Страница 1289 из 5746 << < 1285 1286 1287 1288 1289 1290 1291 1292 1293 > >>
Nura |

Haci menim elimden hecne gelmir axi, aciq havada bildim ama qaranliqda nece edeceyik, kompasi sorusdum nece magazadan yox idi, men ne edim daha, qiblalokatorun int.siz calisanini bilirsiz?

Ответ / Cavab

Aleykumussalam.

Telefonunuz varsa, playmarketdə onlarla qiblə üçün proqramlar var, yazın telefonunuza harada olsaz onu qoşanda qibləni göstərəcək.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Kenan |

Salam qardas. siqaretin iyin hiss etmek ele tustusun udmaq deyilki? Qati tustusun udmaq dedikde siqareti ozumun cekmeyimi nezerde tutursunuz? Yeni siqareti ancaq ozum ceksem orucum pozular?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, iylə tüstü eynidirmi?

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Nura |

Salam, Haci sabah insAllah gedirik Az.a kompas tapmadiq tel.da qiblalokator int.siz islemez, ozunuzde qibleni tapa bilmeyeceyik Namazlarin veziyyeti nece olacaq?

Ответ / Cavab

Aleykumussalam.

Belə olmaz, axı hər şeyi inkar edib qaranlıq otağa giririk, işıq istəyirik.

Qibləni açıq havada tapmanın yolunu yazmışdıq.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Nura |

Salam, Haci sabah insAllah gedirik Az.a kompas tapmadiq tel.da qiblalokator int.siz islemez, ozunuzde qibleni tapa bilmeyeceyik Namazlarin veziyyeti nece olacaq?

Ответ / Cavab

Aleykumussalam.

Belə olmaz, axı hər şeyi inkar edib qaranlıq otağa giririk, işıq istəyirik.

Qibləni açıq havada tapmanın yolunu yazmışdıq. Heç cür qibləni tapa bilməsəz. namazları ehtimal olunan tərəfi tutub, 4 tərəfə qılacaqsız, yəni hər namazı 4 dəfə.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Sual |

Salam. Haci qatarla axsam Lenkerandan esgerlikden evine qayidacam Bakiya InshaAllah. Qatar Bakiya hardasa saat 7-8 arasi catacaq. Bu halda hemin gunun orucuju tutmaliyam? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam.

Evə zöhr azanına kimi yetişsəz və bu zamana qədər orucu pozan bir iş görməsəz, niyyət edib həmin günü oruc qala bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
isi |

Birde deyerdizde quranda 4 vacib secde var eyer sef etmiremse 4 dune secde qilmaq lazimdi da he yoxsa hamisina? birde deyinde secde qilarken ne demey lazimdi evvel oxuyub sora secde qilinmalidada he?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, 4 vacib səcdə ayəsi var.

Bu ayələrin hansı birini oxuyanda ya eşidəndə insana səcdə etmək vacib olur, səcdəyə gedəcək və səcdədə zikr deyəyək. İstənilən zikri deyə bilər, özünün məxsus zikri dəvar ki, risalə kitablarında qeyd edilib.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
gulnar |

Salam oruc adam bes erine yemek vere bilmez er oruc tutmursa Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Buna məcburdursa, üzrlüdr.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
salam |

salam,sigeni qebul etmesek dinden cixmiriq?

Ответ / Cavab

Aleykumussalam

İnkar etsək, yəni bunun dində olmadığını desək, ayəni dnmış olarıq.

Kiminsə bundan xoşu gəlmirsə, bir problemi yoxdur. Məsələn biri deyir ki, mən qaz ətini  sevmirəm, iyrənirəm və sair, amma haram olmasını demir, mən sevmirəm deyir.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
gulnar |

Salam ramazan orucuna niyyet edende men cox vaxt sabahki ramazan orucuna aniyyet edirem deyirem,burda oxucuya siz cavab yazmisiz ki,qurbeten illelah da deyilmelidi.evvelki oruclarimin batildi?Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Batil deyil, Qurbətən İləllah Allaha yaxın olmaq deməkdir, bunu yəqin siz də qərarınızda bilirdiz.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Ano |

Salam.qusl almaliyam.ama werait yoxdy buna.men onu ne ile evez ede bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Qüsl almağa heç bir imkan və şərait yoxdursa, qsl əvəzi təyəmmem ediləcək.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Fərid |

Salam Aleykuma.Bizim dinde qadin kişi dostlugu icaze verilmezdi.Bes tanimaq meqsediyle olar unsiyyet qurmag?

Ответ / Cavab

Aleykumussalam.

Qadının dostu qadın, kişinin dostu kişi olar.

Əgər evlənmək qərarı varsa, o zaman xəlvt olmayan ictimai yerdə ciddi söhbətlər edilə bilər.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Kenan |

Salam. menimle birge stolun arxasında oturanlar siqaret cekirse, men de siqaretin tustusun uduramsa orucum batildir? Amma men istemirem tustunu udam. İster- istemez iyini hiss edirem.

Ответ / Cavab

Aleykumussalam.

Qatı tüstüsünü udsaz oruc pozular. İyi oruca təsir etməz

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
isi |

Salam xehis edirem deyerdizde keci etini yemek olar yeni haram sayilir bec at eti nece keci sudunu nece ismek qatiq calmaq olar ?evvelceden tesekkurler

Ответ / Cavab

Aleykumussalam. A

Keçinin əti də südü də halaldır. At əti məkruhdur.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
salam |

bildiyiniz kimi meni xeste eden meni aqladan sualim var uzur isteyirem bu sualima gore nece illerdir hec kimden soruca bilmirem sualim sige haqindadir neye gore siqe halal sayilir hec cur qebul ede bilmirik axi ALLAh qadini kisiye emanet edir bes nece olur qadina qiymet verilmir bezi ilahiyat cilar 1' 2 saatliqda icaze verirler sige etmeye (baqislayin

Ответ / Cavab

Aleykumussalam.

Siz nədən bunu ilahiyyatçıların üzərinə atırsız. Bu Quranda ayə ilə təsdiqlənib, iradı kimə edək Allaha, Yaradana.?

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
xXx |

Salam Aleykum.Hər Hans zikri ürəkdə deməynən dildə deməyin fərqi var?Ürəydə zikr etməy olar məs Xanım Zəhra (s.ə) zikrini?

Ответ / Cavab

Aleykumussalam.

Hamısının fərqi var, dil ilə edilən daha düzgün sayılar.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Rovshen |

SALAM ALEYKUM 1.MƏDƏ YARASI OLAN İNSAN ORUC TUTUB İNDİ MÖHKƏM GÖYNƏMƏLƏRİ VAR POZA BİLƏRMİ 2.MAĞAZALARDA SATILAN TÜRKİYƏ İSTEHSALI OLAN KOLBASA VƏ TOYUQLARIN HÖKMÜ NƏDİR VƏ YA BRAZİLİYADAN GƏLƏN SADİA TOYUQ VƏ SOSİSLƏRİ 3.PALTARDA DIRNAĞIN YARISI BOYDA QAN LƏKƏSI OLARSA NAMAZ QILMAQ OLARMI 4. TICARƏTƏ BAŞLAMAQ ÜÇÜN KREDİR GÖTÜRMƏK OLARMI

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, oruc ona ziyan edirsə, dayndıracaq

2.Müsəlman ölkənin istehsalı olanlar pak və halal hökmündədir.

3.Bəli, olar.

4.YAxşı olar ki, üzrsüz yerə banka müraciət etməsin.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Sinful |

Salam aleykum. 1. Namaz qildigim bir nece il namazin hokmleri barede cahil olmusam. 90 faiz duzhun gilmadigima eminem. Hemin namazlari qeza etmeliyem? Qeza etmek iateyirem butun namazlarimi. Mumkundu? 2. Evveller ara sira Ramazan ayinin orucunu tutmusam. Indi deqiq hesablaya bilmirem ne qeder tutmusam. Teklif yasimdan bu yana hamisini qeza etmek isteyirem olar? Tutduglarimi da qeza ede bilerem?

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, mümkündür.

2.Olar.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Haqqın Şahidi |

Salam haci. Oruc adamin yaninda yemek yemek, yaxud birine yemek vermek gunahdir?

Ответ / Cavab

Aleykumussalam.

Ramazan ayında gündüz yeməy yemək, orucu pozan bir iş görmək qadağandır, hətta insan tək olsa belə.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Namaz |

Salam.15 yaşlı oglanın orucunu pozarsa bunun günahı nədir?

Ответ / Cavab

Aleykumussalam.

Bilərəkdən olarsa, kəffarəsi olar.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
gulwen |

allahin salami olsun uzerimize. sualim beledirki . qunutdayken gozler yumulu olmalidir ya aciq.? menim ozumden asili deyil qunutdayken gozlerim oz ozluyunden yumulur. omceden tewekkurler allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

NAmazda gözləri yummaq bəyənilmir.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2016 , Опубликовано: 11 Июнь, 2016
Страница 1289 из 5746 << < 1285 1286 1287 1288 1289 1290 1291 1292 1293 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com