Страница 1365 из 5746 << < 1361 1362 1363 1364 1365 1366 1367 1368 1369 > >>
Zəhra |

Salam qardaş, qəsr namazı qılarkən necə niyyət edilir? Mən bir yerdə oxudum ki filan namazı qesrlə qılıram qurbeten iləllah.dı ve 2 3 ruketli namazlar hele elədə qılınır sadece 4 ruketli namaz 2 ruketli şeklinde qılınır. Bu beledir? Əvvəlcədən təşəkkürlər Allah razı olsun.

Ответ / Cavab

Ələykissalam. Qəsr namazın qılıram qurbətən iləllah... Bəli, sübh və şam tam qılınır qəsr olanda.

Задан: 8 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Efsane |

Salam haci ALLAH sizden razi olsun Haci axir vaxtlar iwlerim ters gedir nolar mene dua edinki iwlerim duzelsin ALLAHA qurban olum ALLAH meni hecvaxt darda qoymuyub bugunune min Wukur ALLAH hamimizdan razi olsun inwALLAH AMIN

Ответ / Cavab

Ələykissalam. Baş üstə, mütləq dua edərik, tez-tez təvəssül edin Məsumlara. İNŞAALLAH yaxşı olar

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Samire |

Salam.bir oglan var artiq 5ildiki bir birimizi taniyiriq xasiyyetlerimizi bilirik.men cox isterdimki o insannan aile heyati qurum.amma yenede dua ederken Allaha deyiremki xeyirlisi olsun ve en esasi o olacaqsada qismetim qoy yaxsi insan dinli imanli biri olsun hemise yolunnan azanlardan olmasin.duzdu onnan aile heyati qursam sevgi ile birlesmis bir aile olacaq ammaki men esas onun yaxsi duzgun insan olmagini arzulayiram.yeni yolunu azanlardan olsa istemerem onu.sizce fikrim duzgundurmu?

Ответ / Cavab

Ələykissalam. Bəli, tam düzgündür. Xeyirlisi...

Задан: 8 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Leyla |

Salam.basqa qadina eqd oxutdurma nediki?

Ответ / Cavab

aleykissalam. Əqd oxutdurmaq, yəni nigah duası oxutdurmaq

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
YUSIF |

salam men quran tapsirmaq isteyirem olunun ruhuna hediyye etmek isteyirem savabini bilmek isteyiremki bir qurani iki ve yaxud uc merhumun niyyetine oxumaq olarmi. qurani evvelden axira kimi oxuyacam ve axirda tapsiranda bir nece merhumun ruhuna tapsiracam bele olarmi?qebul olunacaqmi?

Ответ / Cavab

Ələykəssalam. Bəli, 3 mərhumu niyyət edib məsələn bir Yasin surəsi oxuya bilərsiz.

Задан: 8 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Enver |

SALAM, QEZAYA QALMIW SUBH NAMAZINI YALNIZ SUBH NAMAZIMI QILMAQ LAZIMDIR, COX SAQ OLUN

Ответ / Cavab

Ələykissalam. Vacib deyil yalnız sübh namazında qılınsın, amma qılınsa daha yaxşıdır.

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Roma |

salam burda sual veribler niwana devet edibler calgida olacaq qadin meclisi siz yazmisiz gedin amma oynamayin meger calgi olan meclis haram deyil?

Ответ / Cavab

Ələykisalam. Eyş-işrət məclisləri haramdır bəli. Bizdə nişanlar elə də çalğı ilə keçmir, toylardakı kimi deyildir və insan vəziyyətdən istifadə edib çalğı olarsa daçıxa bilər bayıra və s... Əgər toylardakı kimi çox çalğılıdırsa, eyş-işrət məclislərindəki kimi olacaqsa, onda getməsin, amma əgər getməsi ilə digərlərində dini baxımdan müsbət təsir qoyacaqsa, gedə bilər, amma bacardığı qədər çox olmasın çalğı olanda.

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
sahin |

salam men mektebde cox cox uzr isteyirem sidiyim var idi hiss edirdim ki gelirdi qayidirdi ele bilirem ki damci cixib amma hiss etmemiwem men ne etmeliyem nolar komek edin mene bunun cavabini desez rahatlayaram tewekkurler

Ответ / Cavab

ələykəsalam. əgər yəqin bilirsəniz ki, sidik damcısıdlr, onda dəstəmazınız batil, paltarınız dəyişilməli və ya həmin hissə suya çəkilməlidir. Yəqin bilmirsinizsə, nəcis deyil inşaallah!

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
tekrar sual yazmayin |

Salam aleykum,Men gorurem ki,burada size tekrar suallar verib vaxtinizi alirlar,yox filankesi sevirem,ne bilim ne...insanlar ne derdler yawayir,bunlar ne duwunur. Menim basga prablemlerim var,is tapa bilmirem,istediklerimi ede bilmirem,ureyim sixilir,hara gediremse pis veziyyete duwurem,dua edirem olmur,basga ne,nece edeceyimi bilmirem

Ответ / Cavab

Ələykəssalam. Təkrar da olsa vəzifəmiz sualları bacardığımız qədər cavablandırmaqdır :). Təşəkkürlər

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
səbr |

Allah köməyviz olsun.Ürəyimdə olan insana duayla qovuşmaqdan yazdım ama cvbınız elə ümidsizliyə narahatlığa saldı məni.Demədimki kor koranə sevirəm,qohumdu ailəsinə,tərbiyəsinə,özünə bələdəm,ailəm razı olacaq deyə qəlbimə yaxın buraxmışam.Axi Allah qəlblərdən xəbərdardi,bəs duayla qisməti dəyişmək olur burda cvblandırmışdılar.İkimiz də xeyirlisin olmasın istəyirik.İsrarla demirəm mənim olsun istəyirəm Rəbbim xeyirli edib göndərsin.Qismətmizi özmüz seçmirik bəs?Allah əvvəlcədən yazmır axı bu insandi düzdü?Dua eləmiyim mən?Bağlı qapıları açan Allahdı,maddi problemləri var deyə ailə alınmır hələ,bunu dua edə bilmərəm?O qədər olubki səbr edib qovuşanlar,yari qoyum çıxım gedim?

Ответ / Cavab

ƏLƏYKİSSALAM. Ümidsizlik niyə? Hər birşeydə xeyir var, bəlkə Allah kimin vasitəsilə sizi ayıltmaq istıyir. Mən axı yazdım ki, bu hədis mütləq deyil, istisna hallar da var. Allah insanın işinə tam müdaxilə etmir, əsasən möminlərin işinə onların xeyrinə olacaq üçün müdaxilə edir. Qeyd etdiyim kimi dua ilə olar dəyişmək israr etməklə, ama qeyd etdiyim kimi bu sizin xeyrinizə olmaya da bilər. Allah sizin üçün ola bilər bir şey istəyə, sizin xeyrinizə, ama siz israr edib bashqa shey istəyəsiz, Allah da ədalətinə görə bunu verər sizə, əlbəttə verməzdən qabaq sizə aşkar dəlillər göstərər, ancaq siz yenə də onu istrarlar istəyərsiz, Allah da verər. Bizim vəzifəmiz Allahdan istəməkdir, Allah buyurur dua edin, ancaq nəticə hər halda necə olacaqsa xeyrimizədir fikirləşməliyik. Məsələn insan var övladı ağır xəstədir, gecə-gündüz israrla istəyir, ancaq övladı dünyasını dəyişir, hikmətləri müxtlif ola bilər, məsələn böyüyəndə şikəst ola bilər ya böytüyəndə İslam düşmənlərindən ola bilər, ya çox qatı cinayətkR olub insanların çoxunu gözü ağlar qoya bilər və s... Hər şeydə, Allahın hər bir işində müsbət hikmət axtarmaq lazımdır. Bir çoxları ola bilər ki, möminlərdən, işlərini Allaha tapşırıblar, ki, Ey Allah hər nə versən də alsan da mənim xeyrimədir, qəbul edirəm, Allah da bilir öz elmi ilə ki, filankəs bu cür olacaq və onun bu halına uygun ona birini təyin edir əvvəlcədən... Mövzu çox genişdir əslində...

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
jale |

salam.1.menim istediyim biri var nece illerdi hansi is dalinca gedir alinmir.ya gozleyin deyirler.belelikle isleri uzanir ve alinmir.indi bir ise soz veribler yenexeber cixmir.hansi duani oxuya bilerki isleri yolunda getsin ise cagirsinlar tezlikle.2.birdeki gece yatmamisdan qabaq niyyet edib niyyet namazi qilib yatiramki ALLAHIM eger qismetim oz istediyimdise yuxuma gelsin ve men istediyimi yuxumda gorurem.bu ALLAHDAN mene bir isaredi?mene basqa elci cixanda olanda bele niyyet ediremki bir yol secim.sizde fikrinizi deseniz sevinerem.

Ответ / Cavab

Ələykissalam. 1. İşlərin alınmamasın birinci özümüzdə axtaraq gərək, namaz varmı? varsa vaxtında qılırıqmı? əgər namaz varsa da, qılırıqsa da vaxtında, baxaq görək nə günahları edirik, tövbə edirikmi? bunlar hamısı yerində olsa artıq duaya müraciət edək. Çoxlarımız birbaşa duaya müraciət etmək istirik ki, rahatçılıq olsun, əziyyət çəkməyək, hər şeyi rahat əldə etmək istəyirik. Amma ALlah buyurur ki, bu dünyada rahatçılıq yoxdur, rahatçılıq o biri dünyada olacaq. 2. Bu batil istəkdir, əlbəttə insan elə bir mərtəbəyə çata bilər ki, istəniıən, hətta zahirdə normal olmayan bir duanı da istəsə Allah verə bilər, xeyrinədirsə. Sevgidən çox yapışmayın, ilahi sevgidən yapışın, xoşbəxt olmaq istəyirsinizsə, ilk növbədə Allaha olan sevginizi gücləndirin. Vallahi o qədər tanıyıram Allaha xatir sevmədən ailə qurublar, ama sonradan elə sevirlər ki. Amma statistika budur ki, sevərək ailə quranların əksəriyyəti sonradan boşanırlar ya da xoşbəxt olmurlar. Allaha layiqli bəndə olsaq, Allah bizə layiq olanı bizə bəxş edəcək. Allah yalnız bizim özümüzüm nə cür göstərdiyimizə uyğun verir nəsə. Sizin yuxuda gördüyünüz yatmazdan qabaq fikirləşdiyinizə görədir. Yuzu 3 cür olur, ya fikirləşib fikirləşdiyini görürsən, yəni günün çox hissəsini ya yatmazdan qabaq bir şey vbə ya bir kəs haqda fikirləşirsən və görürsən, ya şeytani yuxudur ya da ilahi yuxudur.

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
..... |

Salam Aleykum.Bu sualima gore sizden ve oxuyuculardan cox uzr isteyirem.Bilirikki her bir kisinin odenecek bir ehtiyaci var.1.eger bir kisi evlii deyilse ve mueyyen bir muddetde evlenmeyecekse(meselen 5 6 il)ve o kisinin sige etdiyi qadin yoxdursa,yeni ele br qadina rast gelmeyibse,bes o kisi ehtiyacini nece odemelidir?2.bele olan hlda ozunu bosaltmaya icaze verilirmi? xais cavablandirin sagolun

Ответ / Cavab

Ələykissalam. İstənilən halda çıxış yolu var. Əvvəla ən yaxşı ailə qurmaqdır, hətta 23 yaş olsa da belə, sadəcə bir çoxlarımız o qədər valideynlərə möhtac olmuşuq qorxuruq ailə qurmağa. Bunu istəmirsizsə (ama istəməmək bəhanə deyil), keçirik əsas mərhələyə. Böyük günah olan əxlaqsız filmlərə, əxalqsız şəkillərə, cəlbedici, lüt şəkillərə baxmamaq, naməhrəmlərlə çox gülüb-danışmamaq, hansı naməhrəmlə danışanda şəhvət hissi oyanırsa uzaq gəzmək ondan, zikrlər etmək, namazları vaxtında qılmaq, Allaha təvəkkül edib dua etmək, oruc tutmaq şəhvət hissi güclənən gün.... İNanın ki bunlara əməl etsəniz heç siğəyə ehtiyac olmayacaq. Təəssüflər olsun ki, sizin yaşda olanların əksəriyyəti ya siğə dalınca qaçırlar ya da istimna edib daha böyük günahlara və fəsadlara yol açırlar. Bizlər öyrəşmi.ik axı rahatlığa hər sahədə. Amma əsl müsəlman, mömin olmaq istəmirik. Yaxın qardaşlarımız var ki, 30-u keçib yaşları ama indiyə qədər bir siğə görməyiblər, mömindirlər, ailə də qurmayıblar, özlərini rahat da qoruyurlar. Sizin yaş şeytan üçün ən vacib yaşdır, sizin yaşda olanları daha çox istəyir yoldan çıxarsın, çünki sizin yaşda olanların namazı 30-40-dan sonra qılanların namazından daha üstündür...

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Nura |

Salam, men kecen il Ramazan ayinda orucluyken agzimi serin suyla yaxalayirdim ve 3 defede atirdim agzimdaki nemliyi cole, indi fikirlesende mene ele gelir ki agzimi yaxalayanda bogazimda serinlik hiss edirdim ama 100% deye bilmerem, ve qeriyyen yadimda deyil ki, bu nece olub? Bele olan halda menim vezifem nedir? Önceden teşekkurler

Ответ / Cavab

Ələykissalam. Vəzifəniz vasvasalıq etməməkdi, İNŞAALLAH ki, problem yoxdur. Əsas budur ki, boğazınızdan su kecməsin

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
terane |

qaynatam 2defe insult olub.zeif esidir.yavas gezirdi.tezelikle yerinde uzanib radionu lap qulagnin dibinde elinde tutub yuksek səslə qulaq asirdi. dedim Emi besdi qulaq asdin.seherden asirsan.birazdan ac.dedi ACmayim?? Dedim yox.1saat kecdi.hali pislesdi1hefte reanmasyada qaldi rəhmətə getdi .indi pisem.qesden onun ustune getmedim .pis niyyetim yox idi.Allah seytana lənət etsin.meni bagislasin.DEYIN MEN GUNAHKARAM?1ay sonra oglum oldu deyirler qaynatamin adni qoyum.bu ehvalatla bagli onun adni qoymaga qorxuram.istemirem.yoxsa gunahmi yumaq ucun ruhunu sad edib adni xatiresini yasatmaq ucun qoyum?usaq onun son cumesinde dogulub.deyirler olu adi qoyma.hemde ozmu baiskar hiss edirem.qorxuram usagma yoldasima nese olar.bu hadisenin cezasini cekecem

Ответ / Cavab

Ələykissalam. Sizin heç günahınız yoxdur, Allah rəhmət eləsin. Ad qoymağa gəldikdə isə istədiyiniz adı qoya bilərsiz ürəklə, lap mərhumun da. Amma əsas övladınızdır, elə ad qoyun ki, böyüyəndə adı ilə fəxr etsin, məsələn Əli qoyanda bilsin ki, ona Hz Əli kimi böyük bir şəxsiyyətin, cəngavərin, İmamın adı qoyulubş

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Mushfiq |

Salam qardash . ilk once size minnetdaram ki , suallara aydinliq getirirsiz. ALLAH sizlerden razi olsun. 1. Qusl alarken , bashimizi yuyan zaman saclarin dibini de yumaliyiq ? yeni su bashimizin derisine catmalidi yoxsa saca deyse bes edir? 2.Istibra etdikden sonra , kanalda qalan axinti (sidik)xaric olur. bu axintidan sonra yeniden istibra etmek lazimdi ? yoxsa once etdiyimiz kifayet edir? 3. Vesveseyle nece mubarize aparaq? Men xirda sheyleri bele ureyime saliram bu da meni cox narahat edir.

Ответ / Cavab

Ələykəssalam. Çox sag olun, minnətdaram diqqət və dəyər verdiyiniz üçün. 1. Bəli, bədənin hər hissəsi su olmalıdır. 2. Bir dəfə kamil istibra ediləs bəs edir. 3. Şəri məsələrdə vəsvəsə ya həyati işlərdə? Məsələn?

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
MeLeK |

salam.Bismillahir rehmanir rehim.Ellahumme salli ela Muhammedin ve ali Muhammed.Ellahumme inni etaveccahu ileyke binebiyyike nebiyyir rahme ve ehlibeytihillezine extertehum.Ela ilmin elel alemin.Ellahumme leyyin li suubatuha vehuzu netaha vekfini werraha fe innekel kafi elmunafi velgayin el Qahir. bu duanı tərcümə edərdizdə zəhmət olmasa. çox sağ olun. Allah razı olsun.r

Ответ / Cavab

Ələykissalam. Əslini göndərin və ya adın mümkünsə...

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Aygun |

Salam. Kamar kolbasalari halaldir? Ewitdiyime gore turkler almaniyada istehsal edir. Haqqinda oxudum tam islami qaydada kesildiyini deyir heyvanlarin. Siz nese bilirsiz bu haqda?

Ответ / Cavab

Ələykissalam. Xeyr, təəssüf, məlumat yoxdur.

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
..... |

Salamun eleykim bele bir sualim var taniw bir qiz ozun cox halsiz his edir xeste kimidi amma hekime gedir nevrapatologa bele gedim hecne yoxdu hekimlik halsizligi kecmir iwliyede bilmir mende o gun dedim ki hekimlik hecne yoxdusa demeli Allaha sigin dualar oxu Ayetel kursu Qelem suresin oxu dedim ama xanim namaz qilmir dualarida bilmir dedi yaz verde men yazib versem olar ona ? Men ozum namaz qiliram hemiwese de ovladim halsiz olanda narahat olanda yoldawim narahat olanda oxuyuram wefada gormuwem

Ответ / Cavab

Ələykissalam. Verin, İNŞAALLAH xeyri olar, ancaq çox az hallarda binamaz üçün təsiri olur, yəni olursa da hikmət əsasındadır, məsələn təsirin görüb namaza gələ bilər və s...

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Novil |

Salam Aleykum.1.estagfurullahe Rebbil ve etubu ileyh 2.Allahumme inni euzu bike minel xubusi vel xabais..tercume edin xais...sagolun

Ответ / Cavab

Ələykissalam. Allahdan bağışlanmaq istəyirəm və Allaha tərəf qayıdıram. 2. Allahım, pisliktən, cin və şeytandan sənə sığınıram

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
VEFA |

salam. Men sizin dediyiniz as-salat saytiynin namaz vaxtiyla qiliram qiliram namazlarimi anlamadigim seyler var komey edin xais edirem. baxin men ehli siyeyem. orda oz mezehebimi deiqlqesdirirem. ve yaninda var 1/2 ot zakata do vasxoda. birde 1/7 ot zakata do vasxoda bu ne demekdi. anlmadim men hanisnya qilmaliyam?? Celyabinsk seherindeyem

Ответ / Cavab

Ələykissalam. Siz sadəcə şiə məzhəbi üzrə seçin qalanına əl vurmayın, və göstərilən namaz vaxtları ilə qılın.

Задан: 6 Май, 2016 , Опубликовано: 6 Май, 2016
Страница 1365 из 5746 << < 1361 1362 1363 1364 1365 1366 1367 1368 1369 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com