Страница 1293 из 5746 << < 1289 1290 1291 1292 1293 1294 1295 1296 1297 > >>
ruslan |

Salam,haci oruc tutmuşam,amma arada ailəyə cörek qazanmaqücün daş hrqüsünə qedirem,o qünü oruc tutmasam hökmü nədir.Sistani aga.

Ответ / Cavab

Aleykumussalam.

İşləyin və orucunuzu da tutun.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Suleyman |

Salam bu rəvayətin mənbəyi qaynaqcası hansı kitabda var ? Kitabin adi Muəlləf səyifə ? Cəhənnəm odundan qorxduğu üçün ağlayan daş. Peyğəmbərlərdən biri bir daşın yanından ötüb keçərkən ondan çoxlu su çıxdığını görüb təəccüblənir və Allahdan daşın danışmasını rica edir.Peyğəmbər daşdan soruşur:Sən kiçik daş olduğun halda nə üçün səndən bu qədər çoxlu su çıxır? Daş cavab verir: Qorxudan ağlayıram,eşitmişəm Allah elə bir oddan söz açıb ki,yanacağı insanlar və daşlardır. Mən həmin daşlardan olacağımdan qorxuram..Peyğəmbər Allahdan onu həmin daşlardan qərar verməməsi üçün dua edir və Allah peyğəmbərin duasını qəbul edir.Peyğəmbər bu barədə daşa mücdə verib yoluna davam edir.Peyğəmbər geri dönərkən daşdan əvvəki kimi su çıxdığını görüb ondan : Məgər Allah səni əmin etmədimi? deyə soruşdu.Daş: Keçən dəfə qorxudan ağlayırdım,indi isə se

Ответ / Cavab

Aleykumussalam.

Bilmirik.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
eeee |

salam men oruc tuturam.uzur isdiyirem 2yasinda evladim var ona yemek yedizdirmek cay vermek gunah sayilir.cox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, heç bir günahı yoxdur.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Nura |

Bagislayin deqiq bilmek ucun basinizi agridacam biraz, 1, kompasi axtaracağiq tapsaq cenubu kompasda nece tapaq ve ondan ne qeder sağa dönek, melumatimiz azdi bu barede 2, orda destemaz almaq problemi namazi harda qilmaw problemi cixacaq, beleki hicabdayiq aciq yerlerde destemaz almaq olmaz bagli yer olmasa, namazida kafe falan icaze vermese harda qilacayiq? 3. Orucu evden ya qaldigimiz seherin cixişindan 7-8 km uzaqlasandan sora aca bilerik?

Ответ / Cavab

Aleykumussalam.

Kompasın bir başı cənubu və bir başı şimalı göstərir. İnternetdə  qiblalokator var ora dxil olun, şəhərinizi tapın və aşağıda neçə dərəcə dönməli olacağınız yazılacaq.

Dəstəmaz almaq bir dərd yoxdur, lakin namaz məsələsinə gəldikdə isə bir kənara çəkilib qıla bilərsiz.

Bəli.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Nura |

Birdeki qibleni adi şekilde nece tapmaq olurki? (Gunun istenilen vaxti, gece ve s)

Ответ / Cavab

Aleykumussalam.

Günçıxan və gün batanla. Sol çiyninzi gün çıxana və sağ çiyninizi gün batana tutsaz üzü  cənuba olacaqsız, olduğunuz yerdə cənubdan nə qədər sağa ya sola dönməli olduğunu öyrənin, elə əməl edin.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Nura |

1, zohrden evvel yola duseceyik o halda nece tutaq orucu ve nece acaq? 2, ala bilmerik çunki satmirlar burda bes nece olar namazlarimiz?

Ответ / Cavab

Aleykumussalam.

Evdən 5-7 km aralanandan sonra oruc pozulacaq. Orucu bu zaman aça bilərsiz.

Mümkün deyil, bu hər yerdə satılır.  Telefonunuza belə proqramlar var, onları yazın.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
anar |

salam aleykum.mende tez tez vevvese yaranir ki misalcun en cox destemazda mesh barede.ele bilirem cekmemiwem mesh bezen yeqine catiram bezen destemaz vaxti bir bir baxiram ki vesvese yaranmsin.bu gun iwa namazinda yarandi bu vesvese tez tez olduguna gore ozumu yeqine catdirib namazimi qildim.piwnamaz durmuwdum.cunki vesveseye fkir vermek istemedim.namaz esasinda fikir yarandi gotur qoy etdim sonra hardasa yadima duwdu ki cekmiwem mesh.bele oln halda duz etmiwem fikir vermemeyde?Xamenei aga.ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Dəstəmaz bitəndən sonra belə şəkklərə fikir  verməyin.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Sevil |

Salam,zehmet olmasa deyerdiz,Samed pis sozdu yoxsa Semed.cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Saməd deyin.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
perviz |

salam eleykum zehmet olmasa deyerdiz zohr namazini esr namazinin vaxtinda qiliramsa niyyetde ne deyim?

Ответ / Cavab

Aleykumussalam.

Adicə zöhr  namazı qılıram deyəcəksiz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Esma |

Salam. Bu gun tutdugum orucu pozmali oldum. Diwim agriyirdi deye derman icdim. Gunortaya qeder dozdum amma sonra doze bilmedim derman icdim buna weza duwur ya kefare. Eger kefaredise 61 gun dalbadal. birde diw hekimine getmeliyem .oruc tutum.

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda gərək orucu pozmadan əvvəl soruşub sonra əməl edəydiz.

Əgər ancaq dərman atıb başqa orucu pozan bir iş görməmisizsə, ancaq qəza edəcəksiz.

Diş həkiminə gedə bilərsiz, lakin əvvəlcədən boğazdan bir şey getməyəcəyini bilməlisiz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Nura |

Salam 1.biz Rusiyadan Az.a gederik bu gunlerde getdiyimiz gun orucu tutaq, yolda acaq? ya tutmayaq? Eger tutariqsa nece saat sora acmaliyiq orucu? 2, yolda namazi nece qilaq, qible kompasi yox ve avtobusda olacayiq bir nece defe saxlasa bele qiblesiz nece qilaq?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən səfərdə oruc tutulmayacaq. Əgər evdən zöhrdən sonra çıxsaz həmin günün orucu sona qədər davam etdorilməli və iftarıda olduğunuz yerin üfüqünə əsasən açılacaq.

Qibləni adi şəkildə tapa bilmirsizsə, mütləq kompas alın və harada olsaz onun vasitəsi ilə qibləni tapın. Avtobus dayandığı hallarda namazlarınızı qılın.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
ilaxa |

Salam.oruclu halda halalini opub qucaglamag olar?ehtiraslananda batil olar oruc?

Ответ / Cavab

Aleykumussalam.

Ağız ağıza öpmək olmaz ki, ağızların suyu qatışıb udularsa, oruc pozular.

Əgər bu hal  cinsi sonunclanmaya səbəb olarsa, qadağandır

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Ferıde123 |

Salam Oruc tutmaq ısdeyırem Amma ac qala bılmırem yenı beden zeyıfleyır tezyıq duwur cox halsın oluram bu halda oruc tutmaq gunaha gırmırkı? Bırde eyer hansısa xesdelıkden mualıce alıramsa derman atıramsa oruc tuta bılerem? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Əgər mülicə alırsızsa və bu zəruridirsə, o zaman orucu yeyə bilərsiz, sonra sağalanda qəza edəcəksiz.

Adicə halsızlıqdan orucu yemək olmaz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
gulnar |

Salam sam azani bu gun 20:30 dadir. 20:32 acmaq duzgun sayilirmi? bezi kitablarda yazilib ki, azandan 5 deq sonra acmaq lazimdi.Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Yaxşısı budur ki, elə iftardan bir iki dəqiqə ötürülsün.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Suqra |

Salam Aleykun.Namaz qildiqim zaman elə olur sözləri unuduram ya çaşiram amma namazi diyəndirmiram,axira kimi qiliram, bilmirəm duz edirəm ya yox? Və sonra mən təkrar qiliram,duz edirəm? Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Səhf etdiyiniz yerləri yenidən düz deyib namazı davam edin.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Rovshen |

SALAM ALEYKUM BİZ SAHURDA ELƏ BİLDİK SAAT 3.26 YA QƏDƏR YEYƏ BİLƏRİK 3.25 Ə QƏDƏR YEDİK AMMA SONRA BƏLLİ OLDU Kİ 3.24 Ə QƏDƏR İMİŞ BİZƏ QƏZA VACİBDİRMİ

Ответ / Cavab

Aleykumussalam.

Qəza ediləcək

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Aynur |

Salam Akeykum. Mən bəlgəmi tupurə bilmirəm hər daha uduram,mənim oruçum pozulur indi? Çox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Ağıza daxil olmadan udulmasının eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Salam aleykum |

Men bu gun yuyunanda hamamda isti suyun yaratdigi su buxari vardi,sonradan xatirladim ki,bu orucu batil edir,orucum duzdur? xamanei aga.sag olun

Ответ / Cavab

Aleykumussalam.

Udmamısızsa, oruc salamatır.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Samira |

Salam oruc tutan adam bilerekden 1 gun tutmasa ( meselen ad gunune cagrilib ) onun qezasi nece olar evvelceden tesekkurler

Ответ / Cavab

Aleykumussalam.

Boynuna kəffarə gələcək.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Arzu |

Salam.Qeza namazinin ehtiyatin qilmag olar ele olurki namazim qezaya qalir qezasin qilanda yadimnan cixir nece ruket qildim elave de ehtiyyat namazi qiliram.Bele olar? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Страница 1293 из 5746 << < 1289 1290 1291 1292 1293 1294 1295 1296 1297 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com