Страница 1207 из 5746 << < 1203 1204 1205 1206 1207 1208 1209 1210 1211 > >>
Allahin gulu |

SALAM HACI.bilmek isteyiremki eger evimde sabah gonagi olarsa fitirlerini men cixarmaliyam? yenedeki ATAMA namaz gilmag isteyirem niyyetini neje tutmaliyam? tesekkurumu bildirirem,BAYRAMINIZDA MUBAREK OLSUN ALLAH ORUJUNUZU GEBUL EYLESIN.AMIN!

Ответ / Cavab

Aleykumussalam

Bayram axşamı sizin razılığınızla, evinizdə kimsə qonaq olarsa, onun  fitrəsi sizin boynunuza düşər.

Dünyadan  gedibsə,  qılmadıqlarının qəzasını qılın.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
namiq |

Salam haci men almaniyada yasayiram men oruc tuturam amma sizin cedcele uygun amma bu gun Burda turkler bayram edir mene deyirler ki bu gun orucluq qurtarir deyirem ki bizde azerbaycanda Sabah bitir türk mene deyir ki sen onlarnan bir deyilsen onlarda ay gec gorune biler amma Burda bu gundur indi o duz deyir yoxsa men sabahda oruc tutum amma Saat necede acim ele kohne vaxtinda yeni isa azaninda

Ответ / Cavab

Aleykumussalam

Bu günün bayram olması yəqin  deyil hətta Almaniya üçün.

Bu axşam saytın ana səhifəsini izləyin, Bayram olması məlum olarsa, elan verəcəyik.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
ALLAH BENDESI |

SALAM.BAYRAM DEYIRLER 6*SI VE 7 SIDI AYIN 7-SI ORUC TUTMAQL OLARMII

Ответ / Cavab

Aleykumussalam

Bizə bayram günü oruc olmaq haramdır, ondan sonrakı gün tutmaq olar.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Hasan |

Yeni dogulmuş uşağın qulağına 3 dəfə adını deməklə və azandan başqa hər hansı ayət oxunurmu?

Ответ / Cavab

Aleykumussalam

Sağ qulağına azan, sol qulağına iqamə, sağ qulağına kəlmeyi şəhadət, sol qulağına kəlmeyi təyyibə oxunur, sonra adı deyilir.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
xanım |

Salam Aleykum qarşıdan gələn ramazan bayramınız mübarək.Allah qəbul eləsin ibadətlərnizi.Mən bunu bilmək istirdimki bu mövzuda necə təvəkkül elim Allaha?Qismət mövzusunda biri var istəyirəm naməhrəm olduğna görə danışa görüşə bilmirəm,,,Yəni Allah deyir sən hərəkət elə mənə təvəkkül et yoluna qoyum.Mənim burda əlimnən gələn nədi eliyim?Bu cür olar ancaq əlimnən gələn dua namazdı,olana qədər duamı da edim deyim Allah bu işimi sənə təvəkkül edirəm?

Ответ / Cavab

Aleykumussalam

Qadın özünə tərəf axtarmaz, bu ona aid deyil, kişiyə aiddir, qadın ona elçi düşənlər arasında seçim edər.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Aynur |

Salam aleykum. Fitreni bu axsam cixartmaliyiq? Men bilmirem fitreni kime verdim qonsular elede kasib deyiller. Kime verdim hara verim? Eger axsam vere bilmesem olarmi seher verilsin?

Ответ / Cavab

Aleykumussalam

Fitrə Bayram axşamı çıxarılacaq, bu axşam ay görsənərsə, bu gecə çıxaracağıq.  Onu fəqirə vermək lazımdır, tanımırsızsa, məscidə verin.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Гюльнар |

Zdravstvuyte.6 iyulya Iftar vo skolko nujno otkrivat?

Ответ / Cavab

Aleykumussalam

20.33

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
sebine 35 |

salam 1.eger sabah oruc olsaq onda fitre pulunu sabah axsam sam azanindan sonra ayirmaq lazimdir?2.ailede er hirslenende arvda dese ki, xosun gelmir get atanin evine. o zaman kebin pozulurmu?3.eger er hirsenib arvadina dese ki,bosayiram seni o zaman kebin pozulurmu? kebin pozulanda usaqlr ataya,anaya haram sayilirmi? Xamenei aga

Ответ / Cavab

Aleykumussalam

Bəli.

Xeyr, bu kəbini pozmaz.

Hirsdən deyilənlə talaq olmaz.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Kamala |

Salam bay ram namazi Oruc tutanlara vacibdi ya mustehib?birde oruc tutan uzag yola cixib orucnu pozmuyubsa gunahdi?

Ответ / Cavab

Aleykumussalam

bayram namazı müstəhəbb namazdır.

Səfərə çıxdıqda oruc pozulur, həmin şəxs sadəcə ac qalır.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Bextiyar |

Salam Aleykum. Sualima gore uzr isteyirem. Gece sehvetli yuxu gordum. Seher durdum gordum ki 1-2 damci nemlik var. Buna gore qusl vacibdirmi ? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Əgər yuxuda boşalma olubsa, bəli, qüsıl vacibdir.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Resul Eli |

Esselamun Eleykum 1.Namazin niyyetini artiq olaraq bele desem: Filan namazi qiliram vacib qurbeten ilellah,bunun ardiyca yene birde bele niyyet etsem namaz batil olursa ne etmeliyem? 2.Eger qilinasi namazin yerine basqa namazin niyyetini etsem,sonra tezeden qilinasi namazin niyyetini etsem namazin hokmu nece olur? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

1.Niyyət rukndur və onu artırıb azaltmaq olmaz. Səhf niyyət edilirsə, dayanın, fikrinizi cəmləyib düz niyyət edib  təkbir deyib anmaza başalayın.

2.Namaz düzdür.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
ALLAH BENDESI |

salam.siz dediz zohr namazinin nafilesi 8 rukedir bu namazi qilarken 4 ruket qilib yeniden qiliriq diger 4 rukedi .BIRDE BAWQA SAYTAN BAXMISAM IWA NAMAZINIJ NAFILESI 2 RUKET OTURAQ HALDA BU NE DEMEKDIR???

Ответ / Cavab

Aleykumussalam

Müstəhəbb namazlar iki rükət şəklində qılınacaq.

İki rükət oturaq halda namaz qılınır, yəni qiyam halı da oturaq şəkildə icra edilir, ruku üçün əyilir və səcdələr adi qaydada edilir.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Aysel |

Salam.Mən dünəndən qızdırıram.Dünən orucumu açmadım ama bu gün tuta bilməyəcəm çünki dərman qəbul eləməliyəm.Günah olmaz ki oruc tutmasam?

Ответ / Cavab

Aleykumussalam

Əgər qeyri vitamin  iynə vurmaqla  keçinə bilərsizsə, belə edin və orucu pozmayın,

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Nadir |

Salamun aleykum. Haci rehmete geden ucun bas dasi duzeltmek 40-can olar? Yani gadagan deyilki? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Xeyr, qadağan deyil.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
sudabe |

Salam.subh namazinda casib birinci reketde tesehhudu deyende, hokmu nedir? Namaza davam etdim.sag olun

Ответ / Cavab

Aleykumussalam

YAdına düşən kimi dayandırıb namazı davam edəcək.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Zerıfe |

Salam , xaiw edirem deyesiz eger bir kiwi gurana el basib and icherse bu ne derecede duzdu, yani o kes yalandan and ice biler gurana? Deyirler eger ölüm tehlukesi varsa yalandan gurana el basmaq olar ve eger yalandan and icerse ne baw verer? Evvelceden tewekkur edirem .

Ответ / Cavab

Aleykumussalam

Xeyr, yalandan and içilməsin və burada kimsə kimisə anda görə öldürmür.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
wwee |

Bagislayin yene narahat edirem.Dediyim istihaze qani lap azdir.Risaleni oxudum orda cox hokmler yazib hetta quslda yazilib deye basa dusmedim.Yani yazilanlarin az derecesidir mende.İndi menim hokmlerim neden ibaretdir?Qusl dusmurki bele halda?

Ответ / Cavab

Aleykumussalam

Əgər az istihazədirsə, gərək hər namaz üçün paklanıb  bir dəstəmaz alınsın.

 

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Jafari |

Salam aleykum, bilmek isteyerdim hacı bu gusl haqqında. Cənabət güslü almaqa niyyət elədim, sonra başımı ve boynumu yudum, sağ tərəfi yudum, sol tərəfi yuyarkən göbəyi yuyanda çaştım qarnın sağ tərəfinidə yudum, ve sonra sol tərəfin qalan hissələrini yudum və güslu qurtardım. Güsl batildi? Yani bu göbəyi yuyarkən (sol tərəf yuyulurdu bu zaman) çaşıb qarnın sağ tərəfini yudum, buna görə güsl batildi? Ve birde tutduqum və qıldığım namazlar bələ güsldən sonra batildi? Şəkk elədim buna görə hələ güsl zamanı, amma güslü davam elədim. Allah sizdən razı olsun. Makarem Şirazi ağa.

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən qüsl batil deyil.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
leyla |

Salam.Bayram axwami fitre pulu cixarmaga imksn yoxsa maaw alands fitre pulunu cixartmaq olar?

Ответ / Cavab

Aleykumussalam

Əgər bu şəxs fəqir deyilsə, sadəcə həmin vaxt əlində nağd pulu yoxdursa birindən borc alaraq da bunu edə bilər. Əgər  fitrəni çıxarmağa imkan yooxdursa, ona fitrə avcib olmaz.

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Lala |

Qardaw sual cavablari oxuyuram yazirlarki bayram namazinda Hemdden sonra qunut . bes Hemdden sonra Ixlas suresi deyilmjr ? Qunutdan sonra deyeceyikki? Minnetdaram

Ответ / Cavab

Aleykumussalam

Həmddən sonra yox, həmd surədən sonra. İxlas da oxuncaq

Allah sizə yar olsun

Задан: 5 Июль, 2016 , Опубликовано: 5 Июль, 2016
Страница 1207 из 5746 << < 1203 1204 1205 1206 1207 1208 1209 1210 1211 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com