Salam Aleykum Mən 1 həftədir ki namaza başlamışam oxumuşdum ki dəstnamaz alanda birinci sağ ayağa məsh çəkilir sonra sol amma birinci sol ayağa məsh çəkmişəm bilmədən.qıldığım namazlar batil sayılır?
Salam. Sualım Receb ayı baresindedir. Orucu mütleq ard-arda tutmaq lazımdır yoxsa bir hefteden bir olsa mümkündür? he birde ki, men o Namazı qıla bilmedim daha doğrusu anladım qılmağı bunun günahı varmı? Ve ya başqa bir zaman qıla bilerem?
Salam.InsAllah iyulun 9u imtahanimdir.imtahana hazirlasiram diye iyun ayinda oruc tutmasam sehv etmis olaram?deyirem birden halsiz olaram guclu oxuya bilmerem
Salam Aleykum. 1.Sessiz Qılınan Namazlarda niyyeti ve Tekbir sessiz deyilmelidi sesli Qılınan Namazlarda sessiz? 2Receb ayında vacibdir Oruc tutmaq ve Bu aya Mexsus Namazları Qılmaq? 3.Defterin ve ya Kitabın icine Ya Allah ,Allah Mehemmed Ya Eli yazıram icazelidir? 4Allahın adı olan yazıya destamaZsız toxumaq olmaz dedikde yalnız Quran Kitabında olan yazılar daxildir yoxsa diger defter ve ya kitablardakilerede? ALLAH RAZI OLSUN HAQQINIZZı Halal edin
Ответ / Cavab
Aleykumussalam.
1.Namazlarda səsli ya səssiz deyilmə ancaq qiraətə aiddir. Yəni həmd və surəyə.
2.Vacib deyil, lakin çox böyük savabı var.
3.Bunu etməyin, sonr oları atmaq məcburiyyətində qaldıqda harama düşərsi.
Salam hacı. Dediz namaz haqda məfatinul cinan kitabinda var. Ama heyifki tapa bilmədim( ama bir şeyden başqa ki bilmək istərdim hər gecə bu namaz qılınır ya hər gecənin namazı ayrıdır? Məğrib namazından sonra iyirmi (iki-iki) rükət namaz qılmaq; hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini oxumaq lazımdır. Hər kəs bu namazı qılsa, özü, ailəsi və mal-dövləti qəbir əzabından amanda olar və Sirat körpüsündən işıq sürəti ilə keçər. Əvvəlcədən təşəkkürlər. Allah razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Bu birinci gecənin namazıdır.
Qeyd edilənlərə yetişmək üçün bu ayda oruc tutun və bu fürsəti əldən verməyin.
Salam hacı. Yazmısız qəzaya hansılar düşüb onlarıda qəza etməlisiz yəni 9 dan 15 yaşıma kimi orucumu qəza orucu kimi tuta bilərəm ya 14 15 yaşda tutduqumun qəzaya gedən 2 həftəsin tutmalıyam? Bir daha Qeyd edim kiii, əmin deiləm o zaman tam riayet etmişəm ya yox yəni indi bilirikki, bəzi şeylər orucu batil edir o vaxtı bilmirdim ki ola bilər ki onlari etmis olum xaiş tam cvblayın. Hacı xaiş edirəm deməyin qeyd etdiyimiz kimidir. Çunki qeyd etdiyinizi anlamadım. Bağışlayın hər sözü bir defede sırf deqiq anlayacaq elmə malik deiləm ona gore suali tekrar tekrar verirem ki, beynimde qaranlıq heçne qalmasın. Əvvəlcədən təşəkkürlər. Allah razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Əgər batil olduqlarına yəqinliyiniz yoxdursa, düz qəbul edəcəksiz. Yəni həmin orucları düz biləcəksiz.
Salam aleykum.Belke bu suallar bura aid deyil,amma son zamanlar gorduklerim,internetden oxuduqlarim mene pis tesir edir,bezi insanlar nece olub ki,insan olmaqdan bu qeder uzaglawib,namus,qeyreti laga qoyurlar,bunlar niye bele meqaleler yazir,kime qulluq edirler,ister istemez gorurem,oxuyuram ve bir muddet bunlarin tesirinden cixa bilmirem.
Ответ / Cavab
Aleykumussalam.
Şeytan bekar deyil və heç vaxt da insanları azdırmaqdan dayanmayacaq.