Страница 1406 из 5746 << < 1402 1403 1404 1405 1406 1407 1408 1409 1410 > >>
Zeyneb |

Salam aleykum, hardan oyrene bilerem, 1996ci ilde orucluq hansi aya dusub? Siz deye bilersiz?

Ответ / Cavab

Aleykumussalam.

Yanvar ayının 21 olmalıdır.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Rovwen |

salam heci ALLAHU EKBER deyende ekber sozundeki k herfi nece seslenmelidir? Kemale adindaki k kimi? Yoxsa kosmos sozundeki k kimi?

Ответ / Cavab

Aleykumussalam.

Kosmos sözündəki kimi.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
namia |

Salam haci haci oruc ne vaxt acilir sam namazinin vaxtinda yoxsa samda

Ответ / Cavab

Aleykumussalam.

ŞAm azanında oruc bitir.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
bəndə |

Salam Aleykum.Allah sizlərdən razı olsun.Belə 1sual veriblər mənə sizdən öyrənmək istərdim.Təzə anadan olmuş qız uşağıdı anası deyir 10suyuna salıb nə qüsulu verməliyəm ona?qüsulun necə verilmə qaydasını da yazardız zəhmət olmasa çoxsağolun.

Ответ / Cavab

Aleykumussalam.

Uşağa heç bir qüsl vacib deyil, qüsl vermək istəsələr müstəhəbb niyyətlə bunu edə bilərlər və qüslün qaydası bir cürdür.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Veli |

Bu gun subh namazini qilib yatdim ve gunorta namazindan qabaq oyandim ve qerara geldim ki,Receb ayinin evvel gunu ucun oruc tutum. Indide orucam. Orucum duzdurmu?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, düzdür.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
ilaxa |

Salam.men niwanliyam ve kebinimizde var.bilmek isdirem kebinli olarken artig er arvad sayilirig yeni qadin erine itaet etmelidi o huquq var indi menim ustumde?meselen men ondan xebersiz sosialda wekillerimi paylasiram icazesi yoxdu.kebinli oldugum ucun bu gunahdi mene?

Ответ / Cavab

Aleykumussalam.

Artıq bir biriniə məhrəmsiz.Sosial şəbəkələrə gəldikdə isə bu barədə onun sözləri ni icra edin. Qadınlarımız və qızlarımızın belə şeylərlə məşğul olmaları icazəli deyil.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
SәfәrӘli |

Assalamu aleykum. Dünyaya yenicә gәlmiş körpәyә on günlüyündә qüsl verilmәlidirmi? Dindә bununla bağlı hәr hansı göstәriş varmı? Әgәr varsa, qaydasını deyәrdiniz, zәhmәt olmazsa. Öncәdәn tәşәkkür edirәm.

Ответ / Cavab

Aleykumussalam.

Uşağın boynunda qüsl yoxdur, müstəhəbb niyyətlə qüsl edə bilərlər. Qüsl qaydası isə bir cürdür.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
xxxxxxx |

salam haci men xesteyem irsi xetelikdi mualice olacam Allah etmesin eger duzelmesem aile qurmaq isdemirem mene gore niye ovladim xeste olsun menim xesteliyin isdemirem ovladimda olsun aile qurmasam mene gunah yazilar?bide xais dua edin duzelim.sagolun

Ответ / Cavab

Aleykumussalam.

Sizi dua edirik, siz də dua etməkdən yorulmayin və heç vaxt naümid olmayın.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Resad |

Salam Aleykum Qardaş şefası mümkün olan xəstəlikdən şəfa tapmaq üçün hansı tuanı oxumaq lazımdır zehmet olmazsa yazardız Allah sizede yar olsun

Ответ / Cavab

Aleykumussalam.

Duaar kitabları var, onlara baxın.

Belə bir göstəriş verilib ki, ağrıyan yerin üzərinə sağ əli tutub 7 dəfə həmd surəsi oxunsun.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
n=n |

Salam, receb ayinin orucu ne vaxt tutulmalidi?? xususi gun var yoxsa ay erzinde tutmaq olar?/ onceden tewekkur edirem

Ответ / Cavab

Aleykumussalam.

Bütün ayı da tutmaq olar, istənilən günün də tutmaq olar və əvvəli, ortası və son 3 günlərini də tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Zeyneb |

Salam aleykum, meni bir şey narahat edir, mene sehf etmiremse kecen il, hamile qalmaqa gore hekime gedirdim, hekim mene yaxinliqdan sonra cimmek olmaz cunki uzr isteyirem maye axa biler ve hamile qalmazsan, namazlarina gore teyemmum et dedi, mende nece muddet qusl seraiti ola ola teyemmumle namaz qildim, sonra ayri hekim dediki cimmeyin ziyani yoxdu, ondan sonra yene qusl alirdim, indi bilmirem o halda qildigim namazlar ne veziyetdedi, xais aydinlasdirardiz

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda təhlükə ehtimalı var idisə, o zaman təyəmmümlə qılınanlar düz sayılar.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Hicran |

Salam. 1.Rəcəb ayının 3 gün orucunu axırıncı on günlüyündə tutulmalıdıır yoxsa. 2. 3 günlük orucu bir gündən bir tutmaq olar yoxsa ardıcıl tutulmalıdır. Çox sağ olun.

Ответ / Cavab

Aleykumussalam.

Elə də edə bilərsiz, amma ya əvvəl, ya orta ya da axır 3 günündə.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Zeyneb |

Salam aleykum,1, qadinlar miladi teqvimle necevyaşdan heddi bulug olurlar? 9 yaşmi yoxsa 8 yaş nece aymi? Qeza namazlarina gore sorusuram neceden hesablayim 2, suala gore uzr isteyirem, qadinlarda 9 yasdan heyz olmursa once heyz olmayan vaxtlarin namazini hamisini qilmalidirlar sonra ise her aydan adet vaxtlari qeder cixmalidirlar?

Ответ / Cavab

Aleykumussalam.

1.Miladi ilə 8 yaş 9 aylığından.

2.O zamana qədər heyz olmasalar da namazları vacibdir, qılınmayıbsa, qəza ediləcək.

Adət günlərini isə toplayıb ümumi saydan çıxacaq.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
No Name |

Salam namazı 3 dəfə qılmaq daha fəzilətlidi ya 5 dəfə?

Ответ / Cavab

Aleykumussalam.

Heç bir fərqi yoxdur.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
... |

Salam aleykum, Ehli beyte qisa ve duzgun salam nece vermek olar? Xais eirem yazardiz

Ответ / Cavab

Aleykumussalam.

Əssəlamu ələykum Ya Əhlə bəytin-Nubuvvə, və rəhmətullahi və bərəkatuh.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
RehmanHesenli |

Salamaleykum.Saytda gosterilen namaz vaxtlarinda ozumuzden 1 saat elave etmeliyik?(Yay vaxtina kecid olmadigina gore) evvelceden tewekkur.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olduğu kimi qəbul edin.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Lala |

Nazik qolfide olmaz geyinmek? Geyinirsen sadece gorukur. Men ele bilirdim olar ( ele demiwdiler mene((((( tam qalin geyinmek lazindir ? Kiwi corabi kimi qalin he ?

Ответ / Cavab

Aleykumussalam.

Məsələ nazik qalınlıqda yox, ayağın görünüb görünməməsindədir.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Veli |

1.Ateistle el ile gorusende destemaz ve qusl pozulurmu? 2. Bes ateisle gorusende eli yas olsa nece destemaz ve quslu pozurmu?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, pozulmaz, amma əli ya sizin əliniz yaş olarsa, nəcis sayılacaq, yumaq lazımdır.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
namiq |

Haci Salam haci nen namazdan sonra deyirem ki xanim fatimeyi zehranin ziktin edirem vaciben ilellah sonra 34 defe allahu akber 33 defe elhemdullilah ve 33 de subhenallah deyirem bu duzdur bes basqa ne zikr ede bilerem komek edinde

Ответ / Cavab

Aleykumussalam.

Bu iş vacib deyil və niyyətdə qurbətən İləllah deyilir. Sayları isə düzdür.

 

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
namiq |

Haci Salam menim bir is var idi dedim ki bu is duzelsin insallah 6 gun oruc tutacagimi niyyet elemisdim.indi ise receb ayinda oruc tutmag savabi boyuk oldugu ucun isteyirem ki 6 gunku niyet etmisdim ki oruc tutacam onu saxlayib receb ayi ucun oruc tuta bilerem sonrada biyyet elediyim orucu tutun birde bu ayda orzc tutanda niyyet nece olur

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, rəcəb ayında oruc olmaq istəsəz ya qəzalarınızı ya da həmin bu nəzr etdiyiniz tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2016 , Опубликовано: 11 Апрель, 2016
Страница 1406 из 5746 << < 1402 1403 1404 1405 1406 1407 1408 1409 1410 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com