Salam. Destemaz zamani uzu yudugdan sonra sacin qiragi yas qalarsa, daha sonra mesh ederken elim ora deyse ve sonra ayagima mesh ederemse (hemin elim deyen hisse ile) destemaz duzdur? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Əgər nəmlik ötürüləcək qədər olarsa və məsh edilən hissə yad nəmliyə dəyərsə, dəstəmaz pozular.
Təqva ilahi hökmlərdə pəhrizkarlıqdır. Bunu gücləndirmək üçün Allahın haramlarını haram, halallarını haram bilmək, ALlahın insanı görmək istədiyi yerdə və halda onu görsün, görmək istəmədiyi və halda onu görməsin
Salam. Bir dostumun həyatında hər şey tərs gedir. Evveller de onlara cadu edibler ve bundan şübhələnir. Arada çox pis sıxıntılar da gelir ona üreyi narahat olur. Ne etmeyini məsləhət görürsüz. Sağolun.
Ответ / Cavab
Aleykumussalam.
Allaha sığınsın, ondan artıq yardımçı və dayaq yoxdur.
Salam, 1. Birinden basqa qalanlarinda tutulsun yazmisiz, anlamadim sefi,de tutmaq olmaz onu bilirem ama men nafileni deyierem onda tutmaq olarmi hamisinda ya onda birinden basqa hamisinda tutulsun?
Salamun aleykum. Man uzun illar qılmadığım namazların qazaların qılmağa başlayıram. Sual 1.tutaq ki,2 saat ancaq subh namazı qılıram. Har 2 riketdan bir niyyet etmeliyemmi? 2.butun illerin avvalce subh,sonra gunorta,axırda axşam namazların qılmaq olarmı?
Ответ / Cavab
Aleykumussalam.
1.Belə qılmayın, namazları gündəlik ardıcıllıql qılın. Hər namaza başladıqda da o namazın niyyəti olunmaldıır.
Salam. Mən Şiə namazı qılıram. Amma artıq neçə ildiki namaz qılıb qutarannan sonra axırda çiyinlərimə salam verirəm. "Assalamu Aleykum" diyirəm. Bu gün rəfiqəm mənə dediki Şiəsənsə onu etməməlisən. Çiyinlərindəki mələklərə salam verməməlisən. Sünnilər edir onu. Bilmək isdiyirəmki düz deyir rəfiqəm.? Bu çiyindəki mələklərə salam verməkdə nə qəbahət varki. İsdər sünnidə isdərsədə şiədə. Əgər qəbahət varsa bunun açıqlamasını yaza bilərsiz.?
Ответ / Cavab
Aleykumussalam.
Burada qəbahət yoxdur. Amma bunu namazın salamlarını verib bitirdikdən tam sonra edə bilərsiz.
Salam Haci, qardasim yeni heddi buluq olub, namazi gah qilir gah qilmirdi indi vapseta qilmir, atam onu mecbur ede bilermi, valideyn ovladi er qadinini mecbur ede bilermi? Cunki deyirler dinde mecburiyyet yoxdu
Esselamun Eleykum 1.sumuyun icinde olan ilik yemekle birge bisdikde o yemeyi yemek olarmi? (elbetdeki o ilik yeyilmeyecek) 2.heyvanin yeyilmesi haram olan diger hisselerini de yemeyin icinde bisse o yemeyi yemek olarmi? 3.Sehvet hissinden sonra emele gele her turlu maye qusla sebeb olurmu? 4.eger qusla sebeb olmursa o mayenin hansi formada olmasini zehmet olmazsa deyerdiz? ALLAH Razi Olsun
Ответ / Cavab
Aleykumussalam.
Onurğa içindəki ilik yeyilməsin, ayaq sümüyünün içindəki iliyi yeyə bilərsiz.
Nəcis hökmündə olmayanlardırsa , olar.
Ancaq məni xaric olanda qüslə səbəb olur.
Əgər sidikdən sontra istibra edilirsə, o zaman mənidən və sidikdən qeyriləri pakdırlar. Əgər istibra edilmirsə, nəcisdirlər və dəydiyi yerlər yuyulub paklanmalıdır.
Salam. men oyrenmek isterdim chimmeden qusl almag mumkundur? yani chimib chixib unutmushamsa qusul almagi bunu chimmeden ede bilerem? mumkundurse zehmet olmasa cavab maila yazardiz burda tapmaga chetinlik chekirem. chox sag olun Allah razi olsun.
Ответ / Cavab
Aleykumussalam.
Qüsldən əvvəl çimmək vacib şərt deyil. Əsas lazım olan bədənin pak və təmiz olmasıdır.
BISMILLAHIR-REHMANIR-REHIM.Salam HACI qardaw.1.Haci Namazda sehv edende yeniden qilmasam rahatlawa bilmirem,yeni ALLAH baqiwlasin,kecsin gunahlarimizdan.2.Haci subh Namazini qilandan sonra QURANI-KERIM oxuyuram,ele vaxt olur oxuya bilmirem.Indi iwsizlikle elaqedar saat 6.00-da men hara gedim?Onuda deyim ki, men iwden qorxan deyilem.Yeni ginah etmiremki.WIRKET iwimize bawlayan kimi yene iwleyesi adamam.3.Haci namazlardan sonra ele olur 100 defe,200-300 defe salavat zikr edirem.SALAVAT cevirmeyin feziletlerinden deye bilersinizmi.Cox vacib lazimdir.tewekkurler.
Ответ / Cavab
Aleykumussalam.
1.Namazın səhfiyyatını öyrənin və ona əməl edin.
2.Günah ALlahın əmlərini pozanda olar.
3.Əgər insanın görə biləcəyi 5-10 ən fəzilətli iş varsa, onlardan da biri də Salavatdır.