Страница 1447 из 5746 << < 1443 1444 1445 1446 1447 1448 1449 1450 1451 > >>
EniG |

Haci....Size Ummul Bələd Nikinde yazi yazan insanin Sozune baxdim Shirk Haqqinda... Ehlibeytin (s.a.a.s) xosh ve sehid gunlerinde oluram Ya Huseyn ve yaxudaa Ya Eli Diyilende men Shekke Dusurem indi men Mushrikem? ama dilim gelmir Diyem Sixiliram cunki Qorxuram ki ALLAHDAN Bashgasini cagiriram ...Bu Haqda Melumatlandirasiz ALLAH Komeyniz Olsun...

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bu şirk deyil. Bu məntiqlə onda gərək ata anamızı,  bacı qardaşlarımızı və umumilikdə heç kəsi çağırmayaq.

Allah sizə yar olsun

Задан: 20 Март, 2016 , Опубликовано: 19 Март, 2016
murad |

salam. üzü lezva ilə qırxmağın hökmü nədir.ayətullah Xamenei təşəkkür edirəm

Ответ / Cavab

Aleykumussalam.

Üzün tükünü lezva və bu kimi şeylərlə dibindən qırxmaq vacib ehtiyata görə haramdır.

Allah sizə yar olsun

Задан: 20 Март, 2016 , Опубликовано: 19 Март, 2016
##gunaydin |

Assalamun Aleykum.bir qizlar oqlan sevirlersr ve fikirlerinde ciddidirlerse Heqiqeten bu zaman onlar gunaha girirler Kebine girmemisden qabaq? FIKIR ciddidi ve ikiside Imanli biridir .

Ответ / Cavab

Aleykumussalam.

Fikirləri ciddidirsə ailələri bu işə qatışsın, qız nişanlansın və qızın atasının razılığı ilə kəbin oxunsun. Ondan sonra bir birlərinə halal olurlar.

Allah sizə yar olsun

Задан: 20 Март, 2016 , Опубликовано: 19 Март, 2016
..... |

Salam Aleykum. Camaat Namazı qılarkәn Şam Namazında "Әssәlamu әleykum" dedim amma әslindә "Әssәlamu әleynә" demәliydim. Sonra srazu sözümü düzәltdim, mәn sәhv sәcdәsi etmәliydim? İndj etsәm olar? Vә necә edilir? ALLAH razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Buna səhf səcdəsi yoxdur.

Allah sizə yar olsun

Задан: 20 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Gulnar |

Assalamun Aleykum.Qardasim 13 yasin icindedi. Namaz qilmaqi cox heddinnen artiq cox isteyir. bildiyimize gore 14den baslamalidi.Tez baslaya bilermi?? 2. Fatihe suresinde YEVMIDDIN DEYILIR YOXSA YAUMIDDIN??

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, qoy qılsın.

2.İkincisi düzdür.

Allah sizə yar olsun

Задан: 20 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Lala |

Salam Axsaminiz xeyir . bayraminiz mubarek.. Sabah bayram namazini qilmag mutleqdi ? Saat neceye kimi qilinmalidir ? Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, mütləq deyil.

Allah sizə yar olsun

Задан: 20 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Nihad |

Salam Aleykum. Bayram Namazi Qilmaq vacibdir? Allah Razi olsun. Haqqinizi halal edin

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, vacib deyil.

Allah sizə yar olsun

Задан: 20 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Sual |

Salam aleykum. beyaq cimdim cixdim, ayagimi pastelin ustune qoydum, daha sonra cekdim, gordum ele bildim ayag barmaglarimin alti yas pedib pasteli, sonra quru oldugun anladim, yas elle toxundum sireli deyildi, meni iyi gelmirdi, kohne geyindiyim salvara baxdim meni izi yox idi, men de bir sefer olmusdu meni gelmisdi amma oyanmamisdim, indi bilmirem qusl vermeliyem? Ve ya qezalari qilmaliyam. Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgə məninin xaric olması yəqin deyilsə, qüsl vacib olmaz.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Ummul Bələd |

Salam həci. Mənə aydın oldu ki, şirk çox geniş bir məfhumdur. Hətta insan özü bilmədən bir söz söyləyə bilər və bu da şirk ola bilər. Kəhf surəsində 35 ayədə: "O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.". Yəni şübhə etdi. 42 ayədə isə " Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”". İnsan şübhəyə düşüb amma müşrik olduğunu etiraf edir. Hərçənd ki, burada insan bütə ibadət etmirdi, amma yenə şirkə düşdü.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu çox çətin məsələdir və hətta bunu qaranlıq otaqda, qara daşın üzərində qara qarışqanın ayaqlarına baxmaq və görmək qədər  çətin olması qeyd edilib.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
SalaM |

Salam aleykum,men qonag sevmirem,ne getmeyi,ne de bize qonag gelmesini isteyirem,qohumlarin coxunu gormeye gozum yoxdur,gelirler,her seye bir soz deyirler,onu bele et,bunu bele et.Aqressivem,hec soz goture bilmirem.Indi esitmisem ki,bayramda qohumlar gelecek,narahatam,fikir edirem.

Ответ / Cavab

Aleykumussalam.

Siz bu pis xasiyyəti özünüzdən tam olaraq uzaqlaşdırmalısız.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Xədicə |

Salam. Bir yerdə Novruz bayramı namazı haqda oxudum. "Novruz bayramının namazı, 4 rükətdir iki dəfə 2 rükət. Birinci namaz:1-ci rükətdə, həmddən sonra 10 dəfə qədr sürəsi. İkinci rükətdə həmddən sonra 10 dəfə kafirun sürəsi. İkinci namaz: 1-ci rükətdə həmddən sonra 10 dəfə ixlas suresi, 2-ci rükətdə həmddən sonra 10-dəfə nas və fələq süresi oxunur. Namazdan sonra şükr səcdəsi və səcdədə dua edənin 50 il günahı bağışlanır. «Vəsailuş-şiə. Cild 3 səhifə 288.hədis 01» " bu doğrudur? Elədirsə, 1 bu namaz sabah qılınır? 2. 2-ci namazda qeyd edilən 10 dəfə nas və fələq sürəsi, həmd sürəsindən sonra 10 dəfə nas sonra 10 dəfə ixlas sürəsi oxunur. Təşəkkürlər. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, doğrudur və bunu sabah  səhər qılmaq lazımdır.

2.Bəli.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Q. Məmmədov |

Salam hacı. Sualım budur: firqələr arasında şiələrdən başqa siğəni halal görən varmı? Çünki əhli sünnədə bunu bilirəm ki, birmənalı şəkildə siğə haram və zina sayılır( hənəfi, şafi, maliki, hənbəli, sələfilər, hətta təkfirçilər də). Ümmətdə firqələr çoxdur. Ona görə sual verdim?

Ответ / Cavab

Aleykumussalam.

Şiə və sünni məktəbi var. Şiə halal bilir, əhli sünnə isə yox.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
nurane |

salamaleykum cenabet qusulunu verenden sora bir bas namaza getmekolarmi ya yeniden destamaz alinmalidirmi? BIRDE CENABETLI HALDA TEYEMMIM EDIB NAMAZ QILMAQ DUZGUNDURMU TWK

Ответ / Cavab

Aleykumussalam.

Cənabət qüslündən sonra dəstəmaz alınmaz.

Əgər qüsl almağa heç bir imkan və şərait yoxdursa, o zaman təyəmmüm düz sayılar və onunla ibadətləri icra edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Mahir |

Salam Haci. 1.Men yolda gederken sakit sesle ve ya ureyimde bildiyim Quran surelerini oxuyuram. Bilmek isterdim ki oxumazdan evvel niyyet etmeliyemmi ? 2.Niyyet ederken Megrib ve Isha namazlarinin yerine Sham ve Xifte namazlarinin deyilmesi duzgundurmu ? 3.Bezi sehabeler bu qeder xeta edibse neye gore ehli sunne terefinden bu qeder cox sevilir ? 4.Secde ve Ruku zamani 3 defe Subhanallah dedikden sonra elave olaraq salavat da demek olarmi ? 5.Maide suresi 3- Qedir Xum hadisesinden derhal sonrami nazil olub ? 6.Xaish edirem ailem,envaatim ve menim ucun de Namazlarinizda dua edin. ALLAH razi olsun sizlerden , minnetdaram.

Ответ / Cavab

Aleykumussalam.

1.Nə niyyətini soruşursuz. Sadəcə Quran oxumaq üçün xüsusi bir niyyət lazım deyil.

2.Eybi yoxdur.

3.Bu onların  problemlərindədndir.

4.Olar.

5.Bu məsələ tam bitdikdən sonra.

6.İnşaAllah.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
valida |

Salam.Heyat yoldasimla hec yola getmirik.Eseblesen kimi meni oldureceyi ile hedeleyir.Hansi duani oxuyum ki tesirli olsun.Meni o qeder qorxudurki artiq ureyim agriyir.

Ответ / Cavab

Aleykumussalam.

Onunla mehriban davranın, əsəbi olduqda üzünə gülümsəyib  can deyin.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Xanim |

Salam. Eger er-arvadin ushagi olmursa, bashqa bir qadinin yumurtaliginnan yumurta alib bashqa kishinin spermasiynan dollendirib oz arvadina qoyulsa ki ushaq olsun, bu caizdi? Xahish edirem hem shie hem de ehli sunneye gore cavab vererdiniz. 2ci qadin ehli kitabdandi, Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Haram baxma və haram toxunma olmamaqlıq şərtiylə icazəlidir, lakin uşaq bu halda sperma və yumurtalıq sahiblərinin uşağı sayılacaq.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
ulfet |

Salam. Bayraminiz mubarek.qurani kerimi niye mehz avazla oxunmalidir. Bu suali bir nece nefere vermiwem tam cavab ala bilmemiwem.twk.

Ответ / Cavab

Aleykumussalam.

Oxunuşun görəlliyi üçün. İstəmirsizsə, o zaman adi şəkildə oxuyun.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Hacer |

Salam aleykum, qardaş. Çox sevdiyim bir yaxınıma yalan demişəm, hansı ki doğrunu bilməsi onu da, məni də incidəcək.Hətta tamamilə əlaqənin itməsinə səbəb ola biləcək doğrudur. Ona görə çəkindim, qorxdum, düzü demədim, yalan dedim. Çooox pisəm çooox. Ölürəm belə.Əzab içindəyəm. Tövbə eləmişəm ki bir daha yalan çıxmayacaq ağzımdan. Amma məhz həmin yalanı ört-basdır etməkçün yenə də nəsə deyirəm. Dözə bilmirəm, qardaş. O söhbətin üstündən nə qədər keçsə də rahatlıq mənə haram olub. Məsləhətinizə ehtiyacım var. Bilmirəm o söhbəti yenidən açıb hər şeyi, yalan dediyimi etiraf edim. Hansı ki bununla bir neçə qəlb qırılacaq,həmin insan məni ömür boyu bağışlamayacaq və mən sevdiyim insanı itirəcəm. Yoxsa bir daha o söhbətə qayıtmayım? Özümə yer tapa bilmirəm.Öncədən hər şeyçün təşəkkürlər.

Ответ / Cavab

Aleykumussalam.

Məsələnin nədən ibarət olduğunu bilmədiyimizdən tam bir söz deyə bilmərik. İnsan ya susmalı, ya yalan danışmamalıdır.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
nermin |

salam aleykum. men shamat ve nerd oyununun niye dinde gunah oldugunu bilmek istoyerdim. nerd zerle oynalirir bezileri zerin bexte bext olduguna gore deyirler bes shahmat? mence bunlar pul qarsiliginda oynanilrsa gunahdi. sizce?

Ответ / Cavab

Aleykumussalam.

Tək zər msələsi deyil. Bunların da haram olması bütün müctəhidlərin rəyində eyni deyil. Əsasən bunların ilk olaraq yaranmasında və uzun muddət qumar aləti kimi istifadə olunmasındadır.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
rəhim |

novruz bayramında yeni il saat neçədən başlayır

Ответ / Cavab

Aleykumussalam.

Dünənki cavablarda yazmışıq.

Allah sizə yar olsun

Задан: 19 Март, 2016 , Опубликовано: 19 Март, 2016
Страница 1447 из 5746 << < 1443 1444 1445 1446 1447 1448 1449 1450 1451 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com