Страница 1490 из 5746 << < 1486 1487 1488 1489 1490 1491 1492 1493 1494 > >>
shia |

salam aleykum.mende vasvasiliq var tez tez oz ozume he ve bu kimi.bezen namazin ortasinda nefes alanda ele hisse edirem ki bu sozleri deyirem amma herf kimi cixmir duzdur tezgidirem vasvasiliqi amma namaz vaxti meni narahat edir ne edim eger herf kimi cixmirsa namazi batil etmir ki?ALLAH razi olsunXamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Düz ərəbcə başa düşülən qədərində tələffüz edirsizsə, namazlar düz olar.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Lala |

Tewekkur .. Bugun su cerwenbesidir. Yasda oldugumcun icimden gelmir kimise tebrik edim. Axsam atamgilde tonqal qalanacag usaglar deyir ki gedek . usaglara xatir gede bilerem.? Ama men tonqalin yanina getmiyecem. Ve heckimi tebrik etmek istemirem. Sehv hereket olar bu ?

Ответ / Cavab

Aleykumussalam.

Bunlar bir el adətidir və dini məsələ deyil, öz ixtiyarınızdadır.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
toma |

Salam! Bir sualım var . Oğlan anasıda oğlan özüdə anlatmadan aldadib qızımı nişanla toyla aparandan sonra oğlan ağır ürəy əməliyyatı keçirtdi mən heç anlamamağıma görə və inanmağıma görə çox peşmanam dövlətin verdiyi yoxlamadada fikir vermədim və buna görə peşman olduğum qədər onlara inanmağıma peşmanam. Allahın hüzurunda tam əminliylə bildirirəm ki onları da kasıb saydım dedim kasıb uşaqdır inandım. Sualım belədir heç olmazsa halal etmirəm deməyə ixtiyarım vaımı ? Axı bir allah şahiddir ki başa düşmədim və inandım. Cavaba görə minnətdaram

Ответ / Cavab

Aleykumussalam.

Aldadan kəsləri halal etməyə bilərsiz, lakin bağışlamaq böyüklük əlamətidir.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Samira |

Salam.menim 22yasim var.aileli deyilem.bosalmagin gunah oldugunu bilirem amma ozume tam qadaga qoya bilmirem(gec gec olsada olmaz?neyniyim bilmirem.

Ответ / Cavab

Aleykumussalam.

Bu çirkin bir işdir, bunun çirkinliyini dərk etsəz, uzaq durarsız.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Allah qulu |

Salam.Bir nefer zohr və əsr namazlarini bilmeyerekden 3cu reketde de tesehhud deyib və 4 cu reketi de qilib. Onun namazlari batildirmi?Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumussalam.

Namadan sonra səhf səcdəsi etməlidir.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Lala |

Salam. Hicabli yuxuda ozunu hicabsiz gorurse ve qacib tezhicabini bagliyirsa . ama artiq kiwi xeylagi gorur onu. bu neye yozulur

Ответ / Cavab

Aleykumussalam.

Heç nəyə yomayın, sadəcə yuxudur.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
islam. |

Bismilehirrehmanirrehim.Salam Haci qardaw.1.Haci qardaw men iamlarimizdan anamiz XANIM FATIMEYI ZEHRADAN,PEYQEMBERIMIZDEN (S.A.A.V)ve PEYQEMBERLERIIZDEN, DANIWILANDA ister mescidde,ister televizorda,BU AWURA VAXTI,bawqa vaxtlarda,ferq etmir ne vaxt onlardan daniwilanda meni aqlamaq tutur.Haci bele lap urekden aqlayiram,ozumu saxlaya bilmirem.MENE NESE TESELLI BIR YOL GOSTERE BILERSINIZMI? TEWKKURLER.

Ответ / Cavab

Aleykumussalam.

Bu pis halda deyil ki, bundan çəkinmək lazım deyil.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Eşk |

Salam. Əza saxlamaq nə deməkti. Sağolun.

Ответ / Cavab

Aleykumussalam.

Hüznlü olmq.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Ttt |

Salam. Biri and icse ki, bu indi deyeceyim qeybet deyil. Daha sonra sozunun qeybet olundugu bilinse mene gunah yazilar?? Saxlamaqa calissam nece? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgər birinin ardınca pislik danışılırsa bu qeyətdir, and içməklə qeybət  dönüb başqa şey olmur.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Nermin |

Salam her vaxtiniz xeyir. Namazda qunut ederken feleg nas kimi dualari edirem icimden dua edirem mesencun Allahim meni bagiwla deyib salavat deyib ve feleg ve yaxud nasi deyirem. Cox vaxtda besh defe salavat deirem. duzgundur? Sehvdirse hansi dua deyilmelidir?

Ответ / Cavab

Aleykumussalam.

Qunutda dua edin, surələr  oxumayın.Salavatı nə qədər istəsəz deyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
x..... |

Salam.deyirler ki,eger er arvadindan narazidirsa,Allah da o qadindan narazidi.Amma eger arvad elinden geleni edir ki hayat yoldasi ondan razi qalsin,ozunde yoldasinin xosuna gelmediyi xususiyetleri tergidsin.artiq suallar vermesin.islamda buyurduğu kimi xos qarsilasin ve s.amma er yenede narazidi.bu haldada Allah gadindan narazidi?

Ответ / Cavab

Aleykumussalam.

Əgər boynunda olan vəzifələri icra edirsə, ona aid olmaz.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
salam |

Quranda oxudum ki riya və minnətlə əməllər hədər olur. Mən əgər yoldaşıma ona qarşı etdiyim yaxşı əməli nə vaxtsa yada salıramsa bu minnət sayılır? Məqsədim onu ayıltmaq. Dindən uzaq adamdı. Ona qarşı etdiyim əməlləri yox dərəcəyə gətirir.nankorluq edir.məndə buna görə yadına salıram. Allah sizdən razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən hal minnət sayılmaz.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
nuriyyə |

Mənə deyiblərki kişi ikinci qadınla birinci qadının razılığı olmadan kəbinə daxil ola bilməz. Və bunu mərhum müctəhid Lənkərani deyib. Bu doğrudu? Ümumiyyətlə hansısa bir başqa müctəhidin bu cür fətvası var? Çox sağ olun

Ответ / Cavab

Aleykumussalam.

Belə rəyə rast gəlməmişik.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
nuriyyə |

Bağışlayın mən düzgün başa sala bilmədim diyəsən. Belə deyim. Mən bu gün xalam gilə gedirəm. Onlarla bizim evin arasındaki məsafə 50km. Onlarda iki gün qalıram. Sonra evimə getməmiş gedirəm bibim gilə. Bibim gillə bizim evin arasındaki məsafə 7,8 kilometrdi. Mən xalam gildə qəsr qılmalıyam. Bəs bibim gildə necə qılım? Çox sağ olun.

Ответ / Cavab

Aleykumussalam.

İnsan səfərə çıxdıqda öz yaşadığı məntəqəyə qayıtmasa, ya oradan  yol üstü belə keçməsə səfəri bitmiş sayılmaz. Əgər bibingil sizinlə eyni məntəqədə yaşamırlarsa, qəsr qılınacaq.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Hemide |

Bagishlayin sizi cox narahat edirem.bilmek isteyirdim ki men atamgile gederken(rayona)orada da namazi kesre qilmaliyam yoxsa ele qaydasiyla?cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qəsr qılacaqsız.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
Hemide |

Salam. Size suallarimi cavablandirdiginiz ucun tewekkur edirem.sizin qusl nece alinmalidir adli yazininizi oxuduqdan sonra gordumki orda yazilibki eger qusul bilmeden bele duzgun alinmayibsa hemin qusul batildi.ama menim etdiklerimle orda yazilanlarla bezi ferqler var bu o demekdirki menim indiye kimi aldigim qusullar qildigim namazlar batildir?ama men qusulun tam olaraq bu cur alindigini bilmirdim?yazilannari oxuyandan sonra cox narahatam ..bagishliyin bir sualda verecem.secde ederken (bashimiz mohurun uzerinde ildugu zaman)ayaglar carpazlanmalidirmi?evvelceden minnetdaram

Ответ / Cavab

Aleykumussalam.

Yəqin ki, düz olub, bundan sonra da diqqətli olun.

Xeyr.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
sudabe |

1, haci herf sehfi var idi cvbinizda cıxriş edin yazmisiz, anlamadim men biraz aydin yazin, 2, meselen haci şahinin adini deye bilerem? 3, hokmendi insanlarin soyadlarinda deyek? mes bele demek olar, allahum meğfir ramil,? uzurlu sayin siz Allah cox yazdim bu haqda

Ответ / Cavab

Aleykumussalam.

1.Sualın cavabını saytdan oxuyun. Yəni cavab verdiyimizdən özünüz çıxarış edin.

2.Çəkə bilərsiz.

3.Bəli, tək adı ilə desəz kifayətdir.

Allah sizə yar olsun

Задан: 23 Февраль, 2016 , Опубликовано: 23 Февраль, 2016
salam |

Salam. Hz.Məryəmin iki oğlu olub? Biri İsa (ə) obiri Musa (ə)? 2.Hz.Yəhya (ə) Hz Məryəmin yoldaşı olub? 3.Hz.Yəhya peyğəmbər olub? Çox sağ olun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, həzrət Məryəmin bir oğlu olub, Musa (ə) başqa şəxsdir və İsadan çox qabaq gəlib.

Xeyr.

Bəli, peyğəmbər idi.

Allah sizə yar olsun

Задан: 22 Февраль, 2016 , Опубликовано: 22 Февраль, 2016
Ekber |

Salam aleykum.11 yaşlı bir qız piano dərslərinə gedir.(Əsasən Bethoven kimi bəstakarların əsərlərini öyrənir).Gələcəkdə isə konservatoriyada oxuyub,piano müəlliməsi işləmək istəyir.Bu işə Islami nöqteyi nəzərdən necə baxılır?Xahiş edirəm Sistani ağanın fətvalarına əsasən yazardız.Əvvəlcədən təşəkkürlər

Ответ / Cavab

Aleykumussalam.

Burada icazəli bir iş görünmür.

Allah sizə yar olsun

Задан: 22 Февраль, 2016 , Опубликовано: 22 Февраль, 2016
dddd |

Bağışlayın, o zaman şəhidlərin diri olduğunu necə anlayım? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Bunu necəsə anlamaq məsələsi tam olaraq çatdırıla bilməz. Bu qədərini bilək ki, ALlah onarı ölü  hesab etməyin deyir.

Allah sizə yar olsun

Задан: 22 Февраль, 2016 , Опубликовано: 22 Февраль, 2016
Страница 1490 из 5746 << < 1486 1487 1488 1489 1490 1491 1492 1493 1494 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com