Niye Əhli Şiyə qardaşlar Əhli Sunni qardaşlar arxasında namaz qılmaz. Yəni ki mən məcitə gələndə baxmalıyam ki İmam kimdi sunni və ya şiə, Bu sualı mənə sunni bir qardaş soruşdu və mən dedim ki, öz alimlərindən soruşsun və məndə bizim alimlərədən soruşacam ki bu məsələni bilək. İn Şa Allah Allahu təala namazların hamısını qəbul edər. Amin. Allah kəməyiniz olsun.
Ответ / Cavab
Aleykumussalam
Bu sual birterefli qoyulub. Neden shie qardashlar bele edir. Meger sunni qardshlar bele etmir? Namazlarin qilinma qaydalarinda fiqhi cehetden ferqler olduqundan bu hal meydana gelir. Insanlara mezheb cehetinden zor etmek olmaz. Vehdet de ele burada yaranir. Insanlar zorla yox,oz inancina esasen ibadet edir ve neyese mecbur edilmir.
Salam. Zehmet olmasa diyerdiz. Toy gecesi yengenin bey ve gelinle bir evde qalmasi duzgundur ya yox? Gunahi varmi yoxsa yox? Evvelceden tesekkur edirem.
Ответ / Cavab
Aleykumussalam
Bu dini mesele deyil,el adeti ile baqli olan meseledir.
Assalamu Aleykum ve Rahmatullahi Barakatu. Belə bir sualım var. Suallara cavab yazan kimdi ve dini savadi (diplomu) var? Suallarim var ki onlara yalniz alimlerden sorushmaq isteyirem. Xahiş edirəm inciməyəsiniz bele bir sulımdan. Cox sağ olun.
Ответ / Cavab
Aleykumussalam
Sualinizi yazin, narahat olmayin. Savadi olmayan bu qeder suala cavab vermek iqtidarinda olmaz
Salam Aleykum.camaat namazi qilarken qunutda pisnamaz oxuyan duani eger men bilmiremse ne etmeliyem?sakit durubb qulaq asmaliyam yoxsa oz bildiyim duani oxumaliyam?sagolun
selamun aleykum.Allah her vaxtimizi xeyirli eylesin INSALLAH.namaz ehli olan subay oglan ve gelin,bir birlerini sevirler.ama aileler razi deyil.oglanin sevdiyi insanin qiz yox gelin oldugu ucun.ailelerden xebersiz imam kebini kesdirmek isdeyirler.xahiw edirem bu barede azda olsa melumat veresiz.cox sag olun ALLAH razi olsun.ALLAHIN rehmeti ve bereketi uzerinize olsun.
Ответ / Cavab
Aleykumussalam
Qadinin halini deqiq yazin. Boshanmish ve talaq almish qadindir, eri olmush qadindir ya nece?
salam axşamınız xeyir zehmet olmasa açıqlama verərdiniz iki namazın ortasında zikr etmək vacibdir birdə zikr etməmişdən qabaq nə isə deyilib sonra zikr edilir yoxsa elə heylə zikri edirsən əvvəlcədən təşəkkür edirəm əhli şiə
Ответ / Cavab
Aleykumussalam.
Xeyr, müstəhəbbdir. Əvəlcə salavat deyib, ALlahın adını çəkməklə zikrə başlayın.
Aydin oldu, cox sag olun. bes anasina nese qusl duwur mehz 40 gunluye? Dinde bele wey varmi? Doguwdan sonra ele nifas quslu verdise kifayet edir?
Ответ / Cavab
Aleykumussalam.
Anasına 40 günlüyündə deyil, doğuşdan başlayaraq gələn nifas qanından (10 gün ərzində gələr) paklanan kimi nifas qüslü etməlidir. Bu zamana qədər etməyibsə, nifas qüslü etsin.
salam beyaq oxudum siz gəlinləri qınayırsız ki dözə bilmirlər amma əgər onlar cadu ilə edirlərsə misal tanışımın yoldaşı ayrı qaldıqda hardasa 30-40 gün bam başqa insan olur taki öz tərəflərinə gedənə kimi sonra yenidən dəyişir olur kobud biri. onda ne dua məsləhət görüsüz
Ответ / Cavab
Aleykumussalam.
cadu deyilən bir şeyi beyninizdən çıxarın. Bu psixoloji problemdir və buna etiqad etməyənə, inanmayana və Allaha sığınana heç bir təsir edə bilməz.
Məsləhətə gəldikdə isə sizin dediyiniz halda əgər bunlar ər və arvad ayrı qaldıqda həm ər tərəf, həm qadın tərəflə münasibət xosh olursa, öz aralarında da mehriban olurlarsa, o zaman onlar gərək ayrı ailə kimi qalalar.
Salam. Mene deyibler ki, harda kertenkele goruremse onu oldurum. 1 kertenkele oldurmek 100 savab demekdir. Bele deyibler mene. Bu duzgundur? Axi oda canlidi, onuda Allah yaradib, niye oldurmeliyem onu gorduyum yerde?
Ответ / Cavab
Aleykumussalam.
Ona deyin, Qiyamət günü həmin kərtənkələ gəlib ALlaha şikayət etsə ki, bu ağıl verdiyin insan məni niyə öldürdü? Buna cavab verə bilər?
Olmaz, ziyanvermədiyi təqdirdə heç bir canlı öldürülə bilməz.
salamun aleykum.suallarıma gore uzr isteyirem. əgər qüsullanmışıqsa dırnaqlarimiza lak vura bilərik yani lakla namaza görə dəstəmaz almaq olar? qadın dırnağı nə qədər uzun ola bilər? birdə doğuş zamanı qadının bütün günahları silinir? təşəkkür edirəm
Ответ / Cavab
Aleykumussalam.
Lak həm qüslə, həm də dəstəmaza maniədir.
Azca uzatmasına irad yoxdur, amma təmiz saxlamlıdır.
Qadın halal uşaq dünyaya gətirərsə, ALlah keçmiş günahlarını bağışlar.
Salam her hansi bir şekke gore namazi qilib qutarandan sora hemin şekk sebebile tezden qilmaq olar? 2)namazda basimi şerf ile bagliyinda tez tez gozumun ustine duusurdu ona gore mende dala eliyiridm ama sacim gorsenmiridi namaz sehv olmazki bele?
Ответ / Cavab
Aleykumussalam.
Olar, lakin Şəkklərin hökmlərini öyrənin ki, bunları namazın ichində düzəldə biləsiz, hər şəkkə görə namaz pozulmamalı və ya təzələnməməlidir.
Salam siz yene narahat eidrem dunen demisidim men bugun cimmeye gore sam ile isani birlesdiridm ortasinda arzularimi dedim isani qutarandan sora zikrleri etdim bele halda duz etmisem??nese ureyimde subhe qalib ona gore sorusuram
Men gorurem ki,siz hemiwe qaynanalarin terefin tutursuz,mesele ondadir ki,qaynana oglunu gelinle paylawmag istemir,ona gore de gelini incidib shuuralti intiqam alir,burada"anacan"demeyin menasi olmaz.
Ответ / Cavab
Aleykumussalam.
Biz qaynana deyilik ki, deyəsiz onların tərəfin saxlayiriq. Sadəcə biz də bu cəmiyyətdə yashayiriq və ailələrdə yashanan problemlərlə yaxından tanışıq. Həyat təcrübəmiz də var. Əsasən cavanların lazımsız ixtiyarlar tələbi, böyükləri üzərlərində görməmə və onları özlərinə bir tərəf müqabili kimi bilmələri ailədə bu məsələləri yashadır. Qaynana oğlunu paylaşa bilmir nə deməkdir? Biri anadır, biri qadını, bunların statusları ayrıır, nəyi paylaşmırlar?
Siz məsləhəti icra etməmiş özünüz nəyin xeyirli olub olmamasını bilirsizsə, daha bizim məsləhətin həqiqətən də mənası olmaz.