Страница 166 из 5746 << < 162 163 164 165 166 167 168 169 170 > >>
Sabir |

Salam haci bir sualim olacaq derman icen sexs oruc tuta biler? Oruc halinda?

Ответ / Cavab

Aleykumusalam.

Əgər dərmanları imsak və iftarda istifadə etməklə qala bilirsə, belə edib oruc olacaq. Yox əgər gündüz vaxtı mutləq dərman atmalıdırsa, oruc pozular, bu adam sağalandan sonra tuta bilmədiyi günləri qəza edəcək

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
Fikret |

Axşamınız xeyir. Qusl almaq lazımdır mı iftardan sonra eger cinsi elaqede olsan sabahkı oruc üçün. Tşk

Ответ / Cavab

Aleykumusalam.

Bəli, iftardan sonra insan cinsi rabitəyə girərsə, sübh azanına kimi mutləq şəkildə cənabət qüslü almalıdır ki, səhəri oruc ola bilsin.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
RANA |

Salam,men xesteliyime göre oruc tuta bilmirem,buna göre zekat vermeliyem?eger zekat vermeliyemse ne qeder vermeliyem?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, sağaldıqda qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
RANA |

Salam.Bir neçe il evvel bağışlanmış qızıl eşyanı satanda zekatın çıxartmalıyıq?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, onun zəkatı olmaz, amma pul il başına qalarsa xumsu veriləcək.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
lale |

Salam. Eger kimse oruc tutan sexsin qarsisinda yemek yese onda gunah olar?

Ответ / Cavab

Aleykumusalam.

Bu adi günlərdə günah olmaz, Ramazan ayında isə  gündüz vaxtı istər oruclu şəxs qarşısında istər təklikdə yemək yemək günahdır.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
perviz |

salam eleykum orucluq ayin necesi girir deye bilersiz?

Ответ / Cavab

Aleykumusalam.

Təzə ayın hilalı çıxmasına bağlı olaraq ya 5 i ya 6 sı daxil olacaq.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
... |

Salam.aglima gelen fikirlerden bize gunah yazilir? Eger yazilirsa bu fikirler hansilardi nece fikirler yeni xais edirem 2 sualima cavablandirardiz aglimiza gelen fikrin seytanin(lən)vesvesi yaxud dogurdan oz fikrim oldugun nece ayird ede bilerem vox sagolubln

Ответ / Cavab

Aleykumusalam.

Fikrə görə günah yazılmaz, amma haram fikirlər insanin ruhunu bulaşdırır.

Harama tərəf gedən fikirlər şeytandandır.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
salam |

Allah sizə yar olsun indi ramazan gelir hamsini tuta bilmeyecem deye daha uzerine gun gelmirki. keffaresini verecem ramazandan sonra tuta bileremde///cox xais edirem bunuda cavablardizda. Ответ / Cavab Aleykumusalam. Tuta bilməməyin səbəbi nədir. Əgər üzrlü səbəbə tutulmazsa sonra qəza ediləcək. yox əgər bilərəkdən tutulmazsa cəriməsi ağırdır. Allah sizə yar olsun Salam. usaqliyam usaq o qeder deceldirki gece gunduz yatmirdi mende surkut olurdum. gece cemi 2 saat yatirdimsada yorgunluqdan durub imsak ede bilmirdim

Ответ / Cavab

Aleykumusalam.

Bu səbəb deyil, axşam yatmamlşdan əvəl yeyib yatın. 4-5 uşaqlı analar var ki, oruclarını tuturlar. Kimsə ailədən sizə bu  uşaqla bağlı yardım etsin.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
salam |

Allah sizə yar olsun indi ramazan gelir hamsini tuta bilmeyecem deye daha uzerine gun gelmirki. keffaresini verecem ramazandan sonra tuta bileremde///cox xais edirem bunuda cavablardizda.

Ответ / Cavab

Aleykumusalam.

Tuta bilməməyin səbəbi nədir. Əgər üzrlü səbəbə tutulmazsa sonra qəza ediləcək. yox əgər bilərəkdən tutulmazsa cəriməsi ağırdır.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
Ramaxan |

Eger insan orucu 1 ay tuta bilmirsə 10 gün tutub sonra isə tutmuyub arada tutur.bu gunahdırmı?

Ответ / Cavab

Aleykumusalam.

Ramazan ayını tam olaraq  oruc olmaq hamıya vacibdir. Burada gah tutub gah tutmamaq icazəsi yoxdur. Bir günü bilərəkdən tutulmazsa  cəriməsi ilk 30 günü ardıcıl olmaqla 60 gün oruc olmaqdır.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
Salam |

Orucluq niyyəti necə tutulur? Birdə nə vaxt tutulmslıdır?

Ответ / Cavab

Aleykumusalam.

Allaha yaxın olmaq üçün oruc tuturam qurbətən İləllah.

Ramazan ayının daxil olması yəqin olduqda bütün ayi oruc olmanı niyyət edə bilərsi.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
Hicran |

Oruc tutduqda çimmək olar?

Ответ / Cavab

Aleykumusalam.

Əgər boğazdan aşağı bir şeyin getməyəcəyinə əminsinizsə. bəli.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
... |

Salam. Ramazan ayinda dogum etdikde, heyz halinda olanda tuta bilmediyimiz oruclarin qezasi tutulmalidir mi? Teshekkurler

Ответ / Cavab

Aleykumussalam

Bəli, həmin günlərin namazlarınn qəzası yoxdur, amma orucları qəza olunmalıdır.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
salam |

salam | alam | salam. men kecen il hamile oldugum ucun oruc tuta bilmedim. 1 gunun kefaresinin pulu ne qeder olur. bugda falan vermek isdemirem . pulu ne qeder olur zehmet olmasa deyerdizde sistani aga Ответ / Cavab Aleykumusalam. Sizə ancaq qəza vacibdir, kəffarə yoxdur. Allah sizə yar olsun Menim 30 gunden 24 gun qeza orucum qalib. men indi qarsidaki ramazanacan hamisini tuta bilmeyecem. men ne etmeliyem. tuta bilmeyecem deye orucumun uzerine gun gelir ya ele 24 gun tutmaliyam ramazan bitdikden sonra ------sistani aga Ответ / Cavab Aleykumusalam. Qəzaları imkan olub yubatdığınıza görə hər günün qəzasından əlavə bir mudd təam, təqribən 750 qram fəqirə veriləcək və bu da təqribən bir çörək edir. Allah sizə yar olsun men indi 24 gun orucumu tutmaliyam ve uzerinde keffare vermeliyem---sistani aga

Ответ / Cavab

Aleykumussalam

Bəli düz başa düşmüsünüz.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
Sual |

Salam Aleykum, hacı məsləhətinizə ehtiyacım var, son zamanlar çox vasvası adam olmuşam 1 namazı ən azı 3 dəfə yarıda saxlayıb yenidən başlayıram, məsələn bizdə pişik var nə etsəmdə Namaz paltarının üstündə orda burda tək-tək tük dəyir gözümə həmən saniyə Namazı saxlayıram yenidən başlayanda bu son 2 həftədə başımı tərpədmədən saxlayanda titrətmə kimi olur başım dönmür amma üzüm cüzi də olsa dönür özümdən asılı deyil durduğu yerdə titrədir hss edirəm ki qiblədən dönməmişəm amma namaı saxlayıb yenidən başlayıram artıq namazıda kənara qoymaq fikrinə düşmüşəm mən nə edim?

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən məsələlər namazı batil etmir.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
Sual |

Salam əziz qardaş. Gecə yatanda oğrulardan az da olsa qorunmaq üçün eyvana yaxın olan otağın işığını açıq qoymaq israf sayılacaq?

Ответ / Cavab

Aleykumussalam

Xeyr bu israf sayılmaz.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
Fikret |

Salam.oruc vaxti derman atmaq olarmi su ile ve birde cinsi elaqedan sonra qusl vacibdirmi namaz qilmayan ucun ve birde russiyada yasadigimiza gore xristyanlara sedeqe dusur. Twk

Ответ / Cavab

Aleykumusalam.

Dərman atdıqda oruc pozulur.

Sinsi əlaqədən sonra cənabət qüslü edilməsə oruc tutmaq imkansız olur. və oruc halda da cinsi əlaqə qadağandır.

Müsəlman fəqir olduğu təqdirdə qeyri müsəlmana sədəqə verilməsin.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 2 Май, 2019
salam |

alam | salam. men kecen il hamile oldugum ucun oruc tuta bilmedim. 1 gunun kefaresinin pulu ne qeder olur. bugda falan vermek isdemirem . pulu ne qeder olur zehmet olmasa deyerdizde sistani aga Ответ / Cavab Aleykumusalam. Sizə ancaq qəza vacibdir, kəffarə yoxdur. Allah sizə yar olsun Menim 30 gunden 24 gun qeza orucum qalib. men indi qarsidaki ramazanacan hamisini tuta bilmeyecem. men ne etmeliyem. tuta bilmeyecem deye orucumun uzerine gun gelir ya ele 24 gun tutmaliyam ramazan bitdikden sonra ------sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Qəzaları imkan olub yubatdığınıza görə hər günün qəzasından əlavə bir mudd təam, təqribən 750 qram fəqirə veriləcək və bu da təqribən bir çörək edir.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 1 Май, 2019
Bende |

Ramazan ayı girmemişden önce niyyet axşamı nece niyyet edilir yazardınızda?

Ответ / Cavab

Aleykumusalam.

Niyyət axşamı ona deyilir ki, insan Ramazan ayının çıxmasına yəqinlik əldə edə.

Niyyəti bu olur ki, sabahdan muqəddəs ayın orucunu tutacaqam.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 1 Май, 2019
... |

Salam. Əslən rayonlu olan amma işinə görə çox zaman şəhərdə qalan rayona gəlsə orucun necə tuta bilər ya şəhərdə oruca başlayıb rayona gəlsə necə?

Ответ / Cavab

Aleykumusalam.

Əgər rayovdan şəhərə gəldikdə rayondan üz döndərməyibsə. yəni fikri rayonu tərk edib artıq Bakıda daimi qalacaqı qərara almayıbsa və işlərini rahlayıb rayona qayıtmaq qəsdiylə ayrılıbsa, həmin rayon ona vətən olaraq qalıb və ora gəldikdə namazları tam olacaq.

Allah sizə yar olsun

Задан: 2 Май, 2019 , Опубликовано: 1 Май, 2019
Страница 166 из 5746 << < 162 163 164 165 166 167 168 169 170 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com