Страница 1477 из 5746 << < 1473 1474 1475 1476 1477 1478 1479 1480 1481 > >>
EmLoTiOk |

Haci..Bes Namaz Qilmiyan insan ama ALLAHA inanir hemin insan olerse bu isi nece olur yeni ALLAH bagislayarmi belede yoxsa Namaz qilmayib diye bagislanilmir?1 deki Namazsiz insan Veten ugrunda olerse Sehid sayilirmi ? eger sayilirsa bashga olkelerde o qeder insan varki oz veten ugrunda olenner coxdu,..

Ответ / Cavab

Aleykumussalam.

1.Bağışlamaq və bağışlamamaq ALlaha məxsus olan bir haldır və bunu heç kim müdaxiləsində deyil. İstədiyini bağışlar.

Namaz mövzusu isə ağır məsələdir, onsuz dünyadan gedənin vəziyyətinin ağır olacağı xəbərlərdə bildirilib.

Namaz Allahın bəndəsi ilə münacatı, danışmasıdır. Hər namaz vaxtı Allah sanki bəndəsini azanla , Onunla danışmağa çağırır. Bir ömr yaşayıb onunla danışmağa çağırışa  səs verməyənin halı necə olar?

2.Onlar şəhiddirlər.

Allah sizə yar olsun

Задан: 1 Март, 2016 , Опубликовано: 1 Март, 2016
Hemide |

Salam.sizi yene de narahat edirem.seriallara baxmag(misalcun hal hazirda efirlerde yayimlanan turk ,azeri seriallari) gunahdirmi?birde ki Haci men evveller bilmirdim secdeyi sehv nedi arada namazda cashanda namazi yeniden qilirdim?indi o namazlar batildirmi?

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər haram səhnələri yoxdursa, baxılması haram deyil, lakin boş boş şeylərə baxmaqdansa xeyirli şeylərə baxın.

2.Yenidən qılmısızsa, boynunuzda vəzifə yoxdur.

Allah sizə yar olsun

Задан: 1 Март, 2016 , Опубликовано: 29 Февраль, 2016
Ferıde |

Salam sualım beledır, qısmet ınsanın oz elındedır ? Insan oz qısmetını nece deyıwe bıler ve bu haqda hedısler varmı cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

İnsan  başına gələnləri öz əməli fəaliyyəti ilə edir. Qismətini qarşısına özü çıxarır.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
xxxx |

salam martin 13 mahniya qulaq asmaq olmaz yoxsa 1den 13ne qeder qulaq asmaq olmaz?bayaq yazdim cvb 1ne geldi o birine yox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

HAram deyilsə, asa bilərsiz.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
wirxan5 |

1.salam mahniya qulaq asmaq haramdirmi???2.Namaz qilan insan dava ve soyuw deye bilermi ?????

Ответ / Cavab

Aleykumussalam.

Haramına qulaq asmaq haramdır.

Allaha bəndə olanlar gərək insanlara numunə olsunlar.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Sual |

Salam Haci. Insan bir kagiza salavat, Allahin adlari kimi ifadeleri yazsa, o kagiz salamat durduqca yazini yazan insana savab yazilmaga davam edir?

Ответ / Cavab

Aleykumussalam.

Bu adları kağıza yazmayın, dillə zikr edin, bunun xeyri və savabı var.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
nnnnnn |

Salam.mahni oxuyub pul qazanmaq haramdi?yeni mugenni yox. sadece parkda,ve ya hardasa gitaraynan mahni oxuyub pul qazanmaq haramdi?

Ответ / Cavab

Aleykumussalam.

Haram oxumaq və bundan pul qazanmaq da haramdır.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
nermin |

salam haci bagislayin yene nraht edirem.Siz yazmisizki,cemadiul vecemadiussa anlamadim bu sozler ne demekdir?2.bideki martin 13u mahniya qulaq asmaq olmaz yoxsa 1den 13ne qeder qulaq asmaq olmaz?sagolun Allah razi olsun...

Ответ / Cavab

Aleykumussalam.

Bunlar qəməri təqviminin adlarıdır.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Riad |

Ebedi cehennem kafirler ucundurse o zaman bir emelsiz muselman cehenneme duwse ordan ne vaxtsa cixib cennete duwmek wansi var ? Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Bu Allaha  məlum olan bir məsələdir. Amma hamı bunu bilməlidir ki, cəhənnəmin bir saniyəsi dözülməzdir.

 

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
mehriban |

Heci men yeni ev almisam meclis vermey istiyirem dusunmusdum imam meclisi verem, birde esitmisemki penc deyilen bir meclis varmis sizce hansi savabli bir meclisdir yeni evimde vereceyim meclis???

Ответ / Cavab

Aleykumussalam.

Xanım Zəhranın şəhadət günləri ərəfəsində yaşayırıq. Xanımın adına əza məclisi qura bilərsiz.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
mehriban |

salam Heci . neycun tesehhudde sineye baxilmalidirkii??? men baxmiram ama hec vaxt indi men sehv etmis olmusam namazllarimda???

Ответ / Cavab

Aleykumussalam.

Bu bəyənilən şəklidir, vaib deyil ki, namaza da təsir etsin.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Gerib Xanim |

SalamAleykum.Sizin yazdiginizi refigeme dedim.Mene dediki,erime deyende menimle dava etdi,sen delisen bele wey ola bilmez,sen aglini itirmisen,bizde o meblegde pul yoxdur,olsada bawim xarabdiki,gaytarim?Erimi bawa sala bilmirem,refigem deyir erim hecvaxt bunu etmese men ne edim?

Ответ / Cavab

Aleykumussalam.

İmkanları olduqda bunu etsinlər.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Olmaz! |

Salam aleyKuM.Bezi adamlar sarimsaq,sogan kimi qoxulu qidalar yeyir ve ister istemez nefeslerinden pis iy gelir.Ictimai neqliyyatda,ictimai yerlerde ve s...insanlar narahat olur.Bu gunah deyil,din bu haqda ne deyir? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Günah deyil, bəyənilmir.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Salam aleyKuM |

Men sham namazindan evvel axwam yemeyin yedim,cox yedim,namazi cetinlikle qildim,yeni diqqetimi toplaya bilmedim.Duwundum ki,bu cox yemekdendir? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu səbəb ola bilər.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Ya Allah |

Salam. 1) namazda secdeyi sehv vacib olmadan edilse namaz batildir?? 2) ruku ve secdelerde 11-12 saniye qalmaq namazi pozar??? 3) sozleri sehv deyib duzeltmek secdeyi sehvi vacib eder??? 4) sozleri duz demek ucun qiam halinda cox qalan insanin namazi bes nece olar? Maximum nece saniye qalmaq olar? xahis edirem cavablayin. Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1.Səcdeyi səhf lazımsız edilərsə, namaza təsir etməz.

2.Zikr deyilərsə, xeyr.

3.Xeyr.

4.O qədər uzatmamalıdır ki, namaz qılan şəklindən xaric olmasın.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Fidan |

Haci cox sagolun. 1.Qunutdaki duanin menasinda yazsaz sevinerem. 2. Haci Allah sozunden evvel i gelse ə oxunur u gelse ə gəlsə a oxunur axi. Bes yekullahuda ə nece olur. 3. Birdeki bugun diyesen yekullahu dedim namaz batildi?

Ответ / Cavab

Aleykumussalam.

1.Rəbbimiz qəlbimizi  hidayət edəndən sonra azdırma, və bizi öz rəhmətinə bağla həqiqətən sən Vəhhabsan.

2.Yəkullah nədir?

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
nermin |

salam hci deyirsizki tarixde 2 gun qeyd olunub Zehra xanimin sehadeti hansi gunlerin ayin necesidi o 2 gun

Ответ / Cavab

Aleykumussalam.

Biri Peyğəmbərin vəfatından 75cəmadiul əvvəlin 13 ü, digəri  95 gün sonra cəmadiussanin 3 ü olduğu deyilir.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
titi37 |

salam. Qadin heyiz ve ya istihaze halinda salavat gondere biler? zikir ede biler ,ayetul kursu, fatihe, ixlas suresini ezberden deye bilermi? Xahis edirem cavab yazasiniz. Cox sag olun ALLAH razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

İstədiyi qədər zikr və dua  oxuya bilər. Qurandan 7 ayədən artıq oxumaq bəyənilmir.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Лейла |

Салам алейкум. Бир суалым вар, гуран китабын бизим дилинде терцумесин телефона юклемишем, ве охумаг истиирем. Башымы мутлег ортмелием охуянда?

Ответ / Cavab

Aleykumussalam.

Vacib deyil, lakin etsəz daha yaxşıdır.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Salam aleykum |

Cox sag olun cavablar ucun,haram toy kasetine baxmaq da haramdir? ses alinib,musiqi ewidilmir,amma namehremler birlikde reqs edir,baxmaq haramdir?

Ответ / Cavab

Aleykumussalam.

Bu da haramdır.

Allah sizə yar olsun

Задан: 29 Февраль, 2016 , Опубликовано: 29 Февраль, 2016
Страница 1477 из 5746 << < 1473 1474 1475 1476 1477 1478 1479 1480 1481 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com