Страница 1481 из 5746 << < 1477 1478 1479 1480 1481 1482 1483 1484 1485 > >>
Arzu |

Salam men sizden bir gunde 2 muxtelif hacet namazi sorusdum sib yazmisiz muxtelif qaydalarla qilmayin bir qayda ile qilin.Ne menada basa dusmedim? Yeni sie namazi qiliramsa sie namazi qaydasinda qilim ele ya nece? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bəli.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Salam aleykum |

Allahin gorunmemesini subut eden ayeler var? tewekkur

Ответ / Cavab

Aleykumussalam.

Bəli.Ənam surəsi 103- Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
samir |

salam aleykum menim 20 yawim var ve 4ildirki namaz qiliram ve hicabdayam kecen il quran oyrenmek ucun bawkamiwdim ammaa qeribe weyler baw verdi namazimi tek qila bilmirdim qorxurdam ele bil arxamda kimse var sonra ailem mene qeribe gelirdi sanki ilk defedir gorurdum qorxurdum onlardan sonra duzeldim amma yene o weyer bawlayib niwanlimi gorende qirxuram aglimin getmesindende qorxuram her namazda dua edirem Rebbimeki aglimi almasin toyuma 1 ay qalib men ne edim sizce bu psixolojidir yoxsa weytan menivesvese edir

Ответ / Cavab

Aleykumussalam.

Bu psixoloji sarsıntıdır. Sizə bir psixoloq həkimə  müraciət etməyi və savadlı bir  ruhani ilə görüşməyi məsləhət edirik.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Sudabe |

Haci ne zikri edim Allahin adinimi ya ne? Umimiyyetle butun namaz boyuda ele oluram ama qilib qurtariram

Ответ / Cavab

Aleykumussalam.

XAnım Zəhranın zikrini deyin.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Fidan |

Tekbiratul ehram Əllahu əkbər ya Allahu əkbər. Dir

Ответ / Cavab

Aleykumussalam.

Ərəb ləhcəsi ilə daha düzgünü birincidir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Fidan |

haci daunin hecmi coxdur yaza bilmerem ama http://wap.ixlas.az/islam/seccadiyye/index.php?site=&amp;act=view&amp;d=sd1&amp;f=013&amp;page=1 burda 1ci sehifede lap axirdaki sozlerdi sen ve gunahkarlarin xetasi,

Ответ / Cavab

Aleykumussalam.

BAdıq, normal tərcümə deyildi. BU səbəbdən anlamadıq.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Lala |

Uwaga duzgun baxilir deyendeki cox sevirler onu . gozlerinin ustunde saxliyirlar. Ama ne bacim ne yoldawi namaz ehli deyiller. Yoldasi icki icendi.. O usag menim yaxamdan yapiwa biler axiretde ? Haqqi var ??((

Ответ / Cavab

Aleykumussalam.

Bunu biz deyə bilmərik.  Belə bir halın olmasını düşünmürük, inkar da etmirik.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
gulnar |

salam vacib bir suaalim var, anatomiya dersinde biz skeletin ustunde ders kecirik bezi insan skeletleri olmus adamin skeletidi ki, onu massirsiya edib verirler tibb mekteblerine orda biz ona el vururuq bu halda namaz ucun messi -meyit quslu lmq lazimdirmi? eger bilmeyib namaz qilmiwamsa onu qusl alib qeza etmeliyemmi?2,bezi hallardada skelet zavodskoy halda fil sumuklerinden duzeldilerse yene messi -meyit quslu almaq lazimdirmi? eger quslsuz namaz qilmisamsa namaz batildirmi? Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Sümüyə toxunma qüslə səbəb olmaz.

 

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Gulnar |

Assalamun Aleykum. qadinlar Namazda Allahu Ekber deyendr ellerini nece qaldirmalidirlar???

Ответ / Cavab

Aleykumussalam.

Üzlərinin qarşısına qəər qaldırsalar kifayətdir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
gulnar |

salam namzda secdeden durub oturdum mohurun ustune cananamazin ucu ile ortuldu 2 ci secdeye gedende mohurun ustunu acdim secde etdim bele nece namazim batil sayilirmi?Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Düz etmisiz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Aysel |

Shieyem. Destemaz zamani ayagimi yusam destemaz batil olur?

Ответ / Cavab

Aleykumussalam.

Dəstəmazda ayağa məsh edilməlidir, ayağınızı yumaq istəyirsizsə, o zaman dəstəmazdan əvvəl yuyun.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Lala |

Men 4il evvel bacima ovlad verdim. Cunki 13il idi ovladlari olmurdu. Aileleri dagilirdi uje. Istemedim dagilsin verdik ona ovlad. O zaman dindar deyildim bunu duwunmemiwdim. Indi ise duwunurem . (( men o uwaga gore axiretde sorgu sual olacam ana kimi? Ya xala sayiliram ?( meni ne gozleye biler ? Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Siz o uşağın anası və atası da ata sayılır. Əgər uşağa düzgün baxılırsa, cəza olmaz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
bende |

salam.destemaz alanda qolu yuyan zaman su altinda elimiz ile yuya bilerik?

Ответ / Cavab

Aleykumussalam.

Suyun altında isladıb çəkib kənarda yuyun.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Əli |

Salamun aleykum.qiyamət günü haramın əzabı çox olacaq yoxsa günahın

Ответ / Cavab

Aleykumussalam.

Günah və haram fərqli bir şey deyil.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
123 |

Salam hacı.olar gecə şəf birdə vitr namazını qılım?ancaq 3 rükət.sübh namazından 10 dəq qabaq

Ответ / Cavab

Aleykumussalam.

Gecə namazının səvabın almaq istəyirsizsə, tam qılın.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
xanim |

Salam Aleykum.Allah köməyiviz olsun.1-Səcdeyi səhv nədi necə edirlər?2-Səcdədə dua etmək yəni alnı möhürə qoymaq ya adi oturaq halda?3-Burda oxudum and barədə məndə and içmişəm ama onu xatirliya bilmirəm and olsun demişəm ya Allaha and olsun?Bununçün tövbə edə bilərəm ümumi Allah bağışlasın məni?Necə tövbə edim?4-Məsləhət istəyirəm sizdən 1insan var ürəyimdə hər zaman duamda Allahdan onu xeyirlim olmağını istəyirəm.Şükür namazı var,qohumdu,yəni salim biridi.Xətrimi istəyir mənə bələddi.Bunlarla yanaşı soyuqqanlıdı vecsizdi yəni dəyər verənə qədir bilənə oxşamir.Məndə xasiyyətim isə tam bunların əksidi bu cür insanla ailə qurmaq olar,çox qorxuram gələcəkdə peşman olaram deyə sevgisi yoxdu sadəcə öznə ailəsinə layiq olduğumçün istəyir məni.Xaiş edirəm öz balavız əzizviz kimi yol göstərin mənə.

Ответ / Cavab

Aleykumussalam.

1.Namazda bəzi səhfləri düzəltmək üçün edilən bir işdir. Namaz bitən kimi salamları deyib namazı pozan bir iş görmədən nə üçün səhf səcdəsi edilməsini niyyət edib səcdəyə gedilir. zikr deyilir və qayıdıb oturursuz, sonra ikinci səcdə edilir, qayıdıb təşəhüd və salam deyilir.

2.Hər iki halda olar.

3.Əgər Allahın adına and olmasını bilmirsizsə, boynunuzda vəzifə yoxdur.

4.Əgər salim insandırsa, o zaman xeyirli olar.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
gulnar |

Salam.1.qaynanam mene canamaz hediyye edib dedi ki,bunda namaz qil mene de dua et, men onu namaz qilmayib mescide hediyye ede bileremmi?2. namazda mohurun ustunu canamazin ucu ile bir az ortulse onunla namaz qilmq olarmi?Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

1.Qaynananıza deyin, sonra.

2.Əgər alın lazımı qədərində torpağa toxunmursa, səcdə düz sayılmaz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Elmir |

qardaw bilirsizse deyerdizde zehmet olmasa ona gore namaz qila bilmirem

Ответ / Cavab

Aleykumussalam.

Nəyi?

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
..... |

Salamun eleykim cox sagolun cavablariniza gore . gece namazi vitir namazidi ya ayri ayri namazlardi?

Ответ / Cavab

Aleykumussalam.

Gecə namazı 11 rükətdir, vitr onun bir hissəsidir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Gerib Xanim |

SalamAleykum.Bir taniw insan var,ele hey deyirki,Bibi Heybetde niyyet edim ve niyyetime catib,gurban kesdim,menim canim gurban Bibi Heybete meni arzuma catdirdi.Sizce bele deyen insan Allaha werik guwur?

Ответ / Cavab

Aleykumussalam.

Əgər onu Allahdan kənar qüvvə kimi bilmirsə, Allahdan bilirsə, eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2016 , Опубликовано: 27 Февраль, 2016
Страница 1481 из 5746 << < 1477 1478 1479 1480 1481 1482 1483 1484 1485 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com