Страница 1583 из 5746 << < 1579 1580 1581 1582 1583 1584 1585 1586 1587 > >>
ebelfez asiqi |

Assalamu aleykum.Uzun dirnaqla namaz qilmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Altı təmiz olarsa, namaza mane olmaz.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
12345 |

Salam haci butun mahnilarmi haramdi qemli mahnilarada qulaq asma haramdi eger o mahni mene ziyani yoxdusa meni Allahin zikrinden saxlamirsa ona qulaq asmaq niye haramdi 2 mahnilar musiqilerine gore haramdi ya sozlerine .3 onu sadece ele bele oxumaqdami gunahdir? Evvelceden tewekkur.

Ответ / Cavab

Aleykumussalam.

İnsan özüylə ölçməyəcək. Bu ümumi qanundur və hamıya aiddir.

Hər ikisindən ola bilər.

Haramın hər halı haramdır.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
bir xanim |

SalamAleykum.Men Mewed ziyaretine pul yigiram ve pulu bankda goymuwam.Allahin izni ile ne vaxt yolumu acarca ziyarete gederem.Bankda pulun ustune cuzi migdarda faiz gelir,faiz gelen pul haramdi?

Ответ / Cavab

Aleykumussalam.

Əgər pulun artması qəsdiylə üzərinə pul gələrsə, bu haramdır.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
bir xanim |

SalamAleykum.Cavab ucun minnetdaram,ALLAH size sebr versin.Birde suruwmag isteyiremki,eyer bir insan hetda etin veya bawga bir produktun haram oldugunuda bilse ehmiyyet bele vermese yese gusl vacib deyil?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, buna qüsl yoxdur.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Assalamu aleykum |

1)eger qarin istunde itin izini gorsen ve ayaqlasan ayaqqabinin alti mundar olur? yeni o qar ayaqqabiya yapisir2)it geden yolu insan getse ayaqqabi mundar olur, yeni qar olmasada, amma yol yas olsa?bizim seherde it coxdu,bilmirem nece eliyim basqa yolla gedim.cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər nəcasət ayaqqabıya ötürülərsə, gərək paklana.

2.Qeyd etdiyimiz bura da aiddir. Yolunuzu gedin və belə şeyləri axtarmayın.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
bende |

Salam..bezi insanlar verege herifler yazir ve regemler.yazir.nelbekiynen nese cagirullar geceler...o gelen cindir?

Ответ / Cavab

Aleykumussalam.

Bunlar boş şeylərdir.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Nəcm |

Salam. 2-ci xəlifə Ömər ibn əl Xəttab Sasani imperiyasını diz çökdürdükdən sonra fars şahı Yezdəgirdin 3 qızını qənimət kimi ələ keçirdi. Bir qızı Əbu Bəkrin oğlu Muhəmmədə, bir qiz Ömərin öz oğlu Abdullaha, diqər qızı isə Peyğəmbərin (ə) reyhan kimi nəvəsi imam Hüseyn ibn Əliyə qismət oldu. Qızın adı Şəhrəbanu idi, islamı qəbul edib Sülafə adını götürdü və imam Zeynalabdini dünyaya gətirdi. Sonra nifas qanaxmasından öldü. Düzdü?

Ответ / Cavab

Aleykumussalam.

1.Tarixi səhflər var və Ölümü barədə də səhf yazılıb.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Sulh |

Əssalamu aleykum və rəhmətullahi; Bu sualları bizə veribler zəhmət olmasa izahli bir cavab yazardiniz (Sistani aganin fetvasina esasen) 1. Olen insanin hele soyumamiw bedenine toxunanda messi meyyit quslu alinmalidirmi? 2. Diri insandan qopan 1 parcaya meselen qolu qoparilibsa ona toxunanda messi meyyit quslu alinmalidi? 3. Heyvan olse ona toxunduqda messi meyyit quslu alinmalidir?

Ответ / Cavab

Aleykumussalam.

1.Xeyr. Bədən tam  soyuyandan sonra ona toxunduqda qüsl vacib olar.

2.Əgər bədənin sümüyü olan hissəsi qoparsa, ona da toxunduqda müyyitə toxunma qüslü veriləcək.

3.Xeyr, bu heyvana aid deyil.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Salam aleykum |

Mene sual verdiler ki,qadinin anasi xestedir,tekdir,baxani yoxdur,amma qadinin eri onu anasinin yanina getmeye qoymur,o ne etmelidir?

Ответ / Cavab

Aleykumussalam.

Ərinə itaət etməlidir.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Nakam |

Salam.Mən niyət orucu tutmuşdum xəstələnmişəm dərman atdığıma görə orucumu tuta bilmirəm.Və hər qəza oruçuma görə bir gün oruç tutmalıyam .Çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, hər günə bir gün tutacaqsız.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Eşk |

Salam.Mən Niət orucu tutmusdum dünən iftarımı bir saat sonra actım bu orucu btil etməz.Çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, etməz

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Zeyneb |

Salam. Zehmet olmasa sualimi cavablandirardiniz. Namaz qildighim zaman asqirdim. Hecne demedim davam eledim ele namazima. Namazim batil oldu?

Ответ / Cavab

Aleykumussalam.

Namazınız düzdür.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
tolik |

Salam heci. Eger islamda qadin sevmeden atasi onu ere verirse, ta indiyene qeder qadun erini sevmeyibse, artiq 28-ildur.islamda bu nece sayulir?

Ответ / Cavab

Aleykumussalam.

Qadın ərini sevməlidir. Sevi yaranan hissdir. Bu uzun müddətə qadın onun himayəçisi olan ərinə sevgi bağlamayıbsa, bu qadın üçün eybdir.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Sevinc |

Salam Haci.Sizin meslehetinize ehtiyacim var. Eslinde bu hadise 4 gun qabag olub,sadece olaraq men tövbe eledim diye,sanki özümü bagislanmis hiss eleyib üstunnen kecdim. 1.Qonsu gelin bize geldi mene dedi,olarmi sizin waifaydan isyifade edib ozume watsapp yukluyum. Mene yoldasim demisdi ki,ne bade waifayin kodunu kimese veresen. Mende dusunmeden dedim men kodu bilmirem,qaynanamdan sorusarsan,yeni yalan danisdim. Sonra evde ozumu danladim ki,niye yalan dedim axi. Namazda Allahdan efv dikedim ve tovbe eledim. Sizce bu veziyyetde Allah meni bagislayarmi?2. Menim qardasimi evlendirmek isteyirler,yeni qiz axtarisindadilar,anam bir iki qiza baxir neyse alinmir,dayanir ele oturub gozluyur. Ona bir-iki nefer deyir,bexti hardadirsa gelib cixacag. Mense deyirem axtar,sen axtarmasan hardan bileceysen o senin bextindi. Qismet-tale insanin oz elindedirmi,yoxsa Allah ele yazdigi olacag? Tesekkurler

Ответ / Cavab

Aleykumussalam.

1.İnşaAllah bağışlayar.

2.Özü axtarıb salim qız tapsın.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Annonim_00 |

Salam Heci. Mən namazlarımı birləşdirib gündə 3 dəfə ibadətə gedirəm. Bildiyim qədəri ilə namazı birləşdirib qılmaq olar. Yani Zöhür və Əsr namazını, Şam ve Xiften nanazını birləşdirib qılıram. Təbiki sübhüdə Öz vaxtında qılıram. Sualım budurki mən günorta və axşam birləşdirdiyim namazlarımı Hansı vaxtda qılım.? Saat Neçədə qılmalıyamki Allahada xoş getsin. Özümündə ürəyim sakit olsunki düz qılmışam. Bu birləşdirulən namazların dəqiq vaxtı var.??

Ответ / Cavab

Aleykumussalam.

Namazlar birləşmir, bir birinin ardınca qılınır. Bu iş icazəlidir.

Zıhrü qılandan sonra əsri və şamı qılandan sonra xiftən namazını qılın.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
salam |

Salam aleykum. Əgər mən görsəm ki bir şəxs birinin malına xelbet ziyan vurur mən gedib mal yiyəsinə desəm qeybət sayilir və yaxud deməsəm xəyanət sayilir? Çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

Əvvəl onu bu işdən çəkindirin, qulaq asmasa xəbər edəcəyinizi deyin və əsər etməzsə, xəbər verə bilərsiz.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Sima |

Salamun aleykum.Yeni alınmış və ya yeni tikilmiş evə ilk dəfə daxil olanda Qurani Kərimdən hansı surələri oxumağı məsləhət görürsüz?

Ответ / Cavab

Aleykumussalam.

Ayətəl kursi, Qələm surəsinin son iki ayəsi və Quranın sonun da olan və QUL ilə başlayan 4 surəni oxuyun.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Quran |

Salam. 1.Fatihe suresi Quranin tertibine gore necenci nazil olan suresdir? 2.Quranin ardiciliqla nazil olan surelerini hardan oyrenmek olar. Yaza bilersiz?

Ответ / Cavab

Aleykumussalam.

1.Fatihə surəsinin surə kimi neçənci nazil olması barədə rəqəm bizə rast əlməyib. Onu deyə bilərik ki, bu yeganə surədir ki, iki dəfə nazil olub.

2.Belə bir mənbə yoxdur.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Saleh |

Salam. Sosial webekede behanesiz tanis olub aile qurub xosbext olanlarda var. Bu faktdir. Bes onda nece bunun kebinide varsa onda nece? Yazdiniz ki haramdir tanis olmaq onun ucun sorusuram.

Ответ / Cavab

Aleykumussalam.

Kəbinlə evləniblərsə kəbinləri düzdür, amma etdikləri tnışlıq səhfdir.

Yüzlərlə belə yolla evlənib dağılmış ailələr də var, bu da faktdır.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Leyla |

Assalamu aleykum,men namazin sozleri haqqinda basa dusmurem,axi men ereb dilini bilmirem ve basqa basqa yerlerde muxtelif olur deyilisi,bir kitabda ə yazilanda digerinde a yazilir, internetdede teneffuze qulaq asanda tam basqa sekilde deyilir, mende deyende basqa cure alinir,men neter eliyim ki sozlerde eminlik olsun?

Ответ / Cavab

Aleykumussalam.

Biz nəfər savadlı şəxsin yanına edib  namaın sözlərini tələffüz edin , yoxlasın

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2015 , Опубликовано: 30 Декабрь, 2015
Страница 1583 из 5746 << < 1579 1580 1581 1582 1583 1584 1585 1586 1587 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com