Страница 1371 из 5746 << < 1367 1368 1369 1370 1371 1372 1373 1374 1375 > >>
ilqar |

Salam.hər vaxdınız xeyirli olsun.islam.az da göstərilən Namaz təqviminə görə.may ayının 3 ü gün saat 05:39 da çıxır.mən Namazımı03:35 də bitirdim.hava işıqlı idi ama günəş görsənmirdi.Günəşin işığı azca buludların üstünə düşürdü.bilmək istiyirdim ki Namazım qəzaya qalıbmı?

Ответ / Cavab

Ələykəssalam. İNŞAALLAH qəza deyil

Задан: 3 Май, 2016 , Опубликовано: 3 Май, 2016
Əli |

Salam Hacı.1.Ramazan ayının 1 i iyunun 8 inə düşür?2.Nəyə görə məzhəblərə bölünmüşük?mənə bir nəfər dediki mən müsəlmanam nə şiə nə də sünnəyəm.Quranda bu barədə yazılıb?

Ответ / Cavab

Ələykəssalam. 1. 7 ya 8-nə bəli. 2. İstənilən dində, istənilən əqidədə, istənilən pampaniyada, işdə, istənilən sahədə iki, üçtirəlik var, bəşər yaranandan belədir və belə də olacaq. Bu, insanların şeytana uyaraq haqqı batil, batili haqq gormelerindendir

Задан: 3 Май, 2016 , Опубликовано: 3 Май, 2016
namiq |

Salam haci sureyi vagyani belkere adini sehv esitmisem deqiq bilmirem siz bilersiz eger bilirsizse o sureni yaza bilersiz sureninde adinida duzelis edmeynizi xahis edirem

Ответ / Cavab

Ələykəssalam. Eşitməmişəm belə bir adda bir surə, bəlkə Vaqeə surısin deyirsiz

Задан: 3 Май, 2016 , Опубликовано: 3 Май, 2016
namiq |

Haci Salam Allah sizden razi olsun ve sebir versin bu qeder suala cavab verirsiz 1 haci bu gun receb ayinin necesidir 2 receb ayi ne vaxt bitir yeni necesi?

Ответ / Cavab

Ələykəssalam. Xoşdur buyurun. 1. 3 May - 25 Rəcəb 2. 7-si bitir, 8-i Rəcəbdir

Задан: 3 Май, 2016 , Опубликовано: 3 Май, 2016
Ali |

Salam Səhər saat neçədə orucu bağlamaliyam. Birdəki Şaban ayı nə vaxt girir?

Ответ / Cavab

ələykəssalam. Sübh azanına kimi. 8-i Şəbanın 1-idir

Задан: 3 Май, 2016 , Опубликовано: 3 Май, 2016
Allah bendesi |

Salam bilmek isterdim Seban ayinda da qeza orucu tutmaq olarmi? umumiyyetle Seban ayinda oruc tutmaq olar?.....Allah sizden razi olsun

Ответ / Cavab

Ələykəssalam. İstənilən ayda tutmaq olar, bircə Qurban, Fitr bayramarı və Aşura günü xaric

Задан: 3 Май, 2016 , Опубликовано: 3 Май, 2016
ulikali |

Assalamu aleykum. Bir sual verecem. Evde kompas yoxdursa yeni qibleni gösteren heç bir cihaz olmadiqda nece teyin etmek olar?

Ответ / Cavab

Ələykəssalam. yaxınlıqda qəbiristanlıq varsa qəbirlərin istiqamətinə baxın və ya binada bir namaz qilan tapin sorushun və ya məscid varsa gedib orda qobeley baxib evinizdekin teyin edin texmini

Задан: 3 Май, 2016 , Опубликовано: 3 Май, 2016
Salam |

Salam Hacı. Bir soz sorusacam , bir qız bir oglanla ehdi-peyman edir ki , ayrılmasınlar. Lakin sonradan ayrılırlar , ehdi-peyman etdikleri ucun gunah olurmu ? Burda pis nese var ? Cox sagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Ələykissalam. Xeyr, günah deyil, bu məsələdə əhd-peyman olmur

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
betul |

salam yawadiqimiz istifade etdiyimiz eve ve ya hediyyeye xums duwur?xamneye aqa twk

Ответ / Cavab

Ələykissalam. Xeyr düşmür

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
gulsen |

allahin salami olsun . men qonaq yerinde qaliram ve her namazi oz vaxdinda qiliram ama bu evdekilerde utaniram. isdiyirem birlewdirim qilim. misal ucun axsam ve isa namazini birlewdirib qildim bu hansi saatda edim axsamin vaxdinda ya işa namazinin vadinda bunda mene komek edin. evvelceden allah razi olsun.

Ответ / Cavab

Ələykissalam. Birləşdirib qilmaqda problem yoxdur, sadəcə çalışın ki, əsri zöhrlə, xüftəni şamla birləşdirin. Yəni, zöhr azanı oldu zöhrü qılın, dua, zikr filan edin, dalınca əsri qilin, xüftən də o cür

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Damla |

Salam.ramazan ayinda oglumun ad gunudu bu ayda men onu sunnet eledire bilerem? Qeyd edim ki, oglumun 3 yaşi var anadan olandan 3 ildi her ad gunu ramazan ayina tesaduf edir.mende iftar sufresi aciram ad gunun bele qeyd edirem.maneceliy yoxdu ki, bele ad gun kecirmeyin?cavab ucun teşekurler...

Ответ / Cavab

Ələykissalam. İftar süfrəsi verməyiniz lap ela. Allah qəbul eləsin, sünnət elətdirməyin maneəsi yoxdur

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
gulnar |

Salam bu gun namaz qilanda agzima tupurcek yigildi men onu uddum o zaman bogazimda qiciqlanma oldu men qesden oskurdum ki,qiciq kecsin.qesden oskurmek namazi pozurmu? Xamenei aga

Ответ / Cavab

ələykissalam. xeyr batil etmir

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
gulsen |

allahin salami olsun uzerinize.destemazi ne pozur. yeni destemazli olandan sonra elimi suya vursan yemek yesem bular pozarmi?

Ответ / Cavab

Ələykissalam. Xeyr, pozmur qeyd etdiyiniz hallar. Dəstəmazı batil edən əməllərə gəlincə, bədəndən sidik, nəcasət və yel çıxması, ayıqlığın itirilməsi (dərin yuxu, huşu itirmək, sərxoşluq və psixi tutma hallarında), bədəndən sperma çıxması, cinsi əlaqədə olmaq dəstəmazı pozar.

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Ilahe |

Uzr isteyirem,yene narahat edirem.Bes, hansi halda pozulur?

Ответ / Cavab

xahiş edirik əvvəlki sualınız yazın, sual coxdur yaddan cıxır hansı sualla baglıdır

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Roma |

salam aldatmaq deyendeki bes makler pulu halaldi axi men birin iwe duzeldirem 100 e daniwram ve ozumede zehmet haqqi gotururem ve 150 deyirem burda ne haramdi? adi makler iwidide men iwe duzeltdiym adami aldatmiramki deyirem 150 ver duzeldim orda ne verecem o uje menlikdide 2 iw yerinde hec cur mumkun deyil oturaq gedmek ayaqyoluna men ne edim

Ответ / Cavab

ələykəssalam. birbaşa demədim haramdı, dedim əgər varsa... bu cür sual gərək geniş yazıla ki, sualı konkret vere bilək.Məsələn, əgər işə düzldən deyir ki, 100 versin goturum, siz də gəlib deyirsiz 150 deyir, bu yalandır, ikincisi də burda rushvet var 2. elə isə ayaqustu gedin

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Nura |

Salam, tefekkur barededir sualim, biliremki tefekkur onemli meselelerden biridir ama ne barede tefekkur etmeliyem, ne dusunmeliyem bilmirem, ki, meneviyyat sahibi olum, mene yardimci olun bu barede, evvelceden teşekkur edirem, (eger desez yaranisiniz, axiret haqda dusunun, alinmir qaliram bir noqtede ireli gede bilmirem) tefekkur movzusunu acin biraz mencun zehmet deyilse

Ответ / Cavab

Ələykissalam. Ən yaxşısı ilahi rəhmət barədə təfəkkür etməkdir. Allahın sizə bəxş etdiyi və əlinizdən aldığı şeyləri fikirləşin, müsbət hikmət axtarın, bilin ki, hər nə verilibsə və alinibsa xeyrinizdədir

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Nura |

Salam, meselen men nefsi terbiyeyle mesqulam, nefse zidd gedirem, meselen bir seyi isteyir etmirem, istemirse meselen bir yaxsi seyden meni cekindirmek isteyir ama ozumu mecbur edib ediremse burda (niyyet: evvelden bele qerara gelmisemki nefsimi aglima qul edim ve Allahin razi qaldigi bendelerden olum) her isi edende (ya etmeyende) Allah rizasi ucun demeyim şertdirmi? (Ki, isteyirem her işim Allaha xatir olsun, mubah olan her iş) Xaiş edirem bu barede biraz yardimci olasiz mene

Ответ / Cavab

ələykissalam. Allah müvəffəq eləsin, demək şərt deyil, əsas niyyətdir. Allah niyyətləri bilir ki, kim nəyə və ya kimə xatir edir. Sadəcə niyyətiniz Allahın razılığın qazanmaq üçün olsun...

Задан: 3 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Nəcm surəsi |

Əs səlamu aleykum. Allah Quranda Fatir surəsi 14 ayədə buyurur: "Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar.." Bu ayədən belə çıxır ki, söhbət ölmüş saleh insanlardan gedir ki, onlara olan ibadəti, şirki Qiyamət günü rədd edəcəklər. Allah deyir ki, duanı eşitməzlər, hətta Allah ip ucu verir ki, lap tutalım eşitsələrdə xeyri yoxdur. Çünki dua, ibadət yalnız Allaha məxsusdur və bu elə Tövhidin əslidir.

Ответ / Cavab

Ələykəssalam. Surədə söhbət bütpərəstlərdən gedir, o dövrdə "mələklər, cinlər və bəşər müqəddəsləri kimi tanrılar (və ya bütlər)" çağırılırdı, bu işi edənlərədir xitab ayədə

Задан: 2 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Ilahe |

Salam. Nisanli vaxti oglanin esebleserek xanima 3 defe "bosadim seni" demesi onlarin kebinini pozurmu? Eger pozursa? yeniden oxutma olarmi?

Ответ / Cavab

Ələykissalam. Xeyr, pozulmur.

Задан: 2 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Ismayil |

Bəli hacı həm bərəkətli olsun həmdə nəsə ürəyimə düşüb ki orda yığım qazandığım halal pulları...

Ответ / Cavab

Xeyr, bu yolla bərəkət gəlməz, bərəkət günah etməməklə gələr. İnsanın ruzisin azaldan ilk növbədə günahlardır, namazları vaxtinda qilmamaqdır, kiminsə haqqına girmək və s-dir.

Задан: 2 Май, 2016 , Опубликовано: 2 Май, 2016
Страница 1371 из 5746 << < 1367 1368 1369 1370 1371 1372 1373 1374 1375 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com