Страница 1334 из 5746 << < 1330 1331 1332 1333 1334 1335 1336 1337 1338 > >>
SALAM |

خدای به من کمک کن.دلم برای کربلادلتنگ شده Bunun tərcuməsi nədir?

Ответ / Cavab

Aleykumussalam.

İlahi mənə kömək et. Qəlbim Kərbəla üçün çox sıxılıb.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Ramazan |

Salam. Fikir vermisem saytinizdaki olan namaz vaxtlari Qafqaz Muselman idaresindeki saytdaki namazin vaxtla ferqlilik var. Qafqaz Muselman idaresinin numayendesi bildirdi ki, Ramazan ayinin teqvimini muctehidlerin ve astrofiziklerin yeni bu sahedeki mutexesisler musterek olaraq teqvimi tertib edibler. Bes siz yazardiz teqviniz kimler terefinden tertib edilir?

Ответ / Cavab

Aleykumussalam.

Bizim təqvim etibarlı sayılan dünya astrofizik mərkəzlərinin tərtib etdiyi və elə müctəhidlərin də olduğu ölkələrin hərəmlərində varilən azanlarla üst üstə düşən  hesaba əsasəndir. Neçə illərdir  dəfələrlə  düz elan edilib sonralar dəyişdirilən cədvəl deyil.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
MmM |

1)Ramazan ayi Iyunun necesi basdiyir? 2)Nesx Ne Demekdir? 3)Men oz Shexsi Mashinimi arendaya vere bileremmi ? yoxsa Haramdir? Meselen satmaq isdemirem...isdyrem arendaya verim oz Mashinimi olarmi? Xamneyi aga

Ответ / Cavab

Aleykumussalam.

1.İyunun 7 si inşaALlah.

2.Nəsx hökmdən düşmüş mənasındadır.

3.Olar.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Zəhra |

Salam hacı. Şaban ayının son 3 günü oruc olmaq üçün ayın 4,5,6-sı oruc olmaq lazımdırda elədi? Əvvəlcədən təşəkkurlər Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
... |

Salam eleykum Haci.kredit karti ile alish-verish etmey olarmi.yeni icazelidirmi sherietde?2-ci sual.evlenmey ucun filan adamin meslehet olub olmamasi ucun istixare etmey olar?

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər faizlidirsə edilməsin.

2.Xeyr.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
--------- |

Salam kecen ilden qeza orucum qalib 3 gun indi onlari tutmadan bu il oruc a baslam ag olar?????

Ответ / Cavab

Aleykumussalam.

Onları qəza etmədən Ramaan daxil olarsə. üzərinə cərimə də gələcək.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Resul Eli |

Esselamun Eleykum 1.Namaz qilanda otaqda sekil varsa mekruh sayilir,yoxsa sekil namaz qilanin qarsisinda olanda mekruh sayilir? 2.Sadece insan ve heyvan sekilleri mekruhdu? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Qiblə tərəfədə olarsa məkruhdur.

İnsanın fikrini namazdan yayındıran hər bir şəkil.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Salam, |

Men bir ay evvel inkiwafdan qalmiw uwaga gore abort oldum, analizlerimde mikrob cixdi.. Bawladim mualice almaga, antibiotik, vaginal wamzad qoymaga(uzr istirem). Geldi bu ay hamile oldum, ama qebul etdiyim dermanlar hamisi hamilelik ucun eks gosteriwmiw. Hekimde didi sen antibiotik qebul etmisen, hem uwaqligin indi yaradi sene hamile qalmaq olmazdi. Uwaqliq yolu nazilib cirila bilerzad.. Men indi qalmiwam bele.. O biri uwagi 11hefteliyimde itirdim deli olmuwdum, ama indi 1ay kecmemiw qaldim ama indide tehlukelidi dirler. Ne edim men? 3ay 6ay qalma dimiwdilerki uwaqliq yaradideye..sagalmalidi..

Ответ / Cavab

Aleykumussalam.

Uşağı öldürməyin.

Allah sizə yar olsun

Задан: 29 Май, 2016 , Опубликовано: 28 Май, 2016
###*** |

Mastirbasyon neye gore gunahdiki?eger bir insan ehtiraslanirsa nece Ozunu rahatlasin?oz ozunu bowaltmasi niye gunahki.axi o namehrem yanina getmir namehremle bowalmir...2-bes bu teqdirde erle arvadin yaxinligi olanda tutaqki heleki uwag isdemirler iceriye bowalmir gediir qiraga tualete bowalir buda mastirbasyon sayilir?

Ответ / Cavab

Aleykumussalam.

1.Bu insanın öz özüylə cinsi rabitəyə girməsidir, sizcə bu düzdür?

2.Əgər insan öz özüylə bir iş görüb boşalırsa, bəli, bu da haramdır.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
ilaxa |

Salam.nece gundu hicabdan cixmag isdeyirem yuxumada cox cox girir hicabdam cixmagim.etrafimdakilar hicabdan cixib sanki menide hevese getiribler.men ne edim?ozume teselli ediremki olmaz gunahdi her ne duz yoldayam.bele mecbur hicabda qalmag olar?dine qarwi soyumusam namazlarima laqeyd yanasiram.ama fikir vermisem namazimi ardicil olarag vaxdinda qilanda her wey qaydasinda gedir baglaniram namaza o ki namazi otursem elede davam edir.men isdemirem soyumag dinden dahada baglanmag isdeyirem.meselen hicabi acmag isdeyirem ama nefsime guc gelirem hunerle ozumu saxlayiram sizce bele dogrudurmur?

Ответ / Cavab

Aleykumussalam.

Namazlarınızı vaxtında qılın.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Mkamka |

Salam meslehetivize cox ehtiyacim var hamileyem uc ayliq bir dene de qizim var ailemde buna gore soz sohbetdi qaynanam qoymur saxlamaga bilirem ki gunahdi ve uwaglari cox sevirem onu oldurmek istemirem cox boyuk gunah oldugunu bilirem ama ne dua edim ki Allah mene komek olsun?cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qaynananın buna haqqı yoxdur. Qaynananıza qızınızı göstərin və deyin ki, al bunu öldür, o biirinə dəymə. Bəlkə bu sözdən sonra ayılsın.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Leyla |

Salam menim oruc qezalarim var.indi men butun ramazan ayinda qeza niyyeti ile oruc tutum?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, Ramazan ayında hamı vacib orucu tutmalıdır.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
mehin |

Salam.Zehmet olmasa deye bilersizmi evin bunovresini qoyanda hansi dualar oxumali ve yaxud hansi emeller riayet etmeli ruzi bereket salamatliq ve s ucun. tewekkurler.

Ответ / Cavab

Aleykumussalam.

Yaxşı olar ki, hər küncündə durub 4 Qul ilə başlayan surələri oxunsun

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Leyla |

Salam. Üzr istəyirəm evvelceden. Eger qüsl aldiqdan sonra cinsi orqandan yoldaşın menisi tokulse yene qüsl almaq lazımdırmı? İkinci sualım ilk geceki yaxınlığa cenabet quslu düşür tekce? Ve temiz olanacan kecen 1-2 gün namazı qeza sayılır?

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər ərinindirsə. qüsl pozulmaz, sadəcə yuyunub paklanmalıdır.

2.Bəli. Qüsl alıb namazlar qılınmalıdır.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Orxan |

Qezaniz var diyende hecvaxt oruc tutmamiwam bu qezadir? 2 ci sual qeza orucun niyetini nece eliyirler ?

Ответ / Cavab

Aleykumussalam.

Deməli kifayət qədər qəzanız var. Niyyətində də sadəcə qəza orucumu tuturam deyəcəksiz.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Gerib Xanim |

SalamAleykum.Sizden meslehet isteyirem.1.Seher oruc tutandan sonra diwlerimi surtmek ucun hamama gedirem,evimiz bir otagli oldugu ucun tualet ve el-ve uz yuyan biryerdedir.Men diwimi yuyanda tualet orda varsa destemazim puzulur?2.Men destemazimi hemiwe hamamda aliram,tualet de orda oldugu ucun destemaz duzgundurmu?

Ответ / Cavab

Aleykumussalam.

1.Xeyr, pozulmaz.

2.Dəstəmazınıza bu mane olmur.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Murad |

Salam. Sigeni 3saatliq etmek olar? Ne etmeli oldugumuzu ardicilliqla nece etmek oyrenmek olar?

Ответ / Cavab

Aleykumussalam.

Risalə kitablarından bunun  bütün hökmləri qeyd edilib.

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Əlı |

Salam Hacı qardaş.məni it dişlədiyinə görə iynə vurdururam axırıncı iynəm də ramazan ayına düşür.iynədə gündüz vurulmalıdır.həkim dediki vacibdir.orucum bstil olacaq?

Ответ / Cavab

Aleykumussalam.

Heç bir eybi yoxdur, iynənizi vurdurun

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Ekber |

Yene menem Haci, ayin 1-den getmeyi hesablasam ayin 6si bawlayirsa orucluq men onda gerek 4gun tutam yani 10 gun orda olaciq vsmisle ayin 1 den 10 can , yani 4gun olsada tutmaliyam he? Bilmirem bir yerde olaciq ya gezecik, zehmet verdim cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qeyd etdik, 10 gün bir yerdə qalacaqsızsa, bəli, orucluq başlayandan neçə gün olsa  tutacaqsız.

 

Allah sizə yar olsun

Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
Страница 1334 из 5746 << < 1330 1331 1332 1333 1334 1335 1336 1337 1338 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com