Страница 1262 из 5746 << < 1258 1259 1260 1261 1262 1263 1264 1265 1266 > >>
[email protected] |

Salam.sualima gore cox uzr isteyirem.Oruclug vaxti aybasi olan qadin sonra onu qeza kimi tutmalidi ya tutmuruq? Allah razi olsun!

Ответ / Cavab

Aleykumussalam.

Oruclar qəza ediləcək.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
gulay |

Salam.Namaz qildigimiz zaman bezen oskurek ve ya asqirmaq namazi pozarmi?

Ответ / Cavab

Aleykumussalam.

Asqırmaq, öskürmək, əsnəmək, gəyirmək namazı pozmaz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Samira |

Salam.men sizin fb sehifenizde oxumusdumku dirnaqlari temiz saxlamaq serti ile qadinlar uzada bilerler.amma bu saytdaki kohne suallardan birinde yazilibki uzun dirnaq qadinlarda destemaza maniedir.biraz qaranliq qalib bu mesele mene.zehmet olmasa aydinliq getirersizde)

Ответ / Cavab

Aleykumussalam.

Çox uzatmadan, altını təmiz saxlamaqla icazəlidir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
irada |

Salam.Men sualimi deqiqleshdirmek isteyirem,Haci.Men 6 il bundan evvel ramazan orucunun 15 gununu tutmusham, 15 gununu ise umumiyyetle tutmamisham.Yenitutdugum 15 gunu pozmamisham,sadece olaraq diger 15 gunu umumiyyetle tutmamisham.Bunun hokmunu bilmek isteyirem.O zaman qezami yoxxsa keffaremi gerekir? Eger qeza gerekirse elave mud ne qeder vermeliyem? Yeni bu mudun deyeri bir gune 750 qram edecek yoxsa, 6 il erzinde ustune gelir? Bir de ki 750 qramliq mudun qiymeti ne qeder olmalidir?qiymetin onemi varmi?Sizi yordumsa bagishlayin.Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Ramazan ayında orucu tutmamaq olmaz. Tutmamaq özü elə batil etməkdir. Bilərəkdən edilibsə, kəffarəsi də var. Əgər kəffarə gəlməsindən xəbəsiz idinizsə, o zaman qəzasnı tutacaqsız.

Bir qəza o biri Ramazana kimi icra edilməzsə, bir müdd təam, yəni 750 qram qida fəqirə verilsin.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
myimmortal.love |

salam aleykum haci.. size bir neche sualim var? mene evveller xalamgil demishdiki ramazanda ne qeder oruc tuta bilsen savabdi.. men de evveller ele tutmusham.. 2-3 il erzinde.. indi hemin illerde tutmadigim gunlerin qezasini tutmaliyam? eger tutmaliyamsa ardicil olmalidi yoxsa fasilelerle tutmag olar? evvelceden teshekkurler Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, onları qəz etməlisiz. Fasilə ilə də tuta bilərsiz.

 

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
ugur |

salam.men berdeden naftalana her gun yol getmeliyem.9 yada 10 gun.oruc tuta bileremmi?birde basdan ayaga dus qebul ede bilerikmi,basimizi islatmaqla dus qebul etmek.

Ответ / Cavab

Aleykumussalam.

Gedişinizin səbəbini  ətraflı yazın.

Bəli, duş altında tam çimə bilərsiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
nuray |

salam.yoldasim herbicidi.basqa rayonda qaliriq.cehizim ise qaynanamgildedi.oz sexsi evimiz yoxdu.yani rayona gedende men namazlarimi qesr kimimi qilmaliyam.yaxud oz evim kimi vacib qilmaliyam?

Ответ / Cavab

Aleykumussalam.

Əgər adətən qaynana gildə qalırsızsa, orada namazlarınız tamdır. Ora sizin eviniz sayılır.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
bende |

Salam.1 heftelik Bakidan rayona getmeliyem.rayonda olan muddetde Orucumu tuta bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr. qeyd edilən səfərdə namazlarınız qəsrdir, orucu da tuta bilməzsiz 10 gün qalsaz orada oruc tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
*_* |

Salam Aleykum. Qulaqdan su daxil olsa oruc batildi? Teqlid: Sistani aga

Ответ / Cavab

Aleykumussalam.

İçəri getməsə, batil olmaz. Bilməyərəkdən olarsa, orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Aygun |

Salam.Axwam azan verilire wam azazni ve yaxud zohr olarki zohr azani verilende zohrnen esr bir qilmag?ve yaxudda gece azani verilendedeki wamnan xifte.olar bir qilmag.ya ayri ayri qilmag lazimdi.ayri saatlarda.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu iş icazəlidir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
...... |

Salam. Iftarda Slavyanka üzüm sokunu icmisem. Nese subhem yaranib, üzüm soku xalaldirmi? Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Üzüm suyu və şirəsi halaldır, mürəbbəsini yemək olmaz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Anibas |

Salam gedir gecesi hacan olur?

Ответ / Cavab

Aleykumussalam.

Saytın ana səhifəsində əsas xəbərlərdə var.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
yuuhu |

salam, bilmek istridm, menim qanim ashagidi, gozlerimde zeifdi, ve birisi gun mualiceye bashliyacam, men oruc tutmaliyam? ramazanin ilk 5 gununu tutmusham

Ответ / Cavab

Aleykumussalam.

Əgər orucu tuta bilirsizsə, orucu tutacaqsız, mualicəni isə sübh və axşam qəbul edin.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Salam |

Salam Hacı. Bir soz sorusum. Nişanliyam kebin kesdirmek isteyirik. Amma zakz kagızı isteyirler. Biz muveqqeti kebin kesdirib sonra zakzdan sonra daimi kesdire bilerik , 2 defe kebin oxuna biler ??? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qızın atasının icazəsi olmadan bu icazəsizdir. Atası buna icazə verərsə, etdirə bilərsiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
VEFA |

Salam sualim subh namaziyla baglidi. subh namazi gun cixanda qilinir yoxsa fadjrda qilirig???Сухур/Имсак до 02:13 Фаджр 02:28 Восход 04:13 bu saatin hansida subh namazi qilirig?? men nece illerdi fadjrda qiliram seh qilmisam??

Ответ / Cavab

Aleykumussalam.

Fəcrdən gün çıxana kimi. Fəcr vaxtıdır, gün çıxanda qəza olur.

 

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
salam |

Salam hacı qedr geceleri bu ayın neçenci günlerine tesadüf edir? Çox sagolun Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Ana səhifəmizdə əsas xəbərlərdə var.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Fuad |

Salam ..aleykum heci cox boyuk gunah elemisem ...bilmirem oruc batil olub yoxsa yox men oruclu oruclu istimna etdim ....nefsimw hakim ola bikmedim ......tezeden qusul alsam ne olar ?????onda su icimde vaxtindan tez ?? 2. Birde bunun keffaresi nece gundu

Ответ / Cavab

Aleykumussalam.

Boynunuza kəffarə də gəlib. Cəm kəffarə, yəni həm 61 gün oruc olacaqsız və 60  fəqiri doyuzduracaqsız.

Tovbə edin. Özünüzü ələ alın. Oruc nəfslə mubarizə öyrədir, bu halda halal suyu içmirsiz, lakin haram olan işə bulaşırısz, tovbə edib qüsl verin.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Islam |

Salam. Peygemberin yasadigi dovrdede muselmanlar icerisinden peygemberle muharibe eden olubmu ?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, belə hal olmayıb. Həzrəti dil və hərəkətləri ilə incidənlər olub, lakin vuruşan olmayıb.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Salam |

Salam.sizden meslehet almaq isteyirem amma bura yazmaq istemirem.olar mail veresiz ora yazim?

Ответ / Cavab

Aleykumussalam.

Bura yazın, mailiə cavabın gəlməsin qeyd edin, cavab ora gələcək.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Royal |

Salam.Men teqlid etmek isteyirem nece musteyid var?

Ответ / Cavab

Aleykumussalam.

https://az.wikipedia.org/wiki/Müctəhidlərin_siyahısı

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 18 Июнь, 2016
Страница 1262 из 5746 << < 1258 1259 1260 1261 1262 1263 1264 1265 1266 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com