salam namaz qilan insan eger bilmirsa pakdi pak deyil namaz qila biler sualini soruwmuwdum sizdedizki ///əgər nəci olmaını bilmirsə, qıla bilər. baqiwlayin neci nedir.??? biraz aydin deyebilersinizmi
SalamAleykum.Bu gunden Ehyami Fatimey eza gunleri bawliyir.Fatimeyi Zehrani sevenlere,o cumleden sizlere baw sagligi verirem.Allah-Tala giyametde o xanimin Allahin eli ile bizleri sefaetinden binesib etmesin.Amin.Xanimin wehadeti esas iki gundur yazmiwdiz,xahiw edirem o iki gunu yazardiz?Men namaz gilib hediyye etmek isteyirem.TWK
Salam.Uzur istiyirem sualima gore Aybasi olub qutarmisam hefte kecib ustunen amma yene nese gelir bulanliq.Yuyundum namazlarimi qildim.Soyuq olub pozgunluq var.Yene gelse yuyunum namazlarimi qilim yoxsa gozluyum gelmediyinden emin olub qusul verim.
Ответ / Cavab
Aleykumussalam.
Bu istihazədir. Az istihazədirsə, hər namaz üçün paklanıb, dəstəmaz alıb, namazları qılacaqsız. Çox istihazə olarsa, hər namaz üçün qüsl edilməlidir.
Salam Aleykum haci. 1) dəstəmazda ağza və buruna su almaq olar? Olarsa necə dəfə almaq lazimdi? Və nə vaxt eliyim? Məs: əllərimi yuyandan sonrami yoxsa ?.. 2) sualima görə üzrrü salin. Bilirəm ayaqyoluna getmək dəstamazi və namazi batil edir. Bəs arxadan qaz yel çixartmaqda batil edir? 3) gəyirmək bəs?
Ответ / Cavab
Aleykumussalam.
1.Xeyr, bunları dəstəmaza başlamadan əvvəl edirlər.
Salam aleykum xais edirem deyerdiz eger quslum yuxuda pozulubsa cimmeyim mumkunu cox azdi evde qaynana qaynata var yeni qinana bilerem soz sohbetden narahatam bu halda teyemmum quslu ala bileremmi. Ama quslumun pozukdugunnanda emin deyilem yuxumda biraz ehtraslanmisam (
Ответ / Cavab
Aleykumussalam.
Bu təyəmmüm üçün şəri bəhanə sayılmaz və gərək qüsl edilə. Bir az ehtiraslanma qüslə səbəb olma, şəhvətin bitməsi qüslə səbəb olacaq.
salam zohur ve esir namazinin vaxti yeni son vaxti nevaxta qederdi ve axwam namazlari son vaxt saat neceye qederdi ALLAH razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Günorta namazları şam azanına kimi qılınmalıdır, axşam namazları isə gərək gecə yarıya kimi qılına. Bu zamana kimi müəyyən səbəblərdən qılınmasa, sübh namazına kimi qəza və əda demədən qılınsın.
SalamAleykum.Cavab ucun sagolun.Bilmek isterdimki,namaz gilanda her ruketde eyilib galxirsan ve ayaglari duz istigametde goymaga caliwirsan,bu namazi batil elemir?evelceden tewekkur edirem.
Ответ / Cavab
Aleykumussalam.
Əgər namazın şəklini pozacaq qədər hərəkət olunmursa, xeyr.
Salam. 1. Basa ve ayaga mesh cekilerken el barmaqlari arali veziyyetde cekikerse duzgun sayilirmi? 2. Ziddi vilayet haqqinda sizin fikrinizi bilmek isterdim?
Ответ / Cavab
Aleykumussalam.
Əgər məsh olunan hissəni bu şəkildə məsh edə bilirsə, düzdür.
Bu işləri Azərbaycanda ortaya çıxarmaq və müzakirə etmək son dərəcə səhf bir işdir.
salam,men hicabliyam,baw qulaqimi aparib taniw tunuw,sen hicablisan bele eleme,sen hicablisan ele eleme,dinimizde qadinlarcun qoyulan qayda qanun tek namaz qilib bawin baqlayanlar ucundur yoxsa butun qadinlar ucundur?saqolun
Ответ / Cavab
Aleykumussalam.
Qayda qanun hamı üçündür, lakin təbii ki, dinin əmrlərinə uyan kəslər daha öndə gedən olmalı və numunə olmağa çalışmalıdırlar.
Salam. Bilirem buna oxsar suallar verilib, amma xahis edirem cavablayin. 1) eger kiminse menim boynumda haqqi varsa ve men onun pulunu verdikden sonra men onunla dava ederemse, amma pul davasi yox. Yola getmemek ustunde, men halalliq almaliyam? (Kuslu sayilmariq indi). 2) bes birinin haqqi ustumde olarsa. Yeni ona pul ziyani vereremse, o meni tanimirsa, halalliq almaq evezine namaz hediyye etsem olar?? (HELE PULUM COX YOXDUR)
Ответ / Cavab
Aleykumussalam.
1.Əgər bu davada haqsız kimdirsə, halallığı o da almalıdır.
2.Əgər halallıq almaq imkan varsa, o zaman gərək halallıq alına.
Haci bir sualimda var, men Ya Zehra mene komek ol desem şirk olurmu? tebiiki bilirem ki, onlar Allahin izni ile bize komek olurlar, iki cur var biri mes. İlahi Zehraya xatir mene komek ol birde Ya Zehra mene komek ol, ikisinide desek duz olarmi?
Haci onu mende dedim o şexse ki imam ucun o cetin iş deyil ama deyir ki bizde bilsek o duani bizde ede bilerik ele şeyler, duaya şuphem yoxdu ama axi duayla bizim kimi gunahkarlar hecne ede bilmez axi, cox cox xaiş edirem bir delil getirin ona bir soz demeliyem ki qoy bilsin oda ki dua hele her şey deyil, yordumsa sizi uzurlu sayin
Ответ / Cavab
Aleykumussalam.
Bu iş dua oxumaqla deyil, Allahın bəzi bəndələrinə verdiyi xususi özəlliklədir. Bu işin mümkün olduğunu insanlara isbat üçün ALlah Peyğəmbərlərindən biri olan Həzrət İsaya bunu aşkar möcüzə kimi vermişdi.
Salam. Dəqiqləşdirmə aparmaq istəyirəm. Belə bir fikir var ki, şiələr çətin anda ,dara düşəndə "Ya Əli, imdadıma çat!" deyirlər və siz də bunu məsləhət görürsünüz. Allah Qurani-Kərimdə Nəml surəsi 62 ayədə buyurur:"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?". Bu ayə dəlildir ki, Allahdan başqa kimə yalvarsan (ilah kimi ölülərə)) təkfir olunursan. Belə bir anda diri, ölməz olan Allaha deyil, diri olmayan birinə sığındın.
Ответ / Cavab
Aleykumussalam.
Əvvəla kimsə birini ALlahdan müstəqill bir qüvvə kimi bilib çağırsa, bu ayə ona şamil olar. Amma onu ALlahın izni və qüvvəsi ilə yardım yetəcəyini bilsək, burada irad yoxdur. Məsələn boğulan sahildə ona kömək edə biləcək birini yardıma çağırırsa küfrmü edir? Bu həmin qəbildən olan bir haldır.