Страница 1295 из 5746 << < 1291 1292 1293 1294 1295 1296 1297 1298 1299 > >>
Ramiz Usta |

Salam Haci. Sumqayitda yaşayan biri bakiya gelerse orucu pozulurmu?

Ответ / Cavab

Aleykumussalam.

Zöhr azanından sonra gələrsə, orucu axşama kimi qalmalı və davam etməlidir.

Zöhrdən əvvəl çıxıb, zöhrə qədər də qayıda bilməsə oruc pozular.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Aynur |

Salam Aleykum. Bu gun 2 dəyqə geç baglamişam oruçumu, fəcr 03.24, mən isə 03.25/26 da bagladim(1-2 dəyqə geç) , indi mən bu gunu yenə sonra qəza tutmaliyam ya yox? Allah razi olsun sizdən.

Ответ / Cavab

Aleykumussalam.

Niyə, gec bağladız. VAxtı bilə bilə nədən  gec bağlayırsız? Bunu başa düşə bilmirik.

Axşama kimi oruc qalacaqsız, sonra qəzasını da tutacaqsız.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Lala |

Salam. Cox uzr istuyirem deqiq bilmek istuyirem. Gediw geliw umumilikde 45km olmalidir . ya gediw 45km geliw 45km umumilikde 90km?? Sistani aganin hokmler kitabinda bu mesele yazilib? Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Gediş gəliş 45 km dən az olmamalıdır.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
ƏLİ |

SALAM ALEYKUM.MƏN ORUC TUTURAM UŞAQLARIDA SƏHƏR DURQUZURAM SEHER YEMƏYİNƏ ARTIQ İKİSİDƏ HƏDDİ-BULUGA ÇATIB.YOLDAŞIM UŞAQLARA İCAZƏ VERMİR DURMAGA MƏNƏ DEYİR ONLAR HELEM KİÇİKDİLƏR.HƏM ORUC HƏM DƏ NAMAZDA UŞAQLARA MUDAXİLƏ EDİR VƏ BİZ ÇOXLU MÜBAİSƏ EDİRİK ARTIQ İŞ O YERƏ ÇATIB Kİ UŞAQLAR UZAQLAŞIB DİNDƏN.HƏR CÜRƏ BAŞA SALMIŞAM TƏMKİNNƏN XEYİRİ YOXDU BELƏ İNSANI BOŞAMAQ OLAR UŞAQLARA BAŞQA ALLAH QORXUSU OLAN QADINLA EVLƏNMƏK İSTİYƏRDİM.MƏNƏ YOL GÖSTƏRİN ZƏHMƏT OLMASA.ALLAH RAZI OLSUN.

Ответ / Cavab

Aleykumussalam.

Qadınınızı tərbiyə edin, qadın uşağın üzərində hakim deyil, uşağın vəlisi onun atasıdır.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Bəndə |

Salam Hacı. HACI men disime apparat qoyub yatiram həmişə həkimin göstərişi ilə. Haci mende orucluq başlayandan subh namazından sonra edirem bunu. Yatmamisdan evvel onu yuyurdum ve taxirdim dişimə. Amma hec ağlıma gəlməyib ki bu nemlidir axi menim orucumu poza bilər. Haci indi mənim bu günə qədər tutduğum oruc pozulub gedib????Onu nəmli halda disime taxmisam.bilmeden olub cox təəsüf Cavaba gore cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Orucunuz düzdür, bundan belə duiqqətli olun, yaş halda onu ağzınıza salmayın.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
tural |

Salam Aleykum. Allah razı olsun. Sualım budur. Tapılan hər hansı bır əşya müqabilində həmin tapintinin dayari qadarinda sədəqə verib hamin tapintini tapan şaxs istifadə eda bilarmi? Allah sizlari qorusun.

Ответ / Cavab

Aleykumussalam.

TApıntının nə olmasını yazın. Tapıntının məsələsi elə ancaq sədəqə verməklə deyil, ilk olaraq elan verilməli, sahibi axtarılmalı, və sair.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Gerib xanim |

SalamAleykum.1.Mubarek Ramazan ayinin her gunluk namazlari var,amma men hergun xiftenden subh namazina kimi 2-ruket ve her ruketde 1-Hemd,3-Ixlas deyirem,ve birde caliwiramki,gun erzinde kecmiw geza namazlarimi giliram.Bele duzdur???2.Men herkun oruc tuturam,bugun sehere oyanmamiwam,amma niyyetimde oruc tutmag idi,orucum duzdu?3.Axwam Speis kanalinda Inam verliwinde Haci Sahin dediki,gadinlara vacib oruc tutmag bezi menbelerde yazilibki,9-yawinda,bezileri ise yazilibki,13-yawinda vacib buyrulub,sizce bunlardan hansi daha duzgundur??

Ответ / Cavab

Aleykumussalam.

1.Belə də edə bilərsiz.

2.Orucunuz düzdür.

3.Doqquz yaşından.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Esya |

Salam. Nishanli olmusham,nishanlim din adami olub,menim xeberim var idi,amma istirakim olmadan ve atamin xeberi olmadan kebin kesdirib.Sonradan nishan qaytarilib.Telefonla mene zeng edib 3 defe talag soyleyib.Kebinim pozulmush hesab edilir?

Ответ / Cavab

Aleykumussalam.

TAlaq oxutdurulsun.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
vadim |

salam aleykum. bagiwlayin men seher imsaka oyana bilmemiwem. imsakdan yarim saat sora oyanib subh namazini qilmiwam. ama niyyet edib oruc tuta bilmemiwem. seherden hecne yememiwem niyyet etsem bu oruc sayilar?

Ответ / Cavab

Aleykumussalam.

Orucunuzu saxlayın, imsak vacib deyil.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
zeka |

SALAM ALEYKUM eziz iman ehli sualima gore sizlerden uzur isteyirem seher yuxuda gorduyum pis yuxu ile elaqeder sehvet hissi geldi sustlesmeni hiss etdim tez oyandim imkan vermedim sperma gelsin getdim kicik bayira amma sperma gormedim mene qusul dusurmu.teqlid Aga Xamneyi cavab verdiyiniz ucun minetdaram

Ответ / Cavab

Aleykumussalam.

Orucunuz düzdür, namazlar üçün qüsl edin.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
isi |

Salam her vaxtiniz xeyr iyun ayinin 27ne bilet alinib kazan baki ve bizde kazandan hardasa 209km arali oluruq axsam ustu saat 5de yeni gunorta nanazlarindan sonra olduqumuz yerden cuxib kazana getmeliyik bu halda oruc pozulacaq pozulmayacaq ya yox ?birde men orucam yoldasim ise orhc tutmur men ona yemek vermeliyem ?yeni oda isleyir corey getirenimizdi vwrnesemde evde dava duser axi buna eminem isden gelsin hele ozune yemeyde hazirlasin ?

Ответ / Cavab

Aleykumussalam.

Əgər evdən zöhr azanından sonra çıxacaqsızsa, həmin günün orucu sona qədər saxlanılacaq.

Əgər məcbursuzsa, üzrlüsüz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Xanım |

Salam aleykum hacı Peygəmbərimiz özü qədr gecəsinin nə vaxt oldugunu bilirdi? Bilirdisə niyə müsəlmanlara demədi? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bilirdi. Nəzərə gələn budur ki, ona bunu elan etmək, dəqiq günü  tanıtmaq icazəsi verilməyib.

 

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Məhəmməd |

Salam. Masturbasiya edmək (məni çıxmamaq şərti ilə) orucu batil edir?

Ответ / Cavab

Aleykumussalam.

İstimna orucu batil edir.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
salam |

Salam qardas. Sübh namazından sonra durub saata baxmadan yemek yeyilib sonra biliblerki. Vaxt keçib indi hemin günü yemek yeye bilerler onsuzda oruc pozulub sonra qezasını tutarlar. Çox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, yeyə bilməzlər , axşama kimi oruc şəklində qalacaqlar, yesələr kəffarə gələr. Sonra da qəzasını tutacaqlar.

İndiki zamanda saata baxmamaq, cədvələ baxmamaq məsuliyyətsizlikdir.  Hamının telefonu, interneti var.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Aynur |

Salam Aleykum. Dəstəmaz almiyib orucu açmaq yahud baglamaq nə qədər duzdu?

Ответ / Cavab

Aleykumussalam.

Oruc üçün dəstəmazlı olmaq şərt deyil, Amma qüsllü qalmaq olmaz,

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Orxan |

Salam size 1-2 sualim olacag 1 ci sual belgem agiz bowluguna dedikde yani agzin icine duwse udsag oruc batildi? 2 ci sual- namazda ayag uste duranda 1-2 sanielik koyneyim cixibsa onu duzeldiremse namazim Batildir? 3 cu sual yazmisiz bawi suyun altina salmamag serti ile bawimizi nece yuyag bes ? Suyun altina salmadan?

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli.

2.Xeyr.

3.Suyun altına salıb yuya bilərsiz, suyun içinə batıra bilməzsiz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Orxan |

Salam size 1-2 sualim olacag 1 ci sual belgem agiz bowluguna dedikde yani agzin icine duwse udsag oruc batildi? 2 ci sual- namazda ayag uste duranda 1-2 sanielik koyneyim cixibsa onu duzeldiremse namazim Batildir? 3 cu sual yazmisiz bawi suyun altina salmamag serti ile bawimizi nece yuyag bes ? Suyun altina salmadan?

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli.

2.Xeyr.

3.Suyun altına salıb yuya bilərsiz, suyun içinə batıra bilməzsiz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Ruslan |

Salam.qardas bize hedislerde cox tovsiye olunub ki,cume quslu verek.amma oruclu insanin cimmeyi mekruhdu.sizce hansini elesek yaxsi olar qardas?sabah Insaallah cume quslu verim yoxsa yox?Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Oruc halda çimməyin məkruh olması, insanın zəifləyib və susayıb orucu pozmaq halına gələ biləcək ehtimalındandır.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Adil |

Salam.bu suali nece vaxtdir duwunurem.biz(shieler) nie axi secdede alnimizi yere yox mohure qoyuruq,belkede fikirim sehvdir bizim axi onda butperestlerden ne ferqimiz olur onda? diqqetinize gore tewekkurler

Ответ / Cavab

Aleykumussalam.

Yer dedikdə nə nəzərdə tutulur? Yer daş və torpaqdır.

BÜtpərəst məgər alnını səcdədə nəyinsə üzərinə qoyur? İrad edəndə də məntiqli irad etmək lazımdır.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Nura |

Salam Haci, atam deyir ki, saat 12ye kimi sam qilinmasa qezadir, zehmet olmasa deqiqin yazardiz mene ve varsa Risalede yerini gostererdiz

Ответ / Cavab

Aleykumussalam.

Şam və xiftən namazları gecə yarıya kimi qılınmalıdır.

Əgər müəyyən səsəbdən bu zamana kimi qılınmasa, əda və qəza demədən sübh nmazına kimi qılınmalıdır.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2016 , Опубликовано: 10 Июнь, 2016
Страница 1295 из 5746 << < 1291 1292 1293 1294 1295 1296 1297 1298 1299 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com