Страница 1483 из 5746 << < 1479 1480 1481 1482 1483 1484 1485 1486 1487 > >>
Roma |

men yerden pul tapdim ora bura baxdim sahibi cixmadi yaxinlgdaki berbere verdim dedim gelib axtaran olsa ver indi eger 2 3 erzinde tapilmasa men ne edim ozum hAmidan cox ehtiyacliyam ehtiyaci olan cox dost taniw var men onu ozume ya dostlarima iatifade ede bilerem yoxsa sedeqe kimi mescide vermeliyem

Ответ / Cavab

Aleykumussalam.

Az məbləğdirsə, edə bilərsiz, lakin sahibi tapılsa və pulunu tələb etsə, gərək verəsiz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
samir |

gondediyim videoda ki proyekt qumara benzeyir haci? ya her ikisi bucurdu? yeni reklam izleyerek qazanilan puldada subhe var?

Ответ / Cavab

Aleykumussalam.

Bunun nə olduğunu tam izləməyə və araşdırma aparmağa  vaxtımız yoxdur, amma ilk görüşdə pul qoyub pul udub uduzmaq nəzərə çarpdı.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Gulten |

Salam. Zehmet olmasa sualimi cavablandirardiniz. Men namazi qildiqdan sonra zikr eliyende, Allahu Ekber sozunu 34 defe yox, chashdim chox dedim. Indi menim namazim batil oldu?

Ответ / Cavab

Aleykumussalam.

Bu namazdan sayılmır və namazı da  batil etməz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Sekine |

Salam.sizden bir meselehet alim.menim bacimin ikinci niwanidi bu.onun qarwisina nece yaxwi isteyenler cixdi istemedi.indi ikinci niwaninida qaytarmaq isteyirik.oglanin hecneyi yoxdu kssibdi.anasi atasi xestedi bacimin da qabiliyeti yoxduki aile quranda orda baw cixartsin 2otaqli ev.anam razi deyil niwanini qaytarmaq isteyir.qohum eqrabada deirki yazixdi o qiz.atamda deirki qizim isteyirse verim yawasin olarnan.axi o bedbaxt olacaq,sizce ayirmaq gunahdiki?bir omur bedbextlikdense haray beri bawdan.duz deyil?

Ответ / Cavab

Aleykumussalam.

Buna bacınız qərar verməlidir. KAsıb olma şərt deyil. Nə çox imkanlı ailələrə gedib bədbəxt olanlar və nə çox kasib xoşbəxt yaşayanlar.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
xxxxx |

salam haci xais eseblesmeyin profiline gore halaliq alacam o hec esas sualim budur ki,yeni hemin adama demisemki nomre sehv gedib ama sehv getmemisdi bilirdim onun nomresidi yeni yalan demisdim bu yalani hemin adamin bilmesin isdemirem olar bu yalani hemin addama bildirmiyimki yalan demisem?sagolun

Ответ / Cavab

Aleykumussalam.

Heçnə deməyin, sadəcə profilinə daxil olduğunuz üçün halalıq alın.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
فاطم |

salam,rukuya ketdim yoxsa ketmedim,mene ela keldiki ketdim.ona gore şekk eladim

Ответ / Cavab

Aleykumussalam.

Bu şəkk səcdədə gələrsə, fikir verilməyəcək.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
şekk |

aga meselen hardan bilirlerki filan hedis dogrudu? axi senedde olsa bele men anlamiram sened nedi ve ravilerde ölub, nece bilinir peygember filan sozu deyib

Ответ / Cavab

Aleykumussalam.

Bu iş adi insanların işi deyil, elm əhlinin işidir. Bunun üçün hədis elmi var və bununla bağlı  başqa elmlər də var, onların alimi olmaqla insan bu istedada yetişir.

 

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Elane |

Salam Aleykum 1)Men Covsenul Kebir duasini almaq isteyirem,amma etimad etdiyim dini magaza yoxdur.Refiqem bir defe dua almiwdi,sonradan yoxladanda bilmiwdi ki,tamam bawqa sozlerdir,duayla elaqesi yoxdur hec.Covsenul Kebir de boyuk hecmli duadir,qorxuram aldanaram men de.Erebce de bilmirem.Sizin tam etimad ve etibar etdiyiniz dini magaza varsa xahis edirem adini ve unvanini yazin mene.Tesekkur edirem evvelceden

Ответ / Cavab

Aleykumussalam.

Nizami Metrosunun arxasında, məscidin yanında  dini dükan var, ora baxın.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Lala |

Coxsagolun. Yani insan ailede cetinlik gorurse sebr edib otirmalidi. Demelidiki bu menim qismetimdi Allahdan payimdi .ya hansiysa cixiw yolu tapmalidi ?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, çalışıb işlərini rahatlanmadir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
fidan |

bagişlayin duz anladim ğadğamətis sələəhdir?

Ответ / Cavab

Aleykumussalam.

Qad qamətis-saləəh

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Salam aleykum |

Men hec cur ozume nezaret altina ala bilmirem,daniwdigim her sozun pewmanligini cekirem,artiq ozumden zehlem gedir,o dereceye catmiwam. Bir prablem de budur,men daim wukr edirem,amma dilde wukr edirem,menim gozumde,nitqimde,nefes almagimda kicik prablemler var,bezen qelbime gelir ki,niye bu qeder prablemler mende var,ustelik pulda yoxdur,lap pul olsaydi da artiq gecdir mualice ucun,bu duwunceler meni sixir,qorxuram usyan etmekden.cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Əgər özünüzə hakim olmasaz, öz nəfsinizlə vuruşmaq istəməsəz sizə heç kim və heç  nə kömək etməz. Özünüzü kontrola alın.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
şekk |

birde yazmisiz coxlu zikr edin, ne zikri aga?

Ответ / Cavab

Aleykumussalam.

Allahın adlarını.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
şekk |

aga, namazlarimi tam vaxtinda qiliram zahirdede mominem şukur, ama deyirem axi dilime esla getirmerem sadece ele bir kitab deyin ki onlari tam dogru taniyim, meselen mene deyin ki nece bilirlerki filan hedis deqiqdi axi hamisi ölub ravilerin, birdeki men 14 mesumu ehlibeyti cox sevirem onlara gore agladigim vaxtlarda olub, sadece dediyim kimi bezi şeyler gormuşem int.den şekk yaranib

Ответ / Cavab

Aleykumussalam.

Bu böyük elmdir, bunu sadə yolla bilmək olmur.

Nələrdə şəkk edirsiz, soruşun

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
FEXREDDIN |

Haci salam.Xahis edirem menesentyabr ayinda imamlarin seadetini yazasiz evvelceden tesekkur edirem

Ответ / Cavab

Aleykumussalam.

Yeni təqvimimiz hələki yoxdur, dəqiq yaza bilmirik.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Nigar |

Salam.terkibinde etil spirti olan sirniyyati yemek olar?

Ответ / Cavab

Aleykumussalam.

Bunları yeməyin.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
فاطم |

Salam.eyer rukuda şek edilse namaz batil olur yoxsa secdeyi sef edilir? Men rukuda şek etdim amma axırda secdeyi sef yadimdan cıxdı ve başka namaza başladim . Namazım sefdi yoxsa duz?

Ответ / Cavab

Aleykumussalam.

Nə şəkki edilir, onu yazın.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Gulusum |

Salam Aleykum. Haci namazdan sonra duani ayaq üstə eləsək yaxşıidi yoxsa oturaraq? Hansi daha tez çatar Allaha? 2) Ayetul kursu ...Vələyəıduhu hifzuhumə və hüvəl Əliyyul Azim. Burda qurtaririq. Belə düzdü? Yoxsa axra kimi demək vacibdi?

Ответ / Cavab

Aleykumussalam.

Ən yaxşısı səcdə halında etməkdir.

Xaliduna kimi oxuyun.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Cahid Quliyev |

Salam qardaş. Sizə 2 sualım var; 1. Zina və fəhşənin fərqi nədən ibarətdir? 2. Qorxmuş (bir itdən,heyvandan və s.)uşağa islamda necə müalicə məsləhət görülür? Allah yardımçınız olsun.

Ответ / Cavab

Aleykumussalam.

Zina qanunsuz cinsi rabitədir. FAhişə bu çirkinliklə məşğul olan qadına deyilir.

Quran  sədalarına qulaq asmaq, Allahı zikr etmək və qorxulu  hadisələrdən uzaq qalmaq yoluyla.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Orxan |

Salam eleykum haci turqay kolbasa sosiskasi halaldir?

Ответ / Cavab

Aleykumussalam.

Onların  halal olması  barədə əlimizdə bir dəlil yoxdur.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
samir |

salam aleykum cumeniz mubarek. meni bir sual dusundurur .. 1. internetden reklam izleyerek qazanilan pul haladirmi? 2.bu cur pul qazanmaq mumkun olan basqa saytlar v e ya proyektlerrde var. zehmet olmasa bu videonu izleyin 3 cu deyqeden sonra. https://www.youtube.com/watch?v=33UbLSW2J50 ..bu videodaki proyektde qazanilan pullar nece haramdirmi? cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Anladığımız odur ki, bu qumara bənzəyir.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2016 , Опубликовано: 26 Февраль, 2016
Страница 1483 из 5746 << < 1479 1480 1481 1482 1483 1484 1485 1486 1487 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com