SALAM HACI BIR YUXU VAR MENASIN DEYE BILERSIZ?Yuxuda ruhum cixmiwdi bedenimden ve hardansa berk quran seslenirdi o qeder berk idi ki divarda guclu iwiq var idi meni ora cekirdi amma qayitdim ve oyanib gordum ki aglayiram.bu ne demek olar sence?
Ответ / Cavab
Aleykumussalam.
Üzürlü bilin, yuxu yozma bilmərik və buna etinna da etmirik. Məsləhətimiz də yuxulara fikir verməməkdir.
1.salam namaz qilarken sekk edirem 1 2 ruket arasi 2 3 ruket arasi 3 4 ruket arasi hancindayam bele sek yaranir 1 deyem ya 2 de bun kimi sekk yaranir 2.ruku ya secde etmiwemmi bun kimi 1 2 3 4 bun kimi 3.secdede necedefe subhanallah demiwem bun kimi tewekkurler
Ответ / Cavab
Aleykumussalam.
1) 1 və2, 2 və 3 arasında olan şəkk namazı batil edər.
3 ya 4 rükət arasında olma şəkki gələrsə , o zaman qəsdinizi 4 rükət iolmasına qoyacaq, namazı bitirəcək və salamları deyən kimi namaı pozan bir iş görmədən qalxıb bir rükət ehtiyat namazı qılınacaq.
2)Ruku ya səcdənin edilib edilməməsi şəkki zamanı keçəndən sonra olarsa, bu şəkkə fikir verilməyəcək.
Salam Aleykum.Bayramınız mübarək.1)Mən Sistani Ağaya təqlid edirəm.Qətiliklə olmaz qızla oğlanın yazışması haramdı?cəzası nədir bunun?Heç ayda 1dəfə də olmaz?(1-1mizi yoldaş olaraq istəyirik ciddiyik).2)Mən bunu qarşı tərəfə dedim ama danışdım da mənim cəzamı verəcək Allah?3)Ona demədən kontaktdan da,dostluqdan da çıxartdım onu nə zamansa yazsa cavab vermiyim də hə?4)Qismətimdə varsa bu insan biz birbirmizi görməsək də,danışmasaq da çıxaracaq zamanı gələndə Allah?İstixarə etdirmişəm xeyirli gəlib.Əgər ciddiləşsə münasibət xəvət olmuan yerdə görşüb danışmaq olar gələcəymizlə bağlı?5)Hacı mən necə dua edim?Çox istiyirəm onu ama laqeyd hərəkətdəri incidir.Deyim Allah ya unutdur?ya ömrümə yaz?bağlanmışam bu sıxıntılardan pis fikirdən qurtulmaq üçün hansı duaları oxuyum?Dua edin məni xaiş edirəm işim düzəlsin.
Bir nefer olmemisden qabaq butun var dovletin bir ovladina ve ya basqa birine bagislaya biler? Yeni var dovletin bagislayandan sonra basqa ovladlarina hecne qalmayacaq. Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Bu qəbul olunmaz bir haldır. İslam bunu düz bilmir.
Salamun aleykum.İslam.az kollektivinin hamisinin bayramlarin tebrik edir ve hamisina Allah yolunda bizlere xidmet etdikleri ucun Allah hamisindan razi olsun.Allah ruzilerinizi bol omurlerinizi uzun elminizi dahada cox sebirlerinizi genis vehdetinizi daimi etsin.
Ответ / Cavab
Aleykumussalam.
Bütün kollektivimiz adından bütün oxucularımıza və bütün həmvətənlərimizə bu gözəl günlərin təbrikini çatdırırıq.
Salam aleykum Haci,imam Elini eleyhisselam ibn Mulcem lenetullah şehid edib, bes kimin emri ile?
Ответ / Cavab
Aleykumussalam.
Bu iş əmr ilə olmayıb. Bu məlun xəvaric qalıqlarındandır. Onlar (3nəfər) Kəbədə əhd bağlayırlar ki, 3 nəfəri,- hərəsi bir nəfəri qətl edəcək. İbn mUlcəm də İmam Əlini qətl edəcəyinə əhd etdi. O biri iki nəfər Əmr ibn ası, və muaviyyəni öldürəcəklərinə əhd etdilər. Bu iki nəfər dediklərini icra edə bilmədilər. İbn mulcəm lənətlik isə Kufə munafiqlərinin yardımı ilə bu dəhşətli cinayəti icra edə bildi.
bir oglanin hansisa Xanimnan xoshu gelse onunla ciddi munasibet qurmaq isdese ilk gorusu nece olmalidi axi diyirler danismaq olmaz gunahdi bes nece elemey olar dinde nece tanisliq olurki men bilmirem izahli yazardiz....haqqimi Halal ele ALLAH Razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Əgər həmin xanımın bu danışığa razılığı olarsa, xəlvət olmayan yerdə ciddi söhbət edə bilərlər.
Essalamu Eleykum. Sual - Ceferi mezhebi sunne tarixine gore 5-ci mezheb sayilir. men ozum shiyeyem. Amma ki, meni bu soz bir az cashdirdi. Axi biz Ehlibeytin yolunu davam edirik ve Hezret Eli Eleyhissalam davamisiyiq. Nece olur muselmanciligi birinci gebul eden kishinin davamcisi olan eqide 5ci ola biler ? ona birinci mezheb hansi olub ve nece esaslanir Ceferi mezhebinin dogrulugu?
Ответ / Cavab
Aleykumussalam.
Bunu deyən heç olmasa məzhəblərin yaranma tarixindən xəbəri varmı? İlk əhli sünnə məzhəbi yaradanlar İmam Sadiqin tələbələri olublar. Bunu heç olmasa bilirlər.
Salam. Bir qiz var menle mubahise edir, deyiremki men ona bakire qiz aile heyati qurmazdan evvel kebine gederken atasinin raziliqi olmalidi yoxsa o kebin sayilmir. Oda deyir ele wey yoxdu. Kebinde wahid olmur. Mende deyirem bakirede lazimdi. Sonradan ere gedib bowanmiw geline ise lazim deyil. Xaiw edirem mene deyir Quranda aye sure de mene subut eleki bakireye atasinin raziliqi ile kebin lazimdi. Men buna ne deyim hardan ne oxusunki sussun. Men bu melumati bu saytdan oyrenmiwem duzu. Mene bir kitab yada Quranda bu haqda aye ve sure varsa deyin subut edim ona. Twk
Ответ / Cavab
Aleykumussalam.
Onun nə qədər dini savadı var ki, ayə tələb edir? Siz ona deyin ki, əvvəl namazın 17 rükət olması və hansı namazın neçə rükət olması(namaz ki, bütün əməllərin başıdır) barədə ayə gətirsin göstərsin, sonra nə barədə istəsə ona ayə göstərəcəyik.
İzahlı şəriət məsələləri kitabında bu hökmlər var.
salam kişinin hansı qadınlar üzərində haqqları var məsələn arvadı qızı ? bacısı və digər qohumlarda haqqı var? haqqı yəni işlərinə qarışmaq nəzərdə tuturam
Ответ / Cavab
Aleykumussalam.
Haqqı dedikdə yəqin ki, hökmü var demək istəmisiz. Ancaq xanımı, qızı və nəvəsi.
İşlərinə qarışmaq olmaz, həddləri qorumaqda, ALlaha ibadət işlərində hökm edə bilər.
Bir daha Salam hacı. Mənim oxuduğum yerdə nas və fələq sürəsi idi ama saytınızdan fələq və nas olaraq oxudum. Doğrusun bilmək istərdim. Nas və ya fələq hansının əvvəl deilməsi namazı pozarki? Təşəkkürlər. Allah razı olsun.
Salam hacı. Bayram namazı haqda sual vermişdim, səhər qılınmasını demişdiz təqribən saat neçədə ki? Birdə bayram namazında qunut tutulur? Tutulursa sadece salavat zikri deməy yetərlidirmi? Təşəkkürlər. Allah razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Yuxudan durandan sonra günortaya kimi qıla bilərsiz və qunut tutmaq da müstəhəbdir. Qunutda salavat zikri edə bilərsiz.
Salam Aleykum. Bilirəm lazımsız bir sualdır bəlkədə ama bilmək istəyirəm ki,Dində üzün təmizlənməsi üçün müəyyən yaş qeyd olunub? Allah Razı olsun Haqqınızı halal edin
Ответ / Cavab
Aleykumussalam.
Həddi buluq olduqdan sonra u haram günah kimi yazılar
uzr isdyrem...1)necis ayagima deyse suynan uzerine vursam kifayet edermi yoxsa Elimle yumaliyam? 2) Namaz adinan isdifade eden insan onun haqqinda kimese danissamki " bu insan tehlukeli insandi " qeybet sayilirmi cunki cox qorxuram Dinin icinde yalancilar olur...eger olmazsa tovbe edirem
Ответ / Cavab
Aleykumussalam.
1.Əgər krantdan gələn suyu ora tutsaz, nəcis aradan gedəndən sonra oradan axan su oranı pak edəcək.
2.Heç kəsin təhıükəli olması yəqin olmayınca, arxasıyca bunu demək düz sayılmaz.
Assalam alaykum.namazın qəzası haqda öyrənmək istəyirdim.yəni qəza qılınması haqda dəlil varmı.çünki çox veriblər bu sualı mənə quranda varmı sübutu varmı?dəlil gətirərdix zəhmət olmasa.əvvəlcədən təşəkkür.assalamu alaykum.
Ответ / Cavab
Aleykumussalam.
Bu hədislərdədir və bunu ağıl da təsdiq edir. Hər şey quranda yazılmaz. Qəza vacib olmasaydı məsələn yatıb yuxuya qalınan sübh namazı da qəza istəməzdi.