Страница 1231 из 5746 << < 1227 1228 1229 1230 1231 1232 1233 1234 1235 > >>
samira |

salam.mene bir sey cox maraqlidi.meselen xristian biri neynesinki xristiandi.o da xristian ailesinde anadan olur o muhiti gorur oz dinine sadiq olmaga calisir.niye gore oz dinini terk elesinki?tebiiki xristianlar yaxsidi demirem amma iclerinde heqiqetende yaxsi insan olanlari ola biler.xristiandilar deye demekki onlar cehenneme gedecek ve ya yaxsi deyiller duzgun deyil axi.

Ответ / Cavab

Aleykumussalam.

Biz niyə öz halımızı yaddan çıxarıb kimlərinsə hələ məlum olmayan  məsələlərini düşünürük?

Hər necədirlərsə, bunu hamımızdan artıq Yaradanları bilir və onlarla rəftarı da o edəcək. Allaha allahlıq öyrətməyəcəlik .

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Salam aleykum |

Bu gun esas qedr gecesinde pak olmayacagim ucun uzulurem,bu geceni oyag qalsam digerleri qeder savab qazanacagam yoxsa daha az? Bizim evde yalniz men oruc tuturdum,indi evdekilerin yaninda yeyib ice bilerem yoxsa gizli etmeliyem? sag olun.xamanei Aga.

Ответ / Cavab

Aleykumussalam.

İnşaALlah oyaq qalın, dua və tovbələr edin, hər nə qədər qazanlsa xeyirdir.

Evdəkilərinizin halınızı bilməsini istəmirsizsə, gizli edin.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Fira |

Salam. Zehmet olmasa mene xüms ve zekat haqqda melumat verin . Ne vaxt, ne qeder ve hansın ne zaman cıxarmaq lazımdır.

Ответ / Cavab

Aleykumussalam.

Xums il başında əldə olan qazancdan artıq qalanın beşdə birini çıxarmaqdır.

Zəkat əsasən qızıl gümüş, kənd təsərrüfatı mallarına aiddir.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
AYSEL............. |

Salam men yuxuda aybasi oldugumu gormusem bu menim orucumu pozur ya yox?

Ответ / Cavab

Aleykumussalam.

Əgər həqiqətdə olmamısızsa, xeyr.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
huseyn |

salam 1)ayaq yolunda istibra ederken ucu 3 defe sixarken ustune su sepirik?2)meselen xalcaya sidik tokulub onun uzerine ayaq basanda gerek ora yuyulsun?yeni ayaq suyulsun?bes bir saaat yada2 saat gedib ustunden onun uzerine ayaq basanda insan ne etmelidi 3)men her weyde cox wekk edirem men ne etmeliyem4)men namaz ucun destamaz alarken wekk edirem herdefe hele bilirem ki yel cixib ya qarnimnan ses gelir hele vaxt da olurki yel gelir cuda qalir qayidir men de wekk ediremki birden yel cixib men ne etmeliyem ? cox saqolun

Ответ / Cavab

Aleykumussalam.

1.Tam bitirdikdən sonra su ilə yuyulacaq.

2Yaş halda ayaq  qoyulubsa, yuyulmalıdır, quruyandan sonra qoyulubsa, eybi yoxdur.

3.Şəkklərinizə fikir verməyin və əməllərinizdə diqqətli olun ki, şəkk gələ bilməsin.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
...... |

Salam. Youtubeda qusl verme qaydalarina baxmisam, deyirler ki yagli maniyeler aradan goturulsun. Men meselen qusl verende başimi şampunnan yuyuram, uzumu ve qulaqlarimi sabunnan yuyub sonra suynan yuyuram, boynumu yuyanda moçalkani sabunluyub yuyuram ve sabunu suynan yuyuram, sonra ayri sag terefimi mocalkaynan yuyub suynan yuyuram, ve sonra eyni weyi sol terefnen edib suynan ayri yuyuram. Cunki bezen bedeni tek sabunnan yuyanda cirk ve ya yagli maneyeler getmir. Bele etmek olarmi? Yani ki orda deyilir başi ve boynu birlirkde yuyulsun, amma men ardicilliqnan yuyuram biraz ayri olur. 1. Meni maraglandiran odur ki, bawdan sonra boynu ayri mocalkaynan sabunlayib yumaq olar? Men hemişe bele etmişem. In şa Allah duz olar. 2. Sehv etmişemse butun oruclarim batil olub? Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Yağlı maniələr dedikdə dərinin üzərindəki adi yağlılıq yox, suyun dəriyə yoxunmasına mane olacaq yağlılıqdan danışılır.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
salam |

salam. oruc tutan insan oruc tutmayana yemek icmek vere bilmez....oruc tutmayan ucun dukandan nese almaqda olmaz? olmaz deyendeki yeni gunahdi vermek ve ya almaq? cox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Dükandan nəsə almaq yemək vermək sayılmaz.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Fitr günü müstəhəb əməlləri yazardız.

Ответ / Cavab

Aleykumussalam.

Bayram öncəsi ana səhifədə veriləcək.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Uuuuu |

Salam. Eseblerim chox pozulub. Ozumu tek tenha hiss eleyirem, az qala deli olmaq Heddindeyem, heyatima son vermeyim Gelir, mene komek edin men ne edim mene Allah sebr versin, chox pis veziyyetdeyem

Ответ / Cavab

Aleykumussalam.

Allahı yaddan çıxarmısız. Allahı olanın nəyi yoxdur ki, Onunla olan nec tənha qala bilər ki? Ona sığının.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
arzu |

salam bu gece qedr gecesidir?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu 3 cü qədr gecəsidir.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Müvəqqəti əqdin bitməsindən sonra iddə gözləməməyin hökmü nədir?

Ответ / Cavab

Aleykumussalam.

Ərli qadının zina etməsidir.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Quranı xətm edəndən sonra tapşırılması necə olur? Qaydasını qeyd edin. 2. Talaq oxunmaq üçün dövlət nigahının pozulması haqqında şəhadətnamə istədilər, o halda talağı oxudular. Əgər qadın kişini boşasa dövlət qaydasında, talağ məsələsi necə olacaq?

Ответ / Cavab

Aleykumussalam.

Bu müstəhəbb əməldir, çərəkə kitabçasında qaydası qeyd edilib.

Ər talağa razı idisə düzdür.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Auburn |

Salam aleykum. Hidayet etmek islah etmek ne demekdir?

Ответ / Cavab

Aleykumussalam.

Bu suala cavab vermişik.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
aya |

Salam.oruclugun 27ci gecesi nedr o gece sehereten otumax olar.

Ответ / Cavab

Aleykumussalam.

O da ehtimal edilən gecələrdəndir. Əhya saxlamaq istəsəz saxlaya bilərsiz.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Nura |

Salam, 1, Qedr gecesi en çox ehtimal olunan gece 23cu gecedi duzdu? 2. İnsani gece yuxu aparmasin deye gun erzinde ve gece neler etsin? 3, bir ilahiyatci kimi necur dualar etmeyi meslehet gorerdiz qedr gecesinde? (Qedr g.nin emellerini bilirem umimi sorusuram)

Ответ / Cavab

Aleykumussalam.

1.Hər üçünün də ehtimalı çoxdur.

2.İnsan yoruldusa yatacaq.

3.Qədr gecəsinin ilk başında duran  əməl tovbə, bağışlanma diləməkdir.  İnsanları dua etmək, axirət barədə düşünməkdir.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Gunduz |

Salam.aleykum...Ayetel kursi necedefe oxumaliyam ki.weytan evden uzaq qalsn.

Ответ / Cavab

Aleykumussalam.

Neçə dəfə olması şərt deyil, bir dəfə əqidə ilə ALlaha tam etibarla oxunsa və şeytanın əməllərindən bezarlıqla oxunsa, kifayətdir.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
gunduz |

salam.aleykume.sualim budur ki...misalcun menim bir qohumum var saz ifacisidir.namazda qilir.ama toylarda cox vaxt qila bilmir werait yoxdu..olar ki zohur namazin axwam toydan cixandan sonra qezasin qilsin??

Ответ / Cavab

Aleykumussalam.

Allah və onun ibadətləri ikinci plandadr məgər? Namaza demək olmaz işim var, işimizə deyəcəyik namazım qlıb.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Gunduz |

salam.Allah razi olsun suallara cvb verdiynize gore 1-sualim var?niye gore Azerbaycanda o qeder wehid aileleri qala-qala amerikali bokscu el mehemmed eliye imam ehsani verirler?

Ответ / Cavab

Aleykumussalam.

MəhəmmədƏli yedi o ehsanları?

Maraqlı sual bu deyil, maraqlı budur ki, nədən biz elə ancaq sağ sola baxıb irad və təkliflərimizi edirik və özümüzü yaddan çıxarmışıq.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
tural |

Salam Aleykum. Quran xatm olunmamış tapşırmaq olar? Qeyd edim ki 200 sahifa oxumuşam. Tapşırım sonra qalanın yena davam edim. Olar bela etmay? Allah sizlari qorusun.

Ответ / Cavab

Aleykumussalam.

Əgər bunun üçün məclis təşkil edəcəksizsə, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Nura |

Salam aleykum, 1. Ramazan ayi ne vaxt bitir mene lazimdi vaxti. 2. Qeza namazlarini ard arda qilmaq olarmi? Mes. 6 dene subhu ard arda kndam sora 6 dene zohru ard arda ve s. 3. Yaxud 1 ay ancaq subh qezalarini qilmaq ve s.???

Ответ / Cavab

Aleykumussalam.

1.6 na gözlənir.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Страница 1231 из 5746 << < 1227 1228 1229 1230 1231 1232 1233 1234 1235 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com