Страница 156 из 5746 << < 152 153 154 155 156 157 158 159 160 > >>
Qerib |

Salam Aleykum.Narmal halda zaman ferqi olmayarag.Bedenden maye ifraz olarsa qusul gelir boynumuza.Gece yatarken yaxudda gunduz bas vererse.Qusul gelir boynumuza??Birde Cavablar Ortag cavablardir Ya Hansisa Alimin Cavabidir..

Ответ / Cavab

Aleykumusalam.

Əgər məni, yəni sperma xaric olarsa, qüsl gələcək, amma bu olmazsa, qüsl də vacib olmaz.

Cavablar əsasən umumi rəyə  görədir.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Salam |

Salam нашид ne demekdir iwid ne demekdir kimlere deyilir nawid iwid,yoxsa bunlarin ikiside eyni sozdu biri rusca o biri tercumesi?saqolun

Ответ / Cavab

Aleykumusalam.

Naşid ser oxuyana deyilir. İsid isə vəhhbi terror qruplaşmasının adıdır.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
bende 313 |

Salam Haci.1)eminin yoldasi yasi 60dan yuxari nene olan namehrem sayilir?2)bizde yawli neneler var hansi ki opmek isteyiler goruwende bele hallarda olarmi goruwmek?Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Bəli naməhrəm sayılır.

Əgər ərə gedə bilməyəcək qədər əldən düşmüş qoca nənə olarsa onlarla olar.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
salam |

salam qardaş men krip olmuşam başımda disrimde ağrıyır bu gün gücle oruc tutdum sabah da bele olsa ozrucumu poza bilerem? dözülmezdi xamnei ağa

Ответ / Cavab

Aleykumussalam

Belə olduqda aqrikəsici iynə vurun orucunuz da qalsın.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
arzu |

Salam.1sualim odu ki hekim damardan iyne ile narkoz kimi tesir eden yeni 5 ya 10 deqiqelik tuxuya gedeceyim derman verecek bu prucu pozarmi 2ci sulim genekoloji muayine zamani bedene her hansi bit maye yeridilmesi orucu pozarmi

Ответ / Cavab

Aleykumusalam.

Yuxuya getmək orucu batil etmir.

Qadınların muslicəvi şamlardan istifadə etmələri orucu pozmaz. Maye ilə imalə edilməsi orucu pozar.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Fatma |

Hacı qaynanam dişinə dərman qoymuşdu seher imsakda amma dişində qalib oruc oruc ağzına gələn suyuda udmurdu amma bilməyərəkdən qırığı gedib ağzına.indi bu oruc düzdürmü yoxsa sayılmır?

Ответ / Cavab

Aleykumusalam.

Bilməyərəkdən olubsa orucu düzdür.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Ilkin |

Esselamu eleykum. Oruclu şəxs səfərə çıxırsa günün hansı vaxtı çıxmalıdır?Ümumiyyətlə səfərə çıxmaq olar?Ramazan ayının son 10 günündə Məşəd ziyarətinə getmək olar?ALLAH sizdən razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Ramazan ayında bütün səfərləri təxirə salmaq lazımdır. Zəruri olan səfərlərə əgər zöhrdən sonra gedilərsə, həmin günün orucu sona qədər qalacaq.

Məşhəd ziyarəti mustəhəbbdir, ouc vacib. Mustəhəbbə görə vacibi tərk etmək düzgün deyil. Ramazan ayının bir gününün orucunun yerini heç nə doldurmaz.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
XALIDE |

Bele bir wey ewitmiwem ki, namehreme 2ci defe baxmag haramdi, gunahdi. Bes eger o mene baxmirsa, men ona baxdimsa, bu yenede gunahdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Naməhrəmə baxmaq haramdır, ikinci dəfə dedikdə məqsəd doyunca baxmaq deyil, ilk olaraq gözə görsənəndə üz çüvrilməlidir, ikinci dəfə baxmaq bundan sonra dönüb baxmaqa deyilir.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Nicat |

Salam Hacı. Play marketde deqiq namaz vaxtlarını gösteren proqram varsa adın deyerdiz de zehmet olmasa. Ve qaydasın başa salardız.

Ответ / Cavab

Aleykumusalam.

Çəhrayı rəngli şəkildə iki munarə olan Vremena namazov proqramını yükləyin. Məzhəbinizi, şəhərinizi qeyd edin. Metod yerində isə Qom Liva universiteti seçin.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
XALIDE |

Haci 2 gundu imsaka dura bilmirem, yatib qaliram. Bugun ozumu pis hiss eledim, ureyim bulanirdi, bawim agriyirdi. Mecbur qalib orucumu pozdum. Ve indi cox pewmanam. Ama sabah tutacam. Bu indi pozdugum oruca qeza tutmaliyam 1 gun ve ya nece? Mene meslehet verin ((

Ответ / Cavab

Aleykumusalam.

Özbaşına orucu pozmaq kəffarə gətirər, yəni qəzasından əlavə bir gün üçün ilk 30 günü ardıcıl olmaqla 60 gün oruc olmaq ya da 60 fəqiri doyuzdurmaq.

Orucu pozmamışdan əvvəl bizimlə ya başqa bir ilahiyyatçı ilə danışın, sonra o deyənə əməl edin. Heç kim özbaşına oruc pozmasın.

Əgər dözülməz halda olmusuzsa, o zaman bu haldan çıxacaq qədərində yeyib ya içib orucu pozacaq, axşama kimi yenə oruc şəklində qalacaq, sonra həmin günü qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
XXXXX |

Ayin 12si inwAllah imtahan verirem universitete. Olarmi hemin gunu oruc tutmamag?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, buna görə orucu pozmaq olmaz.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
XXXXX |

Haci Vehabiler kimdi? Onlar kime, neye inanir? Onlari imana getirmek ucun ne etmeli?

Ответ / Cavab

Aleykumusalam.

Vəhhabi adlandırılan və adlarını tez tez dəyişib sələi filan qoyanlar 300 il bundan əvvəl yaranmış bir təriqətdir ki, işləri yaranan gündən müsəlman ölkələrini dağdıb müsəlmanları qırmaq olub.

Onları elm əhli imana gətirə bilmir. Çünki söz dinləmirlər.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
XXXXX |

Bir daha salam. Men indiyene kimi qusl edende demiwem ki. "Niyyet edib filan... quslu tokurem vacib qurbeten ilellah" sonra 3 defe sag, 3defe sol terefime tokende "Allahumme selli ela Muhemmedin ve ali Muhemmed" demiwem. Bu sehvdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Niyyətinizdə problem yoxdur, salavat zikr etmək də olar, amma yuyunmada gərək əvvəl baş və boyun, sonra bədənin sağ tərəfi daha sonra isə sol tərəfi tam olaraq yuyulsun.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
XXXXXX |

Salam. Allah her kesin dualarin, namazlarin, niyyetlerin oruclarin qebul etsin. 1) eger bir insan iftar vaxdlarini vaxdigda her yerde ayri ayri vaxtlar gordukde yeni sadece gun batandan sonra iftar etmek olarmi? 2) eger bir insan bir nefere yalandan deyirki orucam. Amma o niyyetnen deyirki, o onu soymesin, yaxin durmasin. Bu gunahdirmi? 3) tehsil alan ucun oruc tutmag vacibdirmi? Cunki tehsil alan, universitete hazirlawan yemey yemelidir ki nese yadinda qalsin?

Ответ / Cavab

Aleykumussalam

Xeyr olmaz. Şam azaninin vaxtını dəqiqləşdirməli və o zamanda iftar açmalıdır. Etibar etdiyiniz mənbənin cədvəlinə əsasən əməl edin.

Yalan danışmaq olmaz, amma insanin cani xətərə düşərsə üzrlü sayılar.

Yaddaş üçün nəsə yemək adında bir qayda yoxdur,bəlkə əksinə tox qarına yaddaş kutləsir. Oruc tutacaq.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Muselman |

Salam . 50 km mesafe gediw 50 km mesafe donuwu olan yola cixdiqda meselen genceden dawkesene getdikde hemin gun oruc tutmamaq icazelidirmi? Gunah olmazki? Ve sefer namazi duwurmu?

Ответ / Cavab

Aleykumussalam

Zöhrdən qabaq səfər edilsə oruc pozular.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Anar |

Salam Aleykum. 1. Qusl alarken uzu qibleye durmaq lazimdir? 2. Namazda qunut vacibdir? 3. Ramazan ayinda ramazan ayi bitdikden sonra 7 gun qeza oruclarini tutacagimi fikirlesirdim amma tuta bilmedim. Fikirlesdiyim ucun niyyet etmis sayiliram? eger niyyet etmis sayiliramsa mutleq orucumu tutmaliyam? kecen il tuta bilmedim bu il tuta bilerem? 4. Imam ne demekdir ve kimlere deyilir? 5. Zikr ederken tesbehle yoxsa barmaqlarimizla saymaliyiq?

Ответ / Cavab

Aleykumussalam

Xeyr lazım deyil.

Qunut müstəhəbdir.

Onları bu Ramazana kimi tutmaliydiniz. Yubadib tutmadiqinizdan onların uzərinə qəzadan əlavə fidyə də gəlib. Hər gün üçün fəqirə bir mudd təam vermək. Bu Ramazandan sonra tutun.

İmam rəhbər,ondə gedən mənasındadır. Dinimizdə imam kəlməsi müxtəlif yerlərdə istifadə olunur.  Namazda öndə duran səxsa də imam camaat deyilir. 12 nəfər məsum imam isə Allahın insanları hidayət etməsi üçün göndərdiyi məsum rəhbərlərdir.

Hər iki halda edə bilərsiniz. Əsas sayı bilmək üçün bunlardan istifadə edirlər

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
tahira mirzayeva |

salam haci ALLAH haminin orucunu qebul etsin. AMIN!!! Menim size bir sualim var. cox uzur isteyirem. orucluq ayinda cinsi elaqeye girmek olar???

Ответ / Cavab

Aleykumussalam

Oruc halında olmaz, iftardan sonra olar,və gərək sübh azanına qədər mütləq qüsl edilsin.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Fatma |

Salam hacı. 1.cenabet qüsulu alacam niyyətilə yaranın orucu qəbuldur hacı,sualim olarmı gün ərzində çimə qüsl ala yoxsa iftardan sonra? 2.heyz qüslü alıb bir gündə oruc tutan qadın iftara az qalmış çox açıq rəng çəhrayı nəsə gəlməsi qüslü pozur? Hər iki halda oruc tutmaq duz sayılır?yoxsa orucu pozur əsasda 2ci hal? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam

Əgər yatıb və yəqin edib ki qalxıb vaxtında qüsl edəcək, amma dura bilməyibsə, oruc düzdür.. namazlar üçün qüsl etsin.

Əgər heyzin qaliqidirsa oruc pozular.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Emil |

salam aleykum. men azan vaxtinsan 3 deq tez dyrdum . boynumda qusl var idi sonra teyammum aldim . sora yadima duşdu ki sef alıdım teyammum. azan vaxt day keçmişdi hardasa 3:59 azan baştadı sora da 4:12 yadıma düşdü ki sef idi. indi mənim orucum düzdü? saat 5sora qüsl aldım. və men teyyemmum yadıma düşən kimi tezden alsaydım nece ? yeni azan vaxtı day keçmişdi... Allah razi olsun. Amin.

Ответ / Cavab

Aleykumussalam

Bilərəkdən qusullu halda oruca daxil olmadiqiniz üçün oruc düzdür davam edin.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Kənan |

Salam aleykum bilmek isterdim birinci defe oruc tuturam dunen axşam iftarımı açdım amma imsaka qalxa bilmedim yatıb qaldım ne etmeliyem ki davam edim orucuma.

Ответ / Cavab

Aleykumussalam

İmsak durmaq vacib deyil, orucunuza davam edin.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
Страница 156 из 5746 << < 152 153 154 155 156 157 158 159 160 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com