Страница 1457 из 5746 << < 1453 1454 1455 1456 1457 1458 1459 1460 1461 > >>
gizli |

Salamun aleykum.Qardas cavabinizcun tesekkur edirem.Oxuyub dusunurem...Sizden xaisim mene aile haqqinda bur kitab adi verin.netden kocurdub oxuyum.Qardas qarsidan novruz bayrami gelir.Cersenbeler tonwallar semeniler yumurta doyusmek fallar ve s.Bilmek isterdim bizim dinimiz bu bayrami qebul edirmi?Bir bacimiz mene yazdiki bu bayram atesperestlerin bayramidi onu bayram etmek olmaz.Mende evvel ele dusunurdum o vaxt bir meqale oxumusdum.Imam sadiq e qebul edubmis bayrami deye indi tapmadim deqiq deyem.Hemdeki hedisin sehih olub olmadigini bile bilmedim.Mumkundurse mene izah edin.Bu bayrami kecirtmek olar ya olmaz?

Ответ / Cavab

Aleykumussalam.

İslamda ailə adlı kitab var, onu internetdən də tapa bilərsiz.

Bunu  vəhhabilər deyir. Onlardan soruşun ki, yazın gəlişini yaponlar, kitaylar, asiyalılar da edir, onlar da atəşpərəstdirlər? Bu boş və mənasız sözdür. Novruzun tarixi atəşpərəstlik adlandırdıqları zamandan da qədimdir.

İslam xalqların adətlərini inkar etmir və qadağan da etmir . Bunların tərkibində islama zidd olan hallar  varsa onları yığışdırmağı əmr edir. Fala baxmaq, qulaq falına çıxmaq, oda bir qüvvə kimi baxmaq olmaz. Amma bunu inkar edənlərdən soruşun ki, islam evi təmizləməyi, təmi paltar geyməyi, küsülülüəri barışdırmağı, qohum əqrabaya baş çəkməyi qadağan edir ya tərif edir? Novruzun da adətləri içində əsası bunlardır.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Vuska |

salam eleykim.men cox wey oxumjuwam arawdirmiwa, bele bir neticeye gelmiweki insanin evleneceyi wexs evvelden alninda yazilmiwdir. her wey qismetde var.qismetinde yazilibki bu insan bununla evlenecek. bes onda niye biz insanlara secim yoxdu? her weyi qismet hell edirse.

Ответ / Cavab

Aleykumussalam.

Siz öz başına qərar verirsiz və özünüz də muhakimə edirsiz. İnsan  ixtiyar sahibidir və seçimdə  azaddır.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Roma |

tikintide werait yoxdu yeni aciq yerdi ayaqyoluna ayaq usde getmeliyik bundada su sicrayir paltara uzr isdeyirem bir qaba getmek olar? 2 istibra vacib deyil yeni sidiye gedenden sonra yuyunmasam hecnede gelmese pak sayilirmda 3 mutleqdiji her namazdan evvel ayaqyoluna gedek ehtiyac oldu olmadi

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, elə edin və özünüzü də yuyub pakalyın.

2.Bəli.

3.Mütləq deyil.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Resul Eli |

Esselamun Eleykum Unudulmus sece ve tesehhud ucun destemaz alinmasi vacibdirse,bu destemazim varsa tezelemiyem yoxsa ehtiyac yoxdu?

Ответ / Cavab

Aleykumussalam.

Təzələməyə ehtiyac yoxdur.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Aysel |

Salam.Zəhmət olmasa deyə bilərsinizmi 14-21 mart arası günlərdə Ay Əqrəb bürcündə deyil ki?Qohumum kəbin kəsdirmək istəyir bu günlərdə.

Ответ / Cavab

Aleykumussalam.

Biz belə şeyləri bilmərik.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Cahid Quliyev |

Salam qardaş. "Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik." Məaric 40. Bu ayədəki "Biz həqiqətən qadirik" deyildikdə kimlər nəzərdə tutulur? Allah yardımçınız olsun.

Ответ / Cavab

Aleykumussalam.

Allah özü barədə danışır.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Ferid |

Salam eleykum Haci kimin qelbini qirmaq haqqun nas sayilir ?? Yeni qeyri-muselmanin qelbini qirdiqda da yene buna gore menim de qelbimi ne vaxtsa kimse qiracaq ?? Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Heç kəsin haqqını pozmaq olmaz, səninlə döyüşən hərbi kafirdən başqa.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Fidan |

http://ceferiler.com/ehli-beyt/2hzfatimeyi-zhra-s/4459-hezret-zehranin-se-ziyaretnamesi.html bu xanim zehranin ziyaretnamesidirmi haci?

Ответ / Cavab

Aleykumussalam.

Ziyarətnamələr müxtəlifdr, onlardan biridir.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
Fidan |

Salam aleykum haci, 1. Bas barmagin dirnagindan artiq olan qan namazibatil edir ya destemazi? 2. Men biliremki (sizin sayenizde) necis destemazi batil etmir, risaledede destemazi batil eden seyler icerisinde yazilmiyib o haqda, ama bir ezizime dedim deyir men qebul etmirem, neceki adam elini necis etsin sonra yusun destemaz batil olmasin? Her terefli dedim ama ayri ne deyimki qebul etsin, (10 il qumda oxuyan seyxe zeng etdi oda dedi batil edir, oda o seyxe cox inanir) xais iki sualimada cvb veresiz, Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, ondan artıq olan qədərdə olarsa, həmin paltarla namaz qılmaq olmaz.Dəstəmaza dəxli yoxdur.

Bu şəriətdir, qəbul etməməklə özünü daha alimmi bilir? Aqil insan bildiyinə hökm edər, cahil insan fərziyyələrinə. Özünü cahillərə qoşmasın.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
90--009 |

salam Aleykum.size sualim var.mesel ucun bir qiz bir yerde iwdeyir ve men onu gormek ucun ora qediremse bu gunahdi?yani dinde munasibet ve citdi elaqeler nece qurulur?

Ответ / Cavab

Aleykumussalam.

Əgər evlənmə vaxtıdırsa və evlənmə qərarı ilə  olarsa, şəhvətli baxışlar olmamaq şərtiylə icazəli olar.

Allah sizə yar olsun

Задан: 13 Март, 2016 , Опубликовано: 13 Март, 2016
... |

Salamun aleykum...Allah rizasi ucun sizde nesihet dua almaq isterdim.(Yoldasim menim yanimda basqa qadinlara yazir axmaq vidyolara baxir mende buna naraziciligimi bildirende doyur.Menim aglamagim bu insani bezdirir.Evden gedir.Ona zeng etmeyimi istemir hec bir vaxt mene sirin birce kelime soz demir.Yaxsi emelime sagol demez bir balaca eskik isim olsa meni tehqir edir.Bilmek isterdim heyat yoldasi qadin ucun eslinde kimdir?Bu insan eve pul getirirse hersey bitdi?(Momine qadin olmaq isteyen biri bele hadiselerle qarsilasanda nece hereket etmelidir?.bu insan kimese yazanda durum baxim?men nece bir dusunceye imana sahib olmaliyamki bele seyler mene tesir etmesin.Neyise sehf yazdimsa uzr isteyirem.Ozumu yaxsi hiss etmirem.Allah amaninda.

Ответ / Cavab

Aleykumussalam.

Yazdıqarınız həqiqətən ürəkağrıdan bir şeydir. Ərin qadını üzərində vilayəti var, lakin bu o demək deyil ki, ər bir zalim padşah kimi qadınını hey əzməlidir. Dinimiz  qadınların İlahi əmanət olduğunu bildirir. Bu kəlmə kifayət edər.

Həmçinin də qadın da öz vəzifələrini icra etməlidir. Əri üçün evi zindan etməməlidir ki, evdən qaça. Qadın öz məhəbbəti, sevgisi və gülər üzü ilə ərini həm özünə həm də evinə bağlamalıdır. Ən gözəl ailə örnəklərindən biri İmam Əli və XAnım Zəhranın evliliyidir ki, bu evliliyi öyrənib həyatımıda tətbiq etməliyik.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
nihad |

Salam Aleykum.1 Tovbe Namazi Qilmadan edilen Tovbe qebuldur? 2.eger bir isi edeceyime oz icimde soz verirem elemiyecem ve yaxxud neyise edecem deyiremse bu Ehd sayilir yeni mutleq etmeliyem? 3eyer menden ogurluq proqrami internetde sorusurlarsa wifi qirmaq ucun bildiyim halda bilmirem deye bilerem yalandan? 4.Haram videoya baxmaq yaddasi zeifledir ve ya yrendiyim seyler hec oyrenmemis kimi yadimdan cixir buna sebeb olar biler? 5.Etrafimdakiler ele insanlardiki din haqqda danisanda ehemiyetsiz kimi baxirlar mene onlarin yaninda umumiyyetle dinden danismasam olar,? Allah Razi olsun,Haqqinizi halal edin.

Ответ / Cavab

Aleykumussalam.

1.İnşaLAlah qəbul olar. Tovbə etmək şərtdir, tovbə namazı  şərt deyil.

2.Xeyr, bu əhd sayılmaz.

3.Deyin mən belə şeylər bilmərəm.

4.Bəli.

5.Olar

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
Gülüsüm |

Salam Haci. Sizdən çooox xahiş edirəm sabah mənim imtahanimdi. Mənə bu qiz qarşisina qoyduğu hədəfini keçsin deyə dua edə bilərsiz. Sizin duaniz Allaha daha tez çatar. Allah razi olsun! Çox sağ olun

Ответ / Cavab

Aleykumussalam.

İnşaAllah dua edirik.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
Namiq |

Salam aleykum Haci Men namaza martin 1 de baslamisam size bir nece sualim var 1.Haci men L herifini deye bilmirem L herifi deyende V sesi cixir namazdada coxlu l herifi ile olan cox soz var men deyende soz basqa cur seslenir bu sozun menasi deyisir deyismir men bilmirem amma bu menim namazimi batil edmir 2.haci men namaz qilanda herden casiram ve herde caşanda namazi saxlayib yeniden başlayiram bun gunahdi mene deyirler ki 40 gün Allah bağisayir Amma haci herdefe namazdan sonra Allaha yalvariram ki Ay Allah sen mene möhlet ver menim namazdaki sehvimi mene gunah yazma men butun sehvlerimi düzeldecem

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər dilinizdə qüsur varsa, eybi yoxdur. Çalışın bu hərfi düzgün tələffüz etməyi öyrənin.

2.Tam namazı öyrənənə kimi namaz vərəqini əlinizdə tutub qılın.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
Günəş |

Salam hacı. Anladığım qədəriylə tövbə namazı 4 rükətdi və 2 dənə iki rükətli formasında qılınır yəni hər iki rükəti qutardıqdan sora salamlar deyilir? Və bilmək istərdimki qunut tutulur. Tutulursa 3 defe salavat söyləmək yetərlidir ya hansı dua zikrləri söyləmək yaxşıdı? Və axırdada yazdığınız zikr və dualar edilir. Onlar hər iki rukətdən sonra deyilir ya necə? Və qutardıqdan sonra oturan halda qılınır? Əvvəlcədən təşəkkürlər. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Düz anlamısız və qunut da müstəhəbdir. salavat zikrini də deyə bilərsiz. Son zikrləri isə hər ikisini bitirdikdən sonra

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
Salam aleykum |

Heyz alanda yasin oxumaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil, yazısına toxunmaq haramdır və 7 ayədən artıq oxumaq bəyənilmir.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
ıbo_türkan |

salam xahıs edırem meslehetınıze ehtıyacımız var menım dostum,deyırkı bes bu 5 gun evvel kınoya baxıb o kınoda da yazılıb kı,bes 2 neferden artıq baxılmalıdır,bunlarda 2 nefer baxıb bu oglanda ona takılıb,ondan berı qorxub cox qorxub qarabasma olur deyır evde kımse olmasın gozun yuman kımı qorxur,deyır cın seytan menı bogur hara gedırem kımse menı ızleyır,namazın sozlerın ayetı kursın oxuyur deyır xeyrı yoxdu,ne etsın???xahıs edırık meslehet verın

Ответ / Cavab

Aleykumussalam.

Onu psixoloq həkimin yanına aparın və bir daha vəhşətli səhnələrə baxmasın.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
Mahir |

Salam haci. Sizden xaish ederdim cavablayasiz. Men telebeyem , odenishli tehsil aliram. tehsil haqqimi odemek ucun bankdan faizle pul goture bileremmi ? misal ucun , tehsil haqqim 1000 manatdi ve evde de 1000 manat var amma bu evde olan son pullardi, yeni hamisini tehsile versem sonra ailede maddi problemler yarana biler. evdeki pula toxunmayib bankdan gotursem ve sonrada hisse hisse odesem olarmi ? sistaniaga

Ответ / Cavab

Aleykumussalam.

BAnkdan borc götürə bilərsiz.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
Mushfiq |

Salam Qardash 1) Cume namazini qilarken niyyetde vacib deyilmelidir yoxsa yox? 2) men istibra movzusunda cox vesveseli biriyem. istibra edirem lakin ayaqyolundan hec cixmadan yene de axinti gelir, demek olar 1 saata yaxin vaxt aparir bu istibra meselesi. ne etmeliyem bele hallarda?

Ответ / Cavab

Aleykumussalam.

Niyyətlərdə vacib sözünü işlətmək şərt deyil.

vasvasalı olmayın. Sidyə getdiz, istibra etdiz, ondan sonra yaşlıq xaric olsa, pakdır.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
bəndə |

Salam Aleykum.Allah sizə səbr versin bu qədər suallara cvb verirsiz.Allah kömək olsun.Deyilirki haçan qəlbin yumşaldı kövrəldin dua et.Mən belə olmuyan halda heçcür dua edə bilmirəm düz edirəm ya səhv?13 X F Zəhra anamızın şəhadətidi?Bu gündə Zəhraya təvəssül namazı qılıb böyük hacətim var onu istiyə bilərəm Allah qəbul edər???Çünki youtubda Ocaq Necat ağa moizəsində deyir hər kimin hacəti varsa bu təvəssül namazın qılsın istəyi nədisə qəbul olur.Belə birşeydə var Allah insanın xasiyyətin dəyişə bilər?Məsuliyyətsiz diqqətsiz sevgisizdisə mən dua etməklə Allah dəyişər bunları?İstədiyim insan belədi ancaq naamaz qılandı içkidən uzaqdı ailəsinə də bələdəm bu salim insan sayılır?Yaxud ailə qursaq dəyişər bu hallar peşman olmaqdan çox qorxuram.Xahiş edirəm məni dua edin Zəhraya xatir istəyimi Allah haqqımda xeyir etsin səbr versin mənə.Yəni mən sevgi dolu diqqətli biriyims�

Ответ / Cavab

Aleykumussalam.

1. Allah sınıq qəlbləri daha çox sevir.

2.Bəli, edə bilərsiz, inşaAllah ümid var ki, yerinə yetər

3.XAsiyyəti insan özü özündə tərbiyə edir və özü dəyişir. ALlah onun üçün xasiyyətini müsbətə dəyişməyə şans yarada bilər.

Salim insan ALLahın haramlarını haram bilib, halallarını halal sayandır.

Allah sizə yar olsun

Задан: 12 Март, 2016 , Опубликовано: 12 Март, 2016
Страница 1457 из 5746 << < 1453 1454 1455 1456 1457 1458 1459 1460 1461 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com