Salam əleykum sizə bir sualım olacağdı mən yoldaşımla evlənməzdən əvvəl elçilik olanda bizə imkan verdilər ki əvvəl bir-birimizlə danışıb şərtlərimizi deyək məndə yoldaşıma şərt qoydum ki and içsin mənlə evli olduğu müdətcə heç bir qadınla nə müvəqqəti nədə daimi nə gizlində nədə aşkarda heç bir əlaqəsi olmayacağ yoldaşımda razı oldu Allahın adına and içdi indi yoldaşım başka qadınla əqd oxudura bilər?Allah razı olsun
Ответ / Cavab
Ələykissalam. Əgər şərt kəsilibsə, səbəbsiz yerə olmaz...
Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Nura |
Salam aleykum, 1. Men yoldasimla bir birimize defelerle dil yarasi, hetta fiziki yaralar vurmusuq ama indi ikimizde pesmaniq, aramizda yaxsidi (men 100% pesmanam) halalliqda almisiq bir birimizden, meni maraqlandiran sual budur, er qadina halal ederse Allah bagislarmi ve ere etdiyi haqsizliqlara gore olan gunahlarda halalliqla silinermi? Ya dahada nese etmek lazimdi? 2, aq valideyn olan insana valideyni halal ederse burda veziyyet nece olur?
Ответ / Cavab
Ələykissalam. Əlbəttə Allah bağışlayar, əsas odur ki, halallıq alınıb. Daha da deyəndə ki, bundan sonrsa daha da mehriban olmaq lazımdır, güzəştə getmək lazımdır məişət və ya maddi işlərdə... 2. Haqqunnas məsələsində belədir ki, əsas odur qarşı tərəf halallıq versin, Allah bağöışlayar, tövbə etsin ürəkdən
Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Tutu |
Selam eleyke, onceden hamidan uzr isteyirem, demek bele bir sey bas verir, xanim yuxudan oyananda ona ele gelirki bosalma oldu ama emin deyil hetta sadece zeif bir şubhedir. Ve alt paltarina baxir gorurki hecne yoxdur, sonra 1 gun sonra ya hemen gun ama gec vaxtda ondan geden axintidan (qadinlardan gundelik geden axinti) meni iyi gelir ama bosalma olmayib iye gore ve yuxarida qeyd etdiyim hadiseye gore qusl almalidirmi? Üzürlü sayın, teşekkurler
Ответ / Cavab
ələykissalam. Xeyr, qüsl dushmur
Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Bende |
Salam xahiş edirem eger quran oxumagı oyreden kurs bilirsinizse yazın xanımlar üçün.
Ответ / Cavab
Ələykissalam. Təəssüf ki, bilmirik...
Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
bende |
salam aleykum,tebrik edirem bayramivzi,Allah razi olsun sizden,zehmet olmasa diye bilersiz,axli-sunna shieler arasinda cume namazi qila biler?birde xaiw edire mene gore dua edin Allaha...zehmet olmasa diye bilersiz and icmiwdim bir wey elemkiyecem amma pozdum,yani bilmeden yadimann cixmiwdi pozdum,keffaresi ne olar orucdan basqa bir keffare,yada keffare duwmez?aglimnan cixdi eledim..
Ответ / Cavab
Ələykəssalam. Çox sag olun. Əlbəttə qıla bilərlər, bu daha gözəl, vəhdət nümunəsidir. Bilmədən, dərk etmədən eləmisinizsə, problemi yoxdur
Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Gerib Xanim |
SalamAleykum.Cavab ucun minetdaram,Allah razi olsun.Cawbaw galmiwam ve xahiw edirem meni etrafli bawa salasiz?bu kun ayin 5-dir,cume axwamidir ve men seheri subh namazindan evvel oruc tutaram,yeni Receb ayinin 27-dir,yeni Mebes kunu duzdur?
Ответ / Cavab
Ələykissalam. Əgər ayın 5-i, yəni Məbəs günü oruc olmaq istəyirdinizsə, mayın 5-nə keçən gecə, sübh azanına kimi yeyib qurtarirsiz və axşamı gün batanda açırsız
Задан: 6 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Gulusum |
Salam Aleykum Haci. İxlas sürəsində "saməd" yoxsa "səməd" deyilməlidir? Bunun fərqi var? Bəs mənası nədir? Allah sizdən razı olsun!
Ответ / Cavab
Ələykissalam. Saməddir, ancaq burda s adi s deyil, bu s-nı tələffüz edərkən dil aşagı damağa, dişlərin arxasına sıxılır
Задан: 6 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Nara |
Salam.Sorushmaq isterdim cume gunu seher cimmek yani qusl tokmek yaxwidi,duzgundu yoxsa cume gununun axwami?Cox sagolun!
Ответ / Cavab
Ələykəssalam. Cümə günü sübh azanına kimi və ya gün çıxana kimi, o da alınmasa zöhr azanına kimi
Задан: 6 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Leyla |
Salam.men zohr namazini qiliram sonra zikr edib dualar edirem sonra esr namazini qiliram.sef deyilki?
Ответ / Cavab
Ələykissalam. Xeyr, səhv deyil
Задан: 6 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Əli |
Salam Hacı.bir tanışım var qəza orucu tutub halı pisləşib ürəyi getmək üzrə idi orucunu zöhrdən sonra açdı.indi neçə gün kəffarə gəldi üstünə?çox sağolun Allah razı olsun sizdən.
Ответ / Cavab
Ələykəssalam. Kəffarəsi yoxdur, əgər oruca görə bu hallar baş verirsə. Amin, sizdən də
Задан: 6 Май, 2016 , Опубликовано: 5 Май, 2016
səbr |
Salam Aleykum.Mənim ürəyimdə biri var qarşılıqlı istəyirik.Ancaq evlilik hələ alınmır problemləri olduğna görə.3ildi səbrlə duayla gözlüyürəm.Belə hədis var ki Allah duada iarar edənləri sevər.Mən duamı edim yoxsa ümisdizliyə düşüm ki day olmur dua etmiyim?Axır vaxtlar edə də bilmirəm :( Ama nəsə mənə gəlirki sonum o insandı.Ola bilərki Allah hələ də məni sınayır çox istədiyimlə?Çünki deyilir bu həyatda nəyi çox istərsən o sənin imtahanın olur.Çünki bu illər ərzində bu insanla bu mövzuyla bağlı düzəlməz dediylərim düzəldi...qalıb bircə ailə qurmağımız
Ответ / Cavab
Ələykissalam. Ailə qurmaq məsləsində xüsusən çox israr etməyə dəyməz, ümumiyyətlə israr edəndə də mömin gərək "əgər məsləhətdirsə.." desin, çoxları olub ki, israr ediblər, sonda peşman olublar. İnsan özünü layiqli bəndə kimi, namaz qılan mömin kimi aparsa, Allah onun üçün ona layiqli, xeyirli birini verəcək. Ailə qurmaq məsələsi ilk növbədə dua ilə deyil, əgər şans qarşıya çıxsa, əsla sevgiyə uyub kor-koranə addım atmaq lazım deyil. Hədis var deyir, Bütün mələklər və peygəmbərlər də sənə dua etsə Allahın sənin üçün ayıdığından başqasına qismət olmayacaqsan. Bu hədisi əlbəttə birmənalı başa düşmək olmaz, ama həqiqət də var. Bizim vəzifəmiz layiqli bəndə, müsəlman, mömin olmaq, Allahın razılığın qazanmağa çalışmaqdır, ailə qurmaq şansı olanda isə qarşı tərəfi yoxlamaq və ağılla, adil böyüklərin məsləhəti ilə addım atmaq lazımdır. İnanın ki, sevgi ilə ailə quranların əksəriyyəti sonda peşman olurlar, həvəslənib ailər qurandan sonra görürlər ki, sən demə ailə münasibətlərində lazım olan xasiyyətləri düzgəlmir, biri-birlərini yaxşı tanımayıblarmışlar.
AsalamyuAlwykum,Sevdiyim insanla mechite gedib and icdi qurana sevgisine mene qarsh ve umud verdi 7ay kecdi o insan getdi gozumu yashli qoydu heyatim mevh etdi Aylemi dagdi Mene ozunu oldur diyirdi o addim atdimda amma shukur sag qaldim, Allah o insan xoshbexd eder? Ama gedende dedi son sozun tek seni sevirem amma alimir alimir sozu 5 ildi deyir elin uzmur menden qoymur rahat yashayim gelir soyur incitir meni (( amma aramizda artiq bishey olmayib ! Komey edin bir yol gosderin peshmanam o insan sevdiyime temiz bir insan idim o cixan gunu qarshima meni deyishdi aylem dagidi ozu ise oz aylesine qayitdi yene meni rahat buraxmir
Ответ / Cavab
Ələykissalam. Ən normal yolu budur ki, onunla əlaqəni tam kəsin, yaxına buraxmayın. Özünüzə ziyan edəcəksiz və bunun sizin nə dünyanıza nə də axirətinizə xeyri olmayacaq
Задан: 6 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Ruslan |
Salam bir nefer and icib bir eshyani vermeyecem sene indide verib hokmu nedi?
Ответ / Cavab
Ələykissalam. Qəzəbli halda deyibsə, həmin and batildir, problemi yoxdur
Задан: 5 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Aysun |
Salam. Bagiwliyin hamile olarken de oruc tutulmalidir ?
Ответ / Cavab
Ələykəssalam. Tutan da var, tutmayan da. Baxır sizin səhhətinizə, uşağa və ya sizə ziyan olub-olmayacagına. Bunu isə normal, insaflı, düzgün, qərəzsiz bir həkim deyə bilər.
Задан: 5 Май, 2016 , Опубликовано: 5 Май, 2016
salam |
salam,pasdi gelen suda qusul vermey olar,eyer biraz sarimtil sudursa ?saqolun
Ответ / Cavab
ələykissalam. suyun rəngi və iyi dəyişirsə olmaz
Задан: 5 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Lala |
Salam Aleykum.Suallarimizi daha aciq-aydin cavablandirdiginiza gura siza Allahdan can sagligi ishlerinizin ugurlu va xeyirli olmagini arzulayiram Bilmek isteyirem sabah mani nishana devet edibler ancaq qadinlar olacaq calgicida olacaq orucluyam gedebileremmi?AlLAH sizden razi olsunAmin
Ответ / Cavab
Ələykissalam. Gedə bilərsiz, ancaq oynasalar siz oynamayın. Allah sizi qorusun, çox sag olun diqqət və dəyər verdiyinizə görə
Задан: 5 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Dream |
Salam. Men hecce,mesumlarin ziyaretine gedmey isteyirem. Amma hec mumkun gorunmur. Ne edim ki mene de qismet olsun. Dua edirem ondan basqa ne edim. Cox sagolun.
Ответ / Cavab
Ələykəssalam. Nəzir edin, məsələn min dəfə ya nə qədər istirsiz zikr, və ya 10 rəkə və ya nə qədər istirsiz namaz, və ya 1 və ya neçə nəfərə imkan çatırsa sədəqə və ya yedizdirmək, və ya ehsan süfrəsi açmaq və s...
İNŞAALLAH tezliklə gedərsiz, duaçıyıq sizə
Задан: 5 Май, 2016 , Опубликовано: 5 Май, 2016
Rauf |
Salamun aleykum Orclu olduğum halda təsadüf nəticəsində siqaret çəkən şəxsin yanından ötərkən (onun siqaret çəkdiyini bilmədən) siqaret tüstüsü ilə 1-dəfə nəfəs aldım oruc batil olmuş sayılır?