salam.duani yandirmaq gunahdi?icinde ne yazildigini bilmediyim bir kagiz vardi.bext acilmasi ucun yazdirmisdilar seyid bir falciya onu yandirdim.sizce gunah etmishem?
Ответ / Cavab
Aleykumussalam.
Duadırsa, Allahın adı orada olacaq. Bu səbəbdən basdırın çürüsün ya dənizə atın.
Allah sizə yar olsun
Задан: 7 Март, 2016 , Опубликовано: 7 Март, 2016
Gerib Xanim |
SalamAleykum.Burda bir cavabda oxudum ve degiglewdirmek isteyirem.Yaw sacla namaz gilmag olar?meselen bawini yuyub yaw sacla namaz gilmag olar?
salam.1.Men Allahin adini sapla parcaya tikmek isteyirem. tikib qurtarmamis tebiiki Allahin adi olmur hele ayri ayri herfler yada xettler olur.bu halda tikerken destemazsiz olmaq olarmi? 2.erim namaza baslamaq isteyir.istibra haqqinda hardan oxumaq olar.kitab adi yazmayin cunki rossiyada yasayiriq.bir link yazin zehmet olmasa 3.cume g-unu niye muqeddes gun sayilir? Zehmetinizi halal edin
Ответ / Cavab
Aleykumussalam.
1.Bu işi dəstəmazsız etməyin.
2.Gooqle də istbranın qaydası yazın, gələcək.
3.Allah bu günü daha mübarək bilir.
Allah sizə yar olsun
Задан: 7 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Lala |
Muselman qadin ve ya kiwi bawqa dinden olan biriyle evlene biler ?
Ответ / Cavab
Aleykumussalam.
Müsəlman qaın qeyri müsəlmana ərə gedə bilməz.
Müsəlman kişi qeyri müsəlmanqadınla bəzi alimlərin rəyinə əsasən əqd bağlaya bilər. Amma daha yaxşısı budur ki, ilk olaraq onu islama gətirsin.
Allah sizə yar olsun
Задан: 7 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Lala |
Qizla oglanin birlikde qacmalari haqqda sual oldu. Mende dedimki qiz uwaginin raziligi olmadan qiz nigaha gire bilmez neinki qacmag. Dediler menbeni soyle. Men ne deyim? Cox vaxt burda oxumuwamki gunah haram iwdi ata razilig vermese icaze alinmasa
Ответ / Cavab
Aleykumussalam.
Qızın atanın icazəsi olmadan əqdə daxil olması qadağandır, mənbə istəyən kəsə əsl mənbə göstərsək, ərəbcə bilirmi və hədisləri , üləma rəylərini bu dildə oxuyub anlaya bilirmi? Əlbətdə yox, bu cəhətdən kimnənsə bu sözü eşidib dəlil, mənbə istəməsinlər. Mənbə çox yuxarıdadır, əlləri çatmayacaq, çünki əlləri qısadır. Əlləri çatan isə risalə kitabıdır, onunla kifayətlənməlidirlər. Orada var.
Allah sizə yar olsun
Задан: 7 Март, 2016 , Опубликовано: 6 Март, 2016
....... |
Salam. Bagislayin 2 sefer yaziram uzrlu sayiinnnn xahis edirem.1) 40 nefer momin tanimiramsa az dilinde Allahim bagisla 40 momini desem kifayetdir?? 2) bes onun evezine sade bildiyimiz qunut tutub (Rabbene atene fid...) duasi oxunsa olar?? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Allahumməğfir lil mu"mininə və mu"minat deyin.
Allah sizə yar olsun
Задан: 7 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Salam aleyku |
Men bilmek isteyirem ki,bu Hesen Sebbah yaxwi adam ya pis? onu pisleyen biri,sielik haqda da xosagelmez fikirler seslendirdi,men dusundum ki,bu Hesen.S.belke siedir,ona gore vahabiler filan pisleyirler.Cox sag olun
Ответ / Cavab
Aleykumussalam.
Şiəlik İmamlarla bağlıdır, başqa heç kəslə ölçülməsin. Kimsə başqa ölçünü nəzərə gətirisə, qəlbində mərəz var.
Allah sizə yar olsun
Задан: 7 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Ley |
Salam. Zəhmət olmasa Bütün müjdehitlərimizin 8 marat bayramı deyilən gün haqqında fətfalarını yazardız.Allah razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Umumi olaraq müctəhidlərimizin rəyinə uyğun olaraq cavabı neçə gündür yazırıq.
Allah sizə yar olsun
Задан: 7 Март, 2016 , Опубликовано: 6 Март, 2016
....... |
Salam. Gece namazi haqqinda yazacagdim. Sizin saytda var, amma suallarim var. 1) teheccud 12 ruket deyir, salamlari verib durub yeniden niyyet olunur? Ya veziyyeti pozmadan davam edilir?? 2) deyir gece namazi sielerde 11 ruketdir. Teheccudu cixmaq serti ile?? 3) bes deyir 8 ruket gecenin nafilesi niyyeti ile 4 eded 2 ruketli namaz seklinde qilinir. Bes burda 1 dene qilib durub su felan icib yeniden niyyet edilib qilinir?? Ya salamlar deyilib yeniden hec bir sekili pozmadan, tekbir getirmeden davam edilir?? 4) 40 nefer momin zikri nece yerine yetirilsin? Allah razi olsun. Sag olun
Ответ / Cavab
Aleykumussalam.
1.Gecə namazı barədə saytımızın ana səhifəsinin aşağı hissəsində ən çox verilən suallar bölümündə geniş yazı var.
2.Həmin yazıda görəcəksiz.
3.Bəli. yenidən niyyət edilir və təkbir deyilib ayrıca namaz kimi qılınır.
4.Məsələn Allahum məğfir filan.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Leylaaaa |
Men qusul alanda dushu tuturam bashima, saq, ve sol, vaciben qurbeten illallah deyiremw. Qusulum duzdu?
Ответ / Cavab
Aleykumussalam.
Duşu tutmaq yox, həmin yerlərin yuyulması şərtdir.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Pepee |
Beli toy gecesi yaxinliq oldu. Kebinsiz. Tovbeni nece edek xais edir etrafli yazinda
Ответ / Cavab
Aleykumussalam.
Bəs sizin böyükləriniz hara baxıblar ki, sizi kəbinsiz evləndiriblər?
Tovbənin qaydası barədə saytımıda məqalələr bölümündə yazılar çoxdur.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
salam |
Salam qardaş 1mənım saqqallım 1 sm olar həmdə qalındı bu dəstəmaza maniədi? 2 səhih buxarinin cildlərini hardan yükləyə bilərəm? 3 xanixanım Fatimeyi zəhranın (ə eza meclisi nəvaxti başlayır? 4 biz peyğəmbər s.a.s dəyəndə salavat deməliyik yoxsa asdı gələndə? Xamneyi ağa
Ответ / Cavab
Aleykumussalam.
1.Xeyr, mane deyil.
2.Bilmirik.
3.Biz əza günlərindəyik və bu günlər martın 13 ü bitəcək.
4.Adı, ləqəbi, kunyəsi gəldikdə salavat eyilsin.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
T.T |
Salam haci. Men dine aid yuxular cox qorurem. 15-16yashimdan namaz qilmaqim ucun meni yonnndiren yuxular cox qorurdum, hedta mene bildirirfikler seni qarshina cixib qoruzanlar olacaq qorxma! Ve indi 22yashim var, oten il yuxuda qordumki HZ. Yusif atamnan namaz qilir ve yuksek sesde deyirki mene eshitirir bildirir. Ve hemin gunden namaz qiliram, ama atam qilmir, atamin ureyi xestedi uc defe insult olub.. Son zanlarda yuxuda gordumki atamnan anam mekkeye gediler. Ve 15yashimdan tez tez gorurem ki hijab taxmami mene meslehet ediler! Atam gilin vezzeyeti cox pisti, sanki Allaha qurban olum onlardan donub, qardashim russ qizina ilishib, qiz evvel her sheynen razilashirdi, dinide qebul edeceyine. Indiyse oz bildiyin edir qardashimi cox incidir, maishin miye azdir diye, qardashim polisdi. Ne edeceyimizi bilmirik. Men deyirem namaza bashlayin, mescide qedin. Ele hey yaxshi deyiler ama ele bil sheytan yolarin tutub. Bize bir meslehet verin Allah rizasi ucun!( Allah Sizden razi olsun!
Ответ / Cavab
Aleykumussalam.
İlk olaraq hamı gərək bilərəkdən ya bilməyərəkdən etdiyi günahlara tovbə etsin.
İkincisi həyatınızı yuyulara əsasən qurmayın ki, yuxuların düz olmasına heç bir dəlil yoxdur.
Üçüncüsü Allahın halalını halal, haramını haram bilin.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Nezrin |
Salam emi bayaq nisanlimgildeydim,otaqda tek idik deye meni bir az qucaqladi opdu,men ne qeder mane gostersem de etdi,deyirem ki,kebin yoxsa hele halal deyilik deyir bilirem amma ozume cavabdeh olmuram,bu halda gunah mene dusur?
Ответ / Cavab
Aleykumussalam.
Axı bizim milli adətlərimizdə qız ərə gedəcəyi evə getməzdi, və xəlvətdə qalmazdı. Bilin ki, dədə babalarımızın əsrlərin süzgəcindən keçirib düzgün olan adət kimi bizlərə qoyduğu mirası pozanda, ancaq harama gedəcəyik.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Fidan |
Xeyr haci fexr saymiram, neyemki ele fexr edim, olarmi namazdan sonra dua ederken alnimi mohure yox xalcanin ustune qoyum?
Ответ / Cavab
Aleykumussalam.
Fəxr saymırsızsa, işinizlə olun və iz qalmasından da narahat olmayın.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Fidan |
Uzr isteyirem yeni ayeni dayanmadan oxuyanda nefes almaq olar duzdu?
Ответ / Cavab
Aleykumussalam.
Qeyd etdiyimiz kimi əməl edin.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
...... |
ALLAH rizasi iycin cavab vereydiz.men 5 heftelik hamileyem evden boyukler hami diyirki usagi gotuzdur (abort) yoldasimda icaze vermir cox halsiz veziyetdeyem usaqlar baxmaqa halim olmur olu veziyetinde oluram bilmirem ne eliyim cixlmaz veziyetdeyem ozumde namaz qiliram 2 ci sualim uzaq yere qonaq gedende 4 ruket 2 riket qilmaliyam
Ответ / Cavab
Aleykumussalam.
Üşağı götüzdür nə deməkdir? Bunun adı bu deyil, bunun əsl adı budur ki, öz əlinlə uşağını öldür. Abort, filan bunlr həqiqətdə bu qətllin əsl cinayətini gizlətmək üçün qoşulan adlardır. Olmaz.
Allah sizə yar olsun
Задан: 6 Март, 2016 , Опубликовано: 6 Март, 2016
Rena |
Salam eger insanin ayliq halal maasi haram pulla qarissa yeni hansinin halal hansinin haram oldugunu bilmese puldan erzaq,geyim ala bilermi? Minnetdaram
Ответ / Cavab
Aleykumussalam.
HAlal maaşı qədərində oradan götürüb ayırsın və xərcləsin.