Страница 1374 из 5746 << < 1370 1371 1372 1373 1374 1375 1376 1377 1378 > >>
Leman |

Salam Haci burda oxumusdumki Receb ayinin 1i aprel ayinin 9-da idi bu hesabla son gunu mayin 8e dusur amma dunen burda sual cavabda oxudum yazmisdizki (basqa birinin sualina cavab olaraq yazmisdiz) Receb ayinin sonu mayin 7ne dusur.fikirlerim qarisdi indi deqiq Necesine dusur? men insalllah Allahin iznile Receb ayinin son 3 gununu oruc tutmaq isteyirem onuncun deqiq bilmek isteyirem sehv etmemekcun....Coxsagolun Allah sizden razi olsun

Ответ / Cavab

Ələykissalam. Şəban ayının 1-i mayın 8-idir.

Задан: 2 Май, 2016 , Опубликовано: 1 Май, 2016
Novil |

Salam Aleykum.evden at nali asmaq esitmisemki gunahdi..neye gore gunahdi ?xais edirem aciqlamasile yazardiz...sagolun

Ответ / Cavab

Ələykissalam. At nalın nəyə görə asırsız? Yəqin ki, bədnəzərdən qorunmaq üçün, elə deyilmi? Bu səbəbə görə, böyük günahdır, şirkdir. Yalnız Allahdan, Peygəmbər və İmamlardan istəniıə bilər. At nalı, üzərlik, gözmuncuğu kimi əşyalar asıb nəsə umma bütpərəstlərin əməlinə bənzəyir ki, böyük günahdır, evə bəla gətirər.

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
Gerib Xanim |

SalamAleykum.Size sualim var.Gadinlar namazlarini sesiz,picilti ile gilmalidirlar,bes Azan ve Igameni nece demelidir?ucadan yoxsa picilti ile?

Ответ / Cavab

Ələykissalam. O dərəcədə deməlisiniz ki, səsinizi naməhrəm eşitməsin

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
Roma |

salam dovlet budcesinden gelirle zavod tikilr o zavoddan elcey mismar nese matrial cixardamaq olar? satmaq niyyeti ile gizlince onsuz basib yeyilirde dagilib gedecey 2 iwe duzelmek pulsuz mumkun deyil men eger bir adami iwe duzeltsem yeni vasiteyem iwe duzelden ile duzelen arasinda 100 e daniwib bu birinden 150 ala bilerem makler pulu 3 iwde ayaqyolu cox berbad veziyyetdedi mecbur ayaq usde gedirem ve yuyunuram ayaq usde problem deyilki?

Ответ / Cavab

Ələykəssalam. 1. Haramdır, icazə almaq lazımdır, baş məsul şəxsdən. 2. Tam anlamadım, ama əgər aldatma varsa, haramdır o pul, qarşılıqlı razılaşma olmalıdır, yalan olmaz. 3. Oturaraq getmək lazımdır, çünki, ayaq uste yuyunsanız da, kanalda qalan sidik xaric olacaq, tam təmizlənmirsiniz belə halda.

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
xanim sistani |

Salam axsaminiz xeyir. Menim insaAllah mayin evveli toyumdu ve kecen ilden qalmis qeza orucum var. Biraz arada halsiz oluram nese.qripp falan. Eger men catdirib tuta bilmesem ramazan ayina qeder cezasi var eger varsa nedir? Ve gunahdimi?? Hmedeki yadima sala bilmirem ne qeder qezam qalib onu nece edim?? ALLAH RAZI OLSUN COX sagolun

Ответ / Cavab

Hər vaxtiniz xeyir. Əgər Ramazan ayında müəyyən üzr səbəbilə oruc tutmamısınızsa və Ramazan ayından sonra üzr aradan qalxsa, amma növbəti Ramazan ayına qədər onların qəzasını qəsdən tutmasanız, gərək onların qəzasını edəsiniz, hər gün üçün də bir müdd təam (750 qr düyü və bu kimi gündəlik istifadə olunan dənlilərdən) fəqirə verəsiniz.

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
Seymur |

Salam. Cox sagolun cavab ucun Sige barede, amma men erebce bilmirem. Siz dedizki Risalaye muraciet edim, amma oda axi latinca yazilib? Men indi hardan elde edim siqe duasini?? Cox saqolun.

Ответ / Cavab

Ələykissalam. Əgər ərəbcə bilmirsinizsə, onda özünüz oxuya bilməzsiniz, çünki bu dua səlist düzgün oxunmalıdır. Əgər oxuya bilmirsinizsə, ərəbcə düzgün oxuya bilən birindən xahiş edin oxusun

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
vefa |

SALAM. ve daha bir sualim men yoldasimdan pul aliram guya ona buna borcluyam o pulu yigiram. o puluda onun ozuycun yigacam cox eziyyetler cekdi borca cox dusdu. ondan bunda 5 manat 3 manat o qeder borc istedi.ozude utanirdi. indi men bir terefe xelbet pul yigsam ozum namaz qaliram orucda tutacam yeni yalandan isteyirem. mumkun deyilki o oz xosuyla mene pul versinki al at bir kenara.menim orucumu namazimi batil edirmi bu emel???. birde caduger anasindan gorub falcilar hemise bunlara dualar yazirdi cimirdiler.indi beynine hekk olubki meni quran suyu ile cimizdir. quran kitabini bukurduler ustunden su tokurduler o suylada cimirdiler.guya day gunahlari getdi ruzi baslarindan tokuldu sonra men bunu etmeye qorxuram deynde dalasir menle sen istemirsen menim isim gucum olsun deyib deyinir. men sadece ayetulkursunu feleq nas suresini oxuyub bunu yola vermek ucun etsem bu cadigerler kimi emel etmis olmuramki? soz sozhemt olmasin deye etmey isteyirem bunu

Ответ / Cavab

Ələykissalam. Heç bir halda aldatmaq, yalan danışmaq olmaz. Anasının və ya özünün bu batil işlərindən uzaq olun ziyanınıza olsa da

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
VEFA |

Salam. menim yoldasim hec inanmirki Allah onu esidir onun duasini qebul edir. o qeder ozunu inandiribki ancag men dua ediremse Allah o duani qebul edir. bizimde aramizda cox boyuk problemler olub. indi deyirki sen urekden meni cox istesen Allahdan ne istesen menimcun o olur. bezende hirslenirki Allah meni senin eline verib. bunu ona gore deyirki o xeyanet edende men onu tez bilirem. bununda mocuzeye yozmagin yeri yoxdu. ozu zorla gozume soxur.eve zeng gelir gedir o kunce girir danisir bura girir gizli mesaj yazir.bunu bir korda gore biler.men ona nece inandirimki Allah onu menden cox esidir cunki boyuk bir kulfete o corek qazanir inaniramki o Allahin mendende cox sevimli bendesidi. ancag ozu buna inana bilmir. ve meni narhat eden bunun anasi omru boyu falci baxici yaninda olub bunuda anasi soxub beynineki guya men cadugerem ona gore Allah meni esidir. estafurullah

Ответ / Cavab

ələykissalam. Siz deməklə bir şey dəyişməz. Yalnız onun üçün dua edib Allahdan hidayət istəmək lazımdır ki, ayılsın. Allah bir yolla onu ayılda, məsələn yolunu bir dəfə məsciddən sala bilər ya bir dindar qarşısına çıxara bilər və ya bu mövzu ilə bağlı bir kitab qarşısına çıxara bilər və s....

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
Zeyneb |

Salam, qible bir şeherde her evde eynidirmi? Cunki, biz kompasla qiblenj tapdiq sonra bize uzaq olan bir evdede ele gosterdi, bu haqda zehmet deyilse melumat vererdiz

Ответ / Cavab

Ələykissalam. Xeyr, eyni olmaya bilər. Ən yaxşısı qiblənamə ilə yoxlayın ya yaxınlıqda məscid varsa ordan oyrenin ya da hemin binada iki namaz qilan varsa, onlardan dəqiqləşdirin, yəni iki nəfər namaz qilan təsdiq eləsin eyni qibləni

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
Zeyneb |

Suallara cvb veren Hacı deyil duzdu? Eger Haci olmayanda cvb veren qardaşdirsa xoş gelmisiz, Allah razi olsun sizlerden

Ответ / Cavab

Hacı Kərbəla-Məşhəddə səfərdə. Çox sag olun, hədsiz təşəkkürlər...

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
sevda |

salam haci.allah sizlerden razi olsun.haci qebul olmuw qurban nezirini niyyet eden wexsin ozu aile uzvleri yeye bilermi?men qurbanliq adli kitabda oxumuwam ki,deyilme nezir qebul olubsa onu deyen wexsin ozu ve aile uzvleri yeye bilmez.wie mezhebli kitabdir,bu ne derecede doqrudur?

Ответ / Cavab

Ələykissalam. Təşəkkürlər.

Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. Hədislərdən məlum olur ki, İmam Zeynül-abidin (ə) və İmam Mühəmməd Baqir (ə) qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər (Əllamə Məclisi. Biharül-ənvar, 99-cu cild, səh. 296, 16-cı hədis).
Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi.

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
Xalide |

salam, necesiniz? ALLAH namazlarinizi, dualarinizi qebul elesin. bir sualim olacaq. ramazan ayi ne vaxt bawlayacaq? yeni orucluq.

Ответ / Cavab

Ələykissalam. AMİN, təşəkkürlər, bahəm. Təxmini iyunun 7-si

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
Lele 0115 |

Salam uzr isteyirem cox cox.. Qorunarak yaxinliqdan sonra qusul lazimdi? Yani men nece deyim hec bilmirem tam boshaadim, ama yoldashim boshaldi.. Yani anladiniz neyi deyirem!? Indi menede qusul dushur?

Ответ / Cavab

Ələykissalam. Bəli, düşür qüsl

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
Zeyneb |

Salam aleykum, zehmet olmasa menim ucun bir şeyi izah edin, burda nece defe oxumuşam ve xutbelerdede eşitmişem ki, pis niyyete, düşünceye gore sorgu sual olunmaz heyata kecmese, exlaq kitabinda bunun eksi yazilib ya men sehf anlayiram, muellif yazib, hesabat movzusu o qeder deqiqdir ki, hetta insan qelbindeki niyyetlerindende sorgu sual olunacaqdir, ve beqere 284. Siz ureyinizde olani zahire cixarsaniz da cixarmasanizda Allah ona muvafiq sizinle haqq hesab ceker, xais bunu izah edin, Allah razi olsun

Ответ / Cavab

Ələykəssalam. Mömin bir şəxslə bağlı Allahın rəhmətlərindən biri də budur ki, qəlbindən günah bir iş keçirə ki, məsələn filankəsi söyəcəm, döyəcəm, zina edəcəm, daha namaz qilmayacam.. nə qədər ki, bunu etməyib günah yazılmaz. Amma əlbəttə bir şəxs xəyalında naməhrəm birini fikirləşə bu olmaz və ya xəyalında belə bir naməhrəmlə zina fikirləşə, olmaz bu.

Задан: 2 Май, 2016 , Опубликовано: 30 Апрель, 2016
Dream |

Salam. Bəzən etmək isdediyim xeyirli şeyıer mene qismət olmur. Onda ele bilirem ki Allah meni sevmir cennete gedmeyimi isdemir. Nedi sebebi bunun? Özümü çox sevməyim?

Ответ / Cavab

Ələykəssalam. Məhz Allah sizi sevir ki, işlərinizə müdaxilə edir, hər istədiyinizi vermir. Quranda Allah buyurur ki, elə xeyirli bildiyiniz şeylər var ki, sizin ziyaninizadir. Hədislərdə var ki, o gün ki, gördün işlərin yaxşı gedir, problemlər yoxdur, qorx o gündən, demək nəsə günah etmisən ki, Allah üz çevirib səndən

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
Pərviz |

Salam dovlet Bankalarından Kiredit götürmək olar məslən Kapital Bank.?

Ответ / Cavab

Ələykəssalam. İstehlak kreditidirsə, olar, yəni nə isə əmlak almaq üçün pulunuz yoxdursa, borc verən də yoxdursa, olar. Digər hallarda isə icazəli deyil, məgər ki, bank qeyri-müsəlman bankı ola, yəni bankın sahibi əgər qeyri-müsəlmandırsa, olar, əlbəttə ki, yenə də əgər borc tapa bilmirsinizsə.

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
GuseynGv |

Essalamun aleykum donuz eti hagda Quranda bir soz var ? varsa sure ve ayeni deyin zehmet olmasa.

Ответ / Cavab

Ələykəssalam. http://www.quran.az/5/3/t2

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
Seymur |

Salam, zehmet olmasa Siqe duasin yaza bilersizmi? Cox sagolun

Ответ / Cavab

ələykəssalam. Risaləyə müraciət edin, çünki onun latinca yazılış formasını oxumaq kifayet deyil, ərəbcə düzgün və səhih oxunmalıdır. Ərəbcə bilirsinizsə, ərəbcəsin yazaq

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
mehriban |

salam demeli Heci size sual yazmisdim nashet qible haqqda siz de yazmisdizki qiblenin istiqametini qeyd edin,demeli men sag terefe conub dayanmaliyam eslinde ama bir qadinin sozuyle sola dayanirmisammiw }

Ответ / Cavab

Ələykissalam. Hacı təxmini 12-si gələcək, sualın əvvəlin bilmədiyim üçün düzgün cavab verə bilməyəcəm, üzrlü sayın

Задан: 30 Апрель, 2016 , Опубликовано: 30 Апрель, 2016
Damla |

Salam.receb ayin 27-si mayin necesine duwur?istihaze halinda oruc tutmaq olar qusl alib?cavab ucun onceden tewekurler..

Ответ / Cavab

Ələykəssalam. Mayın 5-ə. Ehtiyat-müstəhəb budur ki, istihazəli olan qadın orucdursa, bütün gün ərzində bacardığı qədər qanın gəlməsinin qarşısını alsın.

 

Məşhur nəzərə əsasən, kəsirə istihazəli qadının tutacağı oruc o zaman səhihdir ki, sabahı oruc tutmaq istədiyi bir gecənin məğrib və işa namazının qüslünü və həmçinin gündüzün də gündüz namazları üçün vacib olan qüslləri etmiş olsun. Amma onun orucunun səhih olmasında qüslün şərt olmaması uzaq bir nəzər deyildir. Həmçinin daha güclü nəzərə əsasən, bu qeyd olunan hökm mütəvəssitə istihazəli olan qadında da şərt deyildir.

Задан: 30 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Страница 1374 из 5746 << < 1370 1371 1372 1373 1374 1375 1376 1377 1378 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com