram ve namazin vaxtinda evde ola bilmirem meselcun zohr namazinin vaxtindan 1 saat kecir. Eve gelende qezasini qilmaliyam? 2.Birde men bu ilki Ramazan ayinda 1 gun sebebsiz yere oruc tutmadim ve sonra oyrendim ki, 1 gunun qezasi 60 gundur ne edim? bilmirem.
Ответ / Cavab
Aleykumussalam.
1.Xeyr, qeyd edilən zamanda namaz qəza sayılmaz.
2.Əgər orucu bilərəkdən pozmanın cəzası olduğunu bilirdizsə ya öyrənə bi
rdiz, öyrənməmisizsə, kəffarə vacib olar. Bu kəffarə də ya 60 fəqiri doyuzdurmaq(onların hər birinə bir müdd-təqribən 750 qram- təam vermək) ya ilk 30 günü ardıcıl olmaqla 60 gün oruc tutmaqdır.
Ölü doğan uşaqlarınıza ad verin. Ki, Allah bununla tərəzinizin savab gözünü ağırlaşdırsın. Əks halda o Qiyamət günündə gələrək belə deyər: "Yâ Rəbbi! Bunlar mənə ad verməyərək, məndən əldə edəcəkləri savabı qaçırdılar." (Camius-Sağir, III / 1075).. İmam Əli (ə) belə deyib: «Dünyaya gəlməmiş ana bətnində ölüb-düşən uşaq Qiyamətdə atasına deyəcək: «Nə üçün mənə ad qoymadın, halbuki Peyğəmbər (s.ə.s) Möhsünə dünyaya gəlməmiş ad qoymuşdu?».... Salam..Bu hədislər səhihdirsə mənim 6 həftəlik övladım bətnimdə vəfat edib..Onun cinsiyyəti də məlum deyil..Bu halda uşağa iki ad (həm qız həm oğlan) qoyulmalıdır ya necə?..çox sağolun
Ответ / Cavab
Aleykumussalam.
Qadın hamilə qaldıqda uşağa iki ad qoyular, biri oğlan dı, biri isə qız, hansı olarsa, o adı da daşıyar. Dinimizin məsləhəti budur ki, uşaq dunyaya gəldikdə öz adı ilə gəlsin.
salam.sizden soruşmaq isterdim ki, men üzmüalice meqsedi ile içerisinde yüksek hedde sipirt olan mayeni üzüme sürtürem. bele halda namaz qilmaq ne derecede doğrudur?
Ответ / Cavab
Aleykumussalam.
Sadəcə dəstəmazdan əvvəl üzünüzü yyun və dəstəmaz alıb namazlarınızı qılın.
Salam. Hansı halda hamilə qadına oturaq halda namaz qılmaq olar? həkim deyib ki, çox əyilmə və əyiləndə ağrı verirsə nə etməlidi? Oturaq halda namaz necə qılınır? Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam.
Əgər ayaq üstə durmaq çətinləşərsə və ya qadının özünə, ya bətnindəki körpəyə ziyanlı olarsa, oturraq halda qıla bilər.
selamun aleykum hocam burda bir suali okurken merakli geldi bana sizin cevabinizda merak ettigim sudur ki siz hayvanin dalagi haram oldugu nu soylediniz bu hangi kuran ayetinde vede hangi hadis kitabinda yaziyor zahmet olmassa kurandaki ayetin ismini ve hadis kitabinin ismi ve sayfasini yazarsaniz sevinirim biz turklerin okudugu hicbir kitapta dalagin haram oldugu yazmiyor tesekkurler iyi yorumlar alaha emanet olun
Ответ / Cavab
Aleykumussalam.
Bunun uçun ayə axtarmaq lazım deyil, əgər kitab oxuyursuzsa, yəqin ki, qanın haram olmasını bilirsiz, dalaq qandan başqa bir şey deyil.
Salam. Ruf tutmaq kimi bir shey var o duzdu? Her defe atamin rufuna baxanda atami emim oglunun ruhu tutub kimi gorunur, emim oglu gecen il olduruldu(( oz anasin atasin yox emisin tutur, bu ne anlami verir? 2) maqazadan snikers aldim ama yaddan cixib pulun odemedim, yani qalib ushagin arabasinda girmemishem, sonra utandim gedib pulun odemeye, indu bu haramdi? O snikersin giymetin hansisa dilenciye pul versem evezin cixar? Allah razi olsun!
Ответ / Cavab
Aleykumussalam.
1.Belə bir məsələ yoxdur.
2.Gedib pulunu verin və düzgün işlərdə utanmaq lazım deyil.
salam. bilmek istediyim bir mesele var,zehmet olmasa aciqlayardiz. islam tarixinde Talha bin Ubeydullah haqqinda ne kimi melumatlar var. internetden arasdirma aparmisam Turk saytlarinda bu insan Peygemerimizin (S.a.v) sevimlisi kimi qeyd olunur, amma nehcul belaga kitabinda HZ Aliye qarsi cixan insan kimi gosterirler. indi bunun hansinin duzgun olub olmadigina suphe edirem. ve ikinci sualim, islamda usaga iki ad verilmesi caiz midir?
Ответ / Cavab
Aleykumussalam.
Fakt olaraq İslam tarixində Təlhə Cəməl muharibəsində İmam Əliyə qarşı olan qoşunun başında duranlardan idi.
SalamAleykum.1.Men herkun Zohr namazindan sonra Imam Huseynin Awura Ziyaretnamesini oxuyuram ve sonra ardinca Esr namazini giliram bele etmek olar??2.Birde sizden bilmek istiyiremki,Imam Huseynin Awura Ziyaretnamesini ayag uste oxumaliyam?-men yanvar ayindan oxumaga bawlamiwam ve hemiwe de xalca uste oturub oxumuwam.
salam aleykum,cumevizde mubarak,baw barmaqlarin ustune ( alin qoymaq) secde etmek olmaz eger mohur olmasa?bes kagizda olmasa? 2)cume namazinda sonra,zohr namazini qilmasaq olar yoxsa ,qilinmalidi? 3)xaiw edirem istixarenin qisaca menasini deyerdiz? ne olan weydi ?halaldi? Ayatollah sistani
Ответ / Cavab
Aleykumussalam.
1.Adi salfetka, bir daş parçaşı, bir ovuc toroaq, bunlardan birini qoyun.
2.Cümə namazı qılındıqda zöhrə ehtiyac yoxdur.
3.İstixarə xeyir istəmə, xeyir tələb etmədir, insan iki işdən hansını edib etməmək və ya bir işi görüb görməmək arasında qərarsız olarsa, Qurana muraciət edib daha xeyirlisini ondan öyrənər. Bu icazəli bir işdir.
Salam. Qusl verenden sonra fikir verdim ki gobeyin en derininde lap icinde biraz, lap az cirk var imiw, derinde yapiwib goznen gorunmeyib. amma quslden qabaq cimmiwem. bele ustden baxanda temizdi. Qusl verendede yumuwam suynan..quslum duzdu? Cox sagolun