Страница 1412 из 5746 << < 1408 1409 1410 1411 1412 1413 1414 1415 1416 > >>
Salam |

Size yazmiwdim bidefe hamile oldugum halda yoldawimin el qaldirmasini.. Dunen duwuk riskiyle tecili hekime catdirildim. Uziden kecdim ve artiq 2hefte imiwki balamin ureyi dayanib ve inkiwafdan qalib. Onu itirdim. Ozume gele bilmirem. Abort elediler. Deli kimiyem. 2ayi bitmiwdi 3cu ayin icinde idim.. Onun ruhu meni gorurmu? Yanima gelib hec anasina baxir indi bes? Meni izlirmi balam? Men cox berbad haldayam indi onsuz..

Ответ / Cavab

Aleykumussalam.

Səbr edin, Alllah səbr  edənlərlədir. İnşaALlah başqa pay verər.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
ilqar |

Salam.Sualım belədir.Səfərdə idim qəsr Namazı kimi qılmalı olduğum zöhr və əsr Namazı qəzaya qaldı.hal hazırda evimdəyəm.Qəza Namazını necə qılmalıyam Qəsr Namazı kimi 2 rükət yoxsa 4 rükət? Çox sağolun.ALLAH sizə yar olsun.

Ответ / Cavab

Aleykumussalam.

Qəsr şəklində qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Lala |

Axsaminiz xeyir . butun nastraenim korlanib. Tezyiqim duwub 90,50 qizdiriram birden bire 37,5 ve heyzin elametleri var elebil. Qusl vermiwem seher oruc olacagima niyyet etmiwem. Eyer heyz olmasan qizdirmali halda oruc tuta bilerem? Qizdirma maksimum neche olsa tutmag olmaz oruc ? (((

Ответ / Cavab

Aleykumussalam.

Zöhrə qədər saxlaya bilməsəz, pozarsız. Heyz olsaz oruc özü pozulacaq.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
salam aleykum |

Mene ele gelir ki,her gun cirkinlewen insanlar bir az daha coxalir,ateistler,deistler,homolar ne bilim her nov adam var,oz eqideleri ozleri cavab verecek....Amma bunlar utanmadan dini,adetleri,umumiyyetle butun xalqi tehqir etmekden cekinmir,bir deyil,iki deyil,yoluxucu mikrob kimidirler,bu da Qiyamet elametidir,hedislerde bu haqda nese var

Ответ / Cavab

Aleykumussalam.

Onları kənara qoyub özümüzlə ALlahın arasını düzəldək

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Leyla |

Salam.bes kisiler uzlerini neynen qirxsinlar?

Ответ / Cavab

Aleykumussalam.

Kişilərin üzündə tük olmalıdır.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Zeyneb |

Salam aleykum, qardasimda ayetel kursi var qara cokol icindedir satisda var almisiq, onnan ayaqyoluna gire bilermi?

Ответ / Cavab

Aleykumussalam.

Aşkarda olmasa eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
EniH |

Qeyd edək ki, bəzi alimlərin fikrincə, Qərbin böyük mütəfəkkirləri kimi tanınan Aristotel, Platon, Sokrat kimi şəxslər də peyğəmbər olmuşlar və öz ümmətlərinin islahı üçün çalışmaqla əslində peyğəmbərlik vəzifəsini icra etmişlər.....Bunnar Peygember olubki? bU sEHIFeden acib oxumusam

Ответ / Cavab

Aleykumussalam.

Heç biri peyğəmbər olmayıb və belə iddiada da olmayıblar.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Zehra |

Salam.bacim imtahana gedende cox heyecanli olur bildikleride yadindan cixir. Heyecanin azalmasi ucun hansi dua oxumasini meslehet gorersiz? Onceden tewekkurler

Ответ / Cavab

Aleykumussalam.

Allahın adlarını zikr edin.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Zəhra |

Salam hacı. InşəAllah Allah qismət etsə rəcəb ayında qəza orucum var tutacam bilmək istərdimki niyyət ederken nə deyilir?! Qəza orucu tuturam qurbətən ilƏllah?! Əvvəlcədən təşəkkürlər. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, qəza niyyəti ilə tutacaqsız.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Gerib Xanim |

SalamAleykum.Men Rasiyada yawayiram ve uwaga gore pensiya aliram.Hemen puldan cuzi migdarda ziyarete yigmag niyetti ile banka goyuram,caliwirm her ay goyuram.Bankda faissiz goymag olmur ve men faizi cixarib xercleyiremki,pulu goruyum.Sizden meslehet isteyirem,faizini cixariramsa bankdaki pul haram deyil?TWK

Ответ / Cavab

Aleykumussalam.

Pulu qorumaq məqsədi ilə qoyursuzsa, eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Zeyneb |

Yazdiniz ki, Receb ayinin musteheb quslunu bu gecede almaq olar, bes sabah zohredek almaq daha yaxsidir ya bu gece almaq? Hansini daha savabdir onu ederem insAllah

Ответ / Cavab

Aleykumussalam.

Bu axşam alsaz yaxşıdır.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Salam aleykum |

3 və 4 arasında şəkk olduqda namazın 4 olduğuna qərar veriləcək, namazın salamları deyilib bitəndən sonra namazı pozan bir iş görmədən qalxıb bir rükət ehtiyat namazı qılınacaq. Nece qilinacaq? cox tewekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Ehtiyat namazı niyyəti qəlbdə edilir, təkbir deyilir, ancaq həmd surəsi oxunur, ruku və səcdələr, təşəhüd və salam.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Ceni |

Salam Aleykum. Receb ayinin ilk gunu ucun qusul alanda nece niyyet olunur? birde men kendimizde gedirem atamin mulku var orda. hemcinin qohumlarimin evleri var. Men orda sefer namazi qilmaliyam ya normal namaz? Sonuncu sualim, Sabah oruc tutmaq isteyirem kendde olacam tuta bileremmi ? onceden tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Bu günün müstəhəbb qüslünü verirəm deyin.

Səfər qılacaqsız.

10 gündən az qalacaqsızsa tuta bilməzsiz.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
islam. |

Salam Haci qardaw.MEN DUNEN CIMMIWEM QUSL ALMIWAM.ORUC TUTMAQ ISTEYIREM RECEB AYININ ILK GUNUNU.BU AYDA ORUC TUTMAQIN SAVABI COXDUR.NECE NIYYET OLMALIDIR,QEZA ORUCU OLANLARDA TUTA BILERMI,CIMMEYE EHTIYAC VARMI? ALLAH SIZDEN RAZI OLSUN.TEWEKKURLER.

Ответ / Cavab

Aleykumussalam.

Ancaq qəza niyyəti ilə tutacaqsız.

Çimmək vacib deyil.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Lamiye |

Salam Allah yolunda shehid olanlar Allahin sevimli bendeleridir.bes muharibede veten ugurunda olenlere aid deyil?Allah yolunda nece sehid olmaq olarki nese dini muharibede?

Ответ / Cavab

Aleykumussalam.

Onlar da vətən şəhidləridir və böyük savabları var.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
..... |

Cox sagolun onda qeza orucu niyetile tutacam bes .bes subh namazin vaxtibdan evvel yeyib qutarmaliyam ?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, sübhdən əvvəl qurtarılacaq, məğribdə iftar ediləcək.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
AllahBendesi |

Salam Aleykum birdaha ikinci sualım belədir.İçki süfrəsində əyləşmək namazı batil edirmi?

Ответ / Cavab

Aleykumussalam.

Bu haram işdir, lakin namazı batil etməz, savabını apararar.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
12345 |

Salam.kimese yasin oxumaq istesem uzunnrn oxuya bilmrdiyim ucun niyyet edib evezinde youtube da videosun tapib oxutdursam sona kimi olar ele!

Ответ / Cavab

Aleykumussalam.

Gərək oxuna.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
.... |

Salsmun eleykim. Receb ayinin orucu nece tutulur mumkunse deyerdiz. Niyeti nece olur seher sat neceden tutulmalidi ?

Ответ / Cavab

Aleykumussalam.

Əgər boynunuzda qəza varsa, ancaq qəza niyyətiylə oruc tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Lala |

Cunku biz goruwmuruk. Menden olsaydi atamdi gedib lap yalvararam ona. Men getsem meni qovar inanin. O anasindanda kusmuwdu 10illerle getmedi yanina. Anasi olum ayaginda qardawlari gelib apardilar onu anayla vidalawmaga. Dimeyim odurki kusurse eyer bariwmag bilmir . :((((

Ответ / Cavab

Aleykumussalam.

Siz öz tərəfinizdən addımınızı atın. Qəbul etməz, onda  öz vəzifəsi öz boynunda qalar.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2016 , Опубликовано: 8 Апрель, 2016
Страница 1412 из 5746 << < 1408 1409 1410 1411 1412 1413 1414 1415 1416 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com