Salam Eloykume , dediniz ki yasadigim seherin ufuqune esasen, burda gun 05:10 da cixir 20:03 de batir , buna vaxtlara esaen tutum?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, həmin şəhərin cəfəri məzhəbinə görə namaz cədvəlini əldə edib onunla oruc tutun.
Allah sizə yar olsun
Задан: 5 Май, 2019 , Опубликовано: 5 Май, 2019
Anara |
Salam hacı. Bir tanış var, deyir ki, mən oruc tuta bilmirəm, ac qalmağa tabım olmur. Mən də ona dedim ki, bu Ramazan ayı heç olmasa 3 günlük niyyət et və tut. Bacarsan ardını da gətirərsən, bacarmayan sadəcə 3 gün tutmuş ol, bu da bir başlanğıcdır. Sizcə səhv etmişəm? Bəlkə elə heç tutmamaq, 3-5 gün tutub yarıda saxlamaqdan daha yaxşıdır?
Ответ / Cavab
Aleykumusalam.
Ramazan orucu vacibdir və onun dediyi bəhanədir. Normal insan normal şəkildə aclığa kifayət qədər dözür. Eybi yox, qoy ilk günlərdə başlasın, amma onu nəzərdən uzaq etməyin və həvəsləndirin, tərif edin ki, gözəl şəkildə oruc tutur. Həmçinin ilk günlərin bir az çətin olduğunu , sonralar isə çox asan olduğunu başa salın.
Allah sizə yar olsun
Задан: 5 Май, 2019 , Опубликовано: 5 Май, 2019
Salam |
Sübh namazında Ramazan daxil olur.Sübh namazında 1 neçə dəqiqə əvvvəl niyyət etmək olar? Niyyəti belə edə bilərəm? Ramazan ayının orucunu tuturam qürbətən illəllah.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, olar və niyyətiniz də düzdür.
Allah sizə yar olsun
Задан: 5 Май, 2019 , Опубликовано: 5 Май, 2019
mikky |
Əvvala salam . Mən bilmək istəyərdim ki, istəyirəm ki oruc tutam. Oruc tutduğum ərəfə də namaz qılmağım vacibdirmi? Olarmı ki, oruc tutam ancaq namaz qılmayam? Yoxsa əgər qılmasam tutduğum oruc sayılmazmı? Xaiş edirəm cavablardınız :(
Ответ / Cavab
Aleykumusalam.
Oruc bir vacibdir, namaz isə digər. İkisi də vacibdir, ikisi də qiyamət günü soruşulacaq. İkisini də icra etməliyik. Hər birinin hesabı ayrıdır. Amma bilək ki, namaz bütün ibadətlərin başında dayanır.
Orucu tutun inşaALlah namaza tərəf də hərəkət edin.
Allah sizə yar olsun
Задан: 5 Май, 2019 , Опубликовано: 5 Май, 2019
bende 313 |
Salam Haci.eger ickili meclise getmirsense qohumda inciyirse bu qohumnan uzaqlawmaqdi>?cunki dinde deyilib qohum elaqesini kesme.Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Dində əvvəl olaraq Allahın əmrlərinə boyun əyməkdir. Qalanları onun çərçivəsində həll olur. Yaradanı narazı edib yaranmışları razı salmaq olmaz.
Allah sizə yar olsun
Задан: 5 Май, 2019 , Опубликовано: 5 Май, 2019
salam |
Salam aleykum.Ramazan ayi hacandir?
Ответ / Cavab
Aleykumusalam. Bu gecə təzə ay çıxarsa sabah Ramazan ayının biri sayılacaq
Allah sizə yar olsun
Задан: 5 Май, 2019 , Опубликовано: 5 Май, 2019
salam |
salam/ bir sexs ramazan ayi gelende ona qara basma kimi olur/ isdemeden aglayir ureyi sixilir.oruc tutmaq isdeyir ama bu kimi seyler olur onda. ne etmeliyik bir cixis yolu gosderin sistani aga
Ответ / Cavab
Aleykumusalam.
Ramazan ayını bəlkə ona qorxulu kimi göstəriblər. Ona Ramaznı xoş gözəlliklərlə dolu bir ay kimi tanıdın. Bir yolla Ramazan ayını ona sevdirin.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Ilkin |
Salam Eloykume axsaminiz xeyr olsun , Bir sualim daha var, men olkeden kenarda “ukraina da” yasiyiram, Oruc vaxtini azerbaycan vaxtina gore tutmaliyam? Yeni Azerbaycanda saat 04:00 olanda burda 02:00 olur , men bu vaxt yeni 02:00 da yoxsa 04:00 tutmaliyam , zehmet olmasa cavablandirardiz, cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, yaşadığınız şəhərin üfüqünə əsasən o başdan yeyib , iftar açaçaqsız.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Salam |
Ramazan ayı üçün 1 ayın niyyəti necə edilir? Necə deyilməlidir?Birdə Niyyəti nə vaxt demək lazımdır?
Ответ / Cavab
Aleykumusalam.
Ramaan ayı daxil olması yəqin olduqda belə niyyət edə bilərsiz.
İlahi əmrini icra edib sənə yaxın olmaq üçün sənin yardımınla bu mubarək ayı oruc olacaqam .
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Allah bendesi |
Cox sagolun Heci... Assalat saytinan tapdim iftar ve imsak vaxtin... Wiyye yazdim weherin adin yazdim cixdi, ama bidene weyi Bawa duwmedim orda... Относительно сумерек nedi, orda secim elemek lazimdi ki vaxti duz gostersin men indi onun hansin secim
Ответ / Cavab
Aleykumusalam.
O gecə yarını hesablamaq üçündür, lazım deyil.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Aysel |
salam restoran kafelerde toyuq terkibli yemekler yeyirik duzgundu?muselman olkesinde toyugun halal olmasini yeqin etdiymizcun yemek olar deye esitmisdim..birdeki marketde satilan toyug firmalarindan hansi deqiq halaldi?Hicaz firmasini esitmisem men..yene de dogru olani deyerdiz
Ответ / Cavab
Aleykumusalam.
Halal toyuqdan istifadə edilirsə, yemək olar.
Hicaz, Fədək, Səba, İslami kəsim.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Ramil |
Salam.bu gün qolumda venadan qan aldilar üstune yapişqan vurdular qusl alanda onu çixarmadan aldim qüslu .yeniden alim yoxsa keçerlidi?
Ответ / Cavab
Aleykumusalam.
Sol qolunuzdadırsa, çıxarıb həmin yeri quslu tamamlamaq niyyəti iə yusaz kifayətdir.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
lale |
Salam. Orucluq ayin 5i, yeni bu gun saat 12 kecenden sonra tutaciq? Yoxsa ayin 6si?
Ответ / Cavab
Aleykumusalam.
Ayın beşi Ramazandan deyil. Beşi axşam ay çıxarsa 6 sı oruc olacağıq.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Abdul-Basit |
Assalamualeykumwarahmatullahi wabarakatuhu.Mence siz sehvdesiz.Birincisi,Buxari ve Muslim tabeyinleri gören şexslerdir.Ve onlar sehih sübut olunmuş hedislerle bağlı kitabın yazıçılarıdır. Orada Peyğemberimiz(s.e.s)-nın nece namaz qılardı axşam namazından evvel ve sonra hansı zikrleri ederdi ve s. deqiq melumatlar yazılıb.Ve men şexsen özümde mezhebçiliyin terefdarı deyiler.İkincideki, İmam Hüseyni yaxşı tanıyıram ama Onu da demeliyem ki niye sadece İmam Hüseyni xatırlayırsınız.Yada salanda diger sehabeleride yada salın.Onlar da İslam dini üçün öz canlarından keçibler Ve ALAHU TAALA onları şehidlik meqamına kimi qaldırıb.Yeni bunuda nelere almak lazımdır.Ve son olaraqda Kalkulyator heddinden artıq büyük reqemleri hesablaya bilmir, ama Riyaziyyatçı alimler ise kalkulyatorun hesablaya bilmediyinde hesaplayır.Cavabınızı gözleyirem.Teşekkürler.ALLAH elminize bereket versin.
Ответ / Cavab
Aleykumusalam.
Xahis edirik ki, söz güləşdirməyək . Hansı tabeinləri görmüşlər?
Peyğəmbərin necə namaz qılmağını kim daha yaxşı bilər onun ev əhli ya digərləri? Onunla ilk gündən hələ heç kimin namaz qılmadığı vaxtdan namaz qılan ya biganələr?
İmam Huseyni yaxşı tanimirsız əziz qardaş. Onu yaxşı tanıyan heç zaman başqaları ilə muqaisə etməz. Quran onu bizə tapşırıb, başqalarını yox, Quran onlara məhəbbəti vacib edib, başqalarına yox, Quran onları pak və pakizə bilir, başqalarını yox. Quran onların sözlərini və əməllərini dəlil bilir, başqalarının yox, Cənnət cavanlarının ağası odur(zatən cənnətdə hamısı cavandır, diqqət edin), başqaları yox, Peyğəmbəri iki reyhan gülü adlandırdığı odur, başqaları yox. Kifayətdir? bunu uzatmaq da olar.
Son isə odur ki, biz də onu dedik ki, kalkulyatoru görüb muasir elmi inkşaf bilib ali riyaziyyatçıları danmaq olmaz.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
...... |
Haci, qusl edende stulda oturub bashi ashaga salib yumaq olar? Sadece dush yuxarda bagli deyil, ashagida krantin yaninda sallanir. 2. Birde mende qusl cox vaxt apardigina gore sol terefi yuyub bitirenden sonra gordum ki, bashimda artiq saclar biraz quyurub. Bu problem deyil ki?
Ответ / Cavab
Aleykumusalam.
Eybi yoxdur əsas odur ki, yuyulan hissələr yuyulsun.
Xeyr problem deyil.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
...... |
Menim gozel hacim, suallarima cavab verdiyiniz ucun ve meni rahat etdiyiniz ucun size sonsuz tesekkurlerimi bildirirem.1. eger hamamda yerin necis olduguna subhe ediremse orani 2 defe yumaq lazimdi pak sayilsin? Yadimda deyil nece defe yumusam bu defe qusl edende? Quslum duz sayilir? 2. Haci bu shekkler mende helede biraz qaldigi ucun men qusl qabagi hamami yuyuram, yeri, stulu ve bezi yerleri. Sonra bedenimin bezi yerlerini sabunnan yuyub pak edirem ve sonra niyyet edib qusl aliram. Hamsi bir yerde 1 saat vaxt aparir. Shekkelere gore men bedenin her terefini 2 defe yuyuram. Bunun eybi var? Yoxsa bir defe yumaq shertdi? Men hemshe bash ve boynu 1 defe, sagi ve solu 2 defe yuyuram. Evvel yuxaridan asagi sonra asagidan yuxari, sonra ise obiri terefe kecirem. Bele olar? 3. Birde suyu ve qazi cox istifade etdiyime gore narahatam ki, Allah quslumu qebul etmez. Sizce qebuldur mu? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, iki dəfə su axıtsaz nəcis olarsa pak olacaq.
2.Qeyd edilənlər problem deyil, amma bir dəfə yumaq kifayət edir.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Ilkin |
Salam Eloykume , gununuz xeyr olsun , Ramazan atoning cedveline baxdim , ayin 6 yazilib , duzgundu? Yoxsa ayin 4 nen 5ne kecen gece basliyir, zehmet olmasa cavablandirardiz..
Ответ / Cavab
Aleykumusalam.
Ramazan ayı yeni ayın çıxmasına bağlıdır. Cədvəllər təqribidir.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
elya |
salam aleykum Allah razi olsun suallarimizi cavablandirirsiz.size sual yazmisdim sizde cvb yazmisdizki eger yara qanidirsa istihaze quslu almaq lazim deyil.bu gun hekime getdim hekim dedi boyreyimlə əlaqədardir qan gəlməsi.indi bilməy isdiyirəm yara qanıçı sayilir yoxsa istihaze quslu verməliyəmmi her namazdan sonra.2 oruc tutduqda istihaze qüslu vermek olarmi
Ответ / Cavab
Aleykumusalam.
Yara qanı odur ki, daxildə bir orqan yaralana və onun qanı gələ. Qeyd edilən böyrəklə bağlıdırsa və böyrəkdə ya sidik yollarında olan daş yara edib qan gətirirsə, yara qanı sayılar.
Bəli, oruc halda da qüsl edə bilərsiz, amma diqqətli olmalısız ki, boğazdan içəriyə bir şey keçməsin.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
...... |
Salam haci. 1. Men cox shekk edirem. Ele bilirem her yer necisdi. Meselen dunen cimmishem desmalnan qurundum. O desmaldan bir nece gun istifade etmishem, sadece hamama qirib cinsi orqanlari yuyanda ve silinmishem. Hele cirkli deyildir ve ona gore dunen cimenden sonra yene ondan istifade etdim. Indi ise shekk edirem belke o desmal necisdi. 2.Her defe hamama girende shekk edirem belke yer necisdi. Kimse girib cimende belke sidiye gedib. Evdekiler dinden uzaqdi ve teharete riayet etmirler. Men ne edim? Nece bu shekklerden azad olum? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Səhf edirsiz. Nəcis olması yəqin olamyan hər bir yer pakdr.
Yerin nəcis olmasına şubhəniz olarsa, su axıdın və qəlbinizi rahatlayın.
Allah sizə yar olsun
Задан: 4 Май, 2019 , Опубликовано: 4 Май, 2019
Abdul-Basit |
Assalamualeykumwarahmatullahi warbarakatuhu.Necesiz?Size 2 sualım olacaq.1.Bilirsiniz ki, her mezhebin öz imamı var.Ama o, İmamlar evvelki illerde yaşayıblar.O Zaman'larda bilirsiniz ki,elm bele güclü yayılmamışdı.Her İmam bezi fikirler yürüdüb hetta bezileri o fikirlerden bir neçesinin deqiq olmadığını deyib.Ama indiki, dövrümüzde texnologiya geniş yayılıb ve biz istediyimiz menbeni rahatlıqla elde ede bilirik.Buxari ,Müslim ve s. Kitablar var ki, onları araşdıra bilerik ve her şeyi deqiqlikle derinliyine kimi Öyrene bilerik.Bele halda mezhepçiliye gerek qalmaz.Ama bezi insanlar kor-korane olarak heç neyi araşdırmayıb mezhepçiliyi seçirler ve mence bu yanlışdır.Siz bu haqda ne fikirleşirsiz?2.Ekseriyyet insanlar esasende şiyeler kerbelaya gedirler ve oradan gelende özlerini ele aparırlar ki, sanki hecc eleyibler.Halbuki İslamın 5şertinden biri hecc etmekdir,kerbelaya getmek yox.Ama bezileri kerbelaya getmeyi hece getmekden üstün
Ответ / Cavab
Aleykumusalam.
Siz özünüz qeyd edirsiz ki, siz indiki elmi tərəqqidən bəhrələnib Buxari və Muslimi araşdıra bilərsiz? Aya buxari və muslim kimdir? onlar məgər məzhəb fəqihləri deyilər? nə dəyişdi ki? Siz elə bilirsiz ki, hədis ya ayəni elektron yollarla aydınlaşdırmaq olur? fikirlərinizi əhf görürük. Buna eyni olaraq onu deyə bilərik ki, dahi riyaziyyatçıları kənara qoyaq, daha kalkulyator var.
Heç kim Kərbəlaya getməni vacib Həccdən üstün tutmur. İnsanları öz düşüncəmizə əsaslanaraq ittiham etmək haqqımız yoxdur. Vacib Həcc isə insanın boynuna gəldikdə istənilir. Yəni Həcc gərək insanın boynuna vacib ola. Kəbəla isə eşq məktəbidir. Bunları bir biinə qatmaq ya bir biri ilə üz üzə qoymaq yalnışlıqdır. Bütün araşdırmaçı alimlərin hamısı bunu sonda dərk ediblər ki, İmam Huseynin Kərbəlası olmasaydı, indi Həcc və digər vacibatların heç birindən əsər əlamət qalmamışdır. İmam Huseyn ALlahın dininin qalması, məlun şəcərənin əlində yox olub getməməsi üçün qiyam etdi və qanıyla dini qorudu. Onun hər bir ALlah bəndəsinin boynunda haqqı var.