Salam Hacı. 1.Dəstamazdan sonra ANAmla opuşub-goruşsəm olar? 2.Namazda bəzən bilmədən gözum harasa baxır və reski çəkirəm.Yəni şeytana aldanıramda.Amma istəməyərəkdən olur,unuduram.Bu gunahmı? 3.Qəza namazı qılanda 2 rukət qılınır?məsələn gunorta namazı 4 rukətsə,qəzaya vermişəm onun qəzasını neçə rukət qılmalıyam? 4.Uzr istəyirəm,ayaq yoluna girilən başmaqla dəstamaz alıb onu geyinim ya yox? 5.Hər namazda zikr etməliyəm?(33-Subhənallah,Əlhəmdulillah,Allahu Əkbər.
Ответ / Cavab
Aleykumussalam.
1.Əlbətdə olar.
2.Çox sağ sol olmasa namazı pozmaz.
Namaz necədirsə, qəzası da özü kimidir.
4.Əgər bulaşmayıbsa, eybi yoxdur.
5.Savabdır.
Allah sizə yar olsun
Задан: 28 Май, 2016 , Опубликовано: 28 Май, 2016
salam |
Xahis edirem aydin yazardiniz hamile qadinin usagina sud vermesi bir hedisde haram diye oxumusdum ana betnindeki usagin haqqiymis bunu deqiq bilmek isterdim ana usagi sudden kesmelidirmi?
Ответ / Cavab
Aleykumussalam.
Nəsə qeyri müəyyən yazmışdıq?
Soruşduz açıq cavab yazdıq. dünyaya gəlməmişin dünyada hansı haqqı var?
Allah sizə yar olsun
Задан: 28 Май, 2016 , Опубликовано: 27 Май, 2016
məhbubə |
Salam.Hər vaxtınız xeyir.Mən namaz qılmıram lakin oruc tuturam oruc tutarken və ya orucu açarkən nə demək lazımdır?
Ответ / Cavab
Aleykumussalam.
İnşaALlah tutarsız. Ramazan ayına az qalıb, tezliklə ana səhifədə bunların hamısını verəcəyik.
Allah sizə yar olsun
Задан: 28 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Nura |
Salam Haci,Mescidde ziyaret namazinin niyyetinde ne deyilir? Men bele dedim, Mescidi ziyaret namazi qiliram qurbeten ilellah
Ответ / Cavab
Aleykumussalam.
Təhiyyət namazı qılıram. deyin
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
sudabe |
Salam.bir insan cox fagir, kimseye pislik etmeyen,17 defe ziyaretlerde olan, yeni hecc , kerbela, meshed ziyareti.70 den cox yasi var, nece illerdi yatag xestesidi, eziyyet cekir.bes niye bele olur bele insan? Yeni momin insan mene xahis edibler ki, sual verem bu haqqda.sag olun
Ответ / Cavab
Aleykumussalam.
Məgər İman gətirməklik insanı dünya problemlərindən sığortalayır. Belə düşüncə səhfdir. Əgər iman dünyada kef içində yaşamağa səbə olardısa, buna ən laiqli şəxslər Peyğəmbərlər və İmamlar olub.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
sudabe |
Salam.kelmeyi sehadet esehedu enla ilahe illelahlademek duzdur, yoxsa la ilahe illellah? Fikrim yeqinki basa dusuldu.sag olun
Ответ / Cavab
Aleykumussalam.
Şəhadətdə -Əşhədu- şəhadət verirəm kəlməsi olmalıdır.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Zehra |
Salam, size 1 sualim var, "Ya zel celali vel ikram" kelimesinin menasi ne demekdir? Ve ne kimi faydalari var? Xahis edirem aciq ve aydin sekilde cavablandirasiniz. Onceden tesekkurler.))
Ответ / Cavab
Aleykumussalam.
Ey cəlal və İkram sahibi. Bu Allahın vəsfidir və hədisdə rast gəlib ki, Peyğəmbərimiz ALlahı bu adla vəsf etməyi çox üstün sayıb.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Nura |
Salam Haci insan bilmeyerekden bir gunahi etse o gunah kimi yazilarmi ona? Mes qadinin eli sehfen namehremin eline deyse gunah yazilarmi?
Ответ / Cavab
Aleykumussalam.
Səhfən olarsa, günahı olmaz.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
salam |
Əssəlamun əleykum. mənim bir müşkülüm var. 5-ci dərsin sonunda çalışma qoyulmayı lakin orda şər qoyulub. bu şərhə əsasən Məsələn; AĞZT birləşməsini yazmaq istədikdə "T" hərifi məni çaşdırır mən "Tə" hərifi ilə "Ta" hərifini necə fərqləndirim ?. Sağolun
Ответ / Cavab
Aleykumussalam.
Bizim əlifba ilə fərqləndirmək olmur.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
AYnur |
Salam aleykum.Mən bilmək istəyirəm Peyğəmbərimizin (s.ə.s) 3 dəfə Namaz qılması Quranda hansı ayələrdədir?
Ответ / Cavab
Aleykumussalam.
Bu ayədə deyil, hədisdədir və bütün sünni aləminin belə qəbul etdiyi səhih hədisdə. İnternetdə sünni alimlərinin belə bunu təsdiq etdiyi videolar var.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Ekber |
Salam aleykum, eger ayin 1 de irana getsem, mewhed ziyaretine onda oruc tutmaq lazimdi ya yox? Sefer 10 gun davam edecek. Oruc tutsam iranin vaxti ile tutmaliyam yani ewitdiyime gore orda 6si bawdiyir
Ответ / Cavab
Aleykumussalam.
10 gün bir yerdə qalacaqsızsa, oruc tuta bilərsiz, əgər gəzəcəksizsə, xeyr.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Nura |
Salam aleykum Hacı, 1, men hamile qalim deye mualice edirem ama hekimin yanina gedende tamamen yadimdan cixib dememisemki gunde 3 defelik yazma oda yazib, dermanlar bahali dermanlardi deye deyisdirede bilmerem, men neyneyim orucluqda atmaliyam, hekimle danisacam 1 ayliq mualicemi dondurum deye qoysa hec qoymasa ne edim? 2. Ginekoloqum ateistdi bunun mencun gunahi varmi?
Ответ / Cavab
Aleykumussalam.
1.Həkiminizlə danışın, nə deyərsə, sonra soruşun.
2.Bu adam oruc nədir düşünməz, onun sözü şəriətdə əsas sayılmaz.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Zəhra |
Salam hacı. Rukuda bu zikri demək olar? Subhənə rabbiyəl əzimi və bihəmdih rabbi salli ələ Muhəmmədin və ali Muhəmməd. Və əgər səf var düzəliş edərdiz Zəhmət olmazsa, Əvvəlcədən təşəkkurlər Allah razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Bəli, olar. Yazdığınız da düzdür.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Аno |
Salam Aleykum,menim iwim ele iwdir ki butun gunu ora- bura mektub dawiyiram,yeni piyada cox mesafe qet edirem.Iwimle bagli size 2 sualim var 1) Mencox gezirem ve suzuyuram .menim oruc tutmaqim vacibdir ? 2) men banklarda daxil olmaqla bir sira yerlere mektub dawiyiram.bu iw icazelidirmi ?
Ответ / Cavab
Aleykumussalam.
1.Bəli.
2.Bəli.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Azarr |
Салам алейкум Хаджи. Хаджи я делал магриб намаз а после него иша, а когда иша закончил то увидел кошачий шерсть тогда придется оба намаза передалать или только иша?
Ответ / Cavab
Aleykumussalam.
Yesli do namaza vı ne znali ob etom, to namazı kotorıye vı çitali, pravelnı.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
emin |
Salam.Men Zohr Namazinda Secde ederken 2 defe subhenallah bir defe psubhenallah dedim bu namazi batil edir?
Ответ / Cavab
Aleykumussalam.
Sualı başa düşmədik, yəni birini səhf demisiz?
Belə olan halda yenidən səhf deyilən düz deyilib namaz davam edləcək.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
313 |
СаламСКАЖЫТЕ ПОЖАЛУСТА ЕСЛИ ПОПОЙДЕМ АД А ПОТОМ ИЗ АДА ВЫЙДИМ ИЛИ ТАМ ОСТАНИМСЯ НА ВСЕГДА САГ ОЛ
Ответ / Cavab
Aleykumussalam.
Vo pervıx ne nado napravlyaç mıslı na to çto papadyom v ad. Odnoy sekundı ada neterpim. Poetomu nado vseqda prasiç vsevışnevo o poşşade i milosti.
Po xadisam vidno çto budut te kto osvabodyatsya ot ada.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Əhməd |
Salam Aleykum mastirbasyon eləmək günahdir ? Və ondan neçə uzaqlaşmaq olar
Ответ / Cavab
Aleykumussalam.
Bu haram və çirkin bir əməldir. Tovbə etməli və bir daha belə çirkin işə yaxın getməməli.
Allah sizə yar olsun
Задан: 27 Май, 2016 , Опубликовано: 27 Май, 2016
Nnn |
Men yene tovbe elesem Allah qebul eder?
Ответ / Cavab
Aleykumussalam.
İnşaALlah qəbul edər. O Bağışlayan və Mehribandır.