Страница 1587 из 5746 << < 1583 1584 1585 1586 1587 1588 1589 1590 1591 > >>
Eşk |

Salam Akeyküm. Bəs Udqunmaq orucu batil edən səbəblərdən deyilmidir .Çox sağolun .

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, ağıza bir şey dail olmayıbsa, ağızın öz suyunu udmaq batil deyil.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Allah səbr edənlərlədir |

Hər vaxtiviz xeyir olsun.Allah canivizi sag elesin daima.Təvvəssül duasini dediz xalis niyyətlə oxunsa insan istədiyni ala bilər.Yəni necə ki xalis niyyət nədir?Tam inanaraq oxumaq ki bu iş alınacaq???Birdə fərq etməz də nə zaman neçə gün oxunması?Elə birdəfə oxuduq yetər yoxsa istəy baş tutanacan oxumaq olar?Ola bilər ki duamizi çoxdan Allah qəbul edib ama tutaqki neçə il sonra 4-5il sonra həyata keçirir?Xoşu gəlir bəndənin ona edilən dua səsindən belə moizələrdə eşidirik deyir hələ verməyin istəyni.

Ответ / Cavab

Aleykumussalam.

Yəni insan bir şeyi istəyirsə, kimin qapısında olduğunu dərk etməli, onun nəyə qadir olduğunu bilməli və istəmədə israrlı olaraq fikrini yayındırmamalıdır.

Bir əfə oxumaqla da mümkündür, mümkün olmadıqda dəfələrlə oxumaqdan da yorulmamalı.

Həyata keçməsi qalıb Allahın məsləhətinə.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Sevinc |

Salam Haci. Size suallarim var. Sizin sehifedem movlud gunu haqqinda oxudum,1. Hemin gun oruc tutsam,niyyeti nece ne deyerek edim? 2. Musteheb namaz qildigda 10 defe qedr ve 10 defe de ixlas suresi oxunmalidi yazilib,bu her reketdedi? 3. Bunlar dalbadal oxunmalidi yoxsa,qedr suresinden sonra Allahu Ekber deyilmelidirmi? 4. Momin bir insan yolka beziyib,yeni ili qeyd ede bilermi,burda qebahet varmi? Tesekkur edirem

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər boynunuzd qəza varsa, ancaq qəza niyyəti ilə tuta bilərsiz.

2.Bəli, hər rükətdədir.

3.Ardıcıl oxunacaq.

4.Qadağan deyil, lakin bilməliyik ki, bu nəbizim dini nə də milli bayramlarımızdan deyil.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Radikal Sie |

Salam.1) Imam Zaman aga geldikde eger insan yaxsi adamdirsa olu olsa dirildilecek? Ya buna sehih hedis yoxdur? 2)Hedislere gore 313 nefer eyni dovrde yasiyacaq, ya onlar olub dirilecek? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəzi kəslər diriləcək, bu xüsusi adamlara aiddir.

Onlar İmamın yanında eyni zamanda olanlar olacaqlar.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
salam |

Salam. Qurani kərim almaq istəyirəm azəricə. Satıcıya nə deyim? Tərcümə edənlər kimlər olmalıdı? Təşəkkürlər

Ответ / Cavab

Aleykumussalam.

Deyin Ağabala Mehdiyevin, Ayətullah Məşkininin kitabına etdiyi tərcüməni versin.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
ruslan |

Haci mövlud qünü buqündür

Ответ / Cavab

Aleykumussalam.

Bu gün mövlud gecəsidir, Sabah mövluddur.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Xanım Məmmədova |

Salam hacı Peygəmbərimizin mübarək mövlud günündə müstəhəb əməllər hansılardır? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

http://az.islam.az/news/a-7420.html

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Salam aleykum |

Bir sualim var,cox uzundur,bura yazmaq istemirem,ne ede bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Mail.ru da sualcavab2011 ünvanına yazın.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
xxx |

salam cox caresiz qaldigim bir movzuda burda yazildigi kimi istixare etdim ve taha 99 ayesi geldi.bu aye musbet ya menfi kimi basa dusulur?yeni bir isi gormek istiyirem ama hec cur axirinin xeyirli ya ziyan olacagini bilmirem evlenmek meseleside deyil.nolar bu ayaye uygun dusunduyum seyi etsem xeyir ya ziyan olacagini diyin.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Məsləhət görərik ki, istixarəni yozumunu bilən adama etdirəsiz.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Aygun |

Salam men Bul bulede yasayiram xirdalanda nisanlimgil olur men olara gedende namazlarimi iki ruket qilmaliyam??

Ответ / Cavab

Aleykumussalam.

Bülbülənin sonundan, yəni keçmiş komsomol dairəsindən, Xırdalanın  əvvəlinə qədər olan məsafə şəri məsafəni keçirsə, yəni 22.5 km dən artıqdırsa, Qəsr qılacaqsız.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Sara |

salam deyist kimlere deyilir?

Ответ / Cavab

Aleykumussalam.

Deist ancaq ALlaha inanır və ondan başqa heç kəsi  və heç nəyi qəbul etmir.

Onu qeyd edək ki, bu da Allahsızlıqdır və Allaha, bir Yaradıcının olmasına inam gətirib onun Peyğəmbələrini , kitabları qəbul etməmək yalandan inamdır.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Eşk |

Salam Akeyküm. Mən niyət oruc tutmusam üzür istəyirəm ağzımnan agız suyu ifraz olur. Və Namazda sözləri deyə bilmirəm. Sizcə namazım batildirmi. Çox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Ağız suyunun udulması oruca və namaza mane deyil.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
salam |

Salam,eyer evli bir qadin bir kiwi ile elaqesi olarsa ( bir qizida var,hec olmasa qizinnan utanardi) ve eri bilir bowayir,bowanannan sonra o elaqede olduqu jiwi ile yawayir kebin kesdirirler indi bular bir birine halal sayilir yoxsa haram? Bilirem eri telaq vermelidi sonra ,meni maraqlandiran ise olarin bir birine halal haramliqidi.evvelceden saqolun.

Ответ / Cavab

Aleykumussalam.

Bunlarınn kəbinləri batildir və onlar bir birlərinə əbədi olaraq haram olublar. Burada talaq məsələsi yox, ərli olaraq başqaı ilə əlaqədə olmaqdır.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Banu |

Salam,sacima vurdugum broska natemizliye deymisdi.men onu yumamisdim.nroska hara dusmusdu bilmirem.natemizdi deye axtarmadimda.bugun qaynanam dediki broskavi ver mene helelik.özununkunude mene verdi men de sacima vurdum.sonra broskani cixartdim qoydum eve,getdim cimdim gelub broskani sacima vurdum yas halda.nasaci i qurutdum destemaz aldim namazlarimi qildim,sonra birden yadima dusduki bu o necis olmus broskadi.deli kimi oldum.cunki yas saca vurmusdum yas elle toxunmusdum.be o ellede o qeder is görmusemki.sonra qaynanmdan sorusdumki bu broskani hec son zamanlarda yeni mende yox onda oldugu vaxt yuyub?o ise yumusam dedi.bu halda broska pakmi sayilir?

Ответ / Cavab

Aleykumussalam.

Əlbətdə, əgər yumuşam deyibsə daha nə axtarışındasız? Pakdır.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Allah səbr edənlərlədir |

Salam Aleykum.1Təvəssül duasının fəzilətlərindən yazardiz zəhmət olmasa.2Deyirlərki hər hansı hacətin varsa bu duanı oxu qəbul olur,həqiqətənmi belədir?Necə niyyət edilir filan hacətimin qəbulu üçün təvəssül duası oxuyuram?3-Bu və bu kimi dualari çox vaxt 40gün sübh vaxti deyirlər oxu daha tez qəbulu üçün düzdü?Ya günün saatin önəmi yoxdu?4Ailə qurmaq müqəddəsdir amaki ürəydə biri varsa Allahdan yalnız onu istiyirsənsə təbiiki xeyirlisilə baş tutmasa çarəsiz evlilik Allaha xoş gedər?İnsan öznə bələddir bilirki istəmədiyi biriylə ailə qursa həm özünün həm qarşı tərəfi yaritmayacaq axir əvvəl qayitmaq fikri olacaq ondansa atasinin evində oturmağı daha yararlı deyil?Heç ailə qurmaq istəyi yoxdursa insanda başa düşür lazımdı ama yoxdu o istək Allah bəndəlikdən silər cəhənnəm əhli edər onu?

Ответ / Cavab

Aleykumussalam.

1. Bu dua Allahın ən sevimli bəndələri olan 14 Məsuma ALlahı and verərək, onlara xatir istəmə və bu Həzrətləri ALlah yanında şəfaətçi olmağa çağırışdır. Çox bərəkətli və xeyirli dualardandır. Əgər xalis niyyətlə oxunarsa insan istədiyini ala bilər.

2.Sevgi doğulan hiss deyil, yaranan hissdir. Əgər salim və düzgün insan elçi düşərsə bunu rədd edib ağ atlı oğlan gözləmək ya  istəməsəm ayrılacam kimi səhf fikirlər insanın gələcək həyatında problemlər yaradar.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 28 Декабрь, 2015
Idare |

Salam. Kecen sefer size dedim sadece o vaxt hele dava etmemisdim. 1 aydan 1 dava edirem savablarim silinir. Bu gun dedim ozumu tutacam, eseblesdirdiler normal bir sekilde saxladim ozumu, bir den bire qeribe bir quvve ele bil meni idare edirdi. Eseb deyilen sey yox idi bir de gordum qisqiriram, amma dogurdan eseb zadi silirem, diyandigim yerde bedenimi ele bil basqasi hereket eletdirir. Sag olun

Ответ / Cavab

Aleykumussalam.

BAşqası bədəninizi idarə etmirdi. Bu sizin nəgsinizdir. insan əsəbləşdikdə artıq ağıl gücdən düşər və insan nəfsani hisslərlə idarə olunar.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 27 Декабрь, 2015
Quran |

Salam. Qardas men hemin Eraf suresindeki 179 ayeni sonadek diqqetle oxumusam ve Uca Allahda cehenneme dusme sebeblerin aciqlayir onlarin. Xahis edirem siz menim sualima aydinliq getirin niye mehz coxunu qeyd edir ayede. Bir daha sualimi verirem.. Sualim bundan ibaretdir ki, eger onceden bilinirdise insanlarin coxu cehennemlikdir bes onda daha yaratmagin ne menasi var idi ki? Buna aydinliq getirin.

Ответ / Cavab

Aleykumussalam.

Allahın bilməsi öz əzəli elmindəndir. Onun bilməsi kiminsə əl qolunu bağlamır. İnsanlar ixtiyar sahibidirlər. Elə ayədə də onların ağılların olduğu, gözlərinin, qulaqlarının , dərrakələrinin olduğu göstərilir. Əfsuslar olsun ki, haqqı görmürlər və nəfslərinə aldanılar.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 27 Декабрь, 2015
xxx |

salam haci bagislayin men qusul aldim heyz qusulu cenabetle birlikdedirnagimda cuzi lak vardi aldim sonra gordum tez temizledim ve getdim yudum qusul batildi?ola biler ki,su deysin bilmey olmaz ne edim?sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Əgər sol tərəfdə idisə,  düzdür, sağ tərəfdə olubsa, həmin yeri yuyandan sonra sağ tərəf tam yuyulmalıdır.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2015 , Опубликовано: 27 Декабрь, 2015
Salam aleykum |

Demek istedim ki, enli walvar geyinirem ve uzun olmayan adi uzunqol koynek geyinirem,bawimi da baglayiram,bu hicab sayilir? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Baxın, hicab qadının zinətlərini naməhrəmdən gizlədən geyimə deyilir. Əgər geyim qadının bədən quruluşunu belə numaiş etdirirsə, hicab sayılmaz.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2015 , Опубликовано: 27 Декабрь, 2015
Leyla |

Assalamu aleykum, namazda bir ayagin o birisinden biraz qabagda olsa ve bunu duzeltmesen namaz batil olur?Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bədən qiblədən dönməzsə batil olmaz, ayaqları isə çalışın düz qoyun.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2015 , Опубликовано: 27 Декабрь, 2015
Страница 1587 из 5746 << < 1583 1584 1585 1586 1587 1588 1589 1590 1591 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com