Страница 137 из 5746 << < 133 134 135 136 137 138 139 140 141 > >>
Ayan2 |

Salam. Eltim tutmayacağı aəfər orucunin qəzasını tutmayıb fəqie doyursa olarmı? Və bu nə qədər edər? Və neçə nəfəri doyuzdurmalıdır? Ancaq 7günlük. Zəhmət deyilsə deyərdiz. təşəkkür edirəm. Çox sağ olun.

Ответ / Cavab

Aleykumusalam.

Sualı yazarkən göndərməmişdən əvvəl oxuyun və düzəlişlər edin, sonra göndərin. Bilərəkdən tutulmayan orucun cəzası 60 fəqiri doyuzdurmaq ya ilk 30 günü rdıcıl olmaqla 60 gün oruc olmaqdır.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 20 Май, 2019
Ayan2 |

Salam.Eltim sabah səhəryaşadığımız rayondan Bakıya yola düşür. Qohumu rəhmətə gedib. Atsıgil orda yaşadığından düşəcəyi yer ata evidir. 7gün qalacaq. Bakıda qaldığı müddətdə orucun tuta bilərmi? əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam

Xeyr orucu tuta bilməyəcək. Əgər tutmaq istəsə gərək azi on gün orada qalsın.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 20 Май, 2019
Babacan |

Salam əleykum hacı. ehsanda yarpaqdolmasi vermək olar? İslam da belə şey varmı?

Ответ / Cavab

Aleykumussalam

İstənilən halal qida verə bilərsiniz.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 20 Май, 2019
Fikret |

Salam.men 5 gundur ki oruc tutmurdum.davam etdire bilerem sabahdan. Saq Olin.

Ответ / Cavab

Aleykumussalam

Tutmamaqda yalnışlıq etmisiz. Orucu davam etdirin və dayandirmayin.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 20 Май, 2019
Ilkin |

Salam , Eloykume , Orucunuz qebul olsun , men Oruc tututram tutmaqda istiyirem, ama evvelcedende qeyd elediyim kimi , isim manqal basinda tustude oldugu ucun meslehet goruller ki tutmuyum, mende halsizdig, eseb, bas agrisi olur, sizin meslehetiniz nedi ne meslehet gorursuz

Ответ / Cavab

Aleykumussalam.

Biz öncədən də demişdik ki sizə oruc vacibdir. Bu ilahi əmrdir burada kiminsə məsləhəti işləməz.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 20 Май, 2019
Bende |

Salam Qədir Xum kolbasaları halaldır?

Ответ / Cavab

Aleykumusalam.

Onlar barədə əlimizdə bir məlumat yoxdur.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 20 Май, 2019
Samir |

Cünub halında Ramaz ayının orucunu tutmaq olar ?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr. olmaz, gərək mütləq sübh azanına kimi qüsl edilsin.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 19 Май, 2019
...... |

Salam haci. Bizim ailede 2 nefer ishleyir. Amma herden ele olur ki, maasha bir nece gun qalmish ve yaxud bir hefte qalmish pulumuz az qalir. Gozlenilmeyen hercler olur. Amma bele normal yashayiriq. Sualim beledir: eger bayram axshami elimizde fitre pulu lazim qeder olmasa biz ne etmeliyik? Yeni biz bazarliq edirik, her sheyimiz olur, 5-10 manat qalir, onu da yol puluya, coreye saxlayiriq. Meselen 4 nefere eger 12 manat vermeli olsaq ve o qeder qalmasa evde pul nece edek? Borc alaq? Yeni biz ozumuz feqir deyilik shukur Allaha, normalda yashayiriq dolaniriq. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Sizin adi dolanışıqınız olduğundan fitrə sizə vacib olacaq və gərək bir yolla onu tədarük edəsiz.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Zeki |

Salam aleykum toz orucu pozur

Ответ / Cavab

Aleykumusalam.

Qatı tox orucu pozar.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 19 Май, 2019
1111 |

Salam. Bilmek isterdim ki, soyuqdeyme qrip zamani oruc tutmamaq olarmi??

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu oruc olmamaq üçün icazəli  sayılmaz.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 19 Май, 2019
... |

Salam.1. Hevanın hansı yerini yemək haramdır?2.İtə quru halda əl dəysə yenə nəcasət ötürülür? Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

1. Qan.2. Fəzlə3. Erkəklik; cinsiyyət üzvü.4. Dişilik; cinsiyyət üzvü.5. Balalıq.6. “Duşul” adlanan vəzlər; (artıq ətlər.)7. Erkəklik yumurtaları, (xayalar.)8. Noxud ölçüsündə beynində olan şey.9. Onurğa sütunun içində olan haram ilik.
10. Ehtiyat-vacibə əsasən, onurğa sütunun iki tərəfində olan piy.11. Öd kisəsi.12. Dalaq.13. Sidik kisəsi.
14. Gözlərin bəbəyi.

Quru halda nəcasət ötürülməz.

Allah sizə yar olsun

Задан: 20 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Solmaz |

Salam belimde xestelik oldugundan eyile bilmirem.Destemaz zamani ayagima mes ceke bilmirem.Bunun yolu necedi?

Ответ / Cavab

Aleykumusalam.

Oturub ayağınızı qatlayıb məsh edin, yaxud da kimsə sizə bu işdə yardım etsin.

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Elnur |

Salam, bu gün İmam əl Həsən əl Muctabanın doğum günüdür ya sabah təşəkkür

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu gün Ramazan ayının 13 dür. Həzrətin mubarək mövludu Ramazan ayının 15 dir.

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Zahra |

Salam haci. Instaqramda sehifeler var kasiblara el tuturlar pul yigib. Fitre olaraq onlara pul vermek olarmi? Ve birde biz ailede 3neferik men yoldasim ve 11ayliq qizim, biz 2neferlik fitre cxarmaliyiq ya 3neferlik? Yeni usaga dusur?

Ответ / Cavab

Aleykumusalam.

Fitrəni inşaAllah bayram axşamı yəqin olduqda ayıracaqsız, ondan əvvəl olmaz..

Fitrə zəkatı fəqirin qidasına xərclənməlidir. Başqa xərcə yox.

Siz 3 nəfərin fitrəini çıxaracaqsız. Bayram axşamı dunyaya göz açan uşaqların belə fitrəsi çıxarılmalıdır.

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Baba |

Salam əleykum hacı hər şeyə görə çox sağolun Allah sizə yar olsun. təsbeh lə necə ixtisare etmək olar?

Ответ / Cavab

Aleykumussalam

Bəli təsbeh ilə də istixarə etmək olar.

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Babacan |

Salam əleykum. hacı xahiş edirəm ( Allahummə inni estexirüke li_ilmike) duasını bütöv yazardız

Ответ / Cavab

Aleykumussalam

Allahummə inni əstəxirukə biilmik, va əstəqdirukə biqudratik, va əsəlukə min fazlikəl-azım, fə-innəkə təqdiru va lə əqdir, va tələmu va lə a'ləm, va əntə alləmul-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzəl-əmrə xeyrun li fi dini, və məaşi, va aqibəti əmri. Acilihi va əcilihi – fəqdurhu li, va yəssirhu li summə bərik li fihi. Va in kuntə tə'ləmu ənnə həzə əmrə şərrun li fi dini, va məaşi, va aqibəti əmri, acilihi va əcilihi — fasrıfhu anni, vasrıfni anhu, vaqdir lil-xeyrə həysu kənə, summə razini bihi»

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Anar |

Salam Aleykum. İmam Mehdi (ə) ilə bağlı səf etmirəmsə ayə yoxdur. Bəs hədislər imam Mehdi (ə) haqqında nə deyir? Əvvəlcədən təşəkkürlər!

Ответ / Cavab

Aleykumussalam

Ayələr çoxdur. Elə google də axtarış versəniz çoxlu məlumat gələcək.

Hədislərə gəldikdə isə hədis kifayət qədərdir və həm sünni həm də şiə mənbələrində vardır.

Allah sizə yar olsun

 

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Sual |

Salam Haci. Mohur necis bir yere deyibse onu paklamaq olur?

Ответ / Cavab

Aleykumussalam

Əgərquru halda deyibsə problem yoxdur. Əgər yas halda deyibsə və yashliq canına keçibsə onu bir yerdə basdirin torpaqa qarışsın.

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
zekeriyye |

salam aleykum orucluyken basqa birine cay su yemek vermek olar yoxsa olmaz

Ответ / Cavab

Aleykumussalam

Ramazan ayında bilərəkdən oruc pozana heçnə vermək olmaz.

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Mehemmed |

Salam.Din insan tefekkurunun mehsuludur.Insani emek yaratmiwdir.Butun dinlerin meqsedi insanlari bir yere toplamaq ucundur.Bu fikirler dersliklerimizde verilib.Sizce bu fikirlerin dersliklerde verilmesi duzgundur?Bu fikirler heqiqeten dogrudur?

Ответ / Cavab

Aleykumussalam

Bu fikirlər kufrdur. Bunu dərsliyə salan ya cəhalətdən salib və səhf etmiriksə sovet düşüncəli kitabdan köçürülüb yaxud da yazan kafir ateistdi.

Təhsil nazirliyi xüsusi şöbəsinə bu barədə xəbərdarlıq edin. Günahkar kimdirsə cəzalandirilsin.

Allah sizə yar olsun

Задан: 19 Май, 2019 , Опубликовано: 19 Май, 2019
Страница 137 из 5746 << < 133 134 135 136 137 138 139 140 141 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com