Страница 1266 из 5746 << < 1262 1263 1264 1265 1266 1267 1268 1269 1270 > >>
Leyla |

Salam.men bugun heyz oldum.amma ya 6gun oluram ya 7.deqiq bilmiremki nece gun olacaq.orucuma gore narahatam.6ci gunu gece oruc tutum 7ci gunu qurtarmasa pozum orucumu yoxsa 7gunu tam gozluyum 8ci gunu tutum oruc?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, elə edin.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Resul Eli |

Esselamun Eleykum 1.Namazi batil eden sekkler olarsa,secdeyi sehv edilse namaz duz sayilar yoxsa tezelemelidi namazi? 2.Ehtiyat namazi qilarken hansi sureni oxumaq lazimdir? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1.Namazı batil edən şəkdirsə, namaz təzədən qılınacaq, səhf səcdəsi ilə düzəlməz.

2.Ancaq Fatihə surəsi xunacaq.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Ali |

18 iyun üçün oruc duası necedir?

Ответ / Cavab

Aleykumussalam.

Ana səhifəmizdə əsas tablonun altında gündəlik dualar var.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
gu;ay |

salam bu ay qedr geceleri ne vaxtdir?

Ответ / Cavab

Aleykumussalam.

24 dən 25 nə, 26 dan 27 nə və 28 dən 29 na keçən gecələr.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
LEYLA |

Salam Aleykum.1. Whatsappda yazishmaq,zarafatlashmaq qrup halinda ancaq qadinlar olar ya gunaxdi? 2.Men orucumu tuturdum ama iftara kimi doze bilmirdim aglaya -aglaya iftari gozleyirdim ancaq su ile acirdim yemekde yeye bilmirdim mene deyirdiler poz ama pozmurdum sonra yoldashim cox israr eledi ki bu halda tutma mende tutmadim qalan gunleri ramazan ayi bitenden sonra hamile oldugumu bildim indi o tutmadigim gunler mene qeza olub ya keffare? 3.Yetkinlik yashina catandan tutmadigimiz oruclar bize qezadi ya keffare? 4.Sunni olub sonra shie olan adam gerek namazlari tezden qila ya o qildiqlari qebul olur?

Ответ / Cavab

Aleykumussalam.

1.naməhrəm yoxdursa, eybi yoxdur.

2.Onları qəza edin.

3.Qəza ediləcək.

4.Ümid var qəbul olar, lakin şiə fiqhinə əsasən bu namazlarda pozulacaq işlər var(amin demək, qolları bağlamaq kimi) İstəsəz təzələsin.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Sugra |

Salam Aleykum.Kişilərin saçlarin boyanmasi icazələdi?

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Nina |

Salam bir soz soruwa bilerem uzr usteyriem sualima gore ama heyz qusulunu nece deyiller alanda?

Ответ / Cavab

Aleykumussalam.

Heyz qüslü alıram(edirəm, verirəm və sair) qurbətən İləllah.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
vuqar |

salam alekum haci mene deyirler ki quranda qar, buz, qish haqqinda hecne yoxdur cunki bu kitabi muhammed peyqamber yazib allah gondermeyib.o erebstanda yasadiqina gore qar gormeyib allah gonderseydi mutleq qish haqqinda nese olardi.2)niye islam buddist sozu olan "amin" sozunu goturub.3)birde haci men 3 defe cenabet qusulu ile oruc tutmusham bilmirdim ki cimmek olar gozleyirdim iftar acim sonra qusul alim.amma bunu teze oyrendim ki cimmek olar.indi onlarin qezasi var

Ответ / Cavab

Aleykumussalam.

1.Bunu ağıllı adam deməz.

2.Bu kəlmə buddist sözü deyil, bütün dinlərdə də bu işlənir və buddizm, yəni bütpərəstlik dindən sonra yaranb, dindən əvvəl yox.

3.Həmin günləri qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Fidan |

Salam.Qedir gecelerinde saat neçeye kimi ayıq qalmaq lazımdır?

Ответ / Cavab

Aleykumussalam.

Sübh namazına kimi qalın.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Aynur |

Salam Aleykum.Bu gun oruçlu oldugumu unutmuşam və 1dənə tut aqzima qoydum, bu gunun qəzasin tutmali olaçam ya yox? Çox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Səhfən olubsa, orucunuz pozulmayıb.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Nuray |

Salam.Men İsmayıllıda yaşayıram ve sabah oruc tutmaq isteyirem.Amma biz ailevi sabah xalamgile Topçuya qonaq gedesiyik.Onda menim tutduğum oruc pozulurmu?

Ответ / Cavab

Aleykumussalam.

Zöhrdən əvvəl getsəz və həmin məntəqə sizin yaşayız yerinizdən gediş gəlişi 45 km dən artıqdırsa. orucunuz pozulacaq. Zöhr azanından sonra getsəz, həmin günün orucu qalacaq.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Nicat |

Salam aleykum. Sehid hokmunde olanlar qusl kefensiz defn edilmelidir? Bes ne ucun Qarabagda sehid olanlari qusl kefensiz defn etmirler? Allah sizden razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, Şəhid döyüş bölgəsində dəfn edilərsə, qüsl kəfən istəməz,

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
seva 1515 |

Salam.Allah orucunuzu dualarinizi qebul etsin.Amin.men orucumu tuturam.1 gunluk londona getmeliyem.seher saat 10 de teyyarede olacam.hemin gun sahura durub oruc tutmaliyam?birde seheri gece saat 3.de 4 de catacam.bes hemin gununun orucunu tutacam?.teyyarede saat 3 qeder yemek yeyib tuta bilerem,yoxsa yox?.tutmasam hemin oruc qeza sayilir ?yoxsa nece?cox sag olun.Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Əgər səfəriniz 10 gündən azdırsa, qeyd edilən səfərdə oruc tutmayacaqsız, qəza olacaq, evdən çıxan günü isə yaşadığınız məntəqədən 5-7 km uzaqlaşandan sonra orucu pozan iş görün, o zaman qədər etməyin.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Efsane |

Salam HAci bizim qurbanimiz var bu ay kesmek olar?

Ответ / Cavab

Aleykumussalam

Beli olar

Allah size yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Zara |

Salam.Verdiyim sualarda mene cavab yazirsiz ki,uşağı qorxudmayin.Men de yazmişam ki,neyinki yemey yidizdirende HEÇ VAXT QORXUZMURAM.Uşağın qorxuluğunu almağdan ötrü hansı duani oxumağ lazımdı zehmet olmasa yazardız.Sağolun

Ответ / Cavab

Aleykumussalam.

Ayətəl kursi oxuyun.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Zara |

Salam.Verdiyim sualarda mene cavab yazirsiz ki,uşağı qorxudmayin.Men de yazmişam ki,neyinki yemey yidizdirende HEÇ VAXT QORXUZMURAM.Uşağın qorxuluğunu almağdan ötrü hansı duani oxumağ lazımdı zehmet olmasa yazardız.Sağolun

Ответ / Cavab

Aleykumussalam.

Ayətəl kursi oxuyun.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Ruslan |

Salam,her vaxtiniz xeyirli olsun.Cox uzr isteyirem,bu gun yuxuda cunub oldugumdan subhelendim.Subh Namazindan sonra yatarken oldu bu.Yuxudan durduqdan sonra qazlar kesildiyinden qusl ala bilmedim.Axwam saat 6-da quslumu alib,gunduz Namazlarimi qildim.Bu halda orucum batil olub,yoxsa duzdur? 2)Qusl alanda agzimi ve burnumu yaxalamadim.Quslum duzdur?Cunki cox adam deyir 3 defe agzi,burnu yumaq lazimdir qusl vaxti.(Xorasani ve Sistani aganin fetvalari nedir bu hallarla bagli?)

Ответ / Cavab

Aleykumussalam.

1.Qeuyd edilən halda orucunuz düzdür.

2.Qüsldə ağız burun yaxalama yoxdur.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Salam aleykuM |

Oruc tutan adam iftara arag icirse onun orucu batil olmur? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Oruc tutan araq içmir, suallar icad tməyin,özünüzə  lazım olanı soruşub öyrənin.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Ulker |

Axsaminiz xeyir.Seferdeyken oruc haqdadir sualim.Suallar icinde gordum bayaq,benzer veziyyet mende de var.Gelen hefte 1 gunluk istirahete gedecem Xacmaza.Amma cox guman ki,zohr azanindan sonra yola cixariq.O halda orucum duzdur?Seherisi gun de zohrden sonra Bakiya qayitmaqcun yola cixacayiq.Oruc tutmaliyammi o halda?Tesekkur edirem evvvelceden4

Ответ / Cavab

Aleykumussalam.

Gedən günü orucunuz sona qədər saxlanılacaq, qayıdanda orucunuz pozulacaq.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
bende |

Salam aleykum .zehmet deyilse diye bilersiz 3 ,4 ruketle namazda,serbestdi olar hansi sureni istesem oxuyum?Allah ishivizi avand elesin))

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, ya Fatihə surəsi oxunacaq, ya təsbihati ərbəə.

Allah sizə yar olsun

Задан: 17 Июнь, 2016 , Опубликовано: 17 Июнь, 2016
Страница 1266 из 5746 << < 1262 1263 1264 1265 1266 1267 1268 1269 1270 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com