Salam, uzr isteyirem iftara 10 degige qalmish adam heyz olursa onda oruc batil olur??? Yani sora tezden gezasini turmaliyam hemin o gunun??? Cox saqolun
Ответ / Cavab
Aleykumussalam
Bəli bir dəqiqə qalmış belə heyz olarsa, oruc batil olar,sonra qəza edəcək.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
...... |
Salam haci. Bir nefer mene deyib ki, sahura durmaq vacibdi. Men ise bu gun hardasa gece saat 2 de niyyet edib yatdim. Seher 7.40 da durdum. Orucum duzdur? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Sahura durmaq vacib deyil. Orucu davam edin.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Qonca |
Salam Haci men 69 km uzaqliqda is daliyca yol gedecem.. zohrden evvel gedecem yarim saat evvel.orucumu acim?.. birde usagin iki yasi olmayib ancaq sud yiyir uzr isdryirem halim olmur bezen cox pis oluram..men tutmasam oruc keffaresi var?
Ответ / Cavab
Aleykumussalam
Səfərə çıxmamış orucu pozmaq olmaz. Yaşadığınız məntəqədən uzaqlasandan sonra oruc pozular
Əgər bu uşaq süddən başqa heç bir şey yemirsə ,ancaq qidasi süddürsə. Və siz oruc olmaqla südünüz azalır və uşaq ac qalib əziyyət çəkirsə, orucdan azadsiz. Sonra qəza edəcəksiniz.. əgər belə deyilsə oruc tutmaq vacib olur.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Babacan |
Salam əleykum hacı.men bir şey barəsində dua edirəm və duamin qəbulun və ya o şeyi yuxuda görürəm .. axı şeytan yuxusu ola bilməz axı
Ответ / Cavab
Aleykumussalam
Şeytanı yuxu dedikdə məqsəd o deyil ki onu bizə şeytan göstərir. Nəfsimizdən olan da şeytani sayılar.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Aygun |
Salam. Men zob xestesiyem her gun derman icmeliyem. Sahurda qalxib icirdim. Bugun yatib qalmiwam Saat 4:19 olardi oyananda dermani susuz uddum. Ancaq hormonal dermandi vitamin deyil bir gun de icmemiwdim deye bugun icmeli idim. Tutduqum oruc batil olmuyub?
Ответ / Cavab
Aleykumussalam
Axşama kimi oruc qalacaqsınız sonra isə bir gün qəza edəcəksiniz. Əgər başqa oruc pozan is gorsəz kəffarə gələr.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Anar |
Salam Aleykum. 1. Dinde heyvanlar ve heseratlarla bagli ne melumat var? Heyvan ve heseratlari oldurmek olarmi? Olarsa hansi heyvanlari heseratlari oldurmek olar hansilari oldurmek olmaz? Bu haqda aye varmi? 2. Cunub olmasaq ne quslu almaliyiq? Cenabet quslu ala bilerik? Ala bilerikse bunun niyyeti nece edilir? 3. Qusl destamazi evez edir? Qusl alarsaq ardindan destamaz alib namaz qilmaliyiq yoxsa ehtiyac yoxdur qusl ele destamazi evez edir? 4. Namazda tesbihati-erbee evezine hansisa duani etmek olar? 5. Namazda esnemek gelerse ne etmiliyik? Evvelceden tesekkurler!
Ответ / Cavab
Aleykumussalam
Belə məsələlər şəriətdə olur. Quranda qarisqa,bal arısı kimi bəzi həşəratlar barədə məlumat verilib.
Öldürülməsi icazəli olan həşəratlar bu və ya digər şəkildə ziyan verənlərdir.
Müstəhəb niyyətlə qüsl almaq olar.
Burada müctəhidlərin arasında fərq var. Bəziləri istənilən qüsl ilə dəstəmaz almadan namaz qilmaqin icazəli olduğunu, bəziləri ancaq istənilən vacib quşların biri edilərsə dəstəmaz almaq lazım olmamasını bildirir. Bəziləri isə ancaq vacib cənabət quslundən sonra dəstəmaz alınamalidir deyə buyurub.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
1111111 |
Salam aleykum. Sualıma görə çox üzr istəyirəm. Bir neçə aydır mütəvəssitə və kəsirə istihazə halında olan qadın Ramazan orucunda heyz üçün vaxt ayırmalıdırmı? əgər ayın 5də orucluq başlamazdan əvvəlki vaxtı heyz kimi qərarlaşdırıb qüsl etmişsə və may üçün heyz vaxtı götürmüşsə, iyun ayı üçün də heyz vaxtını bayramdan sonrakı günlərdə götürsə fasilə vermədən bütün ayı oruc tuta bilərmi?
Ответ / Cavab
Aleykumusalam.
Əgər heyz olmursa. özündən heyz günü qərar verməsin. Əgər heyz günü qatışıbsa, heyz günlərində heyzin nişanələri görünürsə, həmin günləri heyz , qalan günləri istihazə biləcək.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Salam 1 |
Salam Aleykum bes bu ne sayilir salavat yani : Allahumma salli ala Muhammadin va ali Muhamaddin. Bu da salamidir ? Onceden tewekkur
Ответ / Cavab
Aleykumusalam.
Bəli, bu salavatdır.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Elmir |
SalamAleykum Hacı. Qiyamətə yaxın Yəcuc-Məcuc və Dəccal ortaya çıxıb insanlara zerer verecek bu niyə baş verəcək Allah niyə buna müsadə edəcək bu haqda mümkünsə məlumat verərdiz
Ответ / Cavab
Aleykumusalam.
Məsələyə baxış səhfdir. Biz körpə uşaq kimi istəyirik ki, bu dünyada cənnətdə yaşayaq. Hər şeyi bizim yerimizə Allah eləsin. Pul töksün başımızdan, xəstəlik gələn kimi dərmansız filansız sağaıtsın, biri oğurluq edən kimi əllərini qurutsun Elə.? Belə olmur axı ALlah həyatı yaradıb və insanlara həyatın qanunların öyrədib. Gərək insanlar öz boynuna düşən vəzifələrini icra etsin.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Əfsanə |
Salam Hacı. 1) Namaz halında qayınata içəri daxil olarsa gəlinin qıldığı namaz batildirmi? 2)heyz gününnən 10 gün keçirsə və hələdə ləkə olursa namaz oruc batildirmi ? Ayetullah sistaninin kitabında yazılıb ki 10 günnən sonra olan ləkə heyz deyil namaz oruc düzdür düzdür mü
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, batil olmaz.
On gündən atıq gələn istihazədir, İstihazə halında oruc tutulacaq, namazlar üçün isə gərək istihazənin hökmlərinə əsasən paklanıb namaz qılınsın.
Əssəlamu ələykə Ya RəsulƏllah, ya NəbiyyƏllah Ya Muhəmməd ibn Abdullah və rahmətullahi və bərəkatuh.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Salam |
Salam.Fitrə fitr bayramı axşamı çıxarılmalıdı deyə bilirəm.Onun bir neçə gün əvvəldən verilməyi düzgün deyil?Çünki imkanı olmuyan tanışım yoxdu.Dolayı yolla ehtiyacı olana gedib çatacaq.Bir də məntiqi cəhətdən düşünsək ehtiyacı olanda istəyir bayram günü evində bayram süfrəsi açsın.Fitr bayramı axşamı verilsə biraz gec olur deyə düşünürəm.Əvvəlcədən təşəkkürlər.
Ответ / Cavab
Aleykumusalam.
Siz fitr bayramı axşamı sahibine verin, o səhər bayram edə biləcək. Narahat olmaqa dəyməz.
Allah sizə yar olsun
Задан: 22 Май, 2019 , Опубликовано: 22 Май, 2019
Sual |
Ağa Salam. Kərbəla ziyareti ehsan etmək istəyirəm. Məsələn turu təşkil eden şəxsə zeng edib desem ki bəs 5 nəfər zəvvarın ödənişini geri ver özlərinə, onların pulunu mən verirəm. Soraqlasib heqiqeten de pullarını geri aldıqlarını bildikdən sonra onlarin yolpulunu men ödəsəm, bele ehsan sayılacaq mi?
Ответ / Cavab
Aleykumussalam
Bəli belə də ehsan sayilar. Yaxud da özünüz istədiyiniz sayda şəxsin sənədlərini alıb tur sahibinə verin onları da aparsın.
Allah sizə yar olsun
Задан: 21 Май, 2019 , Опубликовано: 21 Май, 2019
Raul |
Salam,Hacı. Bilirik ki, istibradan sonra gələn məzi pak hesab olunur.Bəs bu pak məzi dəyən alt paltarı dəyişmək vacibdi yoxsa buna gərək yoxdu ? Təşəkkür.
Ответ / Cavab
Aleykumussalam
Pakdır və ona bulaşmış paltar da pakdır.
Allah sizə yar olsun
Задан: 21 Май, 2019 , Опубликовано: 21 Май, 2019
... |
salam.bilmek isterdim ki, dinimizde feyyaz duasi deyilen bir dua varmi?allah razi olsun.
Ответ / Cavab
Aleykumussalam.
Belə bir dua böyük dua kitablarında bizə rast gəlinməyib.
Allah sizə yar olsun
Задан: 21 Май, 2019 , Опубликовано: 21 Май, 2019
Elçin Oruc |
Salam Aleykum. Qardaş oruc tutanda fitrə verir yazmısınız fitrə necə hesablanır bəs? gelirim cox azdi ona gore sorusuram. Ailedekilerin sayina gore olur yoxsa nece... Allah razi olsun.
Ответ / Cavab
Aleykumussalam
Fitrə adambaşına 3 kq buğda,arpa, kişmiş, qarğıdalı , düyü və bu kimi şeylərdən verilir.
Allah sizə yar olsun
Задан: 21 Май, 2019 , Опубликовано: 21 Май, 2019
SubhanAllah 313 |
As'Salamu Aleykum, hacı son zamanlar çox şəkkə düşrəm hər namazdan sonra səhv səcdəsi edirəm ki birdən tələffüzdə nəsə səhvim olar bu düzdür? 2) namazda gözə çarpacaq şəkildə tərpənmək namazı batil edir? 3) səcdədə baş tərpənsə bəs? 4) səcdə zamanı ovuclar yerə dəyməlidir?
Ответ / Cavab
Aleykumussalam
Buna ehtiyac yoxdur, əgər səhfin olması yəqin olmasa səhf səcdəsi lazım olmaz.
Namazın səklini pozacaq qədərində olanda batil edir.
Azca tərpənə eybi olmaz amma bu zaman zikr deyilməməlidir,
Bəli ovuc yerə oturmalıdır.
Allah sizə yar olsun
Задан: 21 Май, 2019 , Опубликовано: 21 Май, 2019
Nurlan |
Salam olsun sizlere. Bilmek isterdim, qadin hamile qaldigi gunden hansi muddetden sonra dölü telef etmek gunah sayilir?? Yani hamileliyin necenci heftesine qeder telef etmek gunah sayilmaz.. öncıdın təşəkkür edirım
Ответ / Cavab
Aleykumussalam
Ana bətnində nutfə qərarlasdiqdan sonra onu tələf etmək qadağandır. Bu usaq qətlidir. Qətiyyən bu yolverilməzdir.
Allah sizə yar olsun
Задан: 21 Май, 2019 , Опубликовано: 21 Май, 2019
n=n |
Salam aleykum, Allah oruc namazlarinizi qebul etsin. Gece namazinin niyyeti ile bagli sualim var. 4 defe iki ruketli qilinir, her ruketde niyyet olunur ki, gece namazi qiliram qurbeten?? yoxsa bir defe niyyet etdin bes edir?? ve daha sonra 2 rukef sef namazi bunun da niyyeti sef namazi kimi ve 1 ruket de vitr namazi kimi niyyet olunmalidir?? onceden tewekkur edirem.
Ответ / Cavab
Aleykumussalam.
Bəli dörd dənə iki rukətlilərin hər birində ayrıca niyyət edilir. Səf' və Vitr namazları öz adıyla niyyət edilir.
Allah sizə yar olsun
Задан: 21 Май, 2019 , Опубликовано: 21 Май, 2019
sual |
çox sağolun cavablandırdığınız üçün.türkiyə istehsalı olan toyuq bulyonlardan istifadə edə bilərik də?2.sab bəs halaldırmı?
Ответ / Cavab
Aleykumussalam
Bəli Türkiyə və digər müsəlman ölkələrində istehsal olunan ət məhsulları halal sayılır.
Sab şirkətinin halal olmasina yəqinliyimiz yoxdur.