Страница 1376 из 5746 << < 1372 1373 1374 1375 1376 1377 1378 1379 1380 > >>
Əssəlamun aleykum |

salam.Quran tapsiranda kelmeyi teyyibede deyilir?Çereke kitabindan baxdim deqiq bilmedim.Allahh razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Onun  deyilməsi lazım deyil.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Bayram |

Salam Aleykum,Zəhmət olmasa sualımı cavablandırasız. Bilmək istərdim Zöhr Namazı və Əsr Namazını bir yerdə lakin, Zöhr Namazının vaxtı keçdikdən sonra Əsr Namazının vaxtında qıla bilərəmmi? Günorta Namazlarını Məğrib Namazı daxil olmamış Əsr Namazının vaxtında qıla bilərəm? Öncədən Təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, qıla bilərsiz. Amma bilərəkdən bu zamana kimi yubadılmasın.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Zeyneb |

Salam aleykum, 1, Namazin sozlerini deye deye ureyinde danismaq namazi batil eder? 2, secdede baş barmagi hansi formada saxlamaq lazimdir, 3, bir insan mene aciq verse ona qezeblensem qisqirsam ustune halalliq alinmalidirmi? 4, bes bir insani vursam nece, mes. Qardasim meni eseblesdirdi qezeblendim ona ve vurdum onu bele hallarda halalliq alinmalidirmi, (bilirem bunlarin hec biri yaxsi deyil ama arada ozumu saxliya bilmirem)

Ответ / Cavab

Aleykumussalam.

1.BAtil etmə, lakin qəlbinidə onların , dedikləriniin tərcüməsini keçirin.

2.Ayağin başbarmağı dik olmalıdır ki, dirnağın əti yerə dəysin.

3.Nalallıq o zaman  lazımdır ki, kiminsə haqqı pozulsun Əgər belə olubsa, halallıq alınmalıdır.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
lala |

Salam. Mənim 41 yaşım var. Valideynlərimlə yaşayıram. Ailə qurmamışam. Valideynlərin icazəsi olmadan kəbin kəsdirə bilərəm?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, siz oz ixtiyarinizla əqə daxil ola bilərsiz.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Nurlu Səcdə |

Salam.suallarım belədir:1)Bir işin alınacağı təqdirdə qurban deyilir (niyyət qurbanı)həmin qurban ətinin bölüşdürülməsi necə olunur və bu qurbanı kimlər yeyə bilməz? 2)Süd verən ana əgər oruc tuta bilməsə nə etməlidir bunun əvəzində,kəffarəsi nədir?kəffarədən əlavə tutmadığı günləri tutmalıdırmı?

Ответ / Cavab

Aleykumussalam.

1.Heç bir məhdudiyyəti yoxdur. Hər kəs yeyə bilər və neçə yerə istəsələr pay da edə bilərlər.

2.Onun kəffarəsi qəzadan əlavə hər gün üçün bir müdd təam(təqribən 750 qram) fəqirə verməkdir.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Farid95 |

Essalamu Aleykum ve rehmetullahi ve bereketuh.sizden xaiw edirem Allah rzasi ucun cavab verin sualima.men bir nece alimnerin cavabina baxmiwam ve cavab veribler ki namehremle daniwmaq olar eger harama duwmeyeceksen.yaxsi bes bu haram nedi?yani sirf cinsi elage zinani nezerde tutullar?axi xelvet yaziwmaqda haramdi.cox xaiw edirem bawa salin

Ответ / Cavab

Aleykumussalam.

Bəli, xəlvət yazışma, xəlvət olan yerdə  danışma, qəlbdə şeytənət yaadacaq sözlər danışma. və s

Naməhrəmlə zəruri adi sözlərdən başqa qadışma qadağandır.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Lala |

Sabahiniz xeyir . bizim teqvimde milad adlanir ? Hucret yani Allah onu peygember secenden? Coxsagilun

Ответ / Cavab

Aleykumussalam.

Yəni Məkkədən Mədinəyə köçəndən.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
... |

Salam.Heyzli olarken ayetel kursi oxumag ve Allaha dua etmey gunahdir?Ayetel kursini men yatmazdan evvel 7 defe oxuyuram,eslinde neche dege oxumag lazimdir?

Ответ / Cavab

Aleykumussalam.

Günah deyil.

Nə qədər istəsəniz oxuya bilərsiz.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Zeyneb |

İnsan yuxulu yuxulu gozleri baglanaraq gece namazi qilsa o namazin ne kimi deyeri olacaq?

Ответ / Cavab

Aleykumussalam.

Dəyəri olmamış olmaz. Ən azından yuxusuna haram qatıb, qlxıb Allahına namaz qılır.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Zəhra |

Salam hacı tam bitdikden sonra deyende yəni iqaməni deyib qutarandan sonra iki dəfə Əllahu Əkbər sonra lə iləhə illəllah və niyyət deyilir hər halda o Əllahu Əkbərdən sonra deyirsizdə elədir? Düzmü anladım?! Təşəkkürlər Allah razı olsun..

Ответ / Cavab

Aleykumussalam.

İqamə LA ilahə İlləllah ilə bitir.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Gunel |

Salam. Mən uşaq vaxtı yıxılmışam burnum sınıb. Və məndə o vaxtdan bəri nəfəs alma problemləri var. Bir dəfə çəpər eyriliyi üçün əməliyyat oldum lakin xeyri olmadı. Və mənə həkim plastik də məsləhət görür. Su lazım odur ki, mən burnumu plastik etdirsəm günah olar? Və birde islamda Qəbir üzerinde abidə qoymaq və ya hər hansı gösterişli qəbir daşlarından istifadə günah hesab olunur?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, günah deyil, haram baxma, haram tounma olmadan icazəlidir.

Artıq xərc edildikdə israf sayılar.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 29 Апрель, 2016
Əssəlamun aleykum |

Salam aleykum.Quranda vacib səcdlərdə deyilən zikir budumu?Cavabınız üçün Allah razı olsun. “La İlahə İlləllahu həqqən həqqa. La İlahə İlləllahu imanən və təsdiqa. La İlahə İlləllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi! Təəbbüdən və riqqa. La müstənkifən və la müstəkbirən, bəl ənə əbdün, zəlilun, zəifun, xaifun, müstəcirun!”

Ответ / Cavab

Aleykumussalam.

Bəli, odur.

Allah sizə yar olsun

Задан: 29 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
вася |

Ассламу Алейкум . в университете учительница берет взятки . можно выучит и сдать но можно деньги дать и не учить. грех ли давать деньги ?

Ответ / Cavab

Aleykumussalam.

Da eto qrex.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
Sevinc |

Salam Aleykum. Men bilmek isteyirem Islamda aktyorluq, rejisorluq seneti haram sayilirmi? Sistani agaya teqlid edirik. Onceden teshekkurler. Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Harama aid işlər görməzlərsə, xeyr.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
ano |

Salam, kreditle telefon almaq olarmi ?

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
Perviz |

salam eleykum zehmet olmasa deyerdiz bunlarin aclisi ne demekdir? 1.(ə) 2.(s.ə) 3.(ə.s)4.(s.ə.a.s)cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

ə və ə.s Əleyhissəlam, s.ə -salamullahi ələyh, s.ə.a.s- Səllallahu ələyhi və Alihi və səlləm.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
Aytac |

Selâmün Aleyküm. Mən bilmək istəyirəm ki,1 Receb ayı üçün oruc tutmaq bütün ay ərzində olar yoxsa sadəcə ilk üç gün? Yəni bunun savabları nedir? Və çox 2) Üzr istəyirəm məndə soyuqlama var və Üzr istəyirəm çirk gəlir. Dəstəmaz aldıqdan sonra bu cür axını gələrsə bu dəstəmazı pozur? Ya da namaz vaxtı namazı batil edir? 3) evde geyindiyim paltar ilə namaz qıla bilərəm? Onun pak olub olmadığını nece bilim? 4) dəstəmaz aldıqdan sonra edilən makyaj ilə namaz qılmaq düzgündür?

Ответ / Cavab

Aleykumussalam.

1.Bütün ayı da tutmaq olar. Səvabı da çox çoxdur.

2.Əgər çirkdirsə, o zaman dəstəmaza mane eyil.

3.TAm örtülüdürsə, bəli.

4.Qadağan deyil.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
Allah Bendesi |

Salam. 1.Bezi insanlar varki Kerbelani Kebeden ustun tutur.Bu doqrudurmu? 2.xalaqizi ile xalaoqlu uzun uzadi danisa bilərlərmi?

Ответ / Cavab

Aleykumussalam.

Kərbəla və Kəbə  bir biri ilə müqaisə olunası bir şey deyillər. Müqaisə edildikdə səh nəticələr alınar.

Artıq danışmaları  yəni qeyri adidən kənara çıxmaları düzgün deyil.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
Zəhra |

Salam hacı. Bir xətib xutbəsində buyururki, namazda iqameden sonra niyyeti dememis 3 defe istiğfar edin bilmek isterdim ki, bu iqamede sonda.Əllahu əkbər və lə iləhə illəllah arasında deyilir ya Əllahu Əkbərdən qabaq? Təşəkkürlər Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Tam bitirəndən sonra.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
bende |

salam bir qardaw var deyir ruhun isdeyi ve gosderiwi olmadan insan hetta hereket ede bilmez bu neqeder dogrudur? birdeki ancag sevgiden daniwir ne namaz qilir ne oruc tutur hec bir ibadeti yoxdur ele hey Allaha sevmekden daniwir onun eqidesi ne ola biler ?...evvelceden minnetdaram

Ответ / Cavab

Aleykumussalam.

Bu ruhun istəyinə bağlı deyil və onun Allaha eşq barədə danışdıqları sadəcə xəyaldır, həqiqət deyil.

Allah sizə yar olsun

Задан: 28 Апрель, 2016 , Опубликовано: 28 Апрель, 2016
Страница 1376 из 5746 << < 1372 1373 1374 1375 1376 1377 1378 1379 1380 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com