Страница 1232 из 5746 << < 1228 1229 1230 1231 1232 1233 1234 1235 1236 > >>
Nura |

Salam aleykum, 1. Ramazan ayi ne vaxt bitir mene lazimdi vaxti. 2. Qeza namazlarini ard arda qilmaq olarmi? Mes. 6 dene subhu ard arda kndam sora 6 dene zohru ard arda ve s. 3. Yaxud 1 ay ancaq subh qezalarini qilmaq ve s.???

Ответ / Cavab

Aleykumussalam.

1.Ayın 6 na gözlənir.

2.Bəli olar. amma çalışın gündəlik ardıcıllığı pozmayın.

3.Qeyd edildi.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
ruslan |

Haci destemaz aldiqdan sonra,əli yenə suya vurmaq olar,misalücün stekani yaxalamaq

Ответ / Cavab

Aleykumussalam.

Tam bitirəndən sonra çimmək də olar.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Renauka |

Salam aleykum.bir qadin yash yarimliq ovladina sud vere- vere hamile qaldigini bilse sudu derhal kesmelidir,yoxsa mueyyen vaxt hele sud vere biler?Chox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Südü varsa, uşağı süddən kəsməsin.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
ulikali |

Assalam aleykum. Bir sual verecem. İn şa Allah yazilir, İnşeAllah yoxsa İnşaAllah birlikde? Here bir cür yazir bunun ferqi varmi? Deqiq nece yazildiğini bilmek isterdim. Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bu elə də mühüm deyil, hər 3 şəkildə də oxunuş eynidir. Əsas biudur.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
Tofiq |

Salam. Ardıcıl 11 gün oruc tutdum. Gündälik zeiflediyimden 11-ci günü çox çetinlikle başa vurdum.(axşamüstü qızdırmam ve tezyiqim keskin qalxmışdı) Qeyd edim ki,60 yaşım var, gündälik 6 adda dermandan istifade edirem.(dermanları axşamlar atıram) üstelik işleyirem.hal-hazırda gece smenindeyem.ardıcıl oruca gücüm çatmadıĝına ĝőre her 3 ya 4 günden bir bir ĝün fasile veriram.axıra qeder de bu cür etmek fikrindeyem. Alınan 4 ya 5 gün fasilenin qezasın tutacam.xahiş edirem cavablandirin.bu cür etmekle őzume keffare qazandırmıram ki? Allal kömeyiniz olsun.j

Ответ / Cavab

Aleykumussalam.

Əgər yaşınıza və can sağlığınıza görə orucu pozmaq məcburiyyətində qalmısızsa, onları qəza eəcəksiz.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 28 Июнь, 2016
sara |

1.Salam,Haci.Suallarimi cavablandirdiginiza gore teshekkur edirem.Yene suallarim var.1.Qapimizin ustune tez-tez yag tokurler.Bilirem kimdir bunu eden.Cadu olunmasindan qorxuram.Cadudan nece qurtula bilerem? 2.Mene haqsiz yere qargish etdiler,o vaxtdan tez-tez xestelenirem.Qargishdimi tutub meni?Edilen qargishin qarshisini almaq mumkundurmu? Cox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

1.Allahın adını zikr edin.

2.Qarğışın tutmsı bir məsələ yoxdur. VAlideynin və məzluumun ahı insanı əzər.

Allah sizə yar olsun

Задан: 28 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
sudabe |

Salam.destemaz alerken, uzu , qollari yuduqdan sonra kranti baglayib basa , ayaga mehs cekmek duzgundur? Sag olun

Ответ / Cavab

Aleykumussalam.

Krant yaş deyilsə, olar, yaş olarsa, əvvəl o bağlansın, sonra sol qol yuyulsun.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
nurten |

Salam.Cox xahis edirem sualimi cavablandirin.Hamile qadin qedr gecesine qala bileremi?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, hamilə qadına qadağa yoxdur.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
A.B. |

Salam Aleykum. Dostum əsgərlikdən gəlib bakıya(uşaqlıqdan qaldığı yerə) 5günlük.indi o burada oruc tutmalıdır, yoxsa səfər sayılır? Bir də ki, ümumiyyətlə səfər vətənədirsə, səfər hökmü sayılmır və oruc davam etdirilir deyirlər. Vətən deyəndə nə nəzərdə tutulur? Hansı şərtlər nəzərdə tutulur?

Ответ / Cavab

Aleykumussalam.

Əgər evi oradadırsa, tam qılacaq.

Vətənə yetişən kimi səfər bitər. Vətən dedikdə insanın yaşamaq üçün özünə daimi yaşayış seçdiyi  yerdir.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
Lala |

Axsaminiz xeyir. Sukrallillah ya sukranlillah ? Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Hər ikisi düzdür.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
Haqqın Şahidi |

Salam hacı. Qadın şiedir ve heyat yoldaşı xanimina mecbur etseki sunni namazi qil.qadının vezifesi nedi? İkinci sual- bir şie ondan namaz qilmagi oyrenmek isteyene sunni namazin oyrede biler? Qeyd edimki namazi oyrenmek isteyenin aileside sunnidi. Şie namazi qilsa cox guman qarşi çkxacaqlar.

Ответ / Cavab

Aleykumussalam.

Kişinin buna haqqı yoxdur. Öz əqidəsini davam  edəcək.

Hər kəs öz əqidəsinə etiqadı varsa, həmin əqidənin göstərişlərinə əməl etsin.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
ruslan |

1.Haci dəstamaz ücün təyəmmüm edəndə,əlin icuni necə dəfə torpaga vurullar.2.Sonrada başdan burnun ustunə qeder mesh cəkirsen,ya cekəndə alnin sag və sonra sol tərəfə cekirsen.Sistani aga.

Ответ / Cavab

Aleykumussalam.

1.İki əl birlikdə bir dəfə yerə vurulacaq.

2.Sağ sola çəkmək lazım deyil.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
Meryem |

Salam sualım üçün çox çox üzr istəyirəm,amma sizə bir sualim var. Heyz olanda qədr gecəsinə qalmaq olmaz ?

Ответ / Cavab

Aleykumussalam.

Qala bilərsiz, lakin məscidə daxil ola bilməzsiz.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
gulay |

Salam.qedr gecelerinde 100ruket Namaz qilan zaman ve ya qeza Namazlarini qildigimiz zaman bir defe destemez almagimiz kifayetdir?Yoxsa Namazlarda ara verib destemez almaliyiq?

Ответ / Cavab

Aleykumussalam.

Dəstəmaz batil olmayıbsa, təzələmək vacib olmaz.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
Salam |

Salam aleykum,meni bir mesele duwundurur,bu vahabiler,batildir,sehfdir,amma oz aralarinda bir birini hec tanimasalar da qardaw kimi daniwirlar,aralarinda pul sohbeti olmur belke de biraz bu munasibetdir insanlari ora cheken,amma bizde bele bir munasibet yoxdur,bu niye beledir,belke de mene bele gelib,bu zahirde beledir

Ответ / Cavab

Aleykumussalam.

Azdırlar, bir birlərini qorumaqa məcburdurlar

İnsanalara qarşı insani munasibətə gəldikdə isə bu dinimizin göstərişidir.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
melek |

Salam..oruc ola ola ehtiyatcun cenabet quslu vermek olar?uzr isteyirem bir maye xaric olub subheliyem

Ответ / Cavab

Aleykumussalam.

Bəli, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
sabina |

Salam. 1)Subay qiz cenabet qusulu vermelidirmi? Eger vermelidirse hansi hallarda? 2) Nece qusul novu var?

Ответ / Cavab

Aleykumussalam.

əgər yuxuda ya adi halda ehtiras pik həddə gəlib boşalma olarsa, qüsl vacib olar.

Qadınlar cənabət, heyz, nifas, istihazə və meyyitə toxunma qüslü edirlər.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
Allahqulu |

Teşekkür edirem sualımı tez zamanda cavablandırdığınıza görə.Allah sizdən razı olsun.Bir məsələ var ki mən ətrafımda və yaşadığım ərazidə 60 fəqiri tapa bilmirəm.O zaman mən çəkiləcək xərcin pulunu hesablayıb hansısa kasıb bir insan və ya insanlar arasında bölüşdürə bilərəmmi ?

Ответ / Cavab

Aleykumussalam.

Fəqir şəxslərə verə bilərsiz. lakin bir şərtlə ki, o pulu ancaq qidalarına sərf edəcəklərinə, başqa ehtiyaclarına ödəməyəcəklərinə  əmin olasız.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
123 |

Salam. Suallara cavab yazdığınız üçün Allah razı olsun. Bir neçə sualım var: 1. Peyğəmbərimiz(s)ın duası olan "Allahım mənə hər şeyi olduğu kimi göstər" duasının ərəbcə oxunuşunu(latın hərfləri ilə) yazardız zəhmət olmasa. 2. "Şukrallillah" zikrinin tələffüzünü düzgün yazmışam? 3. Qədr gecəsi günü oxunması müstəhəb olan ziyarətləri hansı saytdan əldə edə bilərəm?(internetdə axtardım tapmadım) 4. Lə həulə və lə quvvətə illa billahil aliyyil azim. Lə iləhə illə əntə sübhanək inni kuntü minəzzalimin. Duasının tələffüzünü düzgün yazıb yazmadığımı yoxlayarsız, və tərcüməsini yazardız zəhmət olmasa.

Ответ / Cavab

Aleykumussalam.

1.Hədisin əsli əlimizdə yoxdur, özümüzdən  olan sözlə deyə bilmərik Peyğəmbər adından. Bu haramdır və orucu da pozar.

2.Bəli, düzdür.

3.Əlimizdə olanı saytın ana səhifəsində qoymuşuq.

4.Düz yazmısız.Ali və Əzəmətli Alahdan kənar gc və qücvvə yoxdur.Səndən başqa İlah yoxdur. Sən bütün eyb və nöqsanlardan paksan. Həqiqətən mən özünə zülm edənlərdən oldum.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
Ilahe |

Salam. Men bilmek idiyirem bu qeza namazlarin nece qilmaq olar? Meselen 8illlik. Hergun qezasin qilmaq olmur. Basqa yolu varmi. Indiden tesekkuller

Ответ / Cavab

Aleykumussalam.

Hər günün namazları gündəlik ardıcıllıqla qılınacaq.

Allah sizə yar olsun

Задан: 27 Июнь, 2016 , Опубликовано: 27 Июнь, 2016
Страница 1232 из 5746 << < 1228 1229 1230 1231 1232 1233 1234 1235 1236 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com