Страница 1463 из 5746 << < 1459 1460 1461 1462 1463 1464 1465 1466 1467 > >>
Fidan |

Salam Haci, 1, burda yazmisiz ki hz. Eli hec bugda coreyi yemeyob niyeki? 2, bir kitabda oxumusdumki butun sular xanim Zehranin sehf etmiremse mehriyyesidir neceki? Anlamadim, 3, momin bende haramlari etmeyen vacibleri icra edendir, bes teqvalilar kimlerdir? (Mail,ru ya baxin vaxt olanda zehmet deyilse)

Ответ / Cavab

Aleykumussalam.

1.Niyəsini özü bilir.

2.Mehriyyə kəbin haqqıdır ki, xanım kəbinə daxil olduqda bunu onun kəbin haqqı olaraq qeyd edirlər. Hədislərdə buyurulur ki, XAnım Zəhranın  da mhriyyəsinə Llah bir neçə şeyi yazdırdı, biri də sudur.

3.Təqvalı, əməllərində pəhriz edib daha diqqətli olanır.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 9 Март, 2016
Roma |

salam sige haqqinda bilmek isteyrdim zehmet olmasa geniw yazardiz yeni kime hansi qaydalarla olar? qiz uwagi olmalidi? subay? muddet ne qeder olmalidi? niyyet nece olur?

Ответ / Cavab

Aleykumussalam.

Risalə kitablarına, müvəqqəti evlilik babına baxın.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 9 Март, 2016
EniG |

haci....Nisa 24-u Elixan Musayev bashga cur serh edir Bunyadovda bele...ne bilim bu nece olar?fikir ayrliqi var ama moterizesiz yeni ALLAHIN sozunu o birsinde muveqqeti sozu yoxdu ama bunda var miveqqeti diyir...:(

Ответ / Cavab

Aleykumussalam.

Əlixan musayev dediyiniz vəhhabidir , daha necə etməli idi ki?

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 9 Март, 2016
Lebbeyk |

Salam. Destemaz zamani sol qolu 1 defe suya salib el ile suyu yayarken daha sonra koyneyin qolun bir az daha qaldirib yeniden hemin qolu el ile surtmeye davam edilse destemaz insAllah duzdur?? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Düzdür.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
нона |

Здраствуйти. Отмечат 8 март грех и свизии шахадат (х.Фатимы) нельзя праздновать запрешенно до 15 числа марта.мой муж говорит 8 марта праздник женщин лёгкого поведение и евреев.Как ета возможна если праздник отмечается общественных уважаемых местах.И он мне подарок не дарил говорит подожди в день мовлуда Х.Фатимы подарью кучи-кучи подарков а когда у неео мовлуд еще дольго ждат?

Ответ / Cavab

Aleykumussalam.

Pravelno qavarit. Movlud  yeyo svetlosti xanum Fatimı v konçe etova mesyaça.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
salam |

Salam. 1Xanım Zəhranın. Ə. qatillərinə r.a və ya hz demək düzgündür vəhdət üçün? 2 dəstəmazı hamamda alıb yalnız ayaga meshi saxlayıb evde etmək olar? Xamneyi ağa ç çox sagolun

Ответ / Cavab

Aleykumussalam.

1.XAnım Zəhranın qatillərinə nifrət bütün müsəlmanların borcudur. Əhli sünnənin isə müqəddəsatən təhqir etmək olmaz.

2.Əgər məsafə uzaq deyilsə, bir neçə adımdırsa, olar.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
EniG |

Haci...Imamlarimizdan(e.s) Hansisa MuTe Edibmi? ve revayet varmi Bu Haqda ?bir qardas var diyir eger edibse subut ele mende qebul edim mende dedim yeqin imamlarimiz Mute edib ,,,

Ответ / Cavab

Aleykumussalam.

Bir işi imamın edib etməməsinə bağlamaq lazım deyil. İmam Əli heç vaxt buğda çörəyi yeməyib, deyək haramdır?

Ona necə subut edək? Dəlillər olan kitablara əli çatır y ərəb dilini bilirmi ki, hədis göstərək oxusun və başa düşsün. İnanmırsa tərcümə etməyimizə də inanmamalıdır.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Hemide |

Haci bir sualimda var.sunni kimdi shie kimdi?niye bizim dinimiz sunni shieye ayrilib?niye shieler sunni oglana qiz vermirler evlenmeklerine icaze vermirler.bunnarin tarixi haqda zehmet olmasza etrafli cavab vererdiz.cunki bunu mene de sual veribler men verdiyim cavablarla qenaetlenmiyibler.

Ответ / Cavab

Aleykumussalam.

Hörmətli oxucu bu bir iki cümlə ilə  anladıla bilən məsələ deyil. Bu hamımıı incidən bir məsələdir, İnşaAllah bu din vahid din olacaq.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Hemide |

Haci salam.namazi niye erebce qilirlar?quranin tercumesini oxumaq olar ama niye namaz tercumesi oldugu halda mehz ereb dilinde qilinir?

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla İslamda minlərlə xalqlar var, hərə öz dilində qılsa bu dindən nə qalar? Namazda Quran surəsi oxunmalıdır və  ayələr tərcümə olunduqda tam mənasını vermir. və sair bir çox hallar.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Hemide |

Salam.haci.hansi halda yalan danishmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Can ölüm xətərinə düşəsə , bundan qaçmaq, iki küsmüş möminin rasında ülfət yaratmaq üçün , küsülü ailəni barışdırmaq üçün və muharibədə düşməni aldatmaq üçün.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
mömin xanım |

Əssalamu əleykum! Cinsi əlaqədən sonra qusl aldım və bir müddətdən sonra müşahidə elədim ki, cinsiyyət üzvündən yoldaşımın sperması xaric oldu. Mənə yenə də qusl düşür ya yox?

Ответ / Cavab

Aleykumussalam.

Əgər yoldaşınızın mənisidirsə, sadəcə  bulaşan yerləri yuyacaqsız, qüsl pozulmayıb.

Allah sizə yar olsun

Задан: 9 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Naile |

Salam. Bir sual meni cox narahat edir. Oglumun menden get gede uzaqlawdigini hiss edirem. Diger qohumlarina daha cox bagli olmagi meni istemeden narahat edir. Oglumun mene daha cox baglanmasini daha cox istemesini Allahdan istemek duzgunmudu?? Duzgunduse bu haqda hansisa xususi dualar varmi?? Evvelceden cox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Belə dua edə bilərsiz, lakin bu adi bir hal deyil ki, oğul anaslndan artıq kimisə istəsin. Onunla rəftarınıza diqqət edin, nə səhfklərə yol verirsizsə, onları düzəldin. O sizin ana sevginizi yəqin hiss etmir və səhf etmiriksə, sizdə onun kiminləsə mehriban olmasına qısqanclıq da yaranıb. Bu problemdir və bunları ilk olaraq aradan qaldırmaq lazımdır. Elə edin ki, onun unutduğu isti ana  nəfəsi bir dəha onu özünə qaytarsın.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
zeka |

Salam aleykum.sualıma göre üzür isteyirem Namaz halında ınsanın içi qalxarsa yenı bogaza yemek gelerse ve udularsa namaz batil olarmı?

Ответ / Cavab

Aleykumussalam.

Əgər ağıza daxil olar və udularsa, batil olar.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Азер |

Salam alekum,men xristian qizla evliyem,kebinsiz yasayiram,bir usaqimda var ,gunahdir?ve cristianla kebin olarmi?

Ответ / Cavab

Aleykumussalam.

Aranızda ailə qurulubsa və bunu pozmaq fikrində deyilsizsə, yubatmadan kəbin kəsdirin. YAxşısı budur ki, onu islama gətirəsiz.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Salam |

Salam aleykum.Menim saglamligla bagli prablemlerim var,ustelik nitqimde de prablem var,stress kecirdirem, hec kimi demirem,bunlarin yaninda ailem isteyir ki,men aile qurum,menimle aile qurmaq isteyen adamlar bunlari bilseler elbette geri cekilecekler,men hec kimi aldada bilmerem,ailem ele bil menden bezib,men onlardan hec ne teleb etmirem,dusunub pis oluram bir az.

Ответ / Cavab

Aleykumussalam.

Evlənmədə qüsurları gizlətmək olmaz, qadağandır. Stres keçirməyin, dünya bəlalar yeridir.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Abbas Kerimov |

Salamun aleykum Allahin nezeri uzerinize olsun Men namazda tewehudu soylemeyi unutdum ve namazdan sonra iki eded sehv secdesi etdim ama sonra Sistani aganin risalesine baxdim orda yazir ki namazdan sonra tewehudun qezasi edin sonra iki eded sehv secdesi edin men indi ne etmeliyem namazi tezden mi qilim? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, gərək elə olaydı. Təşəhüdü oturub qəza niyyəti ilə deyin, sonra səhf səcdəsi edin. YAxşı olar ki, namazı da təzələyin.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
gizli |

Salamun aleykum.Cersembeniz mubarek olsun.1.Sac boyasinin destamaza maniesi varmi?2.Bir qohum var Axireti inkar edir.Deyir kim orani gorub gelibki varligina iddia edirsiniz?bu soze keserli ne cavab verek?3.Namaz qilmayanin orucu qebuldurmu?

Ответ / Cavab

Aleykumussalam.

1.Xeyr, yoxdur.

2.Ondan soruşun ki, niyə insan kimi yaşayır, yaxşı olmağa çalışır, onsuzda dünyada bunun qiymətini və əvəzini verən yoxdur. Əgər bir insan da bir neçə il yaşayıb ölür və heç olursa, onun heyvandan fərqi nədir?

3.Bunlar hər biri ayrı ayrı vaciblərdir ki, hər birindən ayrıca hesab çəkiləcək. Amma bilməliyik ki, bütün ibadətlərin başı namazdır.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Ramil |

salam.1,2 gune dostum ukraynaya gedecey orda namazdarin vaxtini hardan tapa biler.zehmet olmasa diyerdizde.

Ответ / Cavab

Aleykumussalam.

Assalah-info saytına daxil olub əldə edə bilər.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
GUnay |

Salam elde murekkeb izi temizlenmesine baxmayaraq yenidən qalarsa destemaz almaq olar cünki mende temizlenmesine baxmayaraq izi qalır namazım gecikmesin deye destemaz alıram dəqiqde bilmiremki su deriye deyir ya yox

Ответ / Cavab

Aleykumussalam.

Sulu mürəkkəbin rəngi dəstəmaz və qüslə mane olmur.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
I...... |

Salam zehmet olmasa deyerdiz, men ishlediyime gore gunorta namazlarimi gila bilmirem. Bilmek isteyirem axsham namazlarindan sonra gunorta namazlarinin gezasini gila bilerem? Eyer bele olmazsa ne vaxt gila bilerem. Teshekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

İşdə nədən qıla bilmirsiz, çalışın qəzaya verməyin.

Əgər günorta namalarını qıla bilməsəz, axşam əvvəl onları qəza edin, sonra axşam namazlarını qılın.

Allah sizə yar olsun

Задан: 8 Март, 2016 , Опубликовано: 8 Март, 2016
Страница 1463 из 5746 << < 1459 1460 1461 1462 1463 1464 1465 1466 1467 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com