Страница 152 из 5746 << < 148 149 150 151 152 153 154 155 156 > >>
@@@@@ |

Salamaleykum.Ramazan ayiniz Mubarek olsun Inwaallah.Rusya Moskva ucun imsak 2 15, iftar 20 26 gosterir,Iftar vaxti hava hele iwiqli olur bu vaxt iftarduzgun sayilir?Birde qadinlar uzr istyrem baqiwlayin,mualicevi wamlardan istifade ede biler imsakdan sonra ve yaxud hansi vaxtlarda?Allah size yar olsun!

Ответ / Cavab

Aleykumusalam.

Əgər moskva  şəhərinnin olduğunuz hissəsində etibarlı cədvəlin verdiyi vaxta əsaslanın. Havanın hələ azca işiqlı olması şərt deyil.

Qeyd edilən şamlardan istifadə orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Ayan2 |

Salam. Sabahınız xeyir.Qonşu xanımın yoçdaşı namaz əhli deyil. Amma xanım dindardır.Məndən istədi ki, sizdəndən soruşum.Çox çox üzr istəyirəm. Sualçün. Amma qadın narahatdır deyə soruşmağa məcburuq.Bir az əvvəl xanımın yoldaşı üzr istəyirəm. Sinəsinə xanımın sinəsinə əl atıb, dartıb. O da yoldaşından aralanıb deyib ki, orucam nə edirsən. Heç bir hiss olmayıb. Sadəcə dəhşət əsəb və narahatlıq içindədir.Bilmək istəyir ki, orucu düzdürmü? əvvəlcədən təşəkkür edirem.

Ответ / Cavab

Aleykumusalam.

Onun orucuna heç bir şey olmayıb. Bundan da narahat olmasın. Orucu pozan ərin qadınına toxunması deyil. Cinsi rabitədir.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
tofiq |

salam haci bir sualim varki men oruca ve namaza duracaqdim telefonun budilnikini qurduqumu saniram ozumde yorqun idim yatdim seher atam durquzdurdu meni namazin vaxtindan xeyle kecmisdi ozumde ariqam gordum kecib azandan orucu tutmadim sizce keffare geler ne edim

Ответ / Cavab

Aleykumusalam.

Qətiyyən belə etmək olmaz. Mutləq şəkildə axşama kimi orucu pozan işlərdən çəkinin sonra qəza edərsiz. Yoxsa kəffarə gələcək.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
tofiq |

salam qardas size sualim var zehmetdi cavablandirarsinizda.1meselen vesiqe goturmeye gedende ve ya xetexanaya ve yada dukana gedende orda isleyen xanimlar mene namehrem sayilir?meselen dukanda isleyeni sorusmusam demisdiler mecbursan baxmaq olar aqla batan deyil.2menim 16 yasim var mene nece yasinda olanlar yeni yad olan kimseler namehremdir.3/birdeki haci men mektebde test edende kocurmurem yeni basqasina yalvarmaq dilenmek istemirem allahdan komek istiyirem yeni qulundan deyilde qulu yaradandan komek istiyirem edede bilmesemde oz qebahetim hesab eliyiremki oxumamisam.Ele ALLAHA arxalanmaq istiyirem sizce duz eliyirem ?usaqlar kocur deyire amma etmirem sizden cavab gozluyurem

Ответ / Cavab

Aleykumusalam.

1.Adi sözlər soruşub adi şəkildə tələbinizi etmək icazəlidir, Baxmağa gəldikdə isə üzlərinə davamlı baxmağa məcbur deyilsiz, baxmayaraq da danışa bilərsiz.

2.Əgər qadınları soruşursuzsa, burada yaş məsələsi yoxdur, 3 yaşından yuxarı qizlarla də həddi gözləyin.

3.Düz edərək öz biliklərinizə istinad edib Allaha arxalanırsız. Kimdənsə köçürməklə özünüzü aldatmaq lazım deyil. Amma onu da qeyd edək ki, bəzi çətinliklərdə yoldaşlardan yardım diləmək problemli deyil.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Anara |

Salam hacı. Xalam məni iftar üçün qonaq çağırıb. Bu gün gedirəm və 1 gecə qalacam. Şəhərlərmiz arasında məsafə 33 km-dir. Orucum duz sayılır? Bir də ki, namazlarım necə olacaq?

Ответ / Cavab

Aleykumusalam.

Əgər zöhr azanından sonra çıxsaz həmin günü orucunuz sona qədər davam etməlidir. axşamı qalıb səhəri gün zöhr azanına kimi şəhərinizə çatsaz və o zaman kimi orucu pozan bir iş görməsəz, o zaman həmin günü də niyyət edib oruc qala bilərsiz. Belə mümkün olmasa vaxtında evinizə qayıdın. Ramazan günlərinin qədrini bilməli və çox zəruri şeylər olmasa bu günlərin orucunu əldən verməməliyik.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Gerib Xanim |

SalamAleykum.Size namaz cedveli barede yazmiwdim,cavabinda yazdizki,19:56-gosterir.Men birde bu barede sizden meslehet istiyirem,daha dogrusu emin olmag istiyiremki,gunew hemen gosterilen vaxt batmir?yeni gunew 19;56-da yox 20:40-da batir.Men hemiwe neyin duzgun olmagini,neise bilmek ucun,caw-baw galdigim meselelerde sizin kimi oxumuw ve tecrubeli,duzgun insandan meslehet almiwam ve riayet elemiwem,3-ildirki,sizin saytinizfan istifade edirem ve refigelerimede gostermiwem.Hami sizin saytinizdan istifade edir.Bu suali birce men yox,hammi degig cavab istiyir?bizde saytda wam azaninin 19:56 yazildigini goruruk,emin olmag istiyirik,gunew bu vaxti yox,yeni texmini 40-degigeden sonra 20:40-da batir,size degigliyiynen yaziram,,,,biz neyleyek?gunew batmamiw iftari acag?bele olarmi???Sizden coox xahiw edirem?biz tecrubesizik,meslehet istiyirik?Allah sizi hemiwe gorusun gardaw,,,,

Ответ / Cavab

Aleykumusalam.

Sizin sözünüzdən belə anlayırıq ki, qeyd edilən vaxtda günəş hələ səmada olur, Belədir? Yəni 40 dəqiqə fasilə bunun olmasını tələb edir. Yox əgər sadəcə hava tam qaralmırsa, bunu demək istəyirsizsə, buna fikir verməyin və cədvəldə verilənə əməl edin. Əlbətdə 5-6 dəqiqə ehtiyat etsəz daha xeyirli olar.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Anonim |

Salam. İn şə Allah mən sabah qəbul imtahanına gedəcəm. Atam Kərbəladan ruçka gətirib mənə, qəbula aparmağım niyyəti ilə hərəmə sürtüb. Bağışlayın, mən indi aybaşı olmuşam. Sabah ruçkanı götürüb gedəcəm. Bu günah sayılırmı?(yəni, əlim dəysə) Birdə ki, Ramazan ayında hansı zikrləri edim? Öncədən təşəkkürlər.))

Ответ / Cavab

Aleykumusalam.

Əgər üzərində yazı yoxdursa, götürüb gedə bilərsiz.

Saytımızın ana səhifəsində Ramazan bölümündə bu barədə geniş yazılar qoymusuq, onları oxuyun.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Allah bendesi |

Salam Haci... Oruc idim, dunen destemaz aldim destemazi alanan sonra tupurdum agzimnan az migdarda tupurcekle birge qan geldi bilmedim diwimnen ya icimnen geldi.... Bu destemazi pozur?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu dəstəmazı pozmaz.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
arif |

Salam Aleykum. Iki xahisim var: 1) Mene istinad ede bileceyimiz bir hedis kitabi meslehet vererdiniz. Ehli-sunnenin istinad etdiyi Sehih Muslim, Sehih Buxari kimi. Bizde ele bil toplu hedis kitbi varmi? 2) Seriet barede detalli ve nisbeten sade dilde olan fundamental kitab. Muctehidlerin kitablarinin dili biraz qelizdi. Hem de bezi temel bilgileri ehate etmir. Kitablarin elekron formada olan linkini versez sevinerem. Olmasa sadece adi da kifayet olar. Esas odur ki, elde oluna bilen kitab olsun. Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Şiənin istinad etdiyi hədislər toplusu azəri dilində olmamalıdır, ancaq səhf etmiriksə ƏlKafi kitabı tərcumə olub.

Detallı ancaq izahlı şəriət  məsələləri kitabıdır.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
...... |

Haci, birde dediz muctehidi secim sonra o aldiqlarimin xumsunu hemin muctehide ve ya onun numayendesine verim. Men nece vaxtdir ki, dusunurem goresen men muctehidi nece secim. Onlarin hamisinin kitablarini oxumaq lazimdi yoxsa nece? Mene bir yol gosterin xahish edirem tez bir zamanda mende oz secimimi edim. Bu xums sohbeti ciynime agir bir yuk kimi dushdu bu aldiqlarimi istifade ede bilmeyeceyimi dushunende. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bir yolla onlardan hansının daha elmli olması sizlərə yəqin olmaslıd. Bu olarsa kifayət edə. Biz sizə bu yardımı edə bilərik. İndiki zamanda ən çox insanın təqlid etdiyi muctəhidlər bunlardır. Seyyid əli Xamenei, Seyyid Əli Sistani, seyx Məkarim Şirazi və Şeyx Vəhid Xorasani. Əlbətdə bunlardan başqa muctəhidlərdə var, onlara da təqlid edilir, lakin daha çox bunlara təqlid edilir. Bunların içindən birini seçə bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
...... |

Salam haci.1. Xumsu verilmeyen yer ne demekdir? 2. Ve bezi muctehidler bildiyime gore orada namazin batil olmasini deyirler. Meselen biz nenemin evinde yashayiriq, nenem onu zavodda alib, anamin adina vesiyyet edib, nenem rehmete gedib, indi ev anamin adinadir. Biz burada namaz qila bilerik yoxsa bununda xumsu var?

Ответ / Cavab

Aleykumusalam.

Bir yer və ya məskən ki, onu xumsu verilməmiş pulla alıb ya əldə ediblər.

Qeyd edilən evə bu aid deyil. Namazlarınızı qılın.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Günel |

Hepatit B peyvəndi orucu pozur mu?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu dəri altına vurulursa  orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Zehra h |

Allahın salamı üzerinize olsun! Allah oruc, namazınızı qebul etsin! Heci qadın hicablı olduğu halda yoldaşı hicabını açmasını isteyir. Halbuki xanımla aile quranda xanım hicablı idi.Xanım hicabını açmamaq üçün bütün yollara el atıb ama heyat yoldaşı fikrinden dönmür. Qadın ya hicabı açmalıdı yada boşanmalı. Bu halda qadın ne etmelidir? Nezerinize bunuda çatdırım ki qızın valideynleri deyibler qıza ki hicab üstünde boşansan bizde seni qebul etmeyeceğim. Allah razı olsun!

Ответ / Cavab

Aleykumusalam.

Belə olacaqsa naməhrəmlərin qarşısına çıxmayacaq və bunu ərinə bildirsin. Həmçinin bir ağıllı insan tapılmaldıır ki, ərinə etdiyi səhfi başa salsın.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Ulker |

salam, men 4ildi aileleiyem yoldawimdan cox bezmiwem inanin o qeder kobud insandiki aile canli qetiyen deyil .ilde 1 defe harasa aparar adami misal bulvara nezere alsag ki nizami metrosu terefde yawayiriq 10deqiqelik yoldur ve uwagda var. haci men Allaha xatir birde camat ne deyer duwuncesine gore sakit oturmuwam ayrilag sozun demirem bunun o biri terefde mulafati olacag? bu insan meni ozu sevib alib yeni mecbur olmayib hec neye inanin Allahin her gunu pewmancilig cekirem 1 adamda yoxdu derdimi demeye yoldawimdi gozden salmag isdemirem kimese derd daniwib yeni etrafim amcag qohumdu refiqem yoxdur. Allah hifz elesin butun bele insanlari :(

Ответ / Cavab

Aleykumusalam.

Ona ailə ilə bağlı ruhanilərin moizələrini tapıb göstərin baxsın. İnşaAllah xeyri olr.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Bende |

Salam. 1. Men Almaniyada yasayiram. Et mehsullardan bawka butun erzaqlari marketlerden aliram. Bilmek isteyirem her wey ala bilerem alman marketinnen? 2. Men qadin xesteliyine gore uzi etdirmek ucun hekime getmeliyem.hekim kiwidir.hekim mehrem sayilir qarina?? Tewekkur

Ответ / Cavab

Aleykumusalam.

Şəriət baxımından paklanma və təmizlənmə(ət, toyuq kimi) tələb etməyən hər şeyi ala bilərsi.

Həkim məhrəm sayılr anlayışı yoxdur, bu qurama sözdür. Naməhrəmdir , qadın həkimi tapıb ona muraciət edin.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Xanim |

Bagishlayin. Bes mene deyirler ki ananin evi sene qesr deyil. Yeni orda mesafede olsa namazlar qesr olmaz, oruc tutulmalidir. Duz deyirler?? Men salyana gelin gelmishem,neftcaldan. Ve indi amamgile gelmishem neftcalaya mesafe qeyd etdiyim kimi bir terefi 60 km

Ответ / Cavab

Aleykumusalam.

Sizin suala cavab vermişdik. Kimsə ayrı söz deyirsə, və onu düz bilirsizsə, seçiminizi edin. Əvvəlki cavabımızdakı kimidir.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Südabe |

Salam.ramazan ayinda kişileri nezerde tuturam üzr isteriyem içki içmeyib donuz eti yeyiller,deyirler bele düzgündür,yeni bu ikisi arasinda ferq var.bu dügün fikirdi?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bu səhf fikirdir, hər ikisi haramdır.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
bende |

Salam Haci.o gun sual vermiwdim bir sualin cvbini tam izahini istiyerdim sizden zehmet olmasa.kiwi heyat yoldawi ola ola niye halal olur bawqa xanimnan muveqqeti kebin kesdirmeye?ve hansi halda bunu ede biler?Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

BUrada deyilə bilinməyən məsələlər var.  Quran bunu icazəli bilir. Burada həmçinin ictimai nizamın qorunması məsələsi də var. Yəni işlər indiki zamanda olduğu kimi, əxlaqsızlığın yaylması və ərli qadınların belə zina etdikləri bir halın yaranmaması, kişilərin camaatın namusuna göz dikməməsi üçün bu halal yolla həll olmalı və cəmiət saflanmalıdır.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
...... |

1.Haci dediz ki, xums menim boynumdadi. Bes men xumsu vermesem hemin cennamaz ve mohurnen ozum namaz qila bilerem? Qebul olunacaq onlardan istifade etsem? 2. Xumsu kime vermek lazimdi? 3. Men muctehidi secmemishem, bilmirem kimin numayendesine verim ve hardan tapim onu. Nece etmek olar? 4. Birde haci, men qizam, bu gun ishde erotika haqda biraz fikirleshdim amma tez bu fikiri redd eledim, amma shehvet hissi gelmishdi biraz. Axsham ayaq yoluna gedende coxlu videleniya cixdi, bele olmur adi vaxdi. Bu quslu pozur? Men sadece orucam ona gore bilmeliyem. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Sizə ondan xumsunu verməmiş istifadə düzgün deyil.

Təqlid etdiyiniz muctəhidə ya onun  numayəndəsinə.

Siz muctəhid seçin, ondan sonra qalanları da həll olar.

Qeyd edilən qüslü pozmur.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
aezu |

hekimin mudaxilesinden sonra gelen qandi deyirler 2 ya 3 gun gelir bes menim orucum nece olacaq ? her namazdan evvel qusl alib namaz qilmaliyam bagislayin ama deqiqlesdirmeliyem Allah kometiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bu istihazə qüslü  istəyir və bu oruca mane deyil.

Əgər az istihazə  gəlirsə hər namaz üçün bir dəstəmaz alıb paklanılacaq.

Əgər çox istihazədirsə, o zaman hər namaz üçün bir qüsl alınacaq.

Allah sizə yar olsun

Задан: 11 Май, 2019 , Опубликовано: 11 Май, 2019
Страница 152 из 5746 << < 148 149 150 151 152 153 154 155 156 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com