Salam Hacı.Hacı dəstamaz alanda bəzən unuduram uzuyun altınıda yumağı bu NAMAZı pozur? Birdəki mən əlimi sinəmdə bağlı tuturam lakin barmaqlarımı birbirinə keçirdirəmdəə.Bu duzdur?yəni sağ əlim ilə sol əlimin ustunu örtmurəm.
Ответ / Cavab
Aleykumussalam.
Əgər üzüyün altı dəstəmaz zamanı yuyulmursa, dəstəmaz düz deyil və onunla qılınana namaz da batildir.
Belə unutqansızsa, dəstəmazdan əvvəl onu çıxarmağa adət edin.
salam haci eger1.bir kisinin yoldasi bagisdiyin exlaqsizdisa ve kisi bunu bilirse onda mutleq onu bosamalidir?2.Eger bosamasa kisiye bu gunahdir?onceden minnetdaram...
Salam. Bu rafizilər kimdir? Nəyə görə onları islam dininin düşmənləri sayırlar? Hətta Əbu Hənifənin onlar haqqında fətvasını oxudum: "Əgər kimsə rafizilərin kafir olmasına şübhə edirsə, özü kafir olur".
Ответ / Cavab
Aleykumussalam.
Rafizi dindən çıxmış mənasındadır, məlun vəhhabilər şiələrə bu adla müraciət edirlər.
Salam. Sualima gore uzr isteyirem. Men aybashi oldum, bitdi qusl aldim, hamamdan chixanda gordum ki, biraz olub yene. Menim qusulum batildir? Sabah yene qusl almaliyam? Ya bele namaz qila bilerem?
Salam Aleykum. Üstündə dini sözlər yazılan qolbaq və ya seplə, məsələn Ayətəl kürsü və ya Ya Əli yazılan bir seplə Ayağ yoluna girmək günahdır mı? Mütləq çıxarılmalıdı?
Ответ / Cavab
Aleykumussalam.
Ya çıxarılmalıdır, yaxud da paltarın içində gizlədilməlidir.
Salam aleykum, bir taniwimin qaynanasi onu yola vermir her weye qariwir adi xirda weylerede, ovaldi teze olub 15 gun var , artiq soz sohbet yaradir Qaynana. Imkan vermir gelinin anasi uwaga komek etsin . Ne dualar meslehet gorersiz bu yerde? Ayetul kursuden sevayi, cox pis veziyyetdedir artiq doze bilmir . Cox xahiw edirem tecili cavab yazasiniz . Cox sag olun
Ответ / Cavab
Aleykumussalam.
Axı bu cavan qızlarımıza nə olub ki, adi ev problemlərinə dözə bilmirlər? Qızlar ərlərinin analarına ana gözü ilə baxmalıdırlar. Yalandan dildə deyib əsldə ana bilmirlər. Bu cəhətdən sözləri acı gəlir. Analarından aya o edilənləri sərt qəbul edərlərmi. Qaynanaya can anacan bash üstə desin, əsəblənəndə sənə qurban olum əsəbləşmə, dincəl, desin. Bax belə davransınlar, daha ağızbağlama duası lazım olmaz.
salam aleykum,Allah komeyiviz olsun diye bilersiz hedise gore melekler yaxinlawmir o evlere ki it var,wekil var hansi wekil tebiet wekil olmaz? birde cox etir vuran,alqokollu insan,birde kafirin qebrine eger insan ozu azan iqame deyirse namazdan evvel.azan iqame vaxti Eshedu en La ilaha illah diyende olar cellu celelhu rebbi,Muhamadan rasuluh diyende salavat dimelidi,birde Aliyen valiyullah diyende ne demek lazim di ?
Ответ / Cavab
Aleykumussalam.
Təbiət şəkli buna aid deyil. İbadət və sitayiş edilən şəkillər.
Sualınzda anlaşılmamazlıq var. Əliyyən vəliyyullah sözündən sonra salamullahi ələyh deyin.
Salam.Islam dininde goz deymeye inanmaq duzdu?Goz dəymədən qorunmaq üçün bir insan nəsə pislik eləmək istiyirse,Cadudan qorunmaq üçün hansi dualari və yaxud qurandan hansı sürələri oxumaq yaxşi olar?
Ответ / Cavab
Aleykumussalam.
Qələm surəsinin son iki ayəsi, İxlas, Kafirun, fələq və nas surələrini oxuyun.
Salam. bu defe siz sualla narhat etmirem. nece gunde yasadigim bir hislerimi bolusmek isteyirem. hemise kasibligdanusyan etmisem.biz kasibligin en son heddini yaayirig. Ilahi bu gun nece sevincle deyirem sene cox sukurler olsun Allah. meni hemise senin meslehet bildiyin ruziyle yasat. 5 usagna corek tapmayan bir insan bu gun buna sevinir. 2 gun evvel bizim seherde 3 cavan usaglar avarya dusdu oldu. 2 lap 3 ay idi evlenmisdi birisinin 2 usagi vardi korpe. onlarin heyat yoldaslarinin qeribliyde usyanin gordum. ureyimiz parcalandi.onlar qeder uzuldum kederlendim. ve donibde heyatimdaki qiymetlilere baxdim. ne qederki musibetler sizden uzagdir sukur et problem derd demek deyil. Allah insani derdle deyil problemle imtahan etsin.bunu oxuyan herkese deyirem Allaha usyanetmezden qabag Allah bizlere dusunmeyi nesib etsin
Salam... Menim bir ayagimda pis derecede varikoz var. Artiq mene eziyyet verir agrilar var. Ve getdikce dahada boyuyur.. deyirler mualice ele. Yaxsi hekim var sinagdan kecmiw hekim lakin kiwidir . meni mualice ede biler o ? Dizimden yuxari hissededi ama qabag yox arxa hissededi ayagimin. Bildiyiniz kimi hicabliyam.. Coxsagolun
Ответ / Cavab
Aleykumussalam
Azerbaycanda bu ishin mutexessi olan xanim hekim var. Topchubashov xestexanasinda
SalamAleykum.Sualima gore sizden uzr istiyirem.Erim menimle yaxinlig etmek istedi ve mene dediki,uwaglar yatandan sonra gelersen yanima.Uwaglar yatandan sonra gordum erim de yatib ve men onun yatdigini ozume behane edib,ona yaxinligdan vaz kecib yatiramsa men gunaha batiram??Suala gore yene sizden uzr istiyirem.
Esselamun Eleykum Bayaq bir videoya baxdim,dediklerine gore Mir Movsum aganin qebri oz vesiyyetine gore qibleye teref basdirilmayib.Bu duzdurmu,duzdurse sebeb ne idi?
Ответ / Cavab
Aleykumussalam.
İslamda belə qayda yoxdur. Müsəlmanlar qibləyə basdırılır.
Salam Men bilmek isterdim Adem (e.s) ve Havva cennetden qovulmagina sebeb hansi qadagan olmus meyve olub bezi kitablar bugda ve ya xurma yazib turkiyede oldum orda oxudum dari ve alma yazilanlarda oldu indi bunun deqiq adini bilmek isterdim
Ответ / Cavab
Aleykumussalam.
Bunun elə qatışıq olması, həqiqətən görəsən nəyin olması məsələsində mühümlüyün olmamasıdır. Hər nə olubsa, qeyd edilənlərdən hər hansı biri olubsa, şərt onun nə olmasında deyil, yəni fikri ora aparmayacağıq, bu şərt deyil, lazım olan bunun niyə edilməsi səbəbinin ardlnca olub həqiqəti dərk etməkdir.
Bir yerde oxumuwam ki,darul herbde icki satmag olar,bunun izahin soruwurdum. Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Əziz oxucu, bizə şəriətimizdə zəruri olaraq bilməmiz lazım olan, təharət, namaz, oruc kimi məsələlər barədə o qədər şeylər var , şeytan bunları öyrənməyək, deyə başımızı lazım olmayan şeylərə qatar. Təsəvvür edək ki, bir çilingər, həkimin cərrahi məsələlərini oturub oxuya. Bu ona heç vavxt lazım olmayacaq, deməli zamanını boş yerə sərf etdi