Страница 1474 из 5746 << < 1470 1471 1472 1473 1474 1475 1476 1477 1478 > >>
алиса |

Здраствуйти извинити за красноречие но я не могу обходиться без мужского внимания ласки сладьких слов без всего етого мир для меня сущий ад очень большой грех общаться с парнями.я в депрессии глубокой чувствую себя такой ненужный пустота в личный жизни как можна от етого лечиться?

Ответ / Cavab

Aleykumussalam.

Jenşina doljna bıç v vnimaniye svoyevo muja a ne namaxramov. İ jdaç laski ot svox maxramov a ne ot çujix.

 

Allah sizə yar olsun

Задан: 3 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Gerib Xanim |

SalamAleykum.Sehv secdesini etmek ucun gerek namazi bitirdikden sonra,salamlardan sonra ayaga durmayib,uzunu gibleden cekmemek werti ile,oturag halda iki defe secdeye gedib təşəhüd və salamlari deyib bitirirsen,hardasa sehv yazmiwamsa xahiw edirem duzeliw verin?

Ответ / Cavab

Aleykumussalam.

Düz başa düşmüsüz.

Allah sizə yar olsun

Задан: 3 Март, 2016 , Опубликовано: 2 Март, 2016
bende |

Salam hacı.muəyyən səbeblere gore qusl almağa imkan yoxdu. namazi nece qilmaq lazimdi?teyemmum etsəm olar qüsl alana qədər?

Ответ / Cavab

Aleykumussalam.

Əgər qüsl almağa heç bir imkan  və şərait yoxdursa, o zaman təyəmmüm edəcək.

Allah sizə yar olsun

Задан: 3 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Gefer |

Haci salam ,kisiler sam ve xiften namazlarinin 3 ve 4 riketlerini sesiz gilinmalidi

Ответ / Cavab

Aleykumussalam.

Qiraətləri səssiz deyəcəklər.

Allah sizə yar olsun

Задан: 3 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Gefer |

Salam haci bir nece sualim olacaxdi 1.namazda kisiler rukude hara baxmalidilar,tesehudde ,fatiheni deyende ve salamlarda,2 fatiheden sonra mustehebdi bilirem demek elhemdulilahi rebil alemin sesli demelisen yoxsa sesiz,

Ответ / Cavab

Aleykumussalam.

Rukuda yaxşı olar ayaqları arasına, təşəhüddə sinələrinə, Qiraət və salamlarda  səcdə yerinə baxsınlar.

Fərq etməz, səsli də deyə bilərsiz. Camaat namzında olarsa səssiz deyilsin

Allah sizə yar olsun

Задан: 3 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Lala |

Axsaminiz xeyir . halal heyvanin iccalati haramdi ? Meselen ciyer boyrek urek? Bagirsaglar

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bunlar halaldır.

Allah sizə yar olsun

Задан: 3 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Elçin Əhliman oğlu |

Salam Aleykum. Zəhmət olmasa Müaviyə ilə Əli (ə) arasındakı müharibənin əsas səbəblərini izah edin. Nəticə necə oldu.

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla çox xahiş edirik ki, Allahın xəlifəsi olan İmam Əlinin adını  Allahın lənətinə düçar olmuş muaviyyə ilə yan yana tutmayaq.

İmam Əli bu  zalim şəxsin İslam dövlətçiliyində yer tutmamasını açıqladı və onu haqsız olaraq tutduğu Suriya hakimiyyətindən götürdü, o da bəhanələr tapıb onunla muharibəyə qalxdı.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Salam aleykum |

Men burada oxuyuram ki,qadin erine itaet etmelidir,bu saleh ere aiddir,mesuliyyetsiz adama yox,men mentiqe esaslanmayan itaeti qebul etmirem,belke Allah da qebul etmez.Tesir eks tesire beraberdir,her sheyde oldugu kimi hormet de qarwiliqli yaranir.Sehv dusunurem? Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Qaın ərinə itaət etməlidir. Allah nəyi qəbul edib etməməyini Quranında və Peyğəmbərinin diliylə buyurub. Biz bunu qəbul etdik ya etmədik fərq etməz. Əlbətdə ərin də öz vəzifələri var. O da vəzifələrinə əməl etməli, qadınına ehtiram etməlidir. Onun haqqlarını qoruyub əda etməlidir. Din bunu demir ki, kişi istədiyini edə bilər. Ailəsinə zülm edən ər elə qəbrə daxil olan vaxtdan bunun əzabını dadacaq.

BAtil işin yolunu isə batil yollarla almırlar.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Salam aleykum |

Men gun erzinde yalniz Allahi dusunmek isteyirem,amma basga meseleler dusunurem.Ne edim ki,yalniz Allahi dusunum? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Allahı düzgün tanımaq, bu barədə düzgün kitablar oxumaq, Bunlar yardım edər.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
1234567 |

Assalamun Aleykum.baqislayin. eger heyz qusulu aldiqdan sonra bir gun sora cox az ve hec heyze benzemeyen bir seyle rastlasarsa insan ve Fikir vermeyin Namaz qilarsa nece gunler sonra bilerse Namazlari batildir????

Ответ / Cavab

Aleykumussalam.

Əgər heyz bitir və bir gün fasilədən sonra yenə az da olsa qan gələrsə, bu istihaə olar. İstihazə hıkmlərinə əməl olmalıdır.

 

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Gece namazi |

Salam Haci. Gece namazini subhden 1saat evvel başlamaq ya qurtarmaq?

Ответ / Cavab

Aleykumussalam.

Fərq etməz.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
xanım |

Salam hacı mən inşaAllah Allahın izni ilə gecə namazına başlamaq istəyirəm ama bir məsələ var sizdən məsləhət almaq istəyirəm mən abituriyentəm bütün günü oxuyuram yorgunluqları nəzərə alsaq sizcə gecə namazı dərslərimə mane olmaz? Yəni gecə az yatmaqla

Ответ / Cavab

Aleykumussalam.

İnanmırıq, lakin məsləhət istəyirsizsə, o zaman qəzalarınıı qılsaz daha düz olar.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
İlhamə Təfəkkür universiteti |

Salam.Mənə aydın oldu ki, firqələr arasında yalnız şiələr ayaqlarını yumurlar, qalan bütün firqələr, məzhəblər,hətta xəvariclər, təkfirçilər belə ayaqlarını dəstəmaz alarkən topuqlara qədər yuyurlar. Əhli sünnənin ən məşhur mühəddisi sayıln imam Buxarinin "Səhih"ində Elm babında belə bir hədis var: Allah Rəsulu (ə) dəstəmaz alarkən bizim ayaqlarımızın üstündən məsh çəkərkən gördü və 3 dəfə ucadan anlatdı : "Vay olsun Cəhənnəmdə yanan dabanlara!". Bu hədisin səhihliyinə əhli sünnədə heç kəs şübhə etmir və birbaşa şiə aləminə zərbədir. Yəni belə çıxır ki, 100 milyonlarla müsəlmanlar, professional ərəbşünaslar, qüreyş-mudar dialektini bilənlər Quranı düz oxuya bilmədilər, farslar amma düz oxudu.

Ответ / Cavab

Aleykumussalam.

Hörmətli oxucu  farsları bura qoşmada fikriniz nədir? Sualı öyrənmək üçün verirlər, iddia üçün yox. Bilmədyiniz şeylərə hökm edirsiz, İraqdakı, livandakı, bəhreyndəki, kuveytdəki, yəməndəki və və və ərəb ölkələrindəkilər fars deyillər. Bunu bilirdi? Bilsəydiz belə yazmazdız.

İndi keçək hədisə. Hədisin öz mətni bunun yalan və qondarma olduğunu isbat edir. Bir az diqqətli olsaz məlum edər. Peyğəmbər səhabələrin məsh etmələrini görür elə? İndi düşünmürsüz ki, bu məsh etməni bular haradan öyrənmişdilər? Fərslər gəlib  Peyğəmbər səhabələrini çaşdırmışdılar? Allah insanı ağıl ilə zinətləndirib. Bu da düşünmək üçündür.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Sual |

Salamun aleykum.İşlədiyim yerdə qanunsuz şeylər var yəni obyektdə bəzi şeylərə dövlət tərəfindən icazə verilmir amma gizlin istifadə olunur.Yəni müdür yalan danışır ki, yoxdu. Rüşvətlə bunun üstünü örtür. Mən burda təmizlikçi işləyirəm. Mənim bu şeyləri bilib burda işləməyim haqsızlığa göz yummaq kimi hesab olunur yəni bunun haqq hesabı məndəndə soruşulacaq? Mənim vəzifəm nədir?

Ответ / Cavab

Aleykumussalam.

Əgər tam yəqinliyiniz yoxdursa, o zaman boynunuzda vəzifə də yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Sual |

Salamun aleykum. Deyirlər ki, əgər kişi öz xanımını 3-4 aydır qoyub gedibsə yəni əlaqələri yoxdursa qadın boş sayılır.Mən dedim ki, kişi təlaq verməlidi boşadım deməlidi yoxsa qadın o kişinin xanımıdı hələdə evli sayılırlar.Mən doğru demişəmmi yoxsa səhf?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bu boşanma deyil. Kişi talaq verməsə və talaq oxunmasa, talaq oxunandan sonra 3 ay gözləmə müddəti də keçməsə, qadın boş sayılmaz.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Fidan |

Salam Haci men tecvid kitabindan bezi şeyler oxumuşam bele anladim ki, ereb elifbasindaki herflerin 8i ancaq qalin seslenir a sesi gelir o herflerden sonra qalanlari ise ince seslenir ə sesi gelir o herflerden sonra, duz anlamişam?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, elədir.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
QONCA |

HACI ELMIMI ARTIRMAQ UCUN NEDEN BASLAYIM? QURANIN TERCUMESI OLAR ?BASQA HEC YERE GEDE BILMIREM NE MEDRESE NE MUELLIM CUNKI YOLDASIM QOYMUR EV SERAITINDE KITAB OXUYUM DINI DUNYYEVI VE QURANIN TERCUMESI OLAR BELE? MENIM HEC SAVADIM YOXDU NE DUNYEVI NE DINI

Ответ / Cavab

Aleykumussalam.

Bəli, onu da oxuyun, risalə kitabını oxuyun, usulidindən 50 dərs kitabını  və islam tarixi mövusunda kitab oxuyun.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
QONCA |

SALAM ALEYKUM HACI ALLAHIN ERWI NEDI?2 MEN ESIDMISEMKI KIM XANIMINA EZIYYET EDEN BIR KISI ILE HEYATIN DAVAM ETDIRSE (XANIM) YENI ER NE QEDER ONA ZULM ELESE O OZ YAXSILIGIN ELESE EZIYYETE BAXMAYARAQ O ALLAHIN ERSI ALINDA SANIKI ALLAH UCUN CALIWIR KIMIDI HEMEN QADIN DUZDU.3 QURANIN BUTUN KELIMELERI ALLAHIN DEDIKLERI SOZLERDI PEGENBERE?4 QURANIN TERCUMESIN OXUMAQ SAVABDI ORDA OLANLARI OYRENMEK BILMEK.5 PEYGENBERIN MERACI GECESI NEDI NE DEMEKDI MERAC NEDI

Ответ / Cavab

Aleykumussalam.

1.Allahın hakimiyyəti, belə anlayaq

2.Böyük əcri var.

3.Bir hərfinə qədər hamısı.

4.Quranla istənilən raitə savabdı.

5.Allah Peyğəmbəri çox uca məqamlara qaldırıb gəzdirdi.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Gulare |

Men namaz qilmiram ama istixareni nece ede bilerem ozum.onun her hansi bir qaydasi var mi namaz qilmayan adamlar istixare nece edir onu mene zehmet olmasa bawa sala bilersiz?)) Indiden cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Yaxşı olar ki, bunu  bacaran adama etdirəsiz.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
...... |

Salam. Zəhmət olmasa tərcümə edə bilərsiz bu cümlələri? Əs-səlamu ələykə ya ğəribəl-ğurəba. Əs-səlamu ələykə ya muinəz-zuəfa. Əs-səlamu ələykə ya Əbəl-Həsəni ya Əliyyəbnə Musər-rza. Ruhəna fədak və rəhmətullahi və bərəkatuh.

Ответ / Cavab

Aleykumussalam.

Salam olsun sənə ey qəriblər qəribi. Salam olsun sənə ey zəiflərin arxası. Salam olsun sənə ey Həsənin atası, ey Əli, Riza-Musanın oğlu, ruhumuz sənə fəda . Allahın rəhməti və bərəkəti olsun sənə.

Allah sizə yar olsun

Задан: 2 Март, 2016 , Опубликовано: 2 Март, 2016
Страница 1474 из 5746 << < 1470 1471 1472 1473 1474 1475 1476 1477 1478 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com