Страница 1204 из 5746 << < 1200 1201 1202 1203 1204 1205 1206 1207 1208 > >>
aysel |

Salam.Bayram namazi nece qilirnir cox xaiw edirem deqiq yazardizda.Neden sonra nedi.1de bu gece oruc tutulur?Men bikdiyme gore tutulmur sabah bayramdi.Menim bacim tutur dyirem bu gece tutlmali deyilsen deyir yox seher azanina kimi tutmaliyam men ona nece bawa salim eyer tutmali deyilse?Fitre pulu birdeki hacan cixarillar?

Ответ / Cavab

Aleykumussalam

Bayram namazı sübh namazı kimi iki rükət qılınacaq. Həmd və surəni oxuduqdan sonra 5 dəfə ardıcıl qunut tutulacaq, ruku və səcdələr icra olunacaq. İkinci rükətdə də Fatihə və surədən sonra 4 dənə ardıcıl qunut tutulacaq, ruku, səcdələr, təşəhüd və salamlar.

Sabah bayramdır, oruc tutulmaz. Kimsə oruc olarsa, bayram namazından əvvəl pozmalıdır.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
nicat |

Salam.sabah bayram namazi 8-9arasi qilinacaq?birdeki sabah oruc tutulmalidir?Deyirlerki zohr namazina qeder tutmaq lazimdi?zhmet olmasa duzgun melumat vererdiz

Ответ / Cavab

Aleykumussalam

Bunu gedəcəyiniz məsciddən soruşmaq lazımdır. Evdə özünüz qılacaqsızsa, o zaman gün çıxandan sonra qılın.Sabah oruc tutulmayacaq

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Xuraman |

Salam.Önceden teşekkür edirem sualımı oxumagınız üçün.Oruc tutan adam gün rejimini deyişmesi ne derecede düzgündür?Iftardan sahura qeder oyaq qalmaq,zohr namazından iftara qeder yatmaq ne derecede duzgundur?Yatmaq ibadetdirmi?

Ответ / Cavab

Aleykumussalam

Bunun eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
leyla |

salam.biz bu axsam feqir vermeyi catdirmadiq.sabah seher saat neceye kimi vere bilerik?

Ответ / Cavab

Aleykumussalam

Bacardıqca yubatmayın.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Irina |

Salam haci.rasiyada ve turkiyede niye ayin 5-i bayram edilir? Deyilene gore ay gorunmeyib.

Ответ / Cavab

Aleykumussalam

Səhf ediblər.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Aynur |

Salam Aleykum. Hərə bir söz deyir, fitrəni sabah ya 7si çuxartmaq lazim? Bagişlayin əgər təkrar soruşulursa. Sag olun.

Ответ / Cavab

Aleykumussalam

Bu axşam çıxarın və sabah verin.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Munevver |

Bayram Namazi nece ruketli qilinir

Ответ / Cavab

Aleykumussalam

Sübh namazı kimi iki rükət qılacaqsız, lakin fərq bundadlır ki, fatihə və surədən sonra  birinci rükətdə 5, ikinci rükətdə isə 4 ardıcıl qunut tutacaqsız.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
salam |

Salam Hacı çaşbaş qalmışam sabah yəni 6si bayramdi?

Ответ / Cavab

Aleykumussalam

Bəli, sabah bayramdır.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Nara |

Salam, bilmek isterdim Azan vaxti hansisa sureleri ve ya dualari oxumaq olar ve ya yox?

Ответ / Cavab

Aleykumussalam

Yaxşı olar ki, salavat zikr edəsiz və azanın sözlərini təkrarlayasız.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Nadir |

Salam haci, menim atam bur nece gun once rehmete gedib, yani Ramazan ayinin axirlarinda. Onun ucun fitre ayrilmalidir? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Xeyr, ona fitrə yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
ismayil |

salam. biz bu gun fitr cixartmisiq. lakin sabah insallah heqiqeten ehtiyaci olan kime vereceyimizi bilmirik. sorusmaq isterdim ki sabah fitreni mescidin nezir qutusuna sala bilerikmi? ve ya basqa bir yolu varmi? evvelceden tesekkurler. Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Xeyr, olmaz, məscidlərdə ayrıca fitrə pulları cəmlənir ki, fəqirl

ərə paylansın. Onlara təhfil verin.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
ALLAH BENDESI |

SALAM YENIDEN .COX SAOLUN SUALARIMIZI CAVABLANDIRIRSIZ .BELE BIR MESELE CIXIB AQDASDA QEYRI MEXLUQLAR CIXIB EVLERI DASLIYIR BUNLARA INANMAQ OLARMI BIZIM ERAZIDEDE BAW VERIB BU NE OLA BILER

Ответ / Cavab

Aleykumussalam

Bu kimlərinsə hoqqasıdır, başqa bir şey deyil.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
..... |

salam.men orucam amma butun gunu sehvet hissim olmusdu bilirdimki elemek olmaz keffare geler yoxsa.basimi ne qeder qatdimsa alinmadi.axirda dozmuyub pis sehnelere baxdim amma bosalmazad olmadi elece pis kinoya baxdim.biliremki orucum pozulmuyub amma ozumu cox gunahkar hiss edirem.namazda Allahdan bagislanma dilesem bagislayar meni:(?

Ответ / Cavab

Aleykumussalam

Tovbə edin, bir daha belə haramlara yaxxın getməyin. Onlara baxmaq şəhvəti sakitləşdirmir, bir az da artırır, üstəlin insanın mənəviyyatını dağıdar.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
bende |

Salam.1. Ramazan bayrami gunu menim xums cixarma gunumdu. Ama 650 manat borc vermiwem. Bir az oz borcum var. Nece hesabatmi aparim. 7 si de bayram sayilir. 6 si olmasa 7 si cixara bilerem?

Ответ / Cavab

Aleykumussalam

Sizə borclu olanan miqdarı hesaba alacaqsız, onun xumsunu çıxaracaqsız. Əgər  buna imkan yoxdursa, qeydə alıb nəzərdə saxlayacaq və qaytarılan zaman  xumsunu ayırıb, sonra yerdə qalanını  xərcləyə bilərsiz.

Borcunuzu qaytarmamısızsa, o zaman ona xums gələr. Öz başına xumsu yubatmaq olmaz, bir günə icazə verilər, amma ondan artıq yubatmayın.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
sebiw |

Salam.men bawqa weherde ailemnen uzaqda yawayiram...fitreni nece cixmaliyam.ve miqdari nece olmalidir?...

Ответ / Cavab

Aleykumussalam

Harada yaşamanızdan asılı olmayaraq adam başına 3 kq  buğda, xurma, qarğıdalı, düyü və kişmiş kimi  şeylərin ya özündən, ya dəyərində  pulu fəqirə verin.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Həzi |

salam.fitre zekati feqr xiristian ailesine vermek olar?

Ответ / Cavab

Aleykumussalam

Müsəlmana verin.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Salam aleykum |

Yusuf suresi aye 11-de imaleyi kəbir qaydası var,o nece oxunacag?Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Tə"mənuna kimi oxuyun.U səsini azca gizlədən kimi və ondan əvvəlki N hərfini azca təşdidli.

 

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Ruqayye |

Menim anam bu ramazan ayinda 1 gun qeza etdi, onun keffaresini vermek isteyir, 1 gun qezaya qalan orucun keffaresi 60 gun qeza orucu tutmaq ve bir neferi 750 qram qederinde yemek vermekdi? 2. Eger bildiyim kimidirse, anam neneme yemek evezine pul vere biler, nenem onsuz o pula ureyi isteyen qidani alib yeyecek, (nenem rayonda yasiyir, 87 yasinda pensiyacid)

Ответ / Cavab

Aleykumussalam

1.Qəzadırsa, sadəcə qəzasını tutacaq. Bilərəkdən pozubsa, kəffarədir və bunun üçün qəzadan əlavə 60 nəfərin hər birinə 750 qram təam verəcək.

2.Əgər nənənis halda yox.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Aygul |

Salam,yene narahat edirem sizi bagislayin sorusmaq isteyiremki 1)meselen dualardan zikirlerden sora oz arzularimiz deyriik onu 1 defe demek besdir ya gerek coxlu tekrarlayasan?cunki mene eele gelirki 1defe deyende tesiri olmur

Ответ / Cavab

Aleykumussalam

Nə qədər istəyirsizsə dua edin və təkrarlayın.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Allahin gulu |

salam.sualim evvelkine aiddir/Atam rehmete gedibdir 4 aydir/Allah olenlerinize rehmet elesin.men onun giz ovladiyam.axi mene dusmur onun geza namazlari.bildiyime gore boyuk gardasimiza dusur.men namazin niyyetini bilmek isteyirem.neje niyyet edim iki ruketla namaza.cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Böyük oğula vacibdir.

Amma kimsə qılmaq istəsə, edə bilər.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Страница 1204 из 5746 << < 1200 1201 1202 1203 1204 1205 1206 1207 1208 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com